Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Prezidentimizin işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri bir tarixdir

Ali Baş Komandan xalqa üz tutub,
Müqəddəs savaşdan xəbərlər verir.
Onun hər sözündə qətiyyət, qürur,
Sənin haqqın idi bu Zəfər! deyir.

Cənab Prezidentimiz İlham Əliyev hər zaman çıxışında deyirdi: Xalqımız işğalla barışmayacaq, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Vaxt gələcək biz öz doğma, dədə-baba torpaqlarımıza geri dönəcəyik. Sözünün, imzası qədər dəyəri olan dövlətimizin başçısı hər zaman olduğu kimi, öz xalqına verdiyi sözü tutdu və xalqının ümidlərini doğrultdu. Bizi bu günlərə gətirən yol rahat yox, çətinliklərlə, sınaqlarla dolu olub. "Nəyi, nə vaxt, necə etmək lazımdır, mən bilirəm" deyərək bütün prezidentliyi dövründə torpaqların azad olunmasını ən ümdə vəzifə olaraq gördü. 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz dastan yazdı, torpaqlarımızı işğaldan azad etdi, öz ata vəsiyyətini yerinə yetirdi. Cənab Prezidentimiz özünün iradəsi nəticəsində azad etdiyi torpaqlara səfərlər edir.
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qələbə!
Qalib Ali Baş Komandan və ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva işğaldan azad olunmuş Füzulimizə, Xocavəndimizə növbəti tarixi səfərlərini ediblər. Səfər zamanı Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Hadrut qəsəbəsində dövlət bayrağımız dalğalandırıldı, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu, Hünərli kəndində tarixi Alban kilsəsi ziyarət edildi, tarixi Tuğ və məşhur Azıx mağarasının yerləşdiyi Azıx kəndinə baş çəkildi.
Prezidentimizin bu səfərlərinin hər biri bir tarix, hər biri bir qələbə müjdəsidir. Hər bir səfər o torpaqlara can verir, şəhidlərin ruhunu şad edir, eyni zamanda düşmənə gözdağı verir.
Düşmən və ona dəstək olmağa çalışan hər bir dövlət bilməlidir ki, biz üçrəngli, ay-uyduzlu bayrağımızı bu torpaqlara əbədi olaraq sancmışıq və dədə-baba torpaqlarımızda əbədi yaşayacayıq. Biz ora qayıdacağımız günləri səbirsizliklə gözləyirik.
Qarabağ Azərbaycandır!
Can Azərbaycan!
Nazim Qədirov,
Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi