Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Dünyanı erməni faşizmindən xilas edən siyasi lider

        Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən xilas edən Ümummilli lider Heydər Əliyev 2003-cü ildə “mən İlhama özüm kimi inanıram” deyəndə əlbəttə yanılmamışdır. Həmin ildən prezident seçilən İlham Əliyev istər xarici, istər ölkə daxili səfərlərində Azərbaycan xalqının sülhsevər xalq olduğunu vurğulamışdır. Lakin işğalda olan torpaqların bir qarışını da güzəştə getməyəcəyik demişdir. Xalqın maddi rifah halının yüksəldilməsi, ordu quruculuğuna önəm verməsi torpaqlarımızın işğaldan azad edilməsi​ ilə nəticələndi. Ermənilərin dünyada riyakarlığını təsdiqləyən Prezident İlham Əliyev Gürcüstana Cavxetiyada, Rusiyaya Şimali Qafqazda erməni faşizmindən ehtiyatlı olmağı xatırlatdı.

         Cənab Prezident Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Füzuli və Xocavənd rayonlarına səfər etdi. Bu səfər mart ayının 15-də baş tutmuşdur. Səfər zamanı onlar qədim yaşayış məskəni olan Azıx mağarasında, qədim Alban məbədində, Tuğ kəndində olan yaşayış evləri və məktəbdə erməni vandallarının​ vəhşi izlərini media vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev səfər çərçivəsinə Şuşa şəhərini də ziyarət etdi.​ Cənab Prezident başda olmaqla səfər iştirakçıları​ Şuşanın və başqa ərazilərin tez bir zamanda bərpa olunacağını qeyd etdilər. Şuşanın, Daşaltının, Hadrutun və başqa yaşayış məntəqələrinin təbiətinə heyran olan Ali Baş Komandan Bakıya qayıdarkən sanki bu gözəllikdən ayrılmaq istəmirdi. Bu şərəfli və məsuliyyətli, zəfər dolu işlərdə Ali Baş Komandana uğurlar diləyirik.

Nəcəf Həsənov,

Xocalı şəhər sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi