Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ölkəmizi qaralamağa çalışan iranlı jurnalist özü üzü qara oldu

                 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ll Qarabag Müharibəsində düşmənə Dəmir yumruq göstərdiyi kimi, indiyədək dünya jurnalistlərinə verdiyi layiqli cavabları ilə də yaddaşlarda qaldı. Biz həm döyüş meydanında, həm də informasiya müharibəsində qələbə qazandıq. Bunların bariz nümunəsinin biri də dövlət başçısının iranlı xanım jurnalisti yerindəcə oturtması oldu. Prezident İlham Əliyev İranın Mehr agentliyi əməkdaşının "Cənab Prezident, bu gün terrorçuluq dünya üçün təhdiddir. Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların fəaliyyət göstərməsi barəsində xəbərlər yayılırdı. Bu isə region üçün böyük təhlükədir. Burada hansı kollektiv səylər göstərilməlidir? Bununla bağlı Azərbaycan Respublikası tərəfindən hansı addımlar atılacaqdır? sualına cavab olaraq bildirdi ki, hesab edirəm ki, siz birinci sualınıza özünüz cavab verdiniz. Sualınızda qeyd etdiyiniz məlumatlar mövcud deyil. Müharibə zamanı terrorçu qrupların iştirakı ilə bağlı hər hansı məlumat, dəlil və sübut yoxdur. Bu, məqsədyönlü şəkildə uydurulmuş bir hekayədir və mən təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittiham xarakterli suallar digər ölkələrdən olur. Torpaqların azad olunması uğrunda aparılan əməliyyatlarda heç bir terrorçu iştirak etməyib. Bu qələbəni Azərbaycan Ordusu qazanıb. Burada hər hansı yazılı və ya şifahi məlumat və ya sübutlardan söhbət gedə bilməz. Bu, Azərbaycanı ittiham etməkdən başqa bir şey deyil. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Bu, ermənilərin bir bəhanəsidir, çünki onlar üçün bu, psixoloji cəhətdən ağrılı bir məsələdir – Azərbaycan əsgəri onları məğlub edib. Onlar deyə bilərlər ki, bunu hansısa terrorçular edib. Ancaq kimsə bu terrorçuları görüb? Siz və ya həmkarlarınız, sadəcə, bir ad verə bilərsinizmi? Kifayət qədər vaxtınız var, bu məlumatları həmkarlarınızla bölüşün. Varmı belə bir məlumat? Xeyr. Ona görə sizə tövsiyəm odur ki, spekulyasiya ilə məşğul olmayın. Dediyim kimi, siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun.

               Göründüyü kimi Azərbaycanın uğurlarına, qələbəsinə dost və qardaş ölkələr sevinir. Ancaq özlərini yalançı dost kimi aparan ölkələr xislətini gizlədə bilmir. İranlı xanım jurnalist də heç bir əsası olmadan, saxtalıqla ölkəmizi guya terror qüvvələrindən istifadə etmişik fikri ilə qaralamağa çalışdı. Ancaq verdiyi sualın cavabında özü üzü qara şəkildə ölkəsinə qayıtdı. Biz Vətən Müharibəsində haqq savaşı verərək öz hünərimizlə qalib gəldik. 

Rahilə ƏLİYEVA,

Xocalı rayon ziyalısı 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi