Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İşğaldan azad edilmiş yurd yerlərimiz yenidən bərpa ediləcək

            Bildiyimiz kimi Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Bu mətbuat konfransı 4 saat davam edib. Cənab İlham Əliyev sualları 4 dildə cavablandıırıb. Mənim üçün vacib suallardan biri, Türkiyəli müxbirin sualı oldu. Sual: 30 il əvvəl məcburi köçkün olmuş insanlar nə zaman yerlərinə qayıdacaq? Bununla bağlı dəqiq tarix varmı? Prezident suala çox dəqiq, ətraflı cavab verdi. O, bildirdi ki, əvvəlcə torpaqlar minalardan təmizlənməli və qayıdışa hazırlanmalıdır. Buna dövlətin gücü var. 44 günlük müharibə bunu bütün dünyaya göstərdi.

       Prezident bildirdi ki, insanlar öz ata, baba yurdlarna qayıdacaqlar. Amma əvvəlcə o torpaqlarda sülhün davamlılığını nəzarətdə saxlamalıyıq. Dövlətimiz işğaldan azad olunmuş əraziləri tam bərpa edəcək, insanların orada yaşaması üçün ən yüksək səviyyədə şərait yaradılacaq. Mən bir şəhid qızı kimi Prezidentimin bütün söylədiklərinə tam şəkildə inanıram. Cənab Prezidentin də dediyi kimi “Erməninin viran qoyduğu o torpaqlarda həyat yenidən bərpa olunacaq”  

 İmani Ruhiyyə,

Xocalı şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi,

Şəhid qızı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi