Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qloballaşan Dünyada müasir dövrün tələbi – Türk birliyi

        Gəlin öncə türklər kimdir onları nə birləşdirir sualına cavab verməyə çalışaq. Türklər harada yaşamışlar və harada yaşayırlar? Masir dünyanın hər tərəfinə səpələnmiş türk toplumları minilliklər bundan əvvəl bir tayfa, bir oymaq idilər. Zamanın yelləri onları bir yerdən başqa yerə sovurduqcan ana kökdən ayrılmalar olmuş, bu da onların dillərində zahiri fərqlərin yaranması ilə nəticələnmişdir. Bu gün türkləri birləşdirən onların ümumi dilləri, ortaq adət ənənələri, ortaq dastanları və hətta ortaq söz fondudur.Tarixən türklərin harada yaşamalarına gəldikdə isə, yəqin ki, onların haralarda yaşamamalarına cavab vermək daha asan olardı. Çünki dünya tarixçilərinin özləri belə mənşələrini açıqlaya bilmədikləri əksər toplumları,xalqları türklərlə bağlayırlar.Türklər harada yaşamamışlar ki? Orta Asiya bozqırları,Sibir çölləri, Mərkəzi Asiya Qobiləri onların yayılma zonadsı sayılırdı. Ancaq demə bu belə deyilmiş. Türklər buraya da başqa yerdən gəlmişlər. Haradan sualına isə tarixçilər 3 min illik dövlətçilik tarixinə malik olan Şumerləri türk sayırlar və əsaslandırırlar ki, onlar Mərkəzi Asiyaya da burdan yayılmışlar. Hər dafə türklərin yayılma mərkəzləri ilə bağlı yeni fikirlər ortaya atılanda məlum olur ki, onlar buraya da başqa yerlərdən gəlmişlər bu isə onların tarixini daha da qədimlərə aparır. Bu gün minilliklər bundan əvvəl türklərin Amerika qitəsinə o zamanlar çox dar olan Berinq boğazı vasitəsi ilə yayıldıqları aşkarlanmış və Amerikanın yerlilərinin bizlərlə qan qohumluqları  lüğət fondumuzla təsdiqlənmişdir. Hətta bu qövümlərin bir birlərindən minilliklər bundan əvvəl ayrılmalarına baxmayaraq.

           Bu gün bu qloballaşan dünyada yenidən bir araya gəlmaətin vaxtıdır. Tarixin elə bir dövrü olmamışdır ki, tarix səhnəsində bir-iki türk dövləti olmasın. Bu gün bunların yalnız müstəqillərinin sayı belə yeddidir. Birləşmək, güclənmək zamanıdır. Türklərin zəif düşməsindən istifadə edən mürtəce güclər daim bizləri öz təsirlərində saxlamaq istəyirlər. Sözün əsl mənasında müstəqil olmağın yolları isə birləşməkdən keçir. Birləşməyimizin isə ən optimal variabtı qardaşlarımızla birləşməkdir. Çünki qardaşla birlik müstəmləkəçilik əlaməti yox özləşməyimiz güclənməyimizdir. Bəs bu gün dünya bizim Türk Birliyinə nə üçün qarşıdır? Bax burda demək ki, nəsə var. Var olan isə odur ki, daha onların bizə dişləri batmayacaq. Tarixin səhifələrindən yola çıxaraq dünyaya hökm edən dövlətçilik ənnənələrimizi bir daha bərpa edəcəyik. Yox bizim bu gün dünyaya hökm etmək kimi niyyətimiz yoxdur. Ancaq özümüzü kimlərinsə qarşısında zəif hiss etməyimiz yetər. Zaman-zaman bizi əridib assimlyasiyaya məruz qoymuşlar ancaq bacarmamışlar. Nəinki dilimizi heç adət-ənənələrimizi belə dəyişdirə bilməmişlər. Bizi türkdilli xalqlar adlandırmışlar ancaq bu bizim türk kimliyimizi dəyişməz.

            Hər keçən gündə Türk birliyi haqqında Türk insanlarının marağı artır. 44 günlük Qarabağ zəfərimiz Türk Birliyini həm mənəvi, həm də coğrafi baxımından daha da yaxınlaşdırmışdır. Lakin Türk düşmənləri bu fikirin elə də çoxalmaması üçün müəyyən addımlar atırlar.Bunun səbəbi isə Türk dövlətləri bir olacağı halda onların məğlub olma düşüncəsində olmalarıdır. Getdikcə Turanın yaranması üçün müəyyən addımlar atılır.Bu addımlara misal olaraq Türk dövlətlərinin prezidentlərinin bir araya gəlməsini,Türk dövlətlərinin ümumi bir telekanal açmasını, “Ortaq Türk tarixi” dərsliyini təsis etmələrini, təhsil birliyini göstərmək mümkündür. Türk ölkələri arasında olan qarşılıqlı əlaqələrə bunları misal göstərmək mümkündür: Türkdilli ölkələrin zirvə sammitinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının keçirilməsi, Ortaq universitetlərin qurulması, Ortaq telekanallar açılması, Çağdaş Türk dillərinin bir lüğətinin yaradılması, Türk PA-nın yaranması, ECO-nun qurulması.

          Müxtəlif Türk bilginləri Turan haqqında öz fikirlərini söyləmişdirlər: Əli bəy Hüseynzadə: ''Türk qanlı, İslam imanlı, Turan dövlətli və firəng (fransız) qiyafəli (fikirli) olaq”, Mustafa Kamal Atatürk: ''Türk birliyinə inanıram və onu görürəm.”

          Müasir dünya artıq ümumbəşəri dəyərlərlə yaşadığmı çox tez-tez bəyan etsə də, reallıq çox zaman bunun əksini göstərir – son illərin beynəlxalq təcrübə dönə-dönə sübut etdi ki, milli ehtiraslar dünyanın siyasi xəritəsini dəyişməyə, böyük fəlakətlər törətməyə qadirdir. Demokratiya, azadlıqlar, insan hüquqları kimi anlayışlar Qərb cəmiyyətləri üçün əhəmiyyətlidir. Xüsusilə, demokratiyanın beşiyi sayılan Avropa dövlətləri davamlı olaraq başqa ölkələrin demokratiyalarını sərt tənqid edir, hər zaman daha irəli demokratiya tələb edirlər. Avropanın türk dünyasına, özəlliklə müsəlman aləminə olan münasibətini yaxşı bilirik. Aşırı demakratik fikirlərin cəmiyyətlərdə tüğyan etməsi, milli məsəllələrin meydana gəlməsi, xasun baş verməsi ilə nəticələnir ki, bu da yırtıcı dövlətlərin bizləri idarə etmələri baxımından işlərinə gəlir. Bizlərə demokratiya yalnız insan hüquqları baxımından vacibdir.

          Əziz Türk millətimiz bu gün dünya güclərinin bizlər üçün hazırladıqları min cür bəd əməllərdən qorunmamızın yolu sözsüz ki, birləşməyimizdən, özləşməyimizdən, güçlənməyimizdən keçir.

           Bir olaq, güclü olaq, var olaq!

Tahir HƏSƏNOV,

Xocalı rayon ziyalısı


 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi