BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

20 Şubat 2021 Cumartesi

Şəhid ailəsi ziyarət edildi

Posted at  2/20/2021  |  in  

        

        Xocalı rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, şəhid ailələri və qazilərimizlə görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır. Fevralın 20-də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, Xocalı rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Vətən Müharibəsi şəhidi Ramazanlı Əlzamin Umud oğlunun Bərdə rayon Şirvanlı kənd qəbiristanlığında uyuduğu müqəddəs məkan ziyarət edildi. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmiş igid döyüşçümüzün məzarı üstünə qərənfillər düzüldü, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna dualar oxundu. Şəhidimizin əmisi Mahmud Ramazanovla görüş zamanı onun valideynlərinə, yaxınlarına başsağlığı verildi, şəhid ailəsinin problemləri ilə maraqlanıldı.

        Qeyd edildi ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov tərəfindən hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərilir. Şəhidlər Vətən üçün, torpaqlarımızın azadlığı üçün canlarından keçdilər. Bizim edəcəyimiz isə onları daim yad etmək, ailələrinə maddi və mənəvi dəstəyimizi əsirgəməməkdir.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top