Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ermənilər ölkəmizin qanunlarına, konstitusiyasına və dövlətçiliyimizə hörmət edərək, dövlətimizdə yaşaya bilərlər

       Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dövrlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtılə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərin həsrətinə son qoydu.

      İkinci Qarabağ müharibəsi başa çatdı. 27 il Azərbaycandan ayrı düşmüş, adları hər bir azərbaycanlının  yaddaşında hifz olunan bu ərazilərin iqtisadi potensialı həmin ərazilərdə yaşayıb, qurub yaratmaq zamanı artıq yetişib. 

      İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması qarabağa qayıdıb birgə yaşaya biləcəkmi?

       Bunun üçün, ilk, növbədə ermənilərin yerli mülki azərbaycanlılara birinci və ikinci Qarabağ müharəbələri zamanı davranışlarına diqqət edək. Həmin şəraitdə ermənilər qonşuları olmuş yerli azərbaycanlılara birgə yaşamaq üçün körpü saxlayıbmı? Buna əyani sübut olaraq dünya tarixinə qanla yazılan Xocalını misal gətirmək olar Xocalı soyqırımı zamanı 63 uşaq, 106 qadın, 70 qoca ümumilikdə 613 Xocalı sakini amansızcasına qətlə yetrilib. 1275 nəfər əsir götrülüb. Əsir götrülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

       Çox çətin məsələdir ancaq mümkünsüz deyil. Fransız, Alman və ingilis də bir – birinə qonşudurlar. Tarixən onların arasında çoxillik müharibələr olub. Ancaq sonda onlar bir yerdə Avropa ittifaqı kimi möhtəşəm beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar. Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb və unudulmur. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə, gərək başqa xalqlara düşmən mövqeyindən çəkilsinlər. Törətdiyi soyqırımı cinayətlərindən də göründüyü kimi ermənilərin qonşuları ilə birgə, dinc yaşamaqdan başqa çıxış yolu yoxdur.

        Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlarda Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır. Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar. Ermənistan Xarici işlər naziri Zöhrab Mnaskanyan ölkəsinin parlamentindəki çıxışında bildirmişdir ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur. Ondan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan da oxşar bəyanatla çıxış etmişdir.

        Azərbaycanı bütün dünyada nümunə kimi göstərirlər ki, ölkəmizdə bütün dinlərə münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlarda eyni şərtlərlə fəaliyyət göstərir. Buna sübut olaraq ikinci Qarabağ müharibəsi zamanı Gəncəyə raket atılanda erməni əsilli azərbaycanlı yaralandı.Onun erməni əsilli olduğunu bilə bilə Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıb, ona qarşı hər hansı nifrət hissi də göstərmiyiblər.

       Azərbaycan Prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar təbii ki, burda yaşayacaqlar. Bu gün də Azərbaycanda ermənilər yaşayır. Azərbaycanda yaşamış, doğulmuş erməni əsilli azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqla yaşaya bilərlər. Biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik. Bu tarixən də belə olub. Türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Ona görə də, bizim bu savaşı bütün dünya normal qarşılamalıdır. Erməni vətəndaşlarının necə davranacağı artıq gələcəyin işidir. Millətdən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa qanun qarşısında cavab verəcək. 

Venera Rəsulova,

Xocalı rayon ziyalısı 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi