Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq rayonumzun təhsil olcaqlarında silsilə tədbirlər keçirilmişdir

        Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq rayonumuzun mədəniyyət, təhsil və digər idarələrində silsilə tədbirlər keçirilmişdir. Belə silsilə tədbirlərin davamı olaraq 26 fevral 2021-ci il tarixdə Xocalı rayon Yaloba kənd tam orta məktəbində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tətbirdə Xocalı soyqırımının səbəb və nəticlərindən danışılmışdır. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç  istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.Həmçinin Vətən Müharibəsində düşmən üzərində Şanlı qələbəmizdən danışılmışdır. 

       Tədbirdə Xocalı soyqırımına dair şəkillər və videoçarx nümayiş etdirilmişdir. 



Paylaşın:

Xocalı rayonu Meşəli kənd tam orta məktəbdə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

         Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə uyğun olaraq 24  fevral  2021-ci il tarixdə  Xocalı  rayonu  Meşəli  kənd tam orta məktəbdə anım tədbiri  keçirilmişdir. 

      Məktəbin  direktor  əvəzi  Aqil  Alışov tədbirdə  Xocalı  faciəsinin  29-cu  ildönümü  ilə  bağlı  çıxış  etdi. Aqil  Alışov  çıxışında  ermənilərin Xocalıda  törətdikləri  qətliamlar   haqqında  tədbir  iştirakçılarına  ətraflı  məlumat  verdi.

     Məktəbin  Azərbaycan  dili- ədəbiyyat  müəllimi  Yusifova  Nataliya  çıxış  edərək  XX  əsrin  ən  dəhşətli  faciələrindən  biri  olan  Xocalı  soyqırımı  haqqında  tədbir  iştirakçılarına  geniş  məlumat  verdi.  Nataliya  müəllimə  44  günlük  vətən  müharibəsində  Xocalı  rayonundan  olan   qəhrəman  şəhidlərimizin  göstərdikləri  igidlik  və  şücaətlərindən  danışdı.  Bu  şəhidlər:  1. Nəsibov  Xəqani   Kamran  oğlu - Talış,  Suqovuşan  uğrunda, 2. Ramazanlı  Əlizamin  Umud  oğlu - Hadrut  uğrunda ,  3. Miriyev  Sənan  Arif  oğlu - Talış,  Suqovuşan  uğrunda,  4. Məmmədov  Elnur  Xurşud  oğlu - Murovdağ  uğrunda, 5. Abdullayev  Tural  Şakir  oğlu-  Murovdağ  uğrunda,  6. Cavadov  Namiq  Rəhbər  oğlu-  Qubadlı,  Zəngilan  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olublar.

     Məktəbin  tarix  müəllimi   Sabir Qasımov  44  günlük  Vətən  Müharibəsində  müzəffər  Azərbaycan  ordusunun   göstərdikləri  qəhrəmanlıq  salnaməsindən  danışdı. 

         Sonda  şagirdlərin  Xocalı  faciəsinə  həsr  olunmuş  şeirləri  dinlənildi.


Paylaşın:

Xocalı şəhər 4 saylı tam orta məktəbdə “Xocalı soyqırımını unutmayaq, unutdurmayaq” adlı tədbir keçirilmişdir

        Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə uyğun olaraq 26 fevral 2021-ci il tarixdə Xocalı şəhər 4 saylı tam orta məktəbdə  “Xocalı soyqırımını unutmayaq, unutdurmayaq” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva açaraq Xocalıda baş verən faciə ilə bağlı şagirdlərə məlumat verdi. Xocalı soyqırımı zamanı  şəhid olmuş həmvətənlilərimizin ruhunu bir dəqiqəlik sükutla yad edildi.

        Sonra Uşaq Təşkilatı Birliyinin rəhbəri Minə Əsgərova çıxış edərək bu faciənin dünyaya çatdırılması üçün görülən işlər barədə danışdı.

        Məktəbin direktoru Vüsal Mustafayev çıxış edərək builki anım gününün digərlərindən fərqlənməsini, Ali Baş Komandanın dəmir yumruğu altında birləşərək, qələbənin bizimlə olmasını xüsusi qeyd etdi.

        Daha sonra şagirdlərə söz verildi. Şagirdlər Xocalı faciəsi haqqında öz bildiklərini, valideynlərindən eşitdiklərini danışdılar. Sonda Xocalı soyqırımı haqqında haqqında video- rolik nümayiş edildi.


Paylaşın:

15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir


        Bütün şəhidlərimizi anıram və onlara Allahdan rəhmət və bağışlanma diləyirəm. Keçmiş tarixə əsaslanan Türkiyə və Azərbaycan qardaşlığı möhkəm əlaqələrə malikdir. Türkiyə heç düşünmədən çətin bir anda Azərbaycanın yanında durdu. İha, siha, F16-lar orada idi. Bir millət olaraq dünyanı silkələdik. 
         Ortaq cəhətlərimiz çoxdur, vahid millət olduğumuz üçün düşmənimiz də eynidir. Şərqi Anadolu bölgəmizdə də qırğınlar edən ermənilərdir. Bütün Türk xalqı Qarabağın 30 ildir erməni işğalı altında olduğunu həzm edə bilmədi, ən qısa zamanda geri alması üçün həmrəy olub mübarizə apardı. Qarabağdakı müharibədə ağıllı yanaşmasına və qətiyyətinə görə Cənab Prezidentə bir daha təşəkkürümüzü bildiririk. 
        Xocalı soyqırımı qurbanlarını bir daha mərhəmət və minnətdarlıqla yad edirik. Ruhları şad olsun, yerləri cənnət olsun. Xocalı qətliamı unudulmamalı, unutdurulmamalıdır. Xocalı qətliamı insanlığa qarşı bir cinayətdir.

***

Tüm şehitlerımizi yad ediyor? kendilerine Allah’tan rahmet diliyorum.

Türkiye ile Azerbaycan’ın kardeşliği tarihi geçmişe dayalı, güçlü bağlara sahip

olduğundan hiç düşünmeden Azerbaycan’ın zor anında yanında yer almıştır. İha ,siha lar F16-lar oradaydı. Tek millet olarak dünyayı titretdik.

        Çok ortak yanımız var, bir millet olduğumuz gibi, düşmanımız da aynıdır.

Doğu Anadolu bölgemizde de katliamlar yapanlar ermenilerdir.

Türk halkının tamamı 30 yıldır Karabağ’ın ermeni işgali altında oluşunu içine sindirememiş, Karabağ’ın bir an önce geri alınması için devletçe mücadele verdik.

Kardeşin kardeşe minneti olmaz ama, vefa göstermek adaptandır.

        Karabağ savaşında gösterdiği sağduyulu yaklaşım ve açık tavrı sebebiyle 

Sayın Cumhurbaşkanımıza bir kez daha teşekkürlerimizi bildiriyoruz.

       Bu vesile ile Hocalı şehitlerimizi bir kez daha rahmetle, minnetle anıyoruz.

       Ruhları şad, mekanları cennet olsun.

       Xocalı katliamı unutulmamalı, unutturulmamalı. Xocalı katliamı insanlık suçudur.

 



Paylaşın:

Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

Dünya gücləri  bu vəhşiliyə hələ də susur

        Xalqımız son iki yüz il ərzində dəfələrlə erməni daşnaklarının etnik təmizləmə, soyqırım siyasətinin acı nəticələri ilə üzləşib. Bu mənada Xocalı faciəsi qəddarlığı, vəhşiliyi ilə dünya soyqırım tarixinə qanlı hərflərlə yazılıb. Təsadüfi deyil ki, ümummilli lideri Heydər Əliyev Xocalı faciəsini insanlıq tarixində ən qorxulu, kütləvi terror aktlarından biri kimi xarakterizə etmişdir. 1988-ci ildən başlayaraq, bütün beynəlxalq hüquq normalarına zidd mövqe nümayiş etdirən Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə Azərbaycan xalqına qarşı bütün vəhşilikləri özündə ehtiva edən təcavüzkar əməllər törətməyə başladı. Və nəticə etibarilə XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı ən qəddar cinayət aktı törətdi. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə eyni sırada dayanır. Ermənilərin bu cinayəti törətməkdə məqsədi Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək niyyətindən irəli gəlirdi. Belə ki, Xocalı elə bir coğrafi məkandır ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirir. Xocalıda aparılan qazıntılar zamanı aşkar edilən kurqanlar və digər abidələr, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələri məhv edilmiş və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı texnika vasitəsilə tamamilə yer üzündən silinmişdir.

        1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Şəhərə hücum zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələ də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Bu qanlı terror aktında keçmiş Sovet Ordusunun 366-cı alayı da iştirak etmişdir.

  O müdhiş günün şahidlərinin dediklərinə görə "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə insanlar ermənilər tərəfindən diri-diri yandırılıblar. Digər 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başları kəsilib. Daha 2 azərbaycanlının gözləri çıxardılıb. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş  güllələrdən və kimyəvi silahlardan istifadə edilmişdir.

        Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycandan başqa, Xocalı soyqırımını tam səviyyədə qətliam kimi, yalnız Pakistan və Sudan tanıyır. Dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Heç şübhəsiz ki, erməni vandallarının törətdikləri bütün bu vəhşiliklər cavabsız qala bilməzdi. Və gün gəldi ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “dəmir yumruq” kimi birləşərək 27 sentyabr 2020- ci il tarixində torpaqlarımız uğrunda  azadlıq mücadiləsinə qalxdı. 44 günlük müharibədə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə Xocalı sakinləri də daxil, bütün millətimizin ürəyinə, sözün əsil mənasında su çilədi. Şəhidlərimizin qisası birəbir alındı, şanlı ordumuzun ağılasığmaz qələbələri sayəsində qisas qiyamətə qalmadı. Bu qanlı döyüşlərdə Xocalı soyqırımını törədən yüzlərlə terrorçu məhv edildi və əsir götürüldü. 

Xocali sakinləri artıq öz doğma yurd-yuvalarına qayıdacaqları günü böyük intizarla gözləyirlər. Gün gələcək xarabazarlığa çevrilmiş ərazilərdə Ali Baş Komandan lham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri aparılacaq, həyat əvvəlki axarına qayıdacaq. O, “böyük qayıdış günü” çox da uzaqda deyil. 

Şeyda ƏZİZOVA,

“Aranmedia” qəzetinin baş redaktoru

Paylaşın:

Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi

 

        Bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə də anım mərasimləri keçirildi. Anım mərasimində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, digər rəhbər şəxslər və Xocalı rayon ictimaiyyəti iştirak etdilər. Goranboy rayon ərazisində salınmış Yeni Yaşayış massivində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, Gəncə şəhəri ərazisində salınmış 600 aiəlik qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidələri ziyarət edildi. Abidələr önünə qərənfillər düzüldü. Soyqırım qurbanlarının ruhuna dualar oxundu. 

         1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. 

        Zəfər Gününü sevinclə qeyd edən xocalılar ilk olaraq müvəqqəti məskunlaşdıqları qəsəbələrdə ucaldılmış Xocalı soyqırımı abidəsi önünə gəldilər. Ancaq bu dəfə yalnız soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə deyil, həm də şəhidlərimizin ruhuna qələbə müjdəsini çatdırmaq üçün tələsdilər. Xocalı yarasının doğma torpaqlarımıza qayıdarkən səngiyəcəyini, o zaman şəhidlərimizin ruhlarının da şad olacağını bilirdik. 

        Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşündən sonra sanki bütün xocalıları həyata bağladı. Onlara dəstək olaraq ümidli gələcəyə olan inamını artırdı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti ilə Vətən Müharibəsində düşmən üzərində Böyük Zəfər qazandıq. Şəhidlərimizin ruhları rahatlıq tapdı. 44 gün davam edən haqq savaşımızda Xocalı soyqırımı cəlladları da məhv edildi. Xocalı sakinləri mənfur qonşulara qarşı layiqli mübarizə aparmış, döyüşkənliyi, torpağa bağlılıqları ilə düşmənə göz dağı vermişdir. Aprel döyüşləri zamanı da, II Qarabağ Müharibəsində də Xocalının igid oğulları şücaətlə döyüşdülər. Vətən Savaşında səkkiz nəfər döyüşçümüz şəhidlik mərtəbəsinə ucaldı, on üç nəfər döyüşçümüz isə qazi adını aldı. Könüllü olaraq döyüşlərə qatılan igid oğullarımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda və şəhidlərimizin qisasını almaq məqsədilə irəli atıldılar. 

        Xocalı soyqırımı qurbanlarının xatirəsi heç bir zaman unudulmayacaq, onların xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

        Allah bütün şəhidlərimizə rəhmət eləsin!







Paylaşın:

“Böyük Qayıdış” layihəsi sürətlə icra edilir

Bəli, budur Ali Baş Komandanımızın nida işarəsi ilə bitən cümləsinin reallığa çevrildiyini sübut edən günlər. Bu, bir tarixdir, yaşanır Azərbaycan xalqı üçün. Möhtəşəm bir tarix. Xalqımızın yeni əsirimizdəki yeni qəhrəmanlıq salnaməsi. Artıq 30 illdir işğalda, erməni qəsbkarlarının təzyiqi altında inildəyən torpaqlarımız Ali Baş Komandanımızın səyi, siyasəti və müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində azad olundu. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu torpaqlara səfər edib qarış-qarış gəzirlər. Bu səfərlər onların ürəyində yaratdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Dövlətimizin başçısı ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Cənab Prezident bildirdi ki, Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.
Dövlətimizin başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi. Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Qarabağa “Böyük Qayıdış” layihəsi start götürmüşdür. İşğaldan zad olunmuş torpaqlarımızda həyat yenidən qaynayacaq, dağılmış yurd yerlərimiz abad ediləcək. Ölkə başçısı öz çıxışında bir daha vurğulayaraq qeyd etdi ki, Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.
Azərbaycan Ordusunun hünəri, xalqımızın həmrəyliyi və Ali Baş Komandanımızın qətiyyəti ilə Qarabağı işğaldan azad etdik. Vətən Müharibəsində düşmən üzrərində əldə etdiyimiz Şanlı Qələbə xalqımızın 30 ilə yaxın yurd həsrətinə son qoydu. İndi bütün keçmiş məcburi köçkünlər doğma torpaqlara qayıdacağı günə hazırlaşırlar.
Qalib Quliyev,
Xocalı rayon ziyalısı
17.02.2021

Paylaşın:

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramının icrasına hər vətəndaş öz töhfəsini verməlidir


Düşmən üzərində Böyük Qələbəmizə, həmçinin koronavirus pandemiyasından böyük zərər çəkmədən çıxacağımıza inamımız böyük olub. Artıq hər iki cəbhədə qalibik. Çox keçməz ki, koronavirus pandemiyası da yoxa çıxacaq. Bundan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyacaq. İpək Yolunun qapısı olan Azərbaycan daha da sürətlə inkişaf edəcək. İşğaldan azad olunmuş torpaqlarımıza “Böyük Qayıdış” Proqramı artıq icra edilməyə başlanılıb. Bir sözlə ölkəmiz dünyaya yeni günəş kimi doğacaq. Dövlətimiz daha da qüdrətlənəcək, xalqımızın rifahı artacaq.

Yeni hədəflərə doğru uğurlu yol almaq üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması mühüm hadisədir. Bu Proqram dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Proqramın mahiyyətinə uyğun olaraq qeyd edilir ki, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir;
Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir.
Təbii ki, dövlətimiz inkişaf etdikcə, iqtisadi gücümüz artdıqca, xalqımızın rifahı da artır. Təsdiq olunmuş bu Proqramın əsas prioritet istiqaməti məhz xalqımızın rifahının daha da artırılmasına töhfə verməkdir. Proqamın mahiyyəti uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
İqtisadi islahatlar, dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri olan yüksək səviyyəli təhsil sistemi, yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının mühüm məqsədlərindəndir.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Böyük Zəfərimizdən sonra xalqımızın həmrəyliyi, ölkə başçısına inamı daha da artmışdır. Qələbəmizin təmin edilməsi məqsədilə igid döyüşçülərimiz qəhrəmanlıq salnaməsi yazdılar, hər vətəndaş öz üzərinə düşən məsulliyyəti dərk edərək arxa cəbhədə bir orduya çevrildi, döyüşçülərimizə dəstək oldu. Vətəndaşlıq məsuliyyəti hər zaman bizimlə olmalı, dövlətimizin inkişafı üçün hər kəs öz işində vicdanla çalışmalıdır. Qüdrətli Azərbaycan üçün daha da həmrəy olmalıyıq.
Rübabə İbrahimova,
Xocalı rayon sakini
04.02.2021
Paylaşın:

Tezliklə bütün işğaldan azad olunmuş ərazilərimiz əvvəlki gözəl günlərinə geri dönəcək

 

Fevral ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və  Cəbrayıl rayonlarına səfər etdilər.

         Ölkə başçısı əvvəlcə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi.

         Sonra Prezidenti İlham Əliyev və ailə üzvləri Zəngilan rayonunun  Üçüncü Ağalı kəndində oldular. Yol boyu  ölkə başçısı avtomobili özü idarə edərək, mənfur düşmənlərin Zəngilanı necə məhv etdikləri, burada ancaq onların hərbi hissəsinin, polis bölməsinin yerləşməsi və xaricdən gələn ermənilərin qanunsuz yaşaması haqqında söhbət etdi. Prezident bildirdi ki, Zəngilan rayonunda birinci “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.

         Daha sonra dövlətimizin Başçısı, Birinci Xanım və qızları birlikdə Laçın rayonunda oldular. Prezident Həkəri çayını göstərərək bildirdi ki, belə gözəl çaylarımız da düşmən tərəfindən istismar olunmuşdu. Ancaq biz buna son qoyduq, düşməni torpaqlarımızdan rədd etdik.

         Sonra Laçın rayonunun Güləbird kəndinə gəldilər. Dövlət başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və çıxış etdi. Qeyd etdi ki, bu gün Güləbird Su Elektrik stansiyasının açılışıdır.  Laçın rayonunun azad olunmasından iki ay keçməmiş, 8 meqavatlıq generasiya gücünə malik Su Elektrik Stansiyasının istifadəyə verilməsi bizim üçün qürurverici bir işdir. Həkəri çayından hər zaman səmərəli istifadə edəcəyik. Laçın və Kəlbəcər rayonlarında düşmənlər tərəfindən dağıdılmış bütün elektrik stansiyalarını bərpa edəcəyik. Laçın rayonunda 5, Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası dağıdılıb.

         Zəngilan rayonunda birinci pilot “Ağıllı kənd” layihəsi də bərpa olunan enerji ilə təchiz ediləcəkdir.

Ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, bizim bərpa işləri üçün böyük planlarımız var. Çalışırıq ki, minalardan təmizləmə işləri tez bir zamanda başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və infrastruktur layihələrinə start verilsin. Sonra onlar düşmən tərəfindən ekoloji terrora məruz qalmış, Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər. Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdilər və  Bəsitçaya balıq buraxdılar.

Sonra isə Cəbrayıl rayonunun Soltanlı kəndinə yola düşdülər. Soltanlı kəndində Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkin işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, əkin sahələrində monitorinq işləri davam etdirilir. Tezliklə bütün işğaldan azad olunmuş ərazilərimiz əvvəlki gözəl günlərinə geri dönəcək.

                                                                                            Vəsilə Quliyeva,

                        Xocalı rayon Kosalar kənd tam orta məktəbin psixoloqu


Paylaşın:

Gələcəyə inamla və İlhamla!

        

        XX əsrin sonlarında Azərbaycan tarixində həm siyasi həm də iqtisadi cəhətdən mürəkkəb bir dövr olsa da, böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq aləmdə nüfuzunun artması, cəmiyyətdə dövlətçilik ənənələri güclənməsi və müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilməsi kimi də yadda qalmışdır. Ölkənin iqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün böyük imkanlar yaratmışdır.

        Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı da növbəti illərdə respublikamızın əsas sosial-iqtisadi inkişaf istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməklə əldə olunan uğurların miqyasının, həmçinin həcminin genişləndirilməsi məqsədi daşıyır. Sözügedən sərancamla növbəti 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, dinamik, inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması, respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması, habelə işğaldan azad olunan ərazilərə böyük qayıdış proqramının reallaşdırılması istiqamətləri daxil edilib. Qeyd edilən milli prioritetlər, təbii ki, biz Xocalıların hayatında da xüsusi əhəmiyyət kəsb edir. Davamlı və yüksək iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlir yüksək səviyyədə gerçəkləşdirilir.

          Bütün bu uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

        Biz Xocalılar da əminliklə deyə bilərik ki, qarşıdakı onillikdə də cənab Prezidentin ətrafında sıx birləşəcəyik. Bu ölkənin vətəndaşı kimi qazanılan hər uğurun, vurulacaq dəmir yumruğun bir parçası olacağıq!

Fiqurə Rüstəmova,

Xocalı rayon ziyalısı

Paylaşın:

İşğaldan azad edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır

 

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsindən qısa zaman keçməsinə baxmayaraq işğaldan azad edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır. Məlumdur ki, mənfur düşmən işğal nəticəsində bütün yaşayış məntəqələrini, infrastrukturu bütövlükdə vəhşicəsinə dağıdaraq, talan edərək yerlə yeksan etmişdir. Əlavə olaraq torpaqların böyük əksəriyyətinin düşmən tərəfindən minalanması, minalanmış ərazilərin xəritəsinin təqdim edilməməsi bir çox problemlər yaratmaqdadır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi iradə nümayiş etdirərək Vətən müharibəsində dəmir yumruqla qısa zaman kəsiyində murdar düşmənin başını əzdiyi kimi, elə qısa zamanda da xalqımızın dəstəyi ilə dağıdılmış əraziləri bərpa etməyi qarşısına prioritet məsələ kimi məqsəd qoymuşdur.                                                         

Təsadüfi deyildir ki, ölkə başçısı tez-tez ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlara səfər edir, orada aparılan quruculuq işləri ilə yerindəcə tanış olur, müvafiq göstərişlər verir. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Suqovuşan yolunun çəkilişi, Füzuli - Şuşa yolunun çəkilişi, Füzuli aeroportunun tikintisi sürətlə davam etdirilir. Təqdirəlayiq haldır ki, bütün bu infrastruktur layihələrinin həyata keçirilməsi ərazilərin minalardan təmizlənməsi ilə paralel şəkildə həyata keçirilir. İşlərin bu qədər sürətlə həyata keçirilməsi bir yandan da mənfur düşmənə xam xəyallara düşməmələri üçün ölkə rəhbərimiz tərəfindən verilən bir mesajdır.                                                         

14 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva, Prezidentin qızı Leyla xanım Əliyeva növbəti dəfə işğaldan azad edilmiş torpaqlara səfər etmişlər. Səfər zamanı ölkə başçısı və ailə üzvləri aparılan quruculuq işləri ilə tanış olmuş, eyni zamanda işğaldan azad olunmuş Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird su elektrik stansiyasının açılışında iştirak etmişlər. Ölkə başçısı qeyd etmişdir ki, düşmən öz havadarlarına arxalanaraq 5 rayonun Azərbaycana qaytarılmasını, ardınca Qarabağ ermənilərinə statusun verilməsini, Laçın və Kəlbəcərin isə bufer zona kimi ermənilərin nəzarərində qalmasını təklif edirdi. Əlbəttə, mən bu təklifi hər zaman qətiyyətlə rədd edirdim. Bugünkü durum mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Ölkə başçısı bir daha Ermənistandakı bəzi revanşist qüvvələrə xəbərdarlıq etdi ki, xam xəyallara düşüb yanlış addım atsalar, bu onların sonunu gətirəcək və erməni xalqını olmazın fəlakətlərlə üzləşdirəcək. Biz atdığımız hər bir addımı dəfələrlə ölçüb-biçmişik.             Azərbaycan xalqı tam əmindir ki, məhz cənab İlham Əliyevin başçılığı ilə bərpa işləri başa çatdırılacaq və o torpaqların sahibləri əmin-amanlıq şəraitində öz dədə-baba yurdlarında yaşayacaqlar. Yaşasın Azərbaycan! Yaşasın xalq və hakimiyyət birliyi!                                                                                                                        Ələddin Əhmədov,  

                                              Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi 

Paylaşın:

Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”

             

         Birinci Qarabağ savaşları zamanı torpaqlarımızın müdafiəsi uğrunda yüzlərlə şəhid vermiş xocalılar igid oğul və qızların hünərləri ilə daim fəxr edirlər. Aylarla düşmən mühasirəsində köməksiz qalan xocalılar mübarizliyi, döyüşkənliyi ilə torpağa nə qədər bağlı olduqlarını göstərdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım törətdilər. Ancaq xocalılar düşmən önündə əyilmədi, sona qədər mərdliklə mübarizə apardılar. Baxmayaraq ki, mənfur düşmən Xocalını yer üzündən sildi, lakin xocalılıları sonuncu nəfərinə kimi məhv etməyi bacarmadı. Bu gün də xocalılılar erməni vandalizminin ifşasında var qüvvələri ilə iştirak edir. Bəli, xocalılılar da “Dəmir yumruq”la düşmən başına ağır zərbə endirənlərin sırasında öz sözlərini dedilər, qisaslarının alınmasında öz güclərini, qeyrət və vətənpərvərliklərini göstərdilər.

        2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi 30 ilə yaxındır düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan  Müzəfər Azərbaycan Ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildilər. Məhz, onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq.

        Xocalı da neçə-neçə qəhrəmanlar, mərd oğullar yetişdirib. Öz dədə-baba torpağını görməyən Xocalı gəncləri qəhrəman oğullarımızın döyüş yolundan ilhamlanaraq Vətən müharibəsinə könüllü yazıldılar. Xocalı igidləri qəhrəmanlarımızın şərəfli döyüş yolunu davam etdirməyi özlərinə borc bildilər. Vətənpərvər oğullarımız torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda, həm də şəhidlərimizin qisasını almaq məqsədilə döyüşlərə qatıldılar, öz şücaətlərini göstərdilər. Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Xocalı rayonundan olan döyüşçülər şəhidlik mərtəbəsinə ucaldılar.  Bu müharibədə şəhidlik mərtəbəsinə ucalan səkkiz  xocalı balasının da məzarı müqəddəs ziyarət yerimizə çevrildi. 44 günlük müharibədə Xocalı rayonundan qazilər də oldu.

       Hələ Xocalının özündə ikən həmrəy olan xocalılar köçkünlük illərində də respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmaqlarına baxmayaraq, daim bir-birilərini axtarıblar, xeyir-şərdə bir yerdə olublar. Xocalı müsibətini yaşayan sakinlərimiz qisasımızın alınması üçün, torpaqlarımızın işğaldan azad olunması uğrunda əsl vətəndaş kimi arxa cəbhədə fədakarlıqları ilə xalqımızın birliyini bir daha təcəsssüm etdirdilər.

        Xocalı soyqırımından 29 il ötsə də, onun yarası heç  vaxt qaysaqlamır, ağrısı-azarı səngimir, soyqırımın müsibətləri daim ürəkləri parçalayır. Hər fevral ayı gələndə xocalılar üçün sanki həmin müsibətli günlər yenidən qayıdır. Ancaq Vətən müharibəsində  Şanlı, Müzəffər Ordumuzun düşmən üzərində qələbəsindən və Xocalı qatillərinin məhvindən sonra xocalıların üzünə sevinc, qəlbinə fərəh gəldi. Xocalı müsibəti Xocalıya qayıdarkən səngiyə, şəhidlərimizin ruhu o zaman şad ola bilər. Biz bu amalla daim dövlətimizə, ölkə başçısına sadiq olmuşuq. İnamımız, müqəddəs arzumuz gerçəkləşir. Zəfər Günündə bəşər tarixində ən ağır faciəni yaşamış xocalıların ilk ziyarət yeri şəhidlərimizin ruhlarının əbədiləşdirilməsi üçün ucaldılmış abidələr oldu. Hər dəfə faciəmizi yad etmək üçün getdiyimiz abidələr önünə bu dəfə həm də qələbə müjdəsini çatdırmaq üçün tələsdik. Artıq xocalılar ədalət rəmzi olan Xocalıya qayıdacaqları günə hazırlaşırlar.


Bəyməmməd QULİYEV,

Xocalı rayonunun Kosalar kənd sakini,

təqaüdçü müəllim

Paylaşın:

Şəhidlər doğuldu ki, Ana Vətən yaşasın

        Xalqımızın 44 günlük vətən müharibəsində yazdığı qəhrəmanlıq səlnaməsi, dövlətçilik tariximizə qızıl hərflərlə həkk olundu. Bu şərəfli tarixi öz qanları ilə yazan şəhidlərimizin əziz xatirələri, əbədi olaraq xalqımızın yaddşından silinməyəcək. Bu gün elə bir azərbaycanlı ailəsi yoxdur ki, onun evində şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən bir nişanə, nümunə olmasın.  Əldə etdiyimiz tarixi qələbədən bizləri qısa bir zaman ayırsa da, artıq şəhidlərimizin, əsgərlərimizin cəsurluğunu, ağılasığmaz şücaətlərini əks etdirən ədəbi əsərlər, poeziya nümunələri, əfsanələr yaranmaqdadır. Əfsanəyə çevrilən bu qəhrəmanlıq əsərləri yeni nəsilin vətənpərvər ruhda böyüməsində, tərbiyə olunmsında böyük bir məktəb rolunu oynayacaq. Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qısa bir zaman ərzində mənfur düşmənlə apardığı müharibənin taktiki, strateji tərəfləri, bu gün artıq dünyanın ən böyük  hərbi mərkəzlərində analiz edilir, araşdırılır. 

Zaman keçdi, doğma yurdlarından didərgin düşən uşaqlar, bu illər ərzində düşmənə qarşı qisas, nifrət hissi ilə böyüdülər. Və o tarixi an yetişdi ki, ata-baba yurdlarının mənfur düşmənin tapdağı altında qalması ilə barışmayan bu “uşaqlar” Vətənin bir çağırışı ilə silaha sarılaraq düşmən üzərinə qartal kimi şığıdı. Qisas hissi il alışıb yanan cəngavərlərimz ilk bayrağımızı Suqovuşanda dalğalandırdılar. Ardınca Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı azad olundu. Bütün cəbhə boyu böyük qələbələrə imza atan rəşadətli ordumuz,  daha sonra  xalqımızın tarixi-mədəni, dövlətçilik ənənələrinin kimliyini özündə ehtiva edən Şuşaya doğru istiqamət götürdü. Hər tərəfi sıldırım qayalarla əhatə olunan Şuşa qalasının azad edilməsi uğrunda gedən döyüşlər dünya hərb tarixinin ən şanlı səhifəsinə çevrildi. Təsadüfi deyil ki, Fransanın “Le Monde”  nəşrinin jurnalisti Şuşa döyüşləri haqqında öz gözləri ilə gördüklərini belə ifadə etmişdi: “Şuşanın müdafiəçiləri paramparçadlır. Azərbaycanın Xüsusi Təyinatlıları Şuşanın müdafiəsinin gücünü yoxlamaq üçün gecə basqını etdilər. Məhz, bu hücum nəticəsində Xankəndini İravana bağlayan əsas yol bağlanıb. Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə avtomat və süngü döyüşləri gedir. Daşaltı istiqamətində hər 10 dəqiqədən bir yaralı erməni əsgərlərini daşıyan ambulanslar hərəkət edir. Hücum o qədər şiddətli idi ki, ermənilər şəhəri təslim etməyə məcbur oldular. Xankəndi artıq Azərbaycan güclərinin hücumundan sığortalanmayıb”.

Şuşanın azad edilməsindən dərhal sonra, demək olar ki, bütün hərbi arsenalının Azərbaycan ordusu tərəfindən darmadağın edildyini görən  Ermənistan kapitulyasiya aktını imzalamaqla diz çökdü. Coğrafi reallıqları nəzərə alsaq, Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüşsüz azad edilməsi, heç şübhəsiz minlərlə əsgərlərimizin həyatlarının qorunmasına zəmin yaratdı. Və beləliklə şanlı Azərbaycan Ordusu Cənab Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, erməni faşistlərini doğma torpaqlarımızdan “iti qovan kimi qov”du.  

Şübhəsiz ki, bu qələbə mərd, qorxmaz, hətta vziyyətdən asılı olmyaraq düşmən üzərinə yalın əllə atılan Azərbaycan əsgərinin qanı-canı bahasına əldə olundu. Artıq bir əfsanəyə çevrilən Xudayarın oxuduğu “Vətən nəğmə”si yarımçıq qalsa da, Daşqının bir qıza ünvanladığı “səni tapıb, özüm alacam ” arzusu gözlərində qalsa da, onların nəğmələrini oxuyan, arzularına boy verən Xudayarlar, Daşqınlar bu gün milyonlarladı. Bu qəhrəmanların bədənləri torpağa kömülsə də, ruhən onlar milyonların qəlbində əbədi məskən salıblar. Məhz, bu sevginin bariz nümunəsidir ki, son zamanlar doğulan oğlan uşaqlarına daha çox  Polad, Mübariz, Xudayar, Daşqıın və digər şəhidlərimizin adları qoyulur.

Dövlətimizin, xalqımızın, qazandığı bu şanlı qələbədə qardaş Türkiyəmizin dəstəyi şanlı tariximizə qızıl hərflərlə yazıldı. İstər beynəlxalq səviyyədə, istərsə də hərbi-strateji müstəvidə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla 44 günlük müharibədə, 82 milyonluq türk millətinin ürəyi daim Azərbaycanla döyündü. Tarixin bütün dönəmlərində olduğu kimi, bu dəfə də türk qardaşlarımız müasir dünyada ikili standartların hökm sürdüyü bir zamanda, Azərbaycanı döyüş meydanında təklənməyə imkan vermədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın timsalında mərhim Heydər Əliyevin “Bir milət iki dövlət” deyimi ən bariz şəkildə öz təsdiqini tapmış oldu. Türkiyənin Rusiya lə birlikdə münaqişənin davamlı həllinə yönəli Qarabağda yaradılmış Monitorinq Mərkəzində bərabərhüquqlu müstəvidə təmsil olunması, Azərbaycanın son 100 ildə beynəlxalq diplomatiyada əldə ətdiyi, bəlkə də ən böyük nailiyyətdir. Yəni, bu o deməkdir ki, əslində Türkiyə Cənubi Qafqazda Rusiyanın hegemonluğuna son vermiş oldu. Artıq dünya dövlətləri anladı ki,  Azərbaycan-Türkiyə qardaşlığına əngəl ola biləcək heç bir güç yoxdur. Dünənə qədər bizimlə zor dilində danışan, hər daim ikili standartlar müstəvisində yanaşan dünya dövlətləri, Cənab İlham Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycanla hesablaşmalı oldular.

Artıq şəhidlərimizin, əsgərlərimizin qanı bahasına azd edilmiş ərazilərdə “Böyük qayıdış” planı çərçivəsində abadlıq, quruculuq işlərinə start verilib. İnanırıq ki, tezliklə vandal düşmənin xarabazarlığa çevirdiyi o yerlər dövlətimizin, millətimizin sarsılmaz birliyi, əməyi sayəsində cənnətə çevriləcək. Necə deyərlər:  “Cənnət görmək istəyən Azərbaycana gəlsin”!     









Şeyda ƏZİZOVA,

“Aranmedia” qəzetinin baş redaktoru


Paylaşın:

Xoşbəxt günlərimin şahidi ata ocağım-Qubadlı

Müqəddəs yurdlar bizi səsləyir

        Doğulub boya-başa çatdığım ata yurdum Qubadlı coğrafi məfhumdan çox müqəddəs, sehirli bir dünya kimi yaddaşıma həkk olub. Məhz, o səbəbdəndir ki, doğma vətənimdə keçirdiyim hər gün, hər an unudulmaz  xatirələri, fərqli çalarları ilə yaddaşımda silinməz izlər buraxıb. Deyərdim ki, ən gözəl, xoşbəxt anlarımı ata evimdə, ata ocağımda yaşamışam. Hisslərim, duyğularım, bütövlükdə xarakterim o torpaqda formalaşıb. Dünyaya sığmayan, qayğısız, xoşbəxt anlarla dolu uşaqlığım o məkanda keçib. Və bir müdhiş gündə, məcburən uşaqlıq xatirələrimi, səadət dolu günlərimi, arzularımı, istəklərimi ata ocağıma, daşlara, divarlara, çiçəklərə verərərk tərk etdim. Hərdən vətənsiz yaşadığım bu illərin hesabatın aparıram və bu nəticəyə gəlirəm ki, dəyər və məna baxımdan ata yurdumda keçirdiyim təkcə bir gün bu illərin fövqündə dayanır. Düzdür, vətənin hər bucağı əzizdir, lakin dünyaya göz açdığın, havasını udduğun məkan daha müqəddəs anlam daşıyır. Özü də insan yaşa dolduqca, kamilləşdikcə bu sevgi qanadlanıb vətənə doğru pərvazlanır. Hisslərin, duyğuların, tarixi yaddaşın səni yurda səsləyir. Öz timsalımda deyərdim ki, bu  insanların yaşlarının üstünə yaş gəlincə, təbiəti, xarakterləri etibarilə, sanki uşaqlaşırlar. Uşaqlaşırlar ki, bəlkə də qoyub gəldikləri ata yurdun daş-kəsəklərində, cığırlarında itirdikləri uşaqlıqlarını, şirin xatirələrini tapacaqlar...

        Doğma yurdum Qubadlı təkcə əzəmətli dağları, ecazkar təbiəti ilə deyil, həm də mərd, igid, ölkəmizin ictimai-siyasi həyatında zaman-zaman aparıcı rol oynayan  insanları ilə də önəm daşıyıb. Bu mənada Süleyman Rəhimov, Mir Sədi ağa, Bəhlul Behcət, Əli Əmiraslanov və digərləri hər daim mənə örnək olublar. 

        Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub və demək olar ki, son imkanları tükənənə qədər düşmənə müqavimət göstərib. Təsadüfi deyil ki, Qubadlı milli qəhrəmanların sayına görə ön sıralarda gəlir. Hətta cənab Prtezidentimiz İlham Əliyev Qubadlıda olarkən bu torpağın igidlər, qəhrəmanlar yurdu olduğunu ifadə etdi.  Qubadlılar Qaçaq Nəbi, Əliyar Əliyev, Nadir Bədəlov, Şükür Rzayev, Mais Bərxudarov kimi xalqın yaddaşında əfsanələşmiş qəhrəmanları ilə daim qürur duyublar. Həcər xanımın timsalında kişi cəsarətli, mərd, qəhraman qadınlarımız hər daim fəxrlə yad ediliblər. İkinci Qarabağ müharibəsi zamanı da Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Hər iki tərəf çoxlu itki verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov və onlarla oğullarımız öz doğma diyarları uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldular. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Lakin, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əzəmətli Azərbaycan ordusu mənfur düşməni diz çökdürərək 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdi. 

        "Qubadlı" toponiminin mənşəyi xüsusi maraq doğurur. İşğal ərəfəsində rayonun Hacılı kəndi yaxınlığında qazıntı yerində Sasani şahı Qubadın adından zərb edilmiş gümüş sikkə nümunələri tapılmışdır. Bu mənada Qubadlı adının mənşəyi I Qubadın adı ilə bağlı olsa da, yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Tədqiqiatçıların araşdırmalarına görə Qubadlının əhalisi türk tayfalarından formalaşıb. Rayonun yerli əhalisinin bəzi antropoloqlar bütün Qafqazda ən qədim yerli tip sayılan Kaspi tipinə (və ya Oğuz tipi) mənsub olduğunu söyləyirlər. Yer adlarına - toponim, oykonom, hidronimlərə nəzər salsaq dediklərimiz öz təsdiqini tapmış olur.

         Qubadlı rayonunun təbiəti də olduqca zəngindir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılıb. Rayonda 13.2 min hektar meşə sahəsi olub. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan təbii sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər Tanrının bəxşişi idi. 

        Budur, uzun sürən həsrətdən sonra, doğma Qubadlım mənfur düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edildiyini televiziya ilə xəbər verəndə mənim bir dəqiqəlik nə göz yaşlarım oldu, nə sevinə bildim, sanki bir anlıq 10-12 yaşlarında atamın həyətində axan arxın kənarında oynayan bir qız uşağı gördüm. Xəyalən bir anlıq uşaqlıq dövrümə qayıtdım, o, anları yaşadım  və sonra sevincdən göz yaşlarıma hakim ola bilmədim. Və hətta Tvitterdə Cənab Prezidentimiz İlham Əliyevə yazdım ki, sizin əllərinizdən öpürəm, Sizə bütün Qubadlı camaatı adından təşəkkür edirəm ki, bizim müqəddəs torpaqlarımızı mənfur düşmənin pəncəsindən xilas etdiniz. 

        Xain düşmən bizim də Qubadlıda olan, bağlı-bağçalı, indi Villa dediyimiz evlərdən seçilməyən ata yurdumuzu viranəyə çevirib. Vəhşi düşmən bu yerlərdə elə bir vandallıq törədib ki, Cənab Prezidentimizin təbrincə desək, sanki bu yerlərdən vəhşi bir qəbilə keçib. Xain düşmən hər vəchlə çalışıb ki, tariximizə, mədəniyyətimizə, keçmişimizə aid bütün nişanələri, izləri yox etsin. Lakin inanırıq ki, biz yenidən o torpaqlara dönəcəyik. Xarabaya çevrilmiş vətəni əvvəlkindən də gözəl şəkildə qurub yaradacağıq. Bunu bizlərdən atalarımızın, şəhildlərimizin müqəddəs ruhları tələb edir. Bir daha bizlərə bu zəfər, qalibiyyət anları yaşadan Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə, ordumuza bütün Qubadlı camaatı və  “Aranmedia” qəzetinin kollektivi adından dərin təşəkkürümü bildirir, daha böyük zəfərlər arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, əsgərlərimizə can sağlığı arzulayıram.

        Qarabağ Azərbaycandır!

Şeyda ƏZİZOVA,

“Aranmedia” qəzetinin baş redaktoru




Paylaşın:

XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA

        1992-ci il fevralın 25-dən 26-na keçən gecə, yerlərin və göylərin məhkəməsinin susduğu 
gündə Seyran Ohanyanın başçılığı ilə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri olan Xocalı şəhərini və yaxınlığında yerləşən hava limanını zəbt edərək yerli əhaliyə qarşı dəhşətli soyqırım törətdilər.  20 Yanvar qırğını kimi Xocalı faciəsi də xaqımıza qarşı affekt vəziyyəti yaşatdı. Son dövrlər Xocalı soyqırımının statistik göstəricilərinə görə, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

        Dövrün səriştəsiz vəzifəli şəxslərinin spekulyativ fəaliyyəti, hərbi qüvvənin zəifliyi ermənilər tərəfindən mühasirəyə alınmış Xocalıya heç bir yardım əlini uzatmağa imkan vermədi. Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin, onların tabeliyində olan muzdlu əsgərlərin, terrorçu dəstələrin törətdikləri vəhşilik məhz soyqırımı aktıdır və bunu o qanlı günlərin şahidləri də açıq-aydın etiraf edirlər.

        Tarixin müəyyən dövrlərində Azərbaycan mətbuatının inkişafında ləngimələr müşahidə olunmuş, baş verən prosesləri obyektiv şəkildə işıqlandırmaqda çətinlik çəkmişdir. Faciənin törədildiyi 1992-ci ildə Azərbaycan mətbuatı konkretlik və birbaşa ünvanlılıq funksiyasını tam formada yerinə yetirməməsi senzura qorxusu ilə bağlı idi. Bu proses 1998-ci ilə qədər davam etdi. Çünki ümumilli lider Heydər Əliyevin 1998-ci il  avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.

        Xocalı soyqırımı mövzusu 1992-ci ildə çap olunan yerli (“Azərbaycan”, “Xalq”, “Səhər” qəzetləri, “Azərbaycan” jurnalı), xarici (Krua l'Eveneman jurnalı (Paris), “The Sunday Times” (London), “Faynenşl Times” (London), “Times” (London), “İzvestiya” (Moskva), “Le Mond” (Paris), “İzvestiya” (Moskva) qəzetləri)  və digər mətbuat orqanlarında öz əksini tapmışdır. 1992-ci ilin fevral-mart aylarında çap olunan “Azərbaycan”, “Xalq” və s. qəzetlərdə Xocalıya edilən maddi yardımlar barədə məlumatlar, bu yardımlara görə minnətdarlıq məktub¬ları çap olunurdu. 

         Xarici mətbuatın reportyorları – Tomas Qolts (erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumat verən ilk reportyor, "Sandi Tayms" qəzeti), Violetta Parvanova ("Nie" qəzeti, Bolqarıstan), Mayor Leonid Kravest ("İzvestiya" qəzeti) faciənin törədildiyi zamanda informasiyanın tirajlanmasında aktivlik göstərmələrinə baxmayaraq, sonralar xarici mətbuatın bu faciəni xatırlamağa həvəsi olmamışdır.

        Əhalinin informasiyaya böyük ehtiyac duyduğu 1992-ci ilin  fevral ayında dövrün ən böyük xəbər agentliklərindən olan Azərinform hadisə ilə bağlı məlumat verməkdə çətinlik çəkirdi. 

        Azərbaycan mətbuatında Xocalı faciəsi haqqında məlumat ilk dəfə “Səhər” qəzetində işıqlandırılmışdır. “Səhər” qəzeti Xocalıda ölənlərin sayının 1000-dən çox, itkin düşənlərin sayının isə 15 nəfər olması ilə bağlı məlumat verirdi, bu da təbii ki hadisənin tam faciəsini əks etdirmirdi. “Səhər” qəzetinin 1992-ci il 27 fevral tarixli sayında Süleyman Qaradağlı “Xocalı işğal olundu” başlıqlı məqaləsində faciə ilə bağlı ilk məlumatı Azərbaycan Milli Ordusunun döyüşçüsü Şamil Sabiroğlunun telefon zəngi ilə bildirdiyini qeyd edir. Münaqişə zonasına ezam olunmuş repartyor Şamil Ələkbərov və Səriyyə Müslümovanın sayəsində hadisə ilə bağlı xəbər bütün yerli ictimaiyyətə yayıldı. İlk dəfə jurnalistlər Çingiz Mustafayevin müşayiəti ilə faciəvi video çəkilişləri dünyaya yayımlamışdılar. Yerli qəzetlər içərisində publisist, şair Sabir Rüstəmxanlının baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı olan “Azərbaycan” qəzeti Xocalı faciəsinin işıqlandırılmasında xüsusi aktivlik göstərmişdir.

       1992-ci ildə Xocalı soyqırımının baş verdiyi zaman dünya mətbuatında faciəni işıqlandırılmasında ən böyük fəallığı Türkiyə mediası göstərmişdir. 

        Xocalı soyqırımı 1992-ci ildə Türkiyənin ən fəal mətbuat orqanlarında – “Cumhuriyet”, “Hürriyet”, “Milliyet”, “Türkiye”, “Tercüman”, “Meydan” qəzetləri, “Azerbaycan Türk kültür dergisi”də işıqlandırılmışdır.

     Xocalı soyqırımı haqqında xəbərlər mahiyyət etibarilə Türkiyə mətbuatında 2 cür təzahür edir: hadisənin bütün gerçəklikərini ortaya qoyan canlı şahidlərin gözü ilə (Xocalı soyqırımından sonrakı xəbərlər) və başqa mətbuat nümunələrindən qaynaqlanan xəbərlər. Xocalı soyqırımı haqqında ilk xəbər Türkiyə mətbuatında canlı şəkilləri ilə “Hürriyet” qəzetinin 28 fevral 1992-ci il tarixində hərbi jurnalisti İrfan Sapmaz tərəfindən dünyaya bəyan edildi. “Dünya bu katliama dur demeli” başlıqlı yazısı ilə Xocalı faciəsini ilk dəfə Türkiyə mediyasına bildirən geniş yazılı sensasiyalı xəbərdir: “Azərbaycanlılar bütün çətinliklərə rəğmən Dağlıq Qarabağda bir qəhrəmanlıq dastanı yazdılar. Modern silahlarla təchiz olunmuş Qızıl ordu dəstəyi ilə erməni işğalçılarına qarşı azərbaycanlılar qanları bahasına da olsa, mübarizə aparırdılar. Ancaq Xocalının işğalına mane ola bilmədilər”. 

        Əlbəttə ki, hadisənin baş verdiyi zaman konkret statistik məlumat vermək mümkünsüzdür, ancaq dünyada sensasiyalı xəbər kimi qarşılanan Xocalı faciəsinin dolğun işıqlandırılmaması ölkədə Sovet xofunu yaşayan senzura nəzarəti idi. Verilən statistik məlumatlar, jurnalist qeyri-peşəkarlığı fakt xəbərlərdə özünü göstərir. Yaralının sayı 120 (Azərinform “Bakinskiy raboçi” 28 fevral 1992), 100 ölü və 200 adam yaralı (Aydın Mehdiyev “Nezavisimaya Qazeta” 27 fevral, 1992), 150 yaralı (“Azadlıq” 28 fevral 1992) və s. kimi yalnız statistik məlumatlar və düşmən tərəfin hücumu haqqında informasiya, azərbaycanlıların döyüş taktikasındakı zəiflik, xəyanət, rəhbər başçıların spekulyativ fəaliyyəti pərdələnirdi. 

        Həmin dövrdə dünya mətbuatında Xocalıda 2000 adamın itkin düşməsi (Thomas Goltz. Corpses Litter Hills in Karabakh. “Sunday Times” newspaper, 2 mart 1992), 1000 ölü, 4000 yaralı (HIATT Fred. Killings Rife in Nagorno-Karabakh. “The Washington Post” newspaper, 3 mart 1992), 1000-dən çox insanın vəhşicəsinə öldürülməsi (Brian Killen. Attrocity Reports Horrify Azerbaijan. “The Washington Times”, 3 march 1992), Qarabağ müharibəsində ölkəni qorumağı bacarmayan ölkə prezidenti Ayaz Mütəllibovun günahlandırılması (Thomas Goltz. Massacreby Armenians Being Reported. “The New York Times”, 3 mart 1992) və s. kimi faktiki məlumatlar qəzetlərdə yer almışdı. 

        İlk dəfə dünya mediyasına “Sunday” qəzetinin müxbiri Tomas Golts və onun türk həyat yoldaşı Hicran Golts “Sunday Times” qəzetinə Xocalı faciəsi haqqında xəbər vermişlər, qəzet məlumatı çap etdirsə də, “BBC” məlumatı bildirməkdə ehtiyat etmiş, ancaq Moskva müxbirinin xəbərindən sonra Xocalı faciəsini dünyaya bəyan etmişdir.

        Fransada nəşr olunan "Le Mond" qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklərini işıqlandırmaqla yanaşı, erməni yönümlü mətbu orqanların yalanlarına arqumentlərlə cavab vermişdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. 

        1992-ci ilin bəzi məqalələrin headlaynları (xronika sərlövhəsi) cəlbedici görünsə də, məzmun baxımından daha çox müəllifin emosional mövqeyi, səbəbkarları təqsirləndirməkdə bir çəkingənliyi özünü biruzə verir. Tahir Aydınoğlunun 1992-ci ilin “Xalq” qəzetində çap olunan “Xocalı faciəsi, qatillər kimlərdir?” adlı məqaləsində qatillər rus-erməni kimi səsləndirsə də, konkret olaraq göstərilmir. 

        70 il avtoritar Sovet rejiminin Qərb jurnalistika təcrübəsindən uzaq düşmüş Azərbaycan mətbuatı ermənilərə qarşı “xalqlar dostluğu” tendensiyası  təbliğatı ilə məşğul olan zaman erməni mətbuatı azərbaycanlılara qarşı özünküləşdirmə siyasəti haqqında artıq zəngin təcrübə qazanmışdı. Həmin dövrün mətbuatında erməni qüvvələrinin arxasında dayanan səbəblər aydınlaşdırılırdı. El Messanyan Qriqoryan Beyrutda çıxan “Zartunk” (“Oyanma”) qəzetində (1992-ci il 24 mart) “Bir erməni yardımı” yazısında dünyanın 24 ölkəsində zəngin erməni iş adamının hesabına maliyyələşən “Arsax yardım fondu”nu Xocalıda döyüşən qəhrəmanları üçün ayrıldığını qeyd edir. 

         Azərbaycan və erməni mətbuatında yayılmış informasiyalar, absurd və doğru xəbər arasında analitik təhlillər “Nyu York Tayms” qəzetinin 3 mart 1992 tarixli sayında öz əksini tapmışdır: “Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir” (Thomas Goltz. Massacreby Armenians Being Reported. “The New York Times”, 3 mart 1992). 

        “Haydad”, “Asala” erməni terror təşkilatlarının maliyyə dəstəyi ilə qurmaq istədikləri "Böyük Ermənistan"a xidmət üçün Xocalıya Avropadan gəlmiş erməni jurnalistləri ermənilərin öldürüldüyü barədə absurd xəbərlər yaymışdır. 

        Bu qəzetlərdə gedən yazılar janr etibari ilə xəbər, xəbər korrespondensiya, qısa reportajdır. 1992-ci illər yerli mətbuatda “Xocalı” faciəsi ilə bağlı fakt xəbər üstünlük təşkil etsə də, sonrakı illərdə hadisə ilə bağlı analitik şərh önə keçdi. 

        Xocalı faciəsinin törədilmə səbəbləri də jurnalistləri 1992-ci il mətbuatında daha çox düşündürürdü. Əlbəttə ki, dövlətdə məsul vəzifə tutmuş şəxslərin biganəliyi də mətbuatda tənqid olunmuşdu. “Azərbaycan” qəzetinin 5 mart 1992-ci il sayında Teylor Fətişoğlu “Qanlı gecə” və ya Xocalı necə viran edildi” adlı məqaləsində yazırdı: “Alınan məlumatlar hər 15 dəqiqədən bir DİN növbətçisinə və gecə saat ikidə hökümət telefonu ilə Bakı İcra hakimiyyətinin başçısı Rüfət Ağayevin dövlət müşaviri Abbas Abbasovun, baş nazir, müavini Matvey Radayevə və başqa rəhbər işçilərin evlərinə çatdırıldı. Lakin nəticə olmadı”.

        Güclü silahlarla təmin edilmiş ermənilər, öz cəbhəmizdə rabitə, kəşfiyyat, döyüş texnikasının zəifliyijurnalistlərin nəzərində məğlubiyyətin səbəbləri kimi göstərilir. “Xalq” qəzetinin 3 mart 1992-ci il tarixində çap olunan Tahir Aydınoğlunun “Uğursuzluqlar nədən doğur?” məqaləsində XTMD-nin üzvü, milis kiçik serjantı İlqar Cəfərov məğlubiyyətin səbəbini döyüş iştirakçısı kimi belə aydınlaşdırır: “Ən başlıcası XTMD milli Ordu, yerli milis, kəndin özünümüdafiə qüvvələrini idarə edən vahid komandanlıq yoxdur. Hamı özü üçün əməliyyat keçirir”.

        Beynəlxalq hüquq normalarına görə soyqırım anlayışına uyğun gələn bu faciə hələ də dünya mətbuatında “Xocalı qətliamı”, bəzən “insanlıq əleyhinə cinayət” hadisəsi kimi qələmə verilir. 

        Hal-hazırda xarici dövlətlərdə yaşayan azərbaycanlılar hər il Xocalı faciəsinin törədildiyi günü “Justice for Khojaly” (Xocalıya ədalət) kompaniyasını həyata keçirməklə faciənin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm addımlar atırlar. Ümumiyyətlə, həm beynəlxalq, həm də yerli mətbuat materiallarının araşdırılması, həqiqətlərimizin dünya miqyasında tanıdılmasına böyük ehtiyac var.

Aynurə Niyaz qızı Paşayeva

Filologiya üzrə fəlsəfə doktoru, 


Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi