Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

1995-ci il Dövlət çevrilişi cəhdinin qarşısı müdriklik və qətiyyətlə alındı

        1995-ci ilin mart hadisələrindən 26 il keçir. Hər il ölkəmizə Novruz bayramı qədəm qoyanda o illərin acı hadisələri bir anlıq da olsa göz önünə gəlir, hakimiyyəti silahlı yolla ələ almaq istəyənlərin xəyanətkar əməlləri yada düşür. Dərhal da düşünürük: “Nə yaxşı ki, həmin dövrdə ölkəyə dövlət idarəçiliyində zəngin təcrübəsi olan Heydər Əliyev kimi, böyük tarixi şəxsiyyət rəhbərlik edirdi. Onun uzaqgörənliyi və qabiliyyəti xəyanətin qarşısını aldı, dövlət çevrilişi baş tutmadı, müstəqilliyimiz daha da möhkəmləndirildi, əbədi oldu.”

     Ümumilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidə gəlişindən sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirilməsi hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm Respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözügötürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son anda Ümumilli Lider H. Əliyev qətiyyəti qarşısında təslim oldular. Sən demə, bu xəyanətkar qüvvələr pusquda dayanıb yeni bir məqam gözləyirmiş. Onların birinci xəyanətkarlığı ifşa edildikdən sonra həmin qüvvələr bundan nəticə çıxarmaq əvəzinə növbəti xəyanətkarlıq barədə düşünürmüşlər. Onlara, xüsusilə də bu antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı Polis dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları 1995-ci ilin martında yenidən öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra Xalqa bir daha bəyan oldu ki, Ümumilli Lider H. Əliyev kimi, bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirildi və əbədi oldu. 

      Bu günkü Zəfərlərimizin də təməli məhz həmin tarixi hadisələrin imtahanlarından üzüağ çıxmağımızdan keçib gəlir. Məhz bu tarixi keçmişdən ibrət dərsi alaraq Dövlətimizin, Prezidentimizin ətrafında həmişə sıx birləşməyi bacarmalı, yeni uğurların qazanılması üçün yalan vədlərə, başqa dövlətlərə xidmət göstərən “milləti müdafiə edənlərə” inanmamalıyıq.

Kamil Məhərrəmov,

Xocalı rayon sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi