Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur

            Dağlıq Qarabağ uğrunda apardığımız haqlı mübarizədən sonra işağldan azad olunan
ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir. Təklif olunur ki, azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı və erməni əhalisi də həmin torpaqlarda yaşamalıdır.

       Bəs qələbədən sonra Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıları birgə yaşayışı necə təmin ediləcək?

        Ölkə Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında eyni zamanda xarici media nümayəndələrinə  verdiyi müsahibələrində bildirmişdir ki, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Onların bizimlə Dağlıq Qarabağda birlikdə yaşaması yalnız onların xeyrinə olacaqdır.Ölkəmizdə maaş,pensiya,müavinətlər Ermənistan dövləti ilə müqayisədə xeyli yüksəkdir.Onlar da bu imtiyazlardan yararlanacaq bu isə öz nvbəsində onların həyat səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır.

       Azərbaycan tolerant ölkə olaraq digər dövlətlərdə yaşayan xalqlar dinc,qonşuluq şəratinidə yaşadıqları kimi bizimdə erməni xalqı ilə birgə yaşayımız çətin olsa da mümkündür.

        Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcək.

        Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgə yaşayışın bərpa mərhələsinə qədəm qoyuruq.

        İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır, eyni zamanda həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq. 

         Hesab edirik ki, qələbədən sonra milliyyətindən asılı olmayaraq, orda qalan hər bir kəs təhlükəsiz yaşaya biləcək. Onların bütün hüquqlarından istifadə etməklə normal yaşayışı təmin ediləcək.

        Çünki Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil. Bizim ölkəmizdə bütün etnik qruplara eyni şəkildə münasibət nümayiş etdirilir. Buna görə də bizi bütün dünyada nümunə göstərirlər.

        Bütün olanlara baxmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz çərçivəsində Dağlıq Qarabağda ermənilərin yaşamağı mümkündür. Əgər istəyirlərsə, digər etnik qruplar kimi onlar da heç bir referendum keçirmədən Azərbaycanın tərkibində yaşaya bilərlər. Bundan başqa, məlumdur ki, bu gün Azərbaycanın müxtəlif şəhərlərində də ermənilər yaşamağa davam edir. Azərbaycan hər zaman tolerant, çoxmillətli və multikultural ölkə olaraq digər etnik qruplara qarşı dözümlü yanaşıb.

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı  

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi