Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şuşaya aparan “Zəfər Yolu" qürur yolumuzdur!

        30 il müddətində düşmən tapdağında olan torpaqlarımızı azad etmək, o gözəl yerlərə bir daha qayıtmaq Ölkə başçısından sadə vətəndaşa qədər hər kəsin ən böyük arzusu olub. 44 günlük müharibənin nəticəsi Azərbaycan xalqına bu sevinci yenidən yaşatdı. İllərlə əsirlikdə olan torpaqlarımız Ölkə başçısının düzgün siyasəti və müzəffər ordumuzun qüdrəti sayəsində düşməndən azad olundu. Azərbaycan dövləti dünya dövlətlərinə haqlı olduğunu bir daha sübut etdi. 

        Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfər etmələri, bu ərazilərdə artıq başlanmış bərpa işləri ilə mütəmadi olaraq maraqlanmaları, tezliklə azad olunmuş şəhər və kəndlərimizin yenidən canlanacağından xəbər verir. 

        Ölkə başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarında oldular. Əvvəlcə Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Uzunluğu 13 kilometr olan bu yol başlanğıcını Zəfər yolundan götürür və 4 hərəkət zolaqlı olacaq. Yol boyunca yeni körpülər inşa ediləcək. 

        Sonra Ölkə başçısı və ailə üzvləri Xocavənd rayonunda və Xocavənd rayonun Edilli, Ağbulaq kəndlərində oldular. 

        Prezident İlham Əliyev  Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun təməlini qoydu. 

        Sonra Azərbaycanın qədim kəndləri olan Tuğ kəndinə və Azıx kəndinə gəldilər. Tuğ kəndində dağıdılmış məktəb binası və evlərlə yaxından tanış oldular. 

        Martın 16-da Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində oldular. Prezident Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin başlanacağını və məqbərənin əvvəlki görkəminin qayıdacağını qeyd etdi. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Karvansaray tarix-memarlıq kompleksinin, Şuşa Dövlət Rəsm Qalereyasının binasının, Qarabağ mehmanxanasının və Şuşada olan bulaqların yenidən bərpası üçün tapşırıqlar verdi. 

        Daha sonra Prezident və ailə üzvləri Şuşanın Daşaltı kəndinə gəldilər. Müzəffər ordumuz Daşaltı kəndinin sıldırım qayalarından qalxaraq Şuşaya daxıl olmuşdular.

        Artıq bu yerlərin hər biri Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq.

        Allah Prezidentimizi, xalqımızı və cəsur ordumuzu qorusun!

       Allah Şəhidlərimizə rəhmət eləsin! 

Vəsilə Quliyeva,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi