Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Yanacaqların qiymətlərinin qalxmasının iqtisadi səmərəsi də olacaqdır

 


        Məlumdur ki, 2021-ci il yanvar ayının 4-də Tarif Şurası müxtəlif enerji daşıyıcılarının qiymətlərində dəyişiklik edilməsi ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən Aİ-92 markalı benzinin 1 litr üçün qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litr üçün qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılmışdır. Qazın qiymətinin qaldırılması ilə bağlı “Socar” şirkəti rəhbərliyinin müraciətinə baxılmamışdır. Tarif Şurası qazın qiymətinin artırılmasına baxılmaması qərarını əhalinin böyük əksəriyyətinin maddi durumuna mənfi təsir göstərməməsi üçün aldıqlarını qeyd etmişdir. Qeyd olunan yanacaqların qiymətinin artırılması ciddi zərurətdən irəli gəlmişdir. Belə ki, həm MDB məkanında, həm də Avropa ölkələri ilə müqayisədə ölkəmizdə yanacağın və enerji daşıyıcılarının qiyməti xeyli ucuz idi. Yanacağın maya dəyərindən aşağı qiymətə satılması isə bu tip yanacaqların keyfiyyətinə də mənfi təsir edirdi. Bəzi hallarda 92 markalı benzinin və dizel yanacağının tərkibi Avro-3 və Avro-4 standartlarına uyğun gəlmirdi. Halbuki, ölkəmiz 2023-cü ilə qədər Avro-5 standartlarına keçməyi planlaşdırır.           

       Artımı zəruri edən səbəblərdən biri də ölkədəki yük maşınlarının böyük əksəriyyətinin dizel yanacağı ilə işləməsi idi. Dizel yanacağının benzinə nisbətən daha da ucuz olması daşıyıcı şirkətləri və ayrı-ayrı vətəndaşları bu yanacaqla işləyən maşınlardan istifadə etməyə üstünlük verməyə sövq edirdi. Təbii ki, dizellə işləyən nəqliyyat vasitələrinin çoxluğu ətraf mühitə daha çox zərərli qazların buraxılmasına və havanın çirklənməsinə səbəb olurdu. Dizel yanacağının qiymətinin 92 markalı benzinin qiymətinə yaxınlaşdırılması dizellə işləyən nəqliyyat vasitələrinə tələbatın azalmasına gətirib çıxaracaqdır. Bu da ekologiyanın çirklənməsinin qarşısını almağa xidmət edəcəkdir. Qeyd olunan yanacaqların qiymətlərinin qalxmasının eyni zamanda iqtisadi səmərəsi də olacaqdır. Məlumdur ki, neftayırma zavodlarının təmirə və modernizasiyaya ehtiyacı vardır. Məhz bu artımdan əldə edilən gəlir həmin zavodların istehsal gücünün artırılmasına xidmət edəcəkdir. Başqa bir tərəfdən bu gəlir müharibədən yeni çıxmış ölkəmizin iqtisadi cəhətdən güclənməsinə də xidmət edəcəkdir.                                                                  

      Ələddin Əhmədov,              

      Xocalı rayon ziyalısı                

      

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi