Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şəhid ailələri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub

25 fevral 2021–ci il tarixində  Bakının Ramana qəsəbəsində Şəhid ailələri ilə ölkə Prezidenti Cənab İlham Əliyevin görüşü keçirildi. Görüşdə bildirildi ki, dövlətimiz hər zaman Şəhid və Qarabağ müharibəsi əlillərinin yanında olaraq onlara hər zaman diqqət və qayğı göstərib. Çıxışında Ölkə Prezidenti qeyd etdi ki, Şəhid ailələri və müharibə əlilləri mənzillərlə təmin olunacaq. Keçən il 1572 mənzil, bu il isə 3000 mənzil veriləcək. Bütün bunlar isə öz növbəsində I Qarabağ və Vətən Müharibəsində Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan Şəhid və Qarabağ müharibəsi əlillərinin mənzillərlə təmin edilməsinə imkan verəcəkdir. 7200 minik avtomobili də müharibə əlillərinə veriləcəkdir. Müharibə qazilərimiz protezlərlə və reablitasiya ilə təmin olunacaqdır. Dünyanın heç br yerində bizim ölkəmiz qədər Şəhid və müharibə əlillərinə bu qədər qayğı və diqqət göstərilmir. Çıxışında ölkə Prezidenti bildirdi ki, Vətən müharibəsi Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı. I Qarabağ, eyni zamanda Vətən Müharibəsində Xocalı soyqırımında şəhid olan günahsız insanların da intiqamı alınmış oldu. 

Akif RÜSTƏMOV,  

Xocalı rayon sakini 
26.02.2021 
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi