Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycanın beynəlxalq aləmdə imici

 

        1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonar Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan  öz xarici siyasətini beynəlxalq hüquq norma və pirinsiplərinə, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi pirinsipləri əsasında qurub.

     Məhz bu pirinsiplər Azərbaycanı Beynəlxalq aləmdə öz imicini tanıtdırmaqda müsbət rol oynayır. Azərbaycan fəal bir dövlət kimi bu pirinsipləri həyata keçirməkdə böyük rol oynayır. Belə ki, müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla fəal üzv olub və fəaliyyətini durmadan inkişaf elətdirir. Həmçinin beynəlxalq dövlətlər də öz növbəsində Azərbaycanla siyasi, iqtisadi habelə digər sahələrdə əməkdaşlığı gücləndirmənin marağındadırlar. 

         Baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan yenə də öz pirinsiplərinə sadiq qaldı. İstər düşmənlə mübarizədə, istərsə də əsir və yaralılara, qoca, qadın və uşaqlara qarşı böyük tolerantlıq, humanistlik və qayğı nümayiş etdirdi və bütün bunlara şahidlik edən beynəlxalq dövlətlər birdaha gördülər ki, Azərbaycan öz qədim irsinə, adət -ənənələrinə, pirinsiplərinə sadiq dövlətdir. 

Qürbət Hümbətov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi