Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı esse, şeir, mahnı, nitq nominasiyaları üzrə keçirilən beynəlxalq yaradıcılıq müsabiqəsində Xocalı rayon Yaloba kənd tam orta məktəbin VI sinif şagirdi Kərəmli Fatimə Kəyan qızı esse nominasiyasında həvəsləndirici yerə layiq görülmüş və sertifikatla mükafatlandırılmışdır.
Xocalı məktəblisi beynəlxalq yaradıcılıq müsabiqəsində uğur qazanıb
Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana
Müsahibim acı taleyini, müsibətli günlərini, əsirlik həyatını danışdı.
- Yoldaşımla quruculuq-abadlıq işləri ilə böyüyüb inkişaf edən, havası, təbiəti gözəl olan Xocalı şəhərinə köçüb orada yaşamaq qərarına gəldik. 1990-cı ildən Xocalıda yaşamağa başladıq. Bizi yeni evlə təmin etdilər. Orada xoşbəxt həyat yaşacağımıza inanırdıq. Həyat yoldaşım əvvəlcə bir müddət fəhlə işlədi, traktor sürücüsü oldu. Ancaq 1991-ci ildən Xocalıda vəziyyət dəyişməyə başladı. Ermənilər ilk dəfə Xocalını atəşə tutanda Abdulla Həmzəyev çox fəallıq göstərdi. Elə ona görə yoldaşımı polisə dəvət etdilər.
- Xocalı soyqırımı baş verən axşamı erməni quldurlarından qorunmaq məqsədilə hansı tədbirlər gördünüz?
– Xocalı camaatı aylarla düşmənə müqavimət göstərə bildi. Bu dəfə ki, hücumun da qarşısının alınacağını gözləyirdik. Lakin havadarlarının köməkliyi ilə təpədən-dırnağa qədər ağır artilleriya ilə silahlanaraq hücuma keçən mənfur qonşular köməksiz qalan Xocalını hər tərəfdən mühasirəyə aldılar. O faciəli gün körpə qızımın dünyaya gəldiyi üçüncü gün idi. Ermənilər şəhərə hücum edən zaman biz qaçıb zirzəmidə gizləndik. Xeyli müddət zirzəmidə qaldıq. Ancaq ermənilər getdikcə şəhərə yaxınlaşır, hər tərəfi yandırırdılar. Atışma səsləri daha da yaxından gəlirdi. Zirzəminin içərisində çıraq yandırmışdıq. Zirzəmi tərəfə iki ədəd qumbara atılanda çıraqlarımız da söndü. Ermənilər yerimizi bilmişdilər. Bir məhsəti türkü, bir də azərbaycanlı kişi dedilər ki, ağ bayraq qaldıraq çıxaq ki, uşaqlara, qadınlara zərər verməsinlər. Onlar zirzəmidən pilləkənlə yuxarı çıxanda mənfur ermənilər onları güllələdilər. İkisi də pilləkəndən aşağı düşdü. Erməni quldurları həmin kişiləri öldürəndən sonra ratsiya ilə əlaqə yaradıb böyüklərindən soruşdular ki, çoxlu sayda əsir tutmuşuq, bunları öldürək, yoxsa saxlayaq? Onlar verilən əmrə görə bizi əsir götürdülər. Məndən yoldaşımın kim olduğunu soruşdular. Guya yoldaşımın kim olduğunu desəydim məni üçgünlük körpəmlə azad edəcəkdilər. Yanımdakılar dedilər ki, heç bir məlumat vermək olmaz. Mən yalandan dedim ki, ərim tikintidə işləyir. Elə o anda erməni qulduru avtomatın qundağı ilə başıma vurdu və yoldaşımın polis geyimli şəklini mənə göstərək yalan söyləyirsən dedi. İkinci dəfə başıma vuranda dişlərim töküldü. Məndən təkrar-təkrar yoldaşımın yerini soruşdular. Mənim isə hər dəfə cavabım bilmirəm olurdu. Sonra hamıya işgəncələr verməyə başladılar. Bizi səhər açılanda əvvəl taxıl sahələri, sonra asfalt yolla Xankəndinə tərəf apardılar. Maşınlar gəldikdən sonra isə maşınlara yığaraq Xankəndinə çatdırdılar. 67 nəfər əsiri Xankəndində saxladılar. Saqqallı ermənilər gəlib “Qarabağ erməninindir, yoxsa türkün? deyə suallar verirdilər. Deyəndəki bizimdir, işgəncələrin şiddətini daha da artırırdılar.
- Əsirlərə necə işgəcələr verirdilər?
- Kişilərin qulağını kəsir, dişlərini çıxardırdılar. Avtomatın qundağı ilə, dəmir alətlərlə döyür, ülgüclə bədənlərimizə çapıq atır, ucu şiş dəmirlərlə işgəncələr verirdilər. Qadınları kişilərin qabağında lüt soyundururdular…
– Üçgünlük körpə əsirin aqibəti necə oldu? Uşaqlara görə sizə güzəşt olunurdu?
– Qaniçən erməni milləti həmişə türkə nifrət edib. Ona görə də yanımda uşaqların olması onları daha da azğınlaşdırır, hiddətləndirirdi. Axı onların əsas məqsədi genosid törətmək idi. 4 uşaqla əsir düşmüşdüm. Böyük uşağım 4, ondan balacası 3 yaşındaydı, oğlum isə yaşyarımlıq idi. Bir də qucağımda üçgünlük körpə…
Ermənilər bizi Xocalıda zirzəmidən çıxarıb döyə-döyə aparanda üçgünlük körpəm bələkdən düşmüşdü. Ermənilərin şilləsinin, təpiyinin altında üçgünlük körpəmi harda saldığımı xatırlamağa çalışırdım. Piyada yol gedərkən Viktoriya İvleva adlı rusiyalı jurnalistin uşağı tapdığı xəbəri verildi. Həmin körpənin anası mən olduğumu bilirdilər. Taqətsiz vəziyyətdə uşağı gətirib qucağıma qoydular. Əvvəl elə bildim ki, uşaq donub ölüb. Sonra onun zəif nəfəsinin gəldiyini hiss etdim. Həmin vaxt Viktoriya mənə çox köməklik etdi, məni qorudu. Ermənilərə dedi ki, buna zərər verməyin, onun körpə uşağı var.Viktoriya İvlevanın əsirlikdə mənə etdiyi mənəvi köməklikləri heç bir zaman unudan deyiləm. Əsirlər dəyişilən zaman da Viktoriya mənə öz köməkliyini göstərdi. O, mənim əsirlikdən sonrakı halımı da düşünərək 50 manat pul verdi ki, özümə paltar alım. Viktoriya pulu verərkən telefon nömrəsini də kağıza yazıb verdi. Lakin mən həmin telefon nömrəsini itirdim.
– Əsirlikdən necə azad edildiniz?
– Biz Allahverdi Bağırovun köməkliyi ilə əsirlikdən azad edildik. Ağdam tərəfdə ordumuzun əsgərləri qarşımıza çıxdılar. Ağdamda biz yeməklə, paltarla təmin edildik. Atışma düşdüyünə görə gecə orada qala bilmədik. Bizi maşınlara mindirib, Ağcabədi yoluna gətirdilər ki, ölüm-itim olmasın. Allah Allahverdi Bağırova rəhmət eləsin, yüzlərlə əsirin erməni zindanından azad edilməsində xidməti olub.
– Siz əsirlikdən qurtarıldıqdan sonra Viktoriya xanıma bir ana kimi öz təşəkkürünüzü çatdırmağa çalışdınızmı?
– Mən dövlətimizə sığınaraq 4 övladımı böyütdüm, taleyin vurduğu zərbələrin ağrısını zamanla ovutmağa çalışdım. Üçgünlük ikən əsirlikdə olan qızım Günayın travmaları 10 yaşında şiddətləndi. Mənim başım ancaq öz dərdimə qarışmışdı. Viktoriya isə öz sədaqətini, insaniyyətini davam etdirirək məni çox axtarıb. Ancaq adımı Mehparə kimi verib. Hətta mənim özümdən də məhsəti türklərindən olan Mehparənin kim olduğunu soruşublar. 2010-cu il fevralın 7-si evimizin qarşısında 2 maşın dayanıb əsirlikdə olarkən Viktoriya İvleva tərəfindən çəkilmiş şəkillərimi göstərərək mənim olub-olmadığımı soruşdular. Qucağında və yanındakı körpələrlə əsir olan qadın şəkli mənə aid idi. Həmin şəxslər Viktoriya xanımla görüntülü danışaraq axtardığı qadını tapdıqlarını dedilər. Fevralın ayının 11-də mənə əvəzsiz köməkliklər göstərmiş, etibarlı Viktoriya xanım görüşümə gəldi. O, mənə, uşaqlara hədiyyələr almağı da unutmamışdı. Görüş əsnasında əsirlikdə çəkdiyi şəkilləri də mənə verdi. Onsuz da yaddaşımdan silinməyən müsibətli günlər şəkillərə baxdıqca bir daha gözlərimin önünə gəldi.
Hələ üçgünlük çağında erməni zindanında yatan qızım 20 yaşında rəhmətə getdi. Dövlət tərəfindən də dəstək olundu, amma hara apardıq həyatını xilas etmək mümkün olmadı. Viktoriya bizimlə görüşdə dedi ki, uşağı Moskvaya aparıb, müalicə etdirəcəm. Hər ikimizin ümidi var idi ki, qızım sağala bilər. Ancaq qızım xəstəliyinə dözə bilməyərək Viktoriya xanımın gedişindən 1 ay sonra dünyasını dəyişdi. Bir gün də zəng elədi ki, bəs Novruz bayramından sonra gəlib, uşağı müalicəyə aparacaqlar. Onda artıq qızımı torpağa tapşırmışdım. Viktoriya xanıma dedim ki, qızım torpaqdadır.Yoldaşım Abdulla Həmzəyev yaxşı döyüşçü idi. Əsirlikdən qayıdandan sonra mənə dedilər ki, yoldaşın şəhid olub. Üç gün idi ki, erməni zülmündən qurtulmuşduq. Beyləqan xəstəxanasında müalicə olunurduq. Mən də, uşaqlarım da çox pis vəziyyətdə idik. Yoldaşımın ölüm xəbərini də elə xəstəxanada aldım, onu son mənzilə yola sala bilmədim.
Mehriban Bəkirova hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşıb. Səhhətində bir sıra narahatlıqlar var. Əsirlikdə qulağına vurulan avtomat qundağı zərbəsindən eşitməsi çətinləşib. Ən çox gərəyi isə mənəvi dayaqdır.
Qalib BƏYMƏMMƏDOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Müzəffər Ali Baş Komandan bayrağımızı Qarabağın qəlbi Şuşada ucaltdı
Şuşanın azad olunması bizim haqq işimiz, tarixi ədalətin bərpasıdır
İkinci Qarabağ müharibəsində zəfərimizə günəş kimi şəfəq saçan, əsrlərlə unudulmayacaq tarixi hadisələrdən biri də müzəffər Ordumuzun, müdrik və qətiyyətli Ali Baş Komandan Prezident İlham Əliyevin sayəsində illərlə düşmənin əsarətində qalan Şuşa şəhərinin işğaldan azad edilməsidir. 28 il həsrətlə azad olunacağı günü gözləyən Şuşa şəhəri 44 gün çəkən Vətən Müharibəsində 8 Noyabr 2020-ci il tarixdə azadlığa qovuşdu.
Daim hər bir siyasi qərarının arxasında torpaqlarmızın işğaldan azad olunması məsələsi dayanan Prezident Cənab İlham Əliyevin illərlə amalı xalqın arzusunu və Ata vəsiyyətini yerinə yetirmək kimi böyük bir müqəddəs iş uğrunda mübarizə aparmaq olmuş, bu yolda ölkə rəhbərimiz xalqın milli-maraqlarını hər zaman qorumağı özünə borc bilmişdir.
Cənab Prezident Şuşa şəhərinə iki dəfə səfər etməsi burada aparılacaq abadlıq işləri ilə yaxından tanış olması, dünyaya səsləndirdiyi fikirləri bir daha hər bir azərbaycanlının qəlbində sevinc doğurdu. Azad olunmuş torpaqlarmıza qayıdacağmız günün yaxında olmasından xəbər verdi, bizdə böyük inam və ümid yaratdı.
Prezident Cənab İlham Əliyev ilk dəfə hələ gənc yaşlarında ikən 38 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevlə birgə Şuşa şəhərində Vaqif poeziya günləri ərəfəsində Şuşada olmuşdur.
Prezident Cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanımla birgə Şuşa şəhərinə Novruz bayramı ərəfəsində İlaxır çərşənbəsində Şuşa şəhərinə 2-ci dəfə səfər etməsi burada görüləcək işlərlə yaxından tanış olması, Novruz tonqalını Cıdır düzündə alovlandıraraq buradan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi ölkə başçısınn qətiyyətli və prinsipial mövqeyi ilə yadda qaldı. Şuşada bayrağmızın ucaldılması zamanı Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki “Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbiçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlarından keçərək yüngül silahlarla Şuşaya gəldilər.Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən Müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını şərtləndirmişdi”.
28 ildən sonra Azərbaycan Prezidenti Cənab İlham Əliyev Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd etdiyimizi bütün dünyaya çatdıraraq deyib: “Bu tarixi hadisədir. Bu böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Əlbəttə, bu əlamətdar hadisə hər bir azərbaycanlının qəlbində qürur doğurdu. Şuşa şəhərinin azad olunması, Novruz tonqalının Cıdır düzündə alovlanması, buradan Prezident İlham Əliyevin dünyaya səslənməsi, qətiyyətli çıxışı bir daha onu deməyə əsas verir ki, bir zamanlar tapdanmış tarixi ədalət bu gün bərpa olundu, bu gündən sonra Şuşa şəhərində azərbaycanlılar əbədi yaşayacaqdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq.
Dövlətimizin Başçısı birmənalı olaraq bildirdi ki, Şuşa şəhərinin azad edilməsi Azərbaycanın haqq işidir və Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır! Şuşa azaddır!
Şuşada əbədi olaraq biz yaşayacağıq!
Nizami Əliyev,
Xocalı rayonundan məcburi köçkün
Ölkə başçısının Şuşada Novruz tonqalı qalaması möhtəşəm bir mənzərə idi
27 sentyabr 2020-ci il tarixdə başlayan, 44 gün davam edən, Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatan, 30 illik həsrətə son qoyan Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri geniş vüsət almışdır. Torpaqlar işğaldan azad ediləndən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyan etdi ki, biz tezliklə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayacağıq və bu haqda dövlət qurumlarına müvafiq göstərişlər verdi. Qısa zaman kəsiyində həyata keçirilən müxtəlif bərpa işləri vəziyyətin nə dərəcədə ciddi olduğunu gözlərimiz önündə sərgiləyir. Ölkə başçısının vurğuladığı kimi bütün işlər paralel şəkildə həyata keçirilir. Belə ki, həm ərazilərin minalardan təmizlənməsi, həm də infrastruktur layihələrinin icrasının eyni vaxtda yerınə yetirilməsi bunun parlaq sübutudur.
Martın 16-da ölkə Başçısı cənab İlham Əliyev, birinci Xanım Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva Şuşa şəhərinə səfər etmişlər. Torpaqlar işğaldan azad edildikdən sonrakı qısa zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərinə ikinci dəfə səfər etməsi bu şəhərin ölkəmiz üçün nə qədər böyük strateji əhəmiyyətə malik olduğuna bir işarədir. Bu səfərin xalqımızın müqəddəs bayramlarından biri olan Novruz bayramı ərəfəsində baş verməsi daha böyük əhəmiyyət kəsb edirdi. Ölkə başçısının 30 illik ayrılıqdan sonra Azərbaycanın qədim yaşayış məskəni, mədəniyyət mərkəzi Şuşada öz ailə üzvləri ilə Novruz tonqalı qalaması daha da möhtəşəm bir mənzərə idi. Bu an qədim Oğuz igidlərinin düşmən üzərində qələbədən sonra dağ başında tonqal qalayıb bayram etmələrini xatırladırdı.
Düşmən bütün işğal altında olan əraziləri vəhşicəsinə darmadağın etdiyi kimi, Şuşada da bütün tarixi abidələri məhv etmiş, tanınmaz vəziyyətə salmışdır. Prezident vurğuladı ki, vaxtilə açılışını Ümummilli lider Heydər Əliyevin etdiyi Molla Pənah Vaqifin məqbərəsidə qoyulmuş mərmər daşları da mənfur düşmən oğurlayıb aparmışdır. Məqbərə tanınmaz hala salınmışdır. Lakin bütün bunlara baxmayaraq artıq məqbərədə təmir-bərpa işlərinə başlabılmışdır. Təmir-bərpa işlərini Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu həyata keçirir. Eyni zamanda cənab İlham Əliyev onu da əlavə etdi ki, tezliklə düşmən vəhşiliyinin qurbanı olmuş Rəsm qalereyasının, Xalça muzeyinin, Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sarayının, digər tarixi abidələrin bərpasına başlanılacaqdır. O həm də məşhur "Qarabağ" otelinin də təmir edilib bu qədim şəhəri ziyarət edəcək turistlərin ixtiyarına veriləcəyini bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Cıdır düzündə Yallı gedən Paşinyana, Şuşanı separatçı rejimin "paytaxtı" elan etməyə hazırlaşan erməni ünsürlərə öz yerini göstərdi, Şuşanın əsil sahiblərinin kim olduğunu öz qəhrəmanlıqları ilə sübut etdi. Cənab Prezidentin təbirincə desək, mənfur düşmənin bütün Qarabağ xəyalları cəhənnəmə getdi, gorbagor oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə mütəmadi səfərləri onu göstərir ki, bu yerlərdə quruculuq işləri daha da geniş vüsətlə davam edəcək, həmin yerlərin sahibləri tez bir zamanda öz ata yurdlarına dönəcəklər. Bu işlərin həyata keçirilməsinə inam böyükdür və xalqımız öz Prezidentinin daim dəstəkçisidir. Ələddin Əhmədov, Xocalı rayon ziyalısı
Prezidentimizin işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri bir tarixdir
Ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində dövlət çevrilişinin, vətəndaş müharibəsinin qarşısı alındı
Mart hadisələrindən bu il 26 il ötür. Həmin vaxt Azərbaycanda hakimiyyətin silahla devrilməsinə cəhd göstərildi. Azərbaycanın müasir siyasi sabitliyinin keçdiyi yolda yolda mart hadisələrinin xüsusi yeri var.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Bu yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canılarını qurban verdilər. Müstəqilliyimizin əldən verilməsi xarici deyil, daxildən də canfəşanlıq edənlər az deyildi. Bir tərəfdən erməni daşnaqların işğalçı, təcavüzkar siyasəti digər tərəfdən dövlətçiliyimizi parçalamaya cəhd göstərən xarici qüvvələrin planları ilə onlara qoşulan, dedikləri ilə oturub duran yerli cinayətkarların özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyiev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziya və radiosu ilə xalqa müraciət etdi. Tarixi müraciətində Vətənimizə, müstəqilliyimi qarşı olan təzyiqlərin təkcə ayrı–ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdləridir. Ulu Öndər bu cəhdlərin qarşısını vaxtında öz müdriklüyü, uzaqgörənliyi və qətiyyəti ilə almağa nail oldu. 1995-ci il mart hadisələrinin törədilməsində qanlı olayın vətəndaşların narahatçılığına səbəb olmasında Cavadov qardaşlarının və onların xarici, daxili havadarları xüsusi canfəşanlıq göstərirdilər. Onlar xüsusi təyinatlı Polis dəstələrindən istifadə edərək öz çirkin, məkirli çevriliş xislətini reallaşdırmağa cəht göstərirdilər. Lakin onların bu bəd, çirkin, xəyanətkar əməlləri baş tutmadı. Ulu Öndər Heydər Əliyev uğurlu və uzaqgörən siyasəti sayəsində dövlətimiz sülh və əminamanlıq şəraitində inkişaf edir.
Solmaz Hüseynova,
Xocalı rayon ziyalısı
Müstəqil dövlətçiliyimizin qarantı sayılan Ümummilli Lider Heydər Əliyev
1993-cü il oktyabrın üçündə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra dövlət müstəqilliyimizi möhkəmləndirmək və inkişafı naminə çox böyük işlər həyata keçirildi. Əvvəlki iqtidarın ordu quruculuğu ilə demək olar ki, məğul olmaması nəticəsində hərbi hissələr siyasiləşmiş müxtəlif qüvvələrin təsiri altına düşmüşdür. Ölkədə olan ictimai-siyasi sabitliyi pozmaq, xalq iqtidar birliyinin qarşısını almaq, hakimimiyyətə silah-güc yolu ilə gəlməyə çalışan bəzi pozucu qüvvələr 1995-ci ilin Martında yenidən dövlət çevrilişi etməyə cəhd göstərdilər. Mart ayının 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakı da isə Rpvşən Cavadov prezidentin və Ali Sovet sədrinin istefası tələbi ilə çıxış etdi. 8-ci kilometr qəsəbəsində məskən salan qiyamçılar iqtidarın silahları könüllü təhvil vermək tələbinə məhəl qoymayıb hökümət idarələrini və Prezident Sarayını ələ keçirmək üçün şəhər istiqamətində hücuma cəhd etdilər. Hökümət qüvvələrinin çevik əməliyyatları nəticəsində onların qarşısı alındı. Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev idi. Xalqımızın Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləməsi, inam və etimad göstərməsi işıqlı gələcəyin yalnız onunla mümkünlüyünün mövcudluğu öz növbəsində dövlət çevrilişinə yönələn cəhdin qarşısının alınmasında mühüm rol oynadı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ali Baş Komandan İlham Əliyev komandanlığı altında aparılan 44 günlük əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin edildi. Artıq dünyada yeni bir reallıq yarandı. Ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail oldu. Xalqın inam və etimadını doğrultdu.
Akif Rüstəmov,
Xocalı rayon ziyalısı
Şuşaya aparan “Zəfər Yolu" qürur yolumuzdur!
30 il müddətində düşmən tapdağında olan torpaqlarımızı azad etmək, o gözəl yerlərə bir daha qayıtmaq Ölkə başçısından sadə vətəndaşa qədər hər kəsin ən böyük arzusu olub. 44 günlük müharibənin nəticəsi Azərbaycan xalqına bu sevinci yenidən yaşatdı. İllərlə əsirlikdə olan torpaqlarımız Ölkə başçısının düzgün siyasəti və müzəffər ordumuzun qüdrəti sayəsində düşməndən azad olundu. Azərbaycan dövləti dünya dövlətlərinə haqlı olduğunu bir daha sübut etdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfər etmələri, bu ərazilərdə artıq başlanmış bərpa işləri ilə mütəmadi olaraq maraqlanmaları, tezliklə azad olunmuş şəhər və kəndlərimizin yenidən canlanacağından xəbər verir.
Ölkə başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarında oldular. Əvvəlcə Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Uzunluğu 13 kilometr olan bu yol başlanğıcını Zəfər yolundan götürür və 4 hərəkət zolaqlı olacaq. Yol boyunca yeni körpülər inşa ediləcək.
Sonra Ölkə başçısı və ailə üzvləri Xocavənd rayonunda və Xocavənd rayonun Edilli, Ağbulaq kəndlərində oldular.
Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun təməlini qoydu.
Sonra Azərbaycanın qədim kəndləri olan Tuğ kəndinə və Azıx kəndinə gəldilər. Tuğ kəndində dağıdılmış məktəb binası və evlərlə yaxından tanış oldular.
Martın 16-da Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində oldular. Prezident Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin başlanacağını və məqbərənin əvvəlki görkəminin qayıdacağını qeyd etdi. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Karvansaray tarix-memarlıq kompleksinin, Şuşa Dövlət Rəsm Qalereyasının binasının, Qarabağ mehmanxanasının və Şuşada olan bulaqların yenidən bərpası üçün tapşırıqlar verdi.
Daha sonra Prezident və ailə üzvləri Şuşanın Daşaltı kəndinə gəldilər. Müzəffər ordumuz Daşaltı kəndinin sıldırım qayalarından qalxaraq Şuşaya daxıl olmuşdular.
Artıq bu yerlərin hər biri Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq.
Allah Prezidentimizi, xalqımızı və cəsur ordumuzu qorusun!
Allah Şəhidlərimizə rəhmət eləsin!
Vəsilə Quliyeva,
Xocalı rayonundan məcburi köçkün
1995-ci il Dövlət çevrilişi cəhdinin qarşısı müdriklik və qətiyyətlə alındı
Ümumilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidə gəlişindən sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirilməsi hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm Respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözügötürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son anda Ümumilli Lider H. Əliyev qətiyyəti qarşısında təslim oldular. Sən demə, bu xəyanətkar qüvvələr pusquda dayanıb yeni bir məqam gözləyirmiş. Onların birinci xəyanətkarlığı ifşa edildikdən sonra həmin qüvvələr bundan nəticə çıxarmaq əvəzinə növbəti xəyanətkarlıq barədə düşünürmüşlər. Onlara, xüsusilə də bu antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı Polis dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları 1995-ci ilin martında yenidən öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra Xalqa bir daha bəyan oldu ki, Ümumilli Lider H. Əliyev kimi, bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirildi və əbədi oldu.
Bu günkü Zəfərlərimizin də təməli məhz həmin tarixi hadisələrin imtahanlarından üzüağ çıxmağımızdan keçib gəlir. Məhz bu tarixi keçmişdən ibrət dərsi alaraq Dövlətimizin, Prezidentimizin ətrafında həmişə sıx birləşməyi bacarmalı, yeni uğurların qazanılması üçün yalan vədlərə, başqa dövlətlərə xidmət göstərən “milləti müdafiə edənlərə” inanmamalıyıq.
Kamil Məhərrəmov,
Xocalı rayon sakini
Qarabağ qısa müddətdə bərpa ediləcək
Müzəffər Ali Baş Komandanımız doğma Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu. Cənab Prezidentimizin mütamadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Dövlət başçımızın işğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması barədə tapşırıqları və qeydləri onun bu ərazilərə və bu Vətən torpaqlarında yaşayacaq vətəndaşlarımıza diqqət və qayğısının təcəssümüdür. Cənab Prezidentimiz bu səfəri zamanı daha bir yeni yolun - Füzuli-Hadrut avtomobil yolunun inşasının təməlini qoydu və bu ərazilərin həm Vətən müharibəsi dövründə, həm də gələcəkdə əhəmiyyətini xüsusi olaraq, qalib bir hərbçi-komandan, dahi bir strateq kimi vurğuladı. Qeyd etdi ki, bir neçə avtomobil yollarının layihəsi icra edilməkdədir. Füzulidən –Şuşaya Zəfər Yolu çəkilir. Həyatımızda yeni bir dövr başlayır, quruculuq, inkişaf dövrü başlayır. Bu bizim hamımızı sevindirir.
Cənab Prezident səfəri zamanı bunu da qeyd edib ki, baxmayaraq ki, müharibədən cəmi 4 ay vaxt keçib, böyük quruculuq işlərinə start verilib və mərhələlərlə bu işlərin görülməsinə artıq başlanılıb.
Biz Azərbaycan vətəndaşı olaraq əminik ki, necə ki düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq-cəmi 44 gün ərzində, dədə-baba torpaqlarımız olan Qarabağ da qısa müddətdə bərpa ediləcək və 30 il əvvəl doğma torpaqlarından didərgin düşən insanlar yaxın gələcəkdə Böyük Qayıdışla öz ata-baba yurdlarına, ev-eşiklərinə geri dönəcəklər. O yurd yerləri yenə də əvvəlkindən daha gözəl olacaq, cənnətə çevriləcək, ən əsası Şanlı Azərbaycan dövlətinin inkişafında öz yeraltı və yerüstü sərvətləri ilə, ağıllı-savadlı, mədəni insanları ilə, qurub-yaradan insanları ilə yaxından iştirak edəcək, bu yolda böyük dəstək verəcək.
Biz bu günləri bizlərə yaşadan Müzəffər Ali Baş Komandanımıza, qələbədən-qələbəyə şücaətlə addımlayan Şanlı Ordumuza, bu yerləri qanları ilə təkrar olaraq Vətənə - müqəddəs and yerimizə çevirən Şəhidlərimizə minnətdarıq. Ulu Yaradan Prezidentimizi, Ordumuzu, Dövlətimizi, Xalqımızı qorusun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyir, ruhları qarşısında hər zaman baş əyirik!
Şəhriyar Məmmədov,
Xocalı rayonundan məcburi köçkün
Novruz bayramı tonqalı bütün işğaldan azad olunmuş torpaqlarımızda alovlanacaq
Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq torpaqlarmızdan qovdu. Çox şükür ki, Vətənin cəsur oğulları və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində həsrət sona yetdi, torpaqlarmızdan düşmən tamamilə təmizləndi, öz qələbəmizi qürurla qeyd etdik. Prezident Cənab İlham Əliyev vədinə sadiq qalaraq Ata Nəsihətini yerinə yetirdi, indi Ulu Öndər Heydər Əliyevin və Qarabağ nisgili ilə öz haqq dünyasına qovuşan insanların, bütün Şəhidlərimizin ruhu şaddır. Prezident İlham Əliyev hər birimizin çox gözəl yadında qalan bir qələbə xəbərini Şəhidlər Xiyabanına gələrək belə demişdir “Əziz Şuşa sən azadsan!”, bu xəbər hər bir Azərbaycanlının qəlbində böyük sevinc və qürur doğurmuşdur. Qeyd edim ki, Prezident İlham Əliyev ilk dəfə yanvarın 15-də Şuşa şəhərinə səfər edib, burada icra ediləcək lahiyələrlə bağlı tapşırıq və tövsiyyələrini verib, həmçinin bir sıra vacib mesajlar və bəyanatlar səsləndirib. Dövlət başçısı bu səfərində açıq bəyan edib ki, Şuşa tarixən Azərbaycan şəhəri olub və bundan sonra azərbaycanlılar bu şəhərdə əbədi olaraq yaşayacaqlar. Öz gözəlliyi və cazibədarlığı zəngin mədəniyyət mərkəzimiz olan musiqi beşiyimiz sayılan Şuşa şəhərini 28 il ərzində erməni vandalları vəhşicəsinə dağıntıya məruz qoyaraq, şəhərin maddi-mədəniyyət nümunələrini dağıtaraq milli-mənəvi dəyərlərmizi zəngin sərvətimizi tamamilə talamışdır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da növbəti dəfə Şuşa şəhərində olublar. Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı qeyd etdiyi kimi “Şuşa şəhəri dünyanın ən gözəl şəhərinə çevriləcəkdir. Biz Şuşanı yenidən dirçəldəcəyik!” deməsi bir daha şəhərin yenidən bərpasına artıq başlanılmışdır. Hazırda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Vaqifin muzey-məqbərə kompleksi Fondun hesabına və yeni lahiyə əsasında pərpa ediləcək. Prezident İlham Əliyevində bildirdiyi kimi Vaqifin məqbərəsi əvvəlki görkəmi bərpa ediləcək, önündə isə Vaqifin büstü qoyulacaq.
Ölkə Başçısı arxivdən əldə etdiyi 38 il bundan öncə Şuşada Ulu Öndər Heydər Əliyevlə birgə olarkən çəkilmiş fotoları nümayiş etdirərək erməni vandallarının öz gözəlliyi ilə Şuşaya gələn hər kəsi heyran qoyan şəhəri bəbərba vəziyyətə salan erməni vandallarını vəhşiliyini qeyd etdi və bildirdi ki, vəhşi düşmən şəhəri tamamilə dağıdıb viran edilmişdir.Tezliklə Şuşada Ağa Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin tarixi görkəminin bərpasına başlanılacaqdır. Şuşanın işğalı dövründə dağıntıya məruz qalan abidələrdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Həmçinin öz bulaqları ilə məhşur olmuş şəhərin bulaqların əvvəlki fəaliyyəti bərpa ediləcəkdir. Şəhərin ən məşhur bulaqlarından biri Natavan bulağıdır. Bu bulaqda Heydər Əliyev Fondunun vəsaiti hesabına və yeni lahiyə əsasında bərpa ediləcəkdir.
Erməni vandalizminin ağır nəticələrini özündə əks etdirən tarixi abidələrdən biri də Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksidir. Bu abidənin bərpasına artıq başlanılmışdır.
Bu abidələrlə yanaşı, ən çox dağıntıya məruz qalan abidələrdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Tikili yenidən bərpa olunaraq tezliklə istifadəyə veriləcəkdir.
Füsunkar təbiəti zəngin mədəniyyəti ilə seçilən Şuşa şəhərində turizmin inkişafı üçün ılveriçli imkanların olduğunu qeyd edən Prezident İlham Əliyev burada səfərdə olarkən bildirdi ki, ən müasir otellər Şuşada turistlər üçün fəaliyyət göstərəcəkdir.
Vaxtı ilə ötən əsrin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası tamamilə yararsız hala salınmış erməni vandalları buranı otel kimi istifadəyə vermişdi. Tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Şuşa həm də xarici turistlərin diqqətini cəlb edəcəkdir. Hazırda Qarabağ xalçalarının toxunduğu Şuşa Xalça Muzeyi bərpa edilir. Məhz Prezident Cənab İlham Əliyev işğaldan azad edilmiş Şuşaya səfəri zamanı Xocavənd rayonunda olarkən Prezident İlham Əliyev Xocavənddə keçmiş Harut rayonuna, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcədə Edilli, Düdükçü kəndlərinə səfər edərək bu torpaqların qədim Azərbaycanlılara məxsus olduğunu bildirmiş, həmçinin qeyd Prezident İlham Əliyev qeyd etmişdir ki, ”Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün Harutun azad edilməsi önəmli idi”.
“Biz gələcəyə nikbin baxırıq “ deməsi ilə hər bir Azərbaycanlının qəlbində qürur hissi doğuran xalqın arzusunu yerinə yetirən vətənin xilaskar oğlu Prezident Cənab İlham Əliyevin sayəsində Qarabağ yenidən dirçəlir, bu dirçəliş tezliklə böyük qaydışla əvəzlənərək doğma sakinlər öz yurd yerlərinə, Vətənlərinə qovuşacaqdı. İndi Qarabağın hər şəhəri hər kəndi öz doğma sahiblərinin yolunu gözləyir. Tanrıya çox şükür ki, bundan sonra Prezident Cənab İlham Əliyevin sayəsində işğaldan azad olunmuş torpaqlarmızda
Novruz tonqalları yanacaq hər kəs öz yurd yerində şad-xürrəm yaşayacaq və əbədi olaraq bu torpaqlarda üçrəngli ay ulduzlu bayrağımız dalğalanacaq. Qarabağı bizə qaytardığı üçün Prezidentimiz İlham Əliyevə Azərbaycan Ordusuna mminəttdarıq. Vətən uğrunda Şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyirik.
Dövlətimizə qarşı düşünülmüş təxribatçı cəhdlər hər zaman məğlubiyyətə düçar olmuşdur
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlişi nəticəsində ölkədə baş verən xaotik vəziyyət aradan qalxdı, vətəndaş qırğının qarşısı alındı. Erməni təcavüzkarlığının vüsət aldığı vaxtda, ölkə daxilində də xain qüvvələr daim təxribatçı hərəkətlərini davam etdirirdi. Belə bir çətin şəraitdə xalqın xilaskar oğlu Ulu Öndər Heydər Əliyev öz xalqının dəstəyinə inanaraq hakimiyyətə qayıdaraq müstəqil Azərbaycan dövlətinə qarşı təxribat niyyətinə düşənlərə qarşı tədbirlər gördü.
1994-1995-ci illərdə Rövşən və Mahir Cavadovlar çirkin bir yol seçərək Ölkə Prezidentinə qarşı terror aktı hazırlamağa göstəriş almış və onlar cinayətkar əməllərə əl atmışlar. Həmin tarixdə çirkin fəaliyyətlərə Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadov və Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən, eyni zamanda, nazir müavini vəzifəsini daşıyan Rövşən Cavadov qardaşları rəhbərlik edirdilər. Silah gücünə hakimiyyətə gəlməyə cəhd edən bu təxribatçı insanların günahsız insanların qanını tökmək yolunu seçməsi onların mənfur niyyətlərini göstərirdi. 1994-cü ilin oktyabr hadisələrindən sonra Ümummilli lider tərəfindən əfv edilən Rövşən Cavadov 1995-ci ilin martında çirkin əməllərini davam etdirdi. Xaricdən düşmən qüvvələrdən və daxildəki, AXCP-Müsavat cütlüyünün dəstəyindən yararlanan Rövşən Cavadov pul hesabına düşünülmüş bir şəkildə dövlətçiliyimizə qarşı təhlükə yaratmaqdan əl çəkmədi. O zaman müdrik siyasətçi Ulu öndər cinayətkar dəstəyə müraciət edərək bu əməllərindən, cinayətkar niyyətlərindən əl çəkmələrini, bu yoldan çəkinmələrini tövsiyyə etdi. Bildirdi ki, tökdüyünüz qanlar, etdiyiniz cinayətlərə son qoymağın vaxtı gəlib çatıb: "Ümumiyyətlə dəstəyə və Rövşən Cavadova deyirəm; Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz.
Xalqımız bir daha Ulu öndər Heydər Əliyev siyasətini dəstəklədiyini bəyan edərək onun ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı.
Bu gün Prezident İlham Əliyev Ulu öndərin siyasi xəttinə uğurla davam etdirir. Onun həyata keçirdiyi elmi əsaslara söykənən xarici və daxili siyasət nəticəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövlətinə, güc mərkəzinə çevrildi.
Rahilə Əliyeva,
Xocalı rayon ziyalısı
Xalqın xilaskar lideri
Hər bir xalqın tarixində onun xilaskarı və müdafiəçisi olmuşdur. Lakin Azərbaycan xalqının qismətində nadir şəxsiyyətlər sırasında birinci olan Heydər Əliyev düşmüşdür. O, elə bir şəxsiyyət olmuşdur ki, dünyanın sülhsevər xalqları da onun ağıllı məsləhətlərindən bəhrələnmişdir. Bədnam ermənilərin Mixail Qarbaçov vasitəsi ilə Heydər Əliyevin keçmiş Sovetlər İttifaqının siyasi bürosundan istefasına nail olmaları təkcə Azərbaycan xalqının deyil, həm də o vaxtkı İttifaq respublikalarının bir çoxunun xalqları üçün itki oldu. Lakin Ulu Öndər bütün haqsızlıqlara sinə gərərək 1990-cı il 20 yanvar hadisələrinə qarşı haqq səsini qaldırdı. Sovet İttifaqının saxlanması üçün keçirilən referendumun Naxçıvanda baykod etməklə xalqı haqqa səsə verməyə çağırdı. 1995-ci ildə Azərbaycan xalqı xarici kəşfiyyat orqanlarının vasitəsilə Cavadov qardaşları tərəfindən qardaş qırğınının qarşısını aldı. Xaricdən Azərbaycanın daxilinə nüfuz edib onu parçalamaq, varlığına son qoymaq istəyən qüvvələr yanıldıqlarıını hiss edib geriyə çəkildi. Bu Heydər Əliyev və xalq birliyinin nümunəsi idi.
Çinarə Mirzəyeva,
Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi
Dünyanı erməni faşizmindən xilas edən siyasi lider
Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən xilas edən Ümummilli lider Heydər Əliyev 2003-cü ildə “mən İlhama özüm kimi inanıram” deyəndə əlbəttə yanılmamışdır. Həmin ildən prezident seçilən İlham Əliyev istər xarici, istər ölkə daxili səfərlərində Azərbaycan xalqının sülhsevər xalq olduğunu vurğulamışdır. Lakin işğalda olan torpaqların bir qarışını da güzəştə getməyəcəyik demişdir. Xalqın maddi rifah halının yüksəldilməsi, ordu quruculuğuna önəm verməsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ermənilərin dünyada riyakarlığını təsdiqləyən Prezident İlham Əliyev Gürcüstana Cavxetiyada, Rusiyaya Şimali Qafqazda erməni faşizmindən ehtiyatlı olmağı xatırlatdı.
Cənab Prezident Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Füzuli və Xocavənd rayonlarına səfər etdi. Bu səfər mart ayının 15-də baş tutmuşdur. Səfər zamanı onlar qədim yaşayış məskəni olan Azıx mağarasında, qədim Alban məbədində, Tuğ kəndində olan yaşayış evləri və məktəbdə erməni vandallarının vəhşi izlərini media vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev səfər çərçivəsinə Şuşa şəhərini də ziyarət etdi. Cənab Prezident başda olmaqla səfər iştirakçıları Şuşanın və başqa ərazilərin tez bir zamanda bərpa olunacağını qeyd etdilər. Şuşanın, Daşaltının, Hadrutun və başqa yaşayış məntəqələrinin təbiətinə heyran olan Ali Baş Komandan Bakıya qayıdarkən sanki bu gözəllikdən ayrılmaq istəmirdi. Bu şərəfli və məsuliyyətli, zəfər dolu işlərdə Ali Baş Komandana uğurlar diləyirik.
Nəcəf Həsənov,
Xocalı şəhər sakini
Vətən Müharibəsi şəhidi Elnur Məmmədovun ailəsi ziyarət edildi
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun müvafiq sərəncamına əsasən, qazi və şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri ilə maraqlanılır.
Bu gün Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş Elnur Məmmədovun Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşmış ailəsi, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və Xocalı rayon Kosalar kənd tam orta məktəbi kollektivinin bir qrup üzvü tərəfindən ziyarət edildi. Görüş zamanı şəhidimizin ailə üzvlərinə başsağlığı verildi. Bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu xalqımız üçün əzizdir. Onların ailə üzvlərinə dəstək olmaq, köməklik göstərmək hər birimizin borcudur.
Qeyd edək ki, şəhidimizin bizlərə yadigar qalan övladları - Vahid və Yusif Xocalı rayon Kosalar kənd tam orta məktəbində təhsil alırlar. Onların təhsilinə məktəb rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir.
YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
Mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Qurultayın
açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Sonra dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Prezident İlham Əliyev 17 ildə qarşıya qoyulan məqsədlərdən və bu məqsədlərə necə nail olunduğu haqda danışdı.Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənildi. Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Prezidentimizin də dediyi kimi biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edildi. Qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiqləndi. Bu qurultay həm də YAP sədrinin I müavini postunun yaradılması ilə yadda qaldı. YAP sədrinin I müavini postuna Prezident İlham Əliyevin əmri ilə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva təyin olundu. Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edildi.
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi.
Əminə Əliyeva,
Xocalı rayon ziyalısı
Azərbaycanı zülmətdən qurtaran Ümummilli lider Heydər Əliyev
Xalq cəbhəsi Müsavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşmişdir. Mövcud iqtisadi əlaqələr qırılmışdır. Müəssisələrin istehsal gücü azalmışdır. Milli gəlirin 1/3-i müharibə xərclərinə sərf olunurdu. Ən məhsuldar torpaqlarımız düşmən əlinə keçmişdir. Müharibə iqtisadiyyata ciddi ziyan vururdu. Yeni idarəçilik mexanizmi işləmirdi. İqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi. Sərvətlərimiz talanır, xaricə satılan mallar əvəzinə alınan valyuta çox vaxt xarici banklarda şəxsi hesablara köçürülürdü. İşsizlik sürətlə artırdı. Buraxılan nöqsanlar hər şeydən əvvəl hakimiyyət orqanlarının düzgün qurulmayan kadr siyasəti ilə bağlı idi. Təcrübəsiz idarəetmə, səriştəsi olmayan adamların hakimiyyətə gəlməsi Azərbaycan xalqına baha başa gəldi. AXC - Müsavat hakimiyyəti xarici siyasətdə də ciddi qüsurlara yol verdi. Böyük dövlətlərin iqtisadi və siyasi maraqlarına əsaslanan dünya siyasətini düzgün qiymətləndirmədi. Hakimiyyət dairələri Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsindən və mahir siyasətçi potensialından faydalanmaq əvəzinə onun artan nüfuzundan xoflanaraq Naxçıvanda çevriliş etməyə və Xalq cəbhəsini hakimiyyətə gətirməyə cəhd etdilər. 1993-cü ilin iyununda ölkəmizin dövlət müstəqilliyi təhlükə qarşısında qaldı. Ümummilli lider Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Lakin dövlət rəhbərləri bu məsləhətlərə məhəl qoymur, səriştəsiz siyasətləri ilə ölkəni parçalayaraq vətəndaş müharibəsi həddinə çıxarırdılar. İqtisadiyyatımızın zəifliyi, ordumuzun döyüş qabiliyyətinə malik olmayan və müdafiə taktikası seçməyə məcbur olan özünü müdafiə batalyonları erməni silahlı qüvvələri hücumlarının qarşısını ala bilmədiyi üçün torpaqlarımız işğal edilir, ölkəmizin idarəçiliyi isə iflic vəziyyətə düşmüşdür. Xalq yeganə ümidini Ulu öndər Heydər Əliyevə bağladı. Xalqın təkidli tələbi nəticəsində Naxçıvandan Bakıya gələn Heydər Əliyev düşünülmüş siyasi manevr edərək vətəndaş müharibəsinin qarşısını aldı. Ölkəmizdə ictimai-siyasi sabitlik yarandı. 1993-cü il 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında bildirmişdir ki, gənc nəsil də bütün bu məsələlərdən xəbərdar olmalı, dövlətimizin, xalqımızın keçdiyi tarixi yol haqqında geniş bilgiyə sahib olmalıdır. Güclü xalq iqtidar birliyi iqtisadiyyatımızın dayanıqlılığı, ordumuzun gücü sayəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan 44 gün davam edən Dəmir Yumruq əməliyyatı ölkəmizin tam qələbəsi ilə başa çatdı. Dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bütün bunlar isə onu deməyə əsas verir ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev Cənabları tərəfindən uğurla həyata keçirilir. AXC – Müsavat cütlüyünün bəzi ünsürləri ölkəmizin inkişafına mane olmaq, Şanlı Zəfər tariximizə kölgə salmaq istəyirlər. Ancaq onlar birdəfəlik olaraq dərk etməlidirlər ki, xalq öz Prezidentinin İlham Əliyev Cənablarının ətrafında sıx birləşib. Biz inanırıq ki, bu birlik daimi, əbədi və sarsılmaz olacaqdır.
DÜŞMƏNİ DƏMİR YUMRUĞUMUZLA MƏHV ETDİK
əməliyyatında - Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da əzmlə vuruşmuş, böyük qəhrəmanlıq nümunələri göstərmişlər.
Vətən
müharibəsində rəşadətlə döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və
şərəfli döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı
baş çavuş Cəfərov Elnur Fəqani oğludur.
Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə
xidmətini davam etdirən baş çavuş E.Cəfərov 2020-ci ilin iyun ayından
yaralandığı günədək xüsusi təyinatlı dəstədə istehkamçı yarımqrupunun
komandiri-baş istehkamçı kimi vəzifə borcunu şərəflə yerinə yetirib.
Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı
ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib.
İstehkamçı yarımqrupunun komandiri kimi qarşıya qoyulmuş tapşırıqları hər zaman
layiqincə yerinə yetirdiyinə görə, eləcə də yüksək döyüş hazırlığı, hərbi
intizamı və nümunəvi xidmətilə fərqlə
nən hərbi qulluqçu kimi hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə
mükafatlandırılıb.
Vətən torpaqlarını düşmən tapdağından azad görmək və bu amal uğrunda
başlayacaq döyüşlərdə iştirak etmək Elnurun ən böyük arzusu olub. Məhz buna
görə də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan baş çavuş E.Cəfərov
Kəlbəcər, Füzuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlarda fəal
iştirak edib: “İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində
olub. Dörd gündən sonra Füzuli və Cəbrayıl ərazisində gedən döyüş
əməliyyatlarına qatıldıq. Burada bir sıra kəndlərin və yüksəkliklərin azad
edilməsində yaxından iştirak etdik. Bundan əlavə, ermənilərin Cəbrayıl şəhəri
ətrafındakı bir neçə möhkəmləndirilmiş postunu darmadağın edib, ələ keçirdik”.
Olduqları mövqelərin düşmən tərəfindən artilleriya və müxtəlif çaplı silahlardan atəşə tutulması nəticəsində altı güllə və səkkiz qəlpə yarası aldığını qeyd edən qazimiz sonda ən böyük arzusuna çatdığı üçün qürur duyduğunu deyir: “Oktyabrın 6-da, saat təxminən 05:00-da Cəbrayıl istiqamətində baş verən şiddətli döyüşdə ağır yaralandım. Sanitarlar ilkin tibbi yardım göstərərək, qanaxmamı dayandıra bildilər. Şiddətli atışma getdiyindən, təxliyyə olunmam mümkün deyildi. Güllə və mərmilər sanki dolu kimi yağırdı. Bu baxımdan yaralı vəziyyətdə belə düşmənə qarşı vuruşmalı oldum. Beş saatdan sonra yoldaşlarımın köməkliyi ilə döyüş meydanından təxliyyə oluna bildim. Əvvəlcə bizi Silahlı Qüvvələrin Bakıdakı Mərkəzi Kliniki Qospitalına, orada tibbi yardım göstərildikdən sonra isə Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Burada hər iki ayaq və bel nahiyəmdən əməliyyat olundum. Allaha çox şükür, yaxşıyam. Həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicəmi indi də davam etdirirəm.
Nə deyim, Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı
silahdaşlarımıza da şəfa versin. Əsas odur ki, biz otuz ilə yaxın düşmən
tapdağında qalan torpaqlarımızı qısa bir vaxtda azad etməyə müvəffəq olduq. Ali
Baş Komandanımızın dediyi kimi, “düşməni dəmir yumruğumuzla məhv etdik””.
Azərbaycan Respublikası Prezidenti-nin 18 dekabr 2020-ci il tarixli,
29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Cəfərov Elnur
Fəqani oğlu “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə
təltif edilib.
Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Pələng” şərti adını
daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şücaətə görə”
medalı ilə təltif edilmiş mayor Zaur Rəhimov (Vətən müharibəsi zamanı iki dəfə
- Murovdağ və Şuşa istiqamətlərində gedən döyüşlərdə yaralanıb) dəstədə
yarımqrup komandiri kimi xidmət etmiş baş çavuş Elnur Cəfərovun bu gün də
silahdaşları tərəfindən vətənpərvər döyüşçü kimi xatırlandığını deyir:
“Torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsində
dəstəmizin “pələnglər”i də fəal iştirak etmiş, cəbhənin müxtəlif
istiqamətlərində aparılan döyüş əməliyyatlarında düşməni məğlub edərək, böyük
şücaət göstərmişlər. Bu döyüşlərdə dəstəmizin şəxsi heyətindən 11 nəfər şəhid
olub, 39 nəfər silahdaşımız isə yaralanıb. Düşmənə gözdağı olan cəsur qazi
hərbi qulluqçularımızdan biri də baş çavuş Elnur Cəfərovdur.
Vətənpərvər, yüksək intizamlı və məsuliyyətli yarımqrup komandiri
kimi baş çavuş E.Cəfərovun fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İstər
atəş və fiziki hazırlıq, istərsə də ixtisas hazırlığı üzrə keçirilən praktiki
məşğələlərdə onun komandiri olduğu yarımqrup qazandığı müsbət nəticələrinə görə
dəfələrlə fərqlənib. Kollektiv arasında böyük hörmət və nüfuza malik fəal hərbi
qulluqçu kimi tanınıb. Qorxmaz və cəsur döyüşçü kimi Vətən müharibəsində
iştirak edərək, qəhrəmanlıq nümunələri göstərməklə, ona olan etimadı bir daha
doğrultmuş oldu. Yalnız onu deyə bilərəm ki, Elnurun timsalında bütün qazi
silahdaşlarımızla qürur duyur və tezliklə sağlamlıqlarına qovuşmalarını
arzulayırıq”.
Məlumat üçün bildirək ki, “APA” TV saytının “YouTube” internet
portalı vasitəsilə yayımlanan xəbər proqramında, jurnalist Sevinc Vaqifqızının
təqdimatında “Xüsusi təyinatlı qazi: Yaralı halda beş saat döyüşdük” adlı süjetdə
baş çavuş E.Cəfərovun gənc nəslə nümunə olan döyüş yolu barədə məlumatlar
izləyicilərə təqdim edilib.
Sonda onu
da qeyd edək ki, Elnurun Zəhra və Sərfinaz adında iki qız övladı var. Adını
Vətənin qəhrəmanlıq tarixinə öz qanı ilə həkk edən qazi silahdaşımızın böyüdüb
tərbiyə etdiyi övladları da bizimtək hər zaman ataları kimi Vətənin igid
oğulları ilə qürur duyacaqlar. Qazimizə bundan sonrakı həyatında uğurlar
diləyirik.
mayor Anar
Əhmədov,
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin
redaktoru