Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ölkə başçısının müharibə iştirakçılarına qayğısı

         

        Xalqımız illərlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışmışdır. Danışıqlar prosesində ölkəmizin mövqeyi yetərincə güclü olmuşdur. Amma danışıqlar nəticəsiz qaldığına görə  ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda son addım olaraq hərb yolunu seçməli olduq. Azərbaycan xalqı illərlə işğal altında qalan torpaqlarının azadlığı uğrunda güc amilini əsas tutub mübarizəyə başladı. İlk həmlədən ordumuz döyüş meydanlarında öz gücünü göstərmiş, düşmənə layiqli cavablar vermişdir. Ölkəmiz bütün vasitələrdən istifadə edərək, torpaqlarımızı işğalçılardan azad etdi. Müharibə istəməsək də, işğalla da barışa bilməzdik. Bu müharibəni qələbə ilə başa vurduq, ancaq ağrı-acılarımız da oldu. Şəhidlərimiz, qazilərimiz, hətta dinc əhalidən də müharibədə zərər çəkən vətəndaşlarımız xalqımızın mübarizliyini göstərdilər. Arxa cəbhədə olan bütün xalq da bu şanlı qələbənin müəllifləri oldular.

          Artıq müharibə bitib, amma ölkə başçısının diqqət və qayğısı müharibə iştirakçılarının hər birinə qarşı xüsusidir. Belə ki, heç bir şəhid ailəsi, heç bir qazi, müharibə iştirakçısı diqqətdən kənar qalmır, onların özlərinə, ailə üzvlərinə dövlət qayğısı göstərilir. Onlara mənzil, avtomobil, birdəfəlik və aylıq ödəmələrin verilməsi, qazilərimizin müalicəsi ilə bağlı dəstək dövlət tərəfindən xüsusi həyata keçirilir. Dövlət başçımız daim öz vətəndaşlarının, xüsusi ilə də həssas təbəqə nümayəndələrindən olan müharibə iştirakçılarımızın sosial məsələlərini daim diqqət mərkəzində saxlayıb. Dəfələrlə şəhid ailələrinin  üzvləri ilə, qazilərlə şəxsən görüşməsi prezidentimizin siyasətinin ölkənin hər bir vətəndaşına münasibətdə ədalətinin, humanizminin göstəricisidir.

          Arzu edirik ki, xalqımız bir daha çətin günlər yaşamasın, dövlətimizə, xalqımıza firəvan günlər qismət olsun.

Şahilə Zeynalova, 

Xocalı rayon  sakini

27.02.2021 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi