Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil

          Amerika Birləşmiş Ştatlarında dövlətə və dövlətin siyasətinə erməni lobbilərinin təsiri nəhayət özünü tam qabarıq şəkildə göstərdi.  Hər dəfə Amerikada prezident seçkiləri öncəsi  namizədlər prezident seçiləcəyi təqdirdə  qondarma erməni soyqırımını dilinə gətirəcəyini vədd edərək lobbilərin səsini və dəstəyini qazanmaq üçün bundan siyasi məqsəd üçün istifadə etmişlər. Lakin Cozef Baydenə qədər heç kəs soyqırım ifadəsini dilinə gətirməmişdir, bu yalana ortaq olmaq istəməmişdir. Baydenin ifadəsinin Tükriyəyə heç bir xələl gətirməyəcəyinə əminəm , ancaq Amerikanın , özünü dünyaya demokratik, ədalət carçısı kimi tanıdan dövlətin daxildəki təzyiqlərini və demokratik fikirdən kənar olduğunu, tarixi həqiqətləri yalanla ört bast etdiyini aydın şəkildə göstərdiyini görürük.

    24 aprel tarixində Baydenin  erməni soyqırımı kəlməsini işlətməsi həm verdiyi vədi yerinə yetirmək, həm də bir növü Türkiyəyə təzyiq kimi qiymətləndirilə bilər.  Ancaq Amerika Prezidenti deyəsən türkün məşhur deyimini unudub: Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Ermənilər də anlamalıdır ki, yalan iftiralar ancaq onların əleyhinə ola bilər. Baydenin "soyqırım" məsələsinə xüsusi önəm verməsindən irəli gələrək ermənilərin Şərqi Anadoluda və Qafqazda törətdikləri genosidlərə də münasibət bildirsəydi onda bu, demokratik dəyərlərə bir nümunə olardı.

    Qondarma erməni soyqırımı Birinci dünya müharibəsi ərəfəsində  Anadoluda yaşayan ermənilərin məhv edildiyi irəli sürülən yalançı iddiadır.  Türkiyə Cümhuriyyəti bu məsələni erməni - türk qarşıdurması kimi dəyərləndirir. Bir neçə  dövlət bu hadisəni tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul ediblər. Tarixi həqiqətləri araşdırdıqda isə başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı.  Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir . Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran canilər, qaniçənlər idi. Köç karvanı Anadoluda yaşayan erməniləri  Osmanlı Dövlətinin başqa ərazilərinə köçürməyi nəzərdə tutmuşdu.

    Göründüyü kimi Amerika prezidenti  ya tarixi bilmir , ya da qəsdən tarixi saxtalaşdırmaq istəyir. Əgər həqiqətlər Amerika üçün maraqlı olsa idi , Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ gəlin arxivlərimizi açaq və həqiqətləri araşdırmaq üçün dünya tarixçilərinə müraciət edək”  təklifini qəbul edərdi. Ancaq nədənsə nə Amerika , nə də qondarma erməni soyqırımını tanıyan bəzi dövlətlər  Ərdoğanın bu sözünə cavabsız qalırlar. Görünür yalanlarının üstü açılacağını yaxşı bilirlər. Özünü dünya lideri sayan, haqq ədalət carçısı kimi qələmə verən Amerika nəyə görə tarixi araşdırmaq yerinə yalan fikirlər söyləməyi üstün tutdu? Həmin dövrdə türklərin ermənilər tərəfindən qətlini bilə - bilə , üstəgəl erməni soyqırımı ifadəsini seçdi. Əgər ədalət axtarırsansa bəs 1918-ci ildə qətl edilən azərbaycanlılar?  Çox uzağa getməyək, 1992-ci il Xocalı soyqırımını nəyə görə dilinə gətirmirlər?  Qocaları, qadınları, körpələri qətl edən məhz ermənilər deyilmi?  Bunlardamı araşdırıla bilməyəcək hadisədir? Qarabağda törətdiyi cinayətlər, dağıntılar, daş üstə-daş qoymamaları aşkar vəhşiliyin nümünələridir.  Ancaq saxta  tarixə əsaslanan  Baydendən bunları dilinə gətirməsini gözləmək yersizdir. Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil.

Bəxtiyar Əhmədov, 

Xocalı rayon Yaloba kənd tam orta məktəbin ingilis dili müəllimi 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi