Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Respublika Günündə şəhidlərimizin məzarları ziyarət edildi

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun sərəncamına əsasən, rayonumuzda olan şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır. Müvafiq sərəncama uyğun olaraq, 28 May - Respublika Günündə torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ilə birlikdə şəhidlərimizin məzarları ziyarət edildi. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayonun bir qrup ictimaiyyət nümayəndələri tərəfindən Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun məzarları önünə Xocalı rayon İcra Hakimiyyəti Aparatı adından hazırlanmış əklil qoyuldu. Şəhidlərimizin ruhuna dualar oxundu.

         Çıxış edən natiqlərdən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov 44 günlük haqq savaşımızda qəhrəman Vətən oğullarının hünərlərindən danışdılar. Qeyd edildi ki, xalqımız müstəqilliyini əldə etsə də, mənfur qonşularımızın Qarabağı işğala məruz qoyması həmişə bizim sevincimizə kölgə salırdı. Ali Baş Komandan xalqımızın həyəcanla gözlədiyi Vətən müharibəsini başlatmaqla məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı. Bu gün bizim qürur yerimiz olan şəhidlərimizin qanı və canı hesabına 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız azadlığa qovuşdu. Vətən Müharibəsində qazanılan zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi oldu.









Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi