Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xalqın xilaskar lideri

         Hər bir xalqın tarixində onun xilaskarı və müdafiəçisi olmuşdur. Lakin Azərbaycan xalqının qismətində nadir şəxsiyyətlər sırasında birinci olan Heydər Əliyev düşmüşdür. O, elə bir şəxsiyyət olmuşdur ki, dünyanın sülhsevər xalqları da onun ağıllı məsləhətlərindən bəhrələnmişdir. Bədnam ermənilərin Mixail Qarbaçov vasitəsi ilə Heydər Əliyevin keçmiş Sovetlər İttifaqının siyasi bürosundan istefasına nail olmaları təkcə Azərbaycan xalqının deyil, həm də o vaxtkı İttifaq respublikalarının bir çoxunun xalqları üçün itki oldu. Lakin Ulu Öndər bütün haqsızlıqlara sinə gərərək​ 1990-cı il 20 yanvar hadisələrinə qarşı haqq səsini qaldırdı. Sovet İttifaqının saxlanması üçün keçirilən referendumun Naxçıvanda baykod etməklə xalqı haqqa səsə verməyə çağırdı. 1995-ci ildə Azərbaycan xalqı xarici kəşfiyyat orqanlarının vasitəsilə Cavadov qardaşları tərəfindən qardaş qırğınının qarşısını aldı. Xaricdən Azərbaycanın daxilinə nüfuz edib onu parçalamaq, varlığına son qoymaq istəyən qüvvələr yanıldıqlarıını hiss edib geriyə çəkildi. Bu Heydər Əliyev və xalq birliyinin nümunəsi idi.

Çinarə Mirzəyeva,

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi