Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ramazan bayramında 30 ildən sonra "Xarıbülbül" festifalının keçirilməsi tarixi hadisəyə çevrildi

 


        2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük II Qarabağ savaşı - Vətən müharibəsi Azərbaycan xalqının birliyi, həmhəmrəyli, Ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörən strategiyaı nəticəsində qalibiyyətlə tamamlandı. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Bu tarixi qələbə bir daha haqqın və ədalətin təntənəsi oldu.

2020-ci ilin 8 Noyabr tarixi, Ali Baş Komandanımızın "Əziz Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik! Nidası hələ uzun illər qələbə müjdəli ən gözəl sözlər olacaqdır. Torpaqlarımızın hər qarışı bizim üçün dəyərli və əzizdir. Lakin Şuşa bu xalqın şah damarı, ürək çırpıntısı, məğlubedilməzlik simvolu idi və biz onu düşməndən geri almağı bacardıq. Eşq olsun Azərbaycan Xalqına, onun igid oğullarına və Ali Baş Komandanımıza!

Xalqımız Şuşanın dəyərini gözəl bilir. Elə Prezidentimiz də Şuşasız Azərbaycanın olmayacağını dilə gətirir. Qələbədən sonrakı hər gün Şuşa anılır, bütün ölkə Şuşa üçün ürək kövrəkliyi və səbirsizliklə, "Zərər yolu"nun açılışını gözləyir. Amma " Yol"u gözləməyib təhlükə və çətinliklərə baxmayaraq, elə düşmənin acığına onu bağrına basıb əsirlikdən xilas olan balası kimi əzizləyənlər tapılır.

Şuşanın yenidən qurulması, bərpası üçün minlərlə insan ora can atır, Vaqif, Natəvan, Üzeyir ruhunu salama tələsir. Təbii ki, daha böyük işləri xeyirxahlıq və mədəni - tarixi irsimizə həmişə diqqətlə yanaşan Heydər Əliyev Fondu öz üzərinə götürür. Fondun Ptezidenti, Birinci vitse - Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə 2021-ci il mayın 13 də Ramazan bayramı günündə 30 ildən sonra "Xarıbülbül " festifalının keçirilməsi tarixi hadisəyə çevrildi. Cıdır düzündə mötəşəm altında Prezidentimizin qürurla dayanışı, zəfər dolu nitqi, hərdən Şuşadan danışarkən kövrəkliyi bir azərbaycanlı Vətən fədaisini xatırladırdı. "Xarıbülbül" musiqi festifalının bir tarixi ənənəsi var idi. Lakin 30 ildən çox idi ki, biz məlum işğal faktı ilə üz-üzə qalmışdıq. Bu musiqi festifalının adının və keçirildiyi məkanın Şuşa olması tədadüfi deyildi. Axı Şuşa hələ XIX əsrdə "Qafqazın konservatoriyası" adını qaxanmışdı. M usiqi beşiyi, Üzeyirin, Cabbarın, Xanın və diğər onlarca musiqi dahisinin doğulduğu torpaqdır Şuşa! Hələ divarlarından güllə nişanı, havasında barıt qoxusu getməmiş, evləri uçub dağılmış bu Kiçik şəhərdə bu tədbirin keçirilməsinə zərurət nə idi? Bu festival dünyaya bir mesaj idi. Şuşa bu gün də bizimdir, dünən də bizim idi, min il əvvəlki kimi Şuşa Qarabağdır, Qarabağsa Azərbaycandır! Biz kimsənin çirkli nəfəsi, iyrənc iddiaları ilə onu murdarlamağa və kiməsə hədiyyə etməyəcəyimizə and içmişik. Şuşa bir müsəlman şəhəri idi. Bu gün də bir müsəlmsn şəhəridir. Yuxarı Göhvərağa məscidində bayram namazının qılınması bir tarixi gün idi ki, xalqımız o günü yaşadı. Bu xalq heç zaman tarixinə, dini inancına, milli mədəniyyətinə biganə olmamışdır və olmayacaqdır. Hər kəs bunu belə bilməli və yaddan çıxarmamalıdır. "Xarıbülbül" musiqi festivalı bir sənət meydanı olsa da, bu həm də bir zəfər simfoniyasını​ ​ xatırladırdı. Bu bir İlham Əliyev yumruğu idi. O yumruq ki , Şuşanı bizə ərməğan etmişdi. İlham Əliyevin​ ​"Qarabağ Azərbaycandır! sözləri əsrin sözü oldu. Və biz də deyirik​: Var ol Ali Baş Komandanımız!​

Rövşən Atakişiyev,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi