BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Şubat 2021 Çarşamba

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının videoformat şəklində hesabat yığıncağı keçirilib

Posted at  2/10/2021  |  in  

        Fevral ayının 9-da Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində hesabat yığıncağı keçirildi. Videoformat yığıncağında YAP Xocalı rayon təşkilatının Şura üzvləri və 15 ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak etdilər.

Əvvəlcə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin “2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi dinlənildi.

Məruzə ətrafında YAP Xocalı rayon təşkilatının İdarə Heyətinin üzvü, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər şəxslər çıxış edərək məsələyə münasibətlərini bildirdilər.

Yığıncağın sonunda qərar layihəsi qəbul edildi.

Qeyd edək ki, YAP Xocalı rayon təşkilatı 1995-ci ilin mart ayında yaradılmışdır. Hal-hazırda YAP Xocalı rayon təşkilatının 845 üzvü var. Onlardan 227-si gənclər, 384-ü qadınlardır.





Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top