Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir

Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və Xocalı rayon İHB-nın Xocalı şəhər İ.Ə.D-si üzrə nümayəndəsi Tacir Əzizovun iştirakı ilə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Xocalı rayonundan olan Əhmədov Nicat Həsən oğlunun, Mustafazadə Ceyhun Şükür oğlunun, Cavadov Namiq Rəhbər oğlunun, Abdullayev Tural Şakir oğlunun Bakı şəhərində müvəqqəti məskunlaşmış ailələri ilə görüş keçirilmişdir. Əvvəlcə şəhidlərimizin məzarları önünə qərənfillər düzən rayonumuzun gəncləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna dualar oxudular.

 Görüşlər zamanı igid döyüşçülərimizin ailə üzvlərinə başsağlığı verildi. Milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əldə olunması uğrunda canlarındandan keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə diqqət və qayğı göstərmək məqsədi ilə keçirilən görüşdə şəhidlərimizin əziz xatirəsi yad olundu, onların həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə şəhidlərimizin adına hazırlanmış Fəxri Fərmanlar onların ailə üzvlərinə təqdim edildi. 

Qeyd edək ki, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun müvafiq sərəncamına uyğun olaraq, şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin.






 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi