Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın iqtisadi inkişafında daha böyük irəliləyişlər, inkişaf mütləqdir

 


    Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutmuşdur. Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısı Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbav qarşıladı.

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının hökümət nümayəndələri ilə görüşdən sonra Ümummilli lider Heydər Əiyevin abidəsini ziyarət etdi. Uzun müddətdir ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı ilə seçilir. Ölkəmizdə olduğu kimi Naxçıvanda da sasial-iqtisadi inkişaf uğurla davam edir.

   Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəldi. Rayon sakinləri dövlət başçısını çox gözəl və sevinclə qarşıladılar. Prezident İlham Əliyev ulu öndər Heydər Əiyevin rayon mərkəzində ucaldılmış abidəsinin aşılışında iştirak etdi. Ulu öndər Heydər Əiyevin abidəsinin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Abidənin ətrafında park salınmış və geniş yaşıllaşdırma işləri görülmüşdür.

   Dövlət başçısı buraya toplaşan rayon ictimayətinin nümayəndələri ilə görüşüb onlarla həmsöhbət olmuşdur. Prezident İlham Əliyev ulu öndər Heydər Əiyevin abidəsinin açılışı münasibəti ilə rayon sakinlərini təbrik etmişdir. Kəngərli rayonun sakinləri Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Dövlət başçısı rayon sakinləri ilə görüşdə Naxçıvan Muxtar Respublikasının necə sürətlə inkişafından danışıb və həmçinin Azərbaycanın düşmən üzərində qələbə çaldığı 44 günlük müharibədə Azərbaycan xalqının bir yumruq kimi birləşməsindən və xalq, ordu, hakimiyyət birliyindən danışaraq bir daha Azərbaycan xalqına və xüsusi ilə də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakinlərinə təşəkkürünü bildirib. Sonda Prezident İlham Əliyev Kəngərli rayonun sakinləri ilə vidalaşaraq Naxçıvan Muxtar Respublikasına səfərini başa çatdırıb.

   Bir müəllim, ziyalı olaraq onu deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olacaq da. Çünki qədim zamanlardan bəri orada azərbaycanlılar yaşamış və yaşamaqdadır. Sovet dönəmində Zəngəzur mahalının Azərbaycana düşən hissəsinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Naxçıvan blokada qaldı və Azərbaycanla quru sərhədləri bağlandı. Burada gizli məqsədlərdən biri də Azərbaycanı planlı şəkildə qonşu dövlət qardaş Türkiyə ilə quru sərhədlərini ayırmaq idi. Bu səbəbdən Azərbaycan qardaş Türkiyə və Naxçıvan Muxtar Respublikasına hava yolu ilə sərnişin və yük daşımaları həyata keçirirdi. 44 günlük müharibədə Azərbaycanın Ermənistanı 10 noyabr kapitulyasiya aktını imzalamağa məcbur edərək tarixi ədaləti bərpa etdi. Cənab Prezident İlham Əliyevin təkidi ilə kapitulyasiya aktına Naxçıvanın Azərbaycana Zəngəzur dəhlizi ilə birləşdirilməsi maddəsi əlavə olundu. Bir vətəndaş olaraq mən də bu cəsarətli addımı alqışlayır və ürəkdən sevinirəm. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının inkişafında və o cümlədən Azərbaycanın iqtisadi  inkişafında daha böyük irəliləyişlər, inkişaf mütləqdir. Məhz buna görə də Prezidentimizə minnətdarıq, dəstəkləyirik və bu tarixi dəyişikliyi səbirsizliklə gözləyirik. 

    Yaşasın Xalqımız, Fateh Prezidentimiz və Qüdrətli Azərbaycan dövlətimiz! 

Novruz Tağıyev,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi