Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təyziq və təpkisi dünyada insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək

         Aprelin 26 -da​ Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial komissiyasının 77-ci sessiyasındakı çıxışında ilk öncə dünyada yayılmış Covid-19​ ​ pandemiyasının dünya ölkələri üçün yaratdığı təhlükə və zərərlərini vurğulayaraq​, koronavirusun təkcə insan sağlamlığına deyil, o cümlədən də dünya iqtisadiyyatına güclü təsiri haqqında öz fikirlərini nəzərə çatdırmışdır. Cənab prezident qeyd etmişdir ki, Covid -19 pandemiyası Azərbaycanda da bir sıra çətinliklər meydana çıxartmışdır. Azərbaycan höküməti ilk günlərdən pandemiya ilə mübarizədə böyük işlər həyata keçirmişdir, zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirini nəzərə alaqraq özəl sektorlara maliyyə dəstəyinin ayrılmış və sosial -iqtisadi paket hazırlanmışdır.​

Həmçinin, Prezident İlham Əliyev yanvar aylndan etibarən Azərbaycanda vaksinasiya işlərinə başlandığını, əhalinin 14%-nin vaksin olunduğunu​ ​ qeyd etmişdir.​

Öz çıxışında Azərbaycan hökumətinin Qoşulmama Hərəkatının 2020-ci zirvə toplantısında sədrlik etdiyini və koronavirusla bağlı görülən tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. “Vaksin millətçiliyinin “dünyada ədalətsiz bölgüsündən narahat olduğunu söyləyərək, zəngin dövlətlərin vaksin sifariş edərək öz ölkələrində təhlükəsizliyi təmin edə bildiklərini vurğulamışdır. Digər dövlətlərin isə bu vaksinlərin əldə olunmaslnda qarşılaşdığı çətinliklərdən​ ​ və bu çətinliklərin aradan qaldırılması istiqamətində aparılan mübarizədə​ ​ köməyini əsirgəməyəcəyini bildirmişdir. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkıyə humanitar yardım etdiyini də nəzərə çatdırmışdır.​

Cənab Prezident Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20% torpaqlarımızın işğal olunması, dinc əhalinin doğma yurd-yuvalarından qovulması, Xocalı faciəsinin törədilməsini və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunmuşdur. Lakin Ermənistan bu qətnamələri qəbul etməmiş və onun icra olunmasında heç bir addım atmamışdır. BMT tərəfindən qəbul edilən şərtlər əsasında digər qərarların bir neçə gün ərzində qəbul olunması lakin Azərbaycana gəldikdə 27 il icra olunmamasını diqqətə çəkmişdir. Daha sonra ölkə prezidenti ikinci Qarabağ savaşından söhbət açaraq sentyabrın 27 də Ermənistan ordusunun Azərbaycan ərazisində atəşkəs rejimini pozaraq dinc əhaliyə qarşı silahlı hücuma keçərək qətlə yetirmişdir. Azərbaycan tərəfi isə buna cavab olaraq 29 il Ermənistanın işğalında olan torpaqlarını geri alınmasında hərbi əməliyyatlara başladı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan 44 günlük müharibə ərzində işğalda olan torpaqlarını azad etməyə nail oldu.​

Azərbaycan regionda və dünyada sülhün bərqərar olunmasında həyata keçirtdiyi tədbirlər həm bölgənin həm də ümumilikdə dünyada insanların rifahının yaxşılaşdırılmasına yeni nəqliyyat dəhlizlərinin yaradılmasına, bununla da qarşıya çıxacaq problemlərin həllinə xidmət etməkdədir. Ümumiyyətlə Azərbaycanın dünyada nüfuzunun qalxması ona olan, inamın artması, bütün ölkələrlə, istər dost, istərsə də digərləri ilə düzgün və ədalətli siyasət yürütməsidir. Elə məhz buna görə də Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların əsas sessiya və toplantılarının keçirildiyi məkana çevrilib. Bunu​ ​ da qeyd etmək lazımdır ki, Ermənistanın həm də siyasi iflası Azərbaycanın nüfuzunun qarşısında duruş gətirə bilməməsilə bağlıdır. Gələcəkdə beynəlxalq tranzit yol statusu qazanacaq Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təyziq və təpkisi də dünyada insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Nəzakət Hüseynova,

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi