Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Dövlətimizə qarşı düşünülmüş təxribatçı cəhdlər hər zaman məğlubiyyətə düçar olmuşdur

        Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlişi nəticəsində ölkədə baş verən xaotik vəziyyət aradan qalxdı, vətəndaş qırğının qarşısı alındı. Erməni təcavüzkarlığının vüsət aldığı vaxtda, ölkə daxilində də xain qüvvələr daim təxribatçı hərəkətlərini davam etdirirdi. Belə bir çətin şəraitdə xalqın xilaskar oğlu Ulu Öndər Heydər Əliyev öz xalqının dəstəyinə inanaraq hakimiyyətə qayıdaraq müstəqil Azərbaycan dövlətinə qarşı təxribat niyyətinə düşənlərə qarşı tədbirlər gördü. 

        1994-1995-ci illərdə Rövşən və Mahir Cavadovlar çirkin bir yol seçərək Ölkə Prezidentinə qarşı terror aktı hazırlamağa göstəriş almış və onlar cinayətkar əməllərə əl atmışlar. Həmin tarixdə çirkin fəaliyyətlərə Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadov və Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən, eyni zamanda, nazir müavini vəzifəsini daşıyan Rövşən Cavadov qardaşları rəhbərlik edirdilər. Silah gücünə hakimiyyətə gəlməyə cəhd edən bu təxribatçı insanların günahsız insanların qanını tökmək yolunu seçməsi onların mənfur niyyətlərini göstərirdi. 1994-cü ilin oktyabr hadisələrindən sonra Ümummilli lider tərəfindən əfv edilən Rövşən Cavadov 1995-ci ilin martında çirkin əməllərini davam etdirdi. Xaricdən düşmən qüvvələrdən və daxildəki, AXCP-Müsavat cütlüyünün dəstəyindən yararlanan Rövşən Cavadov pul hesabına düşünülmüş bir şəkildə dövlətçiliyimizə qarşı təhlükə yaratmaqdan əl çəkmədi. O zaman müdrik siyasətçi Ulu öndər cinayətkar dəstəyə müraciət edərək bu əməllərindən, cinayətkar niyyətlərindən əl çəkmələrini, bu yoldan çəkinmələrini tövsiyyə etdi. Bildirdi ki, tökdüyünüz qanlar, etdiyiniz cinayətlərə son qoymağın vaxtı gəlib çatıb: "Ümumiyyətlə dəstəyə və Rövşən Cavadova deyirəm; Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz. 

     Xalqımız bir daha Ulu öndər Heydər Əliyev siyasətini dəstəklədiyini bəyan edərək onun ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı.

     Bu gün Prezident İlham Əliyev Ulu öndərin siyasi xəttinə uğurla davam etdirir. Onun həyata keçirdiyi elmi əsaslara söykənən xarici və daxili siyasət nəticəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövlətinə, güc mərkəzinə çevrildi. 

Rahilə Əliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi