Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəfər yolunun Lələtəpədən Şuşaya davam edəcəyinə əmin idik

         2016-ci il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi.

        Döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeyler düşməndən azad olundu. Hərbi əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak oldu, 1M-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank,15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb.

      Bu döyüşlərdə neçə-neçə igidlər qurban verdik. Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Hər nəfəsimizdə igid əsgərlərimiz şanlı Vətən oğulları sizə təşəkkür edirik. Çünki sizə, torpağa dəyən bir güllə, bir qəlpə bizim ürəyimizi dəlib keçir. Bu yaraların məlhəmi ancaq sizin qazandığınız qələbədir.

Zümrüd Təhməzova,

Azərbaycan Kooperasiya Universitetinin 1-ci kurs tələbəsi


Paylaşın:

1 yorum:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi