Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək

 


​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 may tarixində Naxçıvana səfəri baş tutub

Ölkə başçısı çıxışı zamanı bildirdi ki,​ Naxçıvanla bağlı təəsüratlarım hər zaman müsbət olub.Naxçıvanın sürətli inkişafını xüsusilə vurğulayan ölkə prezidenti​ iqtisadi, enerji və sənaye potensialındakı artımı təqdirəlayiq hesab edir.

Həmçinin son illər ərzində bölgədə yaradılmış hərbi​ hissələr Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri​ zamanı Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyətini bir daha vurğulayıb. Hazırda Ermənistan dəhlizin açılmasını istəsə də, istəməsə də bunun üçün bütün hüquqi baza formalaşdırılıb. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək.

Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Həmçinin Ölkə başçısı çıxışı zamanı bir məqamı da vurğuladı. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir.

Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün "Türk qapısı" adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycaın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.

Akif Rüstəmov,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi