Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Novruz bayramı tonqalı bütün işğaldan azad olunmuş torpaqlarımızda alovlanacaq

        Ali​ Baş​ Komandan, Prezident​ ​ Cənab​ İlham​ Əliyevin​ rəhbərliyi​ altında Azərbaycan​ Ordusu​ ​ 44​ günlük​ Vətən​ müharibəsində​ düşmənə​ ağır​ zərbə​ vuraraq​ torpaqlarmızdan​ qovdu. Çox​ şükür​ ki,​ Vətənin​ cəsur​ oğulları​ və​ Ali​ Baş​ Komandan​ İlham​ Əliyevin​ qətiyyəti​ sayəsində ​həsrət sona​ yetdi,​ ​torpaqlarmızdan​ düşmən​ ​ tamamilə​ təmizləndi, öz​ ​ qələbəmizi​ qürurla​ qeyd​ etdik. Prezident​ Cənab​ İlham​ Əliyev​ vədinə​ sadiq​ qalaraq​ Ata​ Nəsihətini​ yerinə​ yetirdi, indi​ Ulu​ Öndər​ Heydər​ Əliyevin​ və​ Qarabağ​ nisgili​ ilə​ öz​ haqq​ dünyasına​ qovuşan​ insanların, bütün Şəhidlərimizin​ ruhu​ şaddır. Prezident​ İlham​ Əliyev​ hər​ birimizin​ çox​ gözəl​ yadında​ ​ qalan​ bir​ qələbə​ xəbərini​ ​ Şəhidlər​ Xiyabanına​ gələrək​ belə​ ​ demişdir​ “Əziz​ Şuşa​ sən​ azadsan!”,​ bu​ xəbər​ hər​ bir​ Azərbaycanlının​ qəlbində​ böyük​ ​ sevinc​ və​ qürur​ doğurmuşdur. Qeyd​ edim​ ki,​ Prezident​ İlham​ Əliyev​ ilk​ dəfə​ yanvarın​ 15​-də​ Şuşa​ şəhərinə​ səfər​ edib,​ burada​ icra​ ediləcək​ lahiyələrlə​ bağlı​ ​ tapşırıq​ və​ tövsiyyələrini​ ​ verib, həmçinin​ bir​ sıra​ vacib​ mesajlar​ və​ bəyanatlar​ səsləndirib. Dövlət​ ​ ​ başçısı​ bu səfərində​ açıq​ bəyan​ edib​ ki,​ Şuşa​ tarixən​ Azərbaycan​ şəhəri​ olub​ və​ bundan​ sonra​ azərbaycanlılar​ bu​ şəhərdə​ əbədi​ olaraq​ yaşayacaqlar. Öz​ gözəlliyi​ və​ cazibədarlığı​ ​zəngin​ mədəniyyət​ mərkəzimiz​ olan​ musiqi​ beşiyimiz​ sayılan​ Şuşa​ şəhərini​ ​28​ il​ ərzində​ erməni​ ​ vandalları​ vəhşicəsinə​ dağıntıya​ məruz​ qoyaraq,​ şəhərin​ maddi-mədəniyyət​ nümunələrini​ ​ dağıtaraq​ milli-mənəvi​ dəyərlərmizi​ zəngin​ sərvətimizi​ ​ tamamilə​ talamışdır.

        Prezident​ ​ İlham​ Əliyev,​ birinci​ xanım​ Mehriban​ Əliyeva​ və​  qızları​ Leyla​ Əliyeva martın​ 16​-da​  növbəti​ dəfə​ Şuşa​ şəhərində​ olublar. Prezident​ İlham​ Əliyev​ Şuşa​ şəhərinə​ səfəri​ zamanı​ ​ qeyd​ etdiyi​ kimi​ “Şuşa​ şəhəri​ ​ dünyanın​ ən​ gözəl​ şəhərinə​ ​ çevriləcəkdir. Biz​ Şuşanı​ yenidən​ dirçəldəcəyik​!”​ deməsi​ bir​ daha​ ​ şəhərin​ yenidən​ bərpasına​ artıq​ ​ başlanılmışdır. Hazırda​ Heydər​ Əliyev​ Fondunun prezidenti Mehriban​ Əliyevanın​ rəhbərliyi​ ilə​ Vaqifin​ muzey-məqbərə​ ​ kompleksi​ ​Fondun​ hesabına​ ​ və​ ​ yeni​ lahiyə​ əsasında​ pərpa​ ediləcək. Prezident​ İlham​ Əliyevində​ bildirdiyi​ kimi​ Vaqifin​ ​ məqbərəsi​ əvvəlki​ görkəmi​ bərpa​ ​ ediləcək,​ önündə​ isə​ Vaqifin​ büstü​ qoyulacaq.​ ​

        Ölkə​ Başçısı​ arxivdən​ əldə​ etdiyi​ 38​ il​ bundan​ öncə​ Şuşada​ ​ Ulu​ Öndər​ Heydər​ Əliyevlə​ birgə​ olarkən​ çəkilmiş​ fotoları​ ​ ​ nümayiş​ etdirərək​ erməni​ vandallarının​ öz​ gözəlliyi​ ilə​ Şuşaya​ gələn​ hər​ kəsi​ heyran​ qoyan​ şəhəri​ bəbərba vəziyyətə​ ​ ​ salan​ erməni vandallarını​ ​ vəhşiliyini​ qeyd​ etdi​ və​ bildirdi​ ki,​ ​ vəhşi​ düşmən​ şəhəri​ tamamilə​ ​ dağıdıb​ viran​ edilmişdir.Tezliklə​ Şuşada​ Ağa​ Gövhər​ Ağa​ və​ Yuxarı​ Gövhər​ Ağa​ məscidlərinin​ tarixi​ görkəminin​ bərpasına​ ​ başlanılacaqdır. Şuşanın​ işğalı​ dövründə​ dağıntıya​ məruz​ qalan​ abidələrdən​ biri​ də​ Qarabağ​ ​ xanlığının​ banisi​ Pənahəli​ xanın​ sarayıdır. Həmçinin​ öz​ bulaqları​ ilə​ məhşur​ olmuş​ şəhərin​ bulaqların​ əvvəlki​ fəaliyyəti​ ​ bərpa​ ediləcəkdir. Şəhərin​ ən​ məşhur bulaqlarından​ biri​ Natavan​ bulağıdır. Bu​ bulaqda​ ​ ​ Heydər​ Əliyev​ Fondunun​ vəsaiti​ hesabına​ və​ yeni​ lahiyə​ əsasında​ ​ bərpa​ ediləcəkdir.

        Erməni​ ​vandalizminin​ ağır​ ​ nəticələrini​ özündə​ əks​ etdirən​ tarixi​ abidələrdən​ biri​ də​ ​ Şuşa​ şəhərinin​ mərkəzi meydanında​ ​ yerləşən,​ XIX​ əsrə​ aid​ ​ Karvansaray​ ​tarix-memarlıq​ ​ kompleksidir. Bu​ abidənin​ bərpasına​ artıq​ başlanılmışdır.

        Bu​ abidələrlə ​yanaşı, ən​ çox​ dağıntıya​ məruz​ qalan ​ abidələrdən​ biri də​ Şuşa​ Dövlət​ Rəsm​ Qalereyasının​ binasıdır. Tikili​ yenidən​ bərpa​ olunaraq​ ​ tezliklə​ istifadəyə​ veriləcəkdir.

       Füsunkar​ təbiəti​ zəngin​ mədəniyyəti​ ilə​ seçilən​ Şuşa​ şəhərində​ turizmin​ inkişafı​ ​ üçün​ ılveriçli​ ​ imkanların​ olduğunu​ qeyd​ edən​ Prezident​ İlham​ Əliyev​ burada​ səfərdə​ olarkən​ bildirdi​ ki,​ ən​ müasir​ otellər​ ​ Şuşada​ ​ turistlər​ üçün​ fəaliyyət​ göstərəcəkdir.

        Vaxtı​ ilə​ ötən​ əsrin​ əvvəllərində​ inşa​ edilmiş​ “Qarabağ”​ mehmanxanası​ tamamilə​ yararsız​ hala​ salınmış​ erməni​ vandalları​ buranı​ otel​ kimi​ ​ istifadəyə​ vermişdi. Tezliklə​ ​ dünyanın​ ən​ gözəl​ şəhərlərindən​ birinə​ çevriləcək. Şuşa​ həm də​ xarici​ ​ turistlərin​ diqqətini​ cəlb​ edəcəkdir. Hazırda Qarabağ​ ​ xalçalarının​ toxunduğu​ ​ Şuşa​ Xalça​ Muzeyi​ ​bərpa​ edilir. Məhz​ Prezident​ Cənab​ İlham​ Əliyev​ ​ işğaldan​ azad​ edilmiş​ Şuşaya​ səfəri​ zamanı​ Xocavənd​ rayonunda​ olarkən​ Prezident​ İlham​ Əliyev​ Xocavənddə​ keçmiş​ Harut​ rayonuna,​ qədim​ yaşayış​ məskəni​ olan​ Tuğ,​ Azıx,​ eləcədə​ Edilli, Düdükçü​ ​ kəndlərinə​ səfər​ edərək​ bu​ torpaqların​ qədim​ Azərbaycanlılara​ məxsus​ olduğunu​ bildirmiş​, həmçinin​ qeyd​ Prezident​ İlham​ Əliyev​ qeyd​ etmişdir​ ki, ”Şuşa​ əməliyyatının​ uğurlu​ keçirilməsi​ üçün​ Harutun​ azad​ edilməsi​ önəmli​ idi”.

        “Biz​ gələcəyə​ nikbin​ baxırıq​ “​ deməsi​ ilə​ hər​ bir Azərbaycanlının​ qəlbində​ ​ qürur​ hissi​ ​ doğuran​ xalqın​ arzusunu​ ​ yerinə​ yetirən​ vətənin​ xilaskar​ oğlu​ Prezident​ Cənab​ İlham​ Əliyevin​ sayəsində​ Qarabağ​ yenidən​ dirçəlir,​ bu​ dirçəliş​ ​ tezliklə​ ​ böyük​ qaydışla​ ​ əvəzlənərək​ doğma​ sakinlər​ ​ öz​ yurd​ yerlərinə,​ Vətənlərinə​ qovuşacaqdı. İndi​ Qarabağın​ hər​ şəhəri​ hər​ kəndi​ ​ öz​ doğma​ ​ sahiblərinin​ yolunu​ gözləyir. Tanrıya​ çox​ şükür​ ki,​ bundan​ sonra​ Prezident​ Cənab​ İlham​ Əliyevin​ sayəsində​ işğaldan​ azad​ olunmuş​ torpaqlarmızda​  

        Novruz​ tonqalları​ yanacaq​ hər​ kəs​ öz​ yurd​ yerində​ şad-xürrəm​ yaşayacaq​ və​ əbədi​ olaraq​ ​ bu​ torpaqlarda​ üçrəngli​ ay​ ulduzlu​ ​ bayrağımız​ dalğalanacaq. Qarabağı​ bizə​ qaytardığı​ üçün​ Prezidentimiz​ İlham​ Əliyevə​ Azərbaycan​ Ordusuna​ ​ mminəttdarıq. Vətən​ uğrunda​ Şəhid​ olmuş​ oğullarımızın​ ruhu​ qarşısında​ baş​ əyirik.

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi