Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan qədim tarixə malik bir dövlətdir

        Vətən insanın amalı, onun doğmasıdır. Hər kəs öz doğulduğu yurda vətən deyir. Orada boyüyür, boya başa çatır. Öz canı-qanı bahasına onu qoruyur, gözəl bir vətənpərvərə çevrilir. Qanına-canına​ hopur​ bu sevgi. Vətənpərvərlik mahiyyəti​ vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yoluna qurban verməyə əsaslanan emosianal bağlılıqdır. Bu bağlılıq həm də özündə, mənsub olduğu millətin etnik, mədəni siyasi və tarixi xüsusiyyətlərinə​ arxalanan milli hissiyyat, milli qürur kimi hallanır. Burada vətənin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanınmaq,vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.

         İnsan kiçik yaşda olanda vətənin və ailənin mahiyyətini tam​ anlamır.Axı o düşünmür ki,onu dünyaya gətirən bir insan canını onun doğulması üçün necə fəda edir. Ana olur və onu ömrünün sonuna kimi qoruyur. Daha sonar yaşa dolanda​ ​ yavaş-yavaş hər şeyi dərk edib, anlamağa başlayır. Bunu ona ailə, məktəb aşılayır. Sevgisi elə bir məhəbbətə çevrilir ki, bu gün 18, 19 yaşında gedib vətən uğrunda şəhid olur.

        Belə bir söz var, el arasında, bir xalqı məhv etməyin yolu onun dilindən və vətənindən keçir. Mənfurlar bunu əllərində silah etmişdilər. Ən çarəsiz vaxtda o silaha əl atıb xalqın savunmasızlığından istifadə edib yurdunu talan etdilər. Hər bir vətənpərvər insan öz yurdunda qaçqına çevrildi.O artıq yurduna yalnız çəpər arxasından baxırdı. Müddət get-gedə uzanırdı. Üstündən 30 il ötdü. Bir igidin ömrü qədər. Yurd yuva talan oldu.Onların həyatı məcradan çıxdı. Nə qədər gözəl şərait qurulmuş olsa belə, öz torpağında bitən gülü üçün darıxırdı insan. Bu müddət ərzində o qədər gözəl bir hazırlıq getdi ki, Azərbaycan ordusu birlik göstərərək​ düşmənin gözləmədiyi anda, gözləmədiyi həmlə ilə darmadağın etdi. Onlar dağı əlləri ilə yara-yara Şuşa dağlarına zəfər bayrağı çəkdilər. Şuşa ilə yanaşı Ağdamımız, canlı muzeyimiz geri döndü. O qədər insanlıqdan uzaq bir məxluqdur ki, ermənilər Ağdamı tamam xaraba ediblər.Daş üsdə daş belə qalmayıb. Cənab Prezidentimiz yaxın vaxtlarda Ağdama səfər etdi. Oralardakı o vəziyyəti gördükdə gözləri doldu. İlahi, bunlar necə insandır. Bu qədər​ qansız, ruhsuz olasan ki, Allahın evinə əl uzadasan. İlham Əliyev və Mehriban xanım Ağdam məscidinə daxil olduqda gözlərinə inanmadılar. Belə ki, məscidin içərisində heyvan saxlanıldığına görə çox pis vəziyyətdə idi. Hələ əsgərlərin təmizləməsinə baxmayaraq. Ağdamda minalanmış yerlər çoxdur. Hər qarış mina və partlayıcılardan ibarətdir. Artıq iki ay olar ki, təmizlənmə işləri sürətləndirilib. İnşallah az müddətdə oraları görəcəyik.

        Hətta Cənab Prezident 28 may 2021-ci il tarixində bird aha Ağdama səfər etdi. O, Bərdə-Ağdam avtomobil yolunun​ təməl qoyma mərasimində iştirak edib. Ağacəkmə aksiyası keçirildi. İlk ağac məhz​ cənab prezident tərəfindən əkildi. Eləcə də prezidentin qeyd etdiyi kimi, bu təməlqoyma mərasimləri tezliklə işğaldan azad olunan torpaqlarımızda icra olunacaq.Ağdam musiqi ocağıdır. Tezliklə oradan​ muğam səsi göylərə ucalacaq. Bütün söylənilən, görülən​ işlər tək Ağdamda, Şuşada​ deyil,bütün Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçiriləcək. Bunların hər biri xalqın birliyindən, inamından irəli gəldi. Biz prezizentimizə güvənirik, bir yumruq altında daima birləşəcəyik.

​ ​ ​ ​ ​ Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Gülnaz Mustafayeva,

Xocalı rayon ziyalısı 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi