Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

103 yaşlı Silahlı Qüvvələrin döyüş yolu dünya hərb tarixi dərsliklərinə daxil olmaqdadır

 


          Hər bir dövlətin atributları ilə bərabər silahlı qüvvələri dövlətin mövcudluğunda mühüm rol oynayır. 1918-ci ilin mayında Şərqdə ilin demokratik cümhuriyyət Azərbaycan Demokratik Cünhuriyyəti yaradıldı. 1918-ci il 26 iyun tarixində Demokratik Cumhuriyyətin Silahlı Qüvvələri yaradıldı. Bu qüvvələrə Azərbaycan Demokratik  Cümhuriyyətinin daxilində erməni daşnaq qüvvələrinin tərkisilah edilməsi, xaricdən bolşevik müdaxiləsi ilə mübarizə aparmaq tapşırılmışdır. Eynilə ordunun formalaşması üçün tədbirlər görülür, kişi cinsindən olan azərbaycanlı gənclər ordu sıralarına çağrılırdılar. 1920-ci il aprel işğalından sonrakı dövürdə rusların müxtəlif bəhanələri ilə azərbaycanlı gənclər hərbi çağrışa az cəlb edilirdi. Əsasən çağrılan gənclər inşaaat hissələrində xidmətə cəlb edilirdi. Bu təqiblərə baxmayaraq azərbaycanlı kişilərlə bərabər qadınlar da keçmiş sovetlər ittifaqının silahlı qüvvələri sıralarında xidmət keçirir və müvəffəqiyyət əldə edirdi. 1941-1945-ci il Böyük Vətən Müharibəsində azərbaycanlılar Mozdokdan  Berlinə qədər şərəfli döyüş yolu keçdi. Həmin illərdən sonrakı dövrdə , xüsusilə 1969—cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana başçılıq etməsi sayəsində respublikada ali hərbi məktəblər açıldı. Cəmşid Naxçıvanski adına hərbi təmailli orta məktəbin yaradılması Azərbaycanda zabit kadrlarının hazırlanmasında böyük töhvə verdi . Ulu Öndərin  qayğısı sayəsində gənclər keçmiş ssovetlər ittifaqının müxtəlif ali məktəblərində təhsil aldı və bu respublikanın irəli getməsinə köməklik etdi. Eynilə həmin gənclərin sıralarında hərbçi peşəsinə yiyələnənlər çox oldu. 

             1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra  ordu qurucukuöu gündəmə gəldi. Vətənpəvər igidlərimiz canlarından keçməyə hazır olduqları bir vaxtda yeganə komandanlığın olmaması acı məğlubiyyətə gətirib çıxartdı. Lakin 15 iyun 1993-cü il Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi hərc-mərcliyə son qoydu. Ordu quruculuğu bir nömrəli məsələ kimi  qarşıya qoyuldu. Uğurlu Horadiz əməliyyatı gənclərimizin döyüş ruhunun yüksək olmasına bir daha təsir etdi. 2016-cı ilin aprel döyüşləri Prezident İlham Əliyevin dövlətin iqtisadi, siyasi vəziyyəti ilə bərabər ordu quruculuğuna da diqqət ayırdığını  göstərdi. Ermənistan ordusunun öz havadarlrının köməkliyi ilə beş ilə işğal etdiyi torpaqlar Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu nəticəsində 44 günə işğaldan təmizləndi. 103 yaşlı Silahlı Qüvvələrin döyüş yolu dünya hərb tarixi dərsliklərinə daxil olmaqdadır.

          Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır! 

Yaqut Əliyeva,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hər bir Azərbaycanlının qürur duyduğu 103 yaşlı Milli Ordumuz

 

        Ötən illərdən fərqli olaraq  Zəfər marşının sədaları altında  irəlləyən  Azrəbaycan  Respublikasının  Silahlı Qüvvələri  bu  il  26  İyun -  Milli Ordu  Gününü tam fərqli qeyd edir.

Həm qürurla,  həm də  Zəfərlə  qeyd etdiyimiz 26 İyun Milli  Ordumuzun  yaranması  günü  əbədi olaraq yaddaşlarda  qalacaq əsl qəhrəmanlıq  dastanı yazmış, Milli  Ordumuzla  bundan sonra da öyünərək  rəşaddətli   və  cəsur Əsgərlərmizin, II Qarabağ  müharibəsində  göstərdiyi  sücayətdən  əsrlərlə  danışılacaqdır.

        Ali  Baş  Komandan İlham  Əliyevin illərlə diqqət və qayğısı  dəmir iradəsi sayəsində yetişən  Milli Ordumuzun tərkibində  düşməni  məhv edən vətənpərvər  gənclərmiz doğma Vətən  uğrunda  gedən  döyüşdən  qalib  kimi  üzü  ağ   çıxdılar. Candan  əziz  bildikləri   Vətənin  xilası  yolunda,  sarsılmaz  mübarizə  apararaq  öz  canlarını  fəda  etməkdən  belə  çəkinmədən,  bu  vətənpərvər  gənclərmizin  sayəsində    Qarabağmızda  əbədi  Zəfər  günəşi  doğdu.

44  günlük  Vətən  müharibəsində  düşmənə  və  dünyaya  öz  gücünü  göstərməyi  bacaran  Milli  Ordumuz  30  ildən  sonra  qəsbkar  ermənistan  ordusunu  tamamilə   məhv  edərək   doğma  torpaqlarmızı  işğaldan  azad  edərək  Azərbaycan  Xalqına  Zəfər  bəxş  etdi.

Təməli  Ümummilli  Lider  Heydər  Əliyevin  siyasi  iradəsi  diqqət  və  qayğısı   sayəsində  qoyulan  Ordumuz  Müstəqil  Azərbaycan  Dövlətinin  ərazi  bütövlüyünün  qorunması  uğrunda  daim  fədakarlıq  göstərmiş, illərlə  hərbi  sirrlərə  yiyələnərək  regionun  ən  güclü  dünyanın  isə  50  ən  güclü  Ordusu  kimi   nüfuzlu  bir  mövqedə  yer  qazanmışdır.

        Hələ ilk dəfə 1918-ci  ildə  yaradılmış  Azərbaycan Ordusu  bu  gün 103  yaşını  qeyd  edir.   103  il  əvvəl  yaradılan  Azərbaycan Milli Ordusunun  əsas  vəzifəsi  müstəqil  respublikamızın  ərazi  bütövlüyünü təmin etmək  idi. Çünki həmin dövrdə də   Azərbaycan  torpaqları, Qarabağ  terrorçu  erməni   daşnaqları  tərəfindən  işğal  olunmuşdur. Cümhuriyyətimizin  fədailəri  Səməd  bəy  Mehmandarov, Əliağa  Şıxlıniski,  Həbib  bəy  Səlimov  qəhrəman  Ordumuzu  yaradaraq  Qarabağda  düşməni  ağır  məğlubiyyətə  uğradaraq  ölkənin  ərazi   bütövlüyünün  müdafiəsini  bərpa  etdilər.

2020-ci  ilin  Sentyabr  ayının  27-dən  başlayaraq  Azərbaycan  Silahlı  Qüvvələrinin  Ali  Baş  Komandanı  İlham  Əliyevin  “Dəmir  Yumruq” adlı  işğalçı  ermənistanın təxribatına son  qoymaq  məqsədilə  başlanan  hərbi əməliyyatın elə ilk günündəcə düşmən tərəfin illərlə  uydurduğu “məğlubedilməz  ermənistan ordusu” tamamilə  darmadağın edildi. Müzəffər  Ordumuzun  sayəsində  düşmənə  hər  bir  cinahdan  sarsıdıcı  zərbələr  endirərək, düşmənin  30  il  ərzində  yaratdığı  hərbi  səddlər  bir  neçə  günə  keçilərək,   44  gün  ərzində  ermənistan  məğlub  olaraq  kapitulyasiya  aktı  imzalamağa  vadar  edildi.

Əlbəttdə  Milli  Ordumuzun  güclənməsi  yolunda  Ali  Baş  Komandan  Cənab  İlham  Əliyevin  böyük   siyasi  fəaliyyəti   danılmazdır. Hələ  düşmənin  2016-cı  ilin  Aprel  ayında  təxribatlarının  qarşısını  alarkən  Azərbaycan  Ordusu  düşmənə  sarsıdıcı  zərbələr  endirərək   düşməni  geri  çəkilməyə  məcbur  etmiş,  həri  strateji  baxımdan  əhəmiyyətli  olan  Lələtəpə  və  Talış  yüksəklikləri  Azərbaycan  Ordusunun  nəzarətinə  keçmişdir. 

Milli Ordumuza Dövlətin  göstərdiyi  qayğı,  yüksək   hərbi  təhcizat,  əsgərlərmizdə  illərlə   formalaşan  milli  vətənpərvərlik  hissləri   Xalq-Ordu  birliyi   Prezident  Cənab  İlham  Əliyevin  siyasi  qətiyyəti  sayəsində,  bu  gün  hər  kəs  Milli  Ordumuzun  Zəfərindən  qürurla  danışır,  bu  gün  məhz  güclü  Ordumuzun  sayəsində  öz  canını  Vətən  uğrunda  Şəhid  etmiş  oğullarmızın  sayəsində  30  ildən  sonra  doğma  Qarabağımızda  üç  rəngli  bayrağımız  dalğalanır.

Allah Şəhidlərmizə  rəhmət  eləsin !.Ruhları  şad  olsun! Qazilərmizə  can sağlığı  diləyirik . Şəhidlərmizin  valideyinləri qarşısında baş  əyirik.

          Prezident  Cənab  İlham  Əliyev  “Bu  gün  qürur  hissi  ilə  deyə  bilərəm  ki,  biz  Silahlı  Qüvvələr  Gününü  müzəffər  ordu  kimi, qalib  xalq  kimi  qeyd  edirik. Bu  tarixi nailiyyətdir “.

Bu  gün  hər  bir  Azərbaycanlının  qürur  duyduğu  fəxr  etdiyi  103  yaşlı  Milli  Ordumuz  öz  peşəkarlığı  və  döyüşlərdə  göstərdiyi  qəhrəmanlığa  görə  adı   tarixdə  əbədi  qalacaqdır. Dövlətimizin  ərazi  bütövlüyünü  bu  gün  fəxrlə  müdafiə  edən  Milli  Ordumuz  hər  gün  bir  azda  güclənir,  müasir  hərbi  sirrlərə  yiyələnən  əsgər  və  zabitlərmiz,  dünyanın  bir  sıra  güclü  Ordusu  ilə öz  təcrübələrini  bölüşür  birgə   hərbi   təlimlərdə  iştirak  edir.

Bu  gün 103 yaşı  olan Milli  Ordumuz  uzun  bir  tarixi  və  şərəfli  yol  keçmiş  I və  II  Qarabağ  döyüşlərində  Azərbaycan  Ordusu  öz  ərazi  bütövlüyümüzün  qorunması  Vətən  uğrunda  ən  çətin  döyüşlərdən  geri  çəkilməyərək  düşmənə  tarixi  dərs  keçmiş  bu  yolda  minlərlə  Şəhid  versəkdə  bu  gün  qürurluyuq,  bu  gün  qalib  bir  xalq  kimi  yaşayırıq.

Yaşasın  Azərbaycan  dövləti  !

Yaşasın  Ali  Baş  Komandan  !

Yaşasın  məğlubedilməz  Ordumuz  !

Aydın Əliyev,

Xocalı rayon sakini

Paylaşın:

Qubadlı təhsilinin inkişaf dinamikası günbəgün artmaqda davam edir

Ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb

 Koronovirus pandemiyası dünya təhsil sistemində də təsirsiz ötüşmədi. Ölkədə bütün sahələrdə olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yerli təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı dərhal təlimat verildi. Valideynlər üçün tövsiyələr, "Təhsil müəssisələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat” hazırlandı və tətbiq edildi. Vaxtında aparılan tədbirlər sanitar-gigiyenik vəziyyətin yaxşılaşmasına əhəmiyyətli təsir etdi və yoluxma halları demək olar ki, baş vermədi. İlk öncə ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə start verildi və qısa müddətdə yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi. Və nəticə etibarilə ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz təhsil alması üçün bütün zəruri addımlar atılmış oldu. Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer almışdır.

Pandemiya dövründə təhsildə gözlənən problemlərin minimuma endirilməsi istiqamətində Qubadlı Rayon Təhsil Şöbəsi də ilk gündən sistemli yanaşmalar, problemə dərhal çevik reyaksiyaların göstərilməsi sayəsində ciddi uğurlara imza atmış oldu. Burada bir məqamı qeyd etmək lazımdı ki, uzun illərdir ki, təhsildə keyfiyyət faktorları nəzərə alınmaqla Qubadlı təhsili ilk onluqda öz yerini qoruyub saxlamaqdadır. Şübhəsiz ki, rayonun təhsil sistemində belə bir müsbət tendesiyanın baş verməsində Qubadlı

Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlovun xüsusi əməyi danılmazdır. Məhz Fuad müəllimin təşəbbüsü sayəsində müəllimlərin akademik bacarıqlarının artırılması, müəllim nüfuzuznun, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Müəllimlərin işə qəbulu zamanı şəffaflığın qorunub saxlanılması üçün qanunvericiliyin bütün tələbləri gözlənilməklə, müəllimlər arasında sağlam rəqabət və motivasiyanın güclənməsi üçün bütün zəruri imkanlar səfərbər edilmişdir. Və təqdirəlayiq haldır ki, rayonun ümumtəhsil məktəblərində bu inkişaf dinamikası günbəgün artmaqda davam edir.

Bütün bu fədəkar əməllərin nəticəsidir ki, Dövlət İmtahan Mərkəzinin ötən tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi statistik təhlili zamanı aydın olur ki, 2020-ci il məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb. Həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş (500-700 intervalında bal toplayanlar) abituriyentlərin bölgələr üzrə nəticəsinə görə Qubadlı rayonu üzrə ümumi təhsil məktəbləri IV yerdə qərar tutub.

 Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin buraxılış imtahanındakı nəticələrinə əsasən Qubadlı rayonu Təhsil Nazirliyinə tabe və özəl liseylərdən sonra respublikada I yerdədir.

Yenə də ümumi təhsil müəssisələri üzrə IX sinif şagirdlərinin buraxılış imtahanındakı nəticələrinə görə isə Təhsil Nazirliyinə tabe və özəl liseylərdən sonra Qubadlı rayonu respublikada VIII pillədə qərarlaşıb.

Aran Medi qəzetinin baş redaktoru və Qubadlı Rayon Təhsil şöbəsində işləyən bir müəllim kimi mən də fəxr edirəm ki, Qubadlı təhsili belə böyük uğurlara imza atır. Buna görə də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlova, ən nəhayət Azərbaycan Respublikası Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Mən bu məqamda fən müəllimlərinə də öz minnətdarlığımı bildirirəm, çünki  bu işdə ən böyük yük fənn müəlimlərinin çiyinlərinə düşür. Bir sözlə əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini, məktəb rəhbərlərini, pedaqoji kollektivlərini təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram.

Ümid edirəm ki, Qubadlı təhsil sistemi öz tarixi ənənələrini daim qoruyub saxlamaqla, gələcəkdə də ölkəmiz və millətimizin xoşbəxt gələcəyi naminə böyük uğurlara imza atacaq.  

 Şeyda Əzizova,

      “AranMedia” qəzetinin baş redaktoru



Paylaşın:

Yarım ürəklə həyata tutunan Bayram

 Aran Media GROUP xalqımızın dəstəyi ilə Bayramın həyatda qalması üçün üzərinə götürdüyü missiyanı uğurla tamamladı

Millət və dövlət olaraq gələcəyimizin ən böyük qarantı olan uşaqların fiziki və mənəvi baxımdan sağlam doğulmaları vacib şərtdir. Təəssüf ki, bəzi uşaqlar doğulduqları gündən, qeyd etdiyimiz şərtlər xaricində fiziki qüsurları səbəbindən cəmiyyətin tam bir hissəsi olmaq xoşbəxtliyini yaşaya bilmirlər. Talelərinə yazılmış fiziki qüsurlar ucbatından, belə uşaqların yaşadıqları mühitin tələblərindən dolayı sosiallaşması da olduqca çətin olur. Amma, taleyin acı sınaqlarına baş əyməyən, barəsində danışacağımız qəhramanımızın timsalında olan uşaqlar malik olduqları xüsusi istedadları sayəsində var olduqlarını sübut etmək üçün, sözün əsil mənasında həyatla mücadilə aparırlar. Ancaq məqsədə çatmaq üçün onlar cəmiyyətdən və ətraflarındakı xeyirxah insanların köməyindən ehtiyac duyurlar . Məhz, bəndəniz və bütövlükdə Aran Media GROUP olaraq bizlər gərgin fəaliyyətimiz sayəsində fiziki cəhətdən qüsurlu doğulmuş qəhramanımızın həyatda qalması üçün, sözün əsil mənasında gərgin mübarizəyə atıldıq. Zaqatala rayonunda yaşadığı barədə məlumat əldə etdikdən dərhal sonra Bayramın ailəsini ziyarət etdik. Vəziyyəti yerində öyrənərək problemin həll edilməsi üçün çıxış yolları aramağa başladıq. Azərbaycandakı həkimlərlə geniş məsləhətləşmələrdən sonra məlum oldu ki, Bayram sağlamlığına qovuşmaq üçün,  mütləq qardaş Türkiyə ölkəsində yüksək ixtisaslı xəstəxanada əməliyyat olunmalıdı. Buradan Səhiyyə Nazirliyinə və həkimlərimizə dərin minnatdarlıq hissimi bildirməklə bizimlə səmərəli işlədiklərinə görə onlara təşəkürlərimi çatırmağı özümə borc bilirəm. Əsas narahatçılıq yaradan məqam o idi ki, Bayramın ailəsi əməliyyat üçün tələb olunan 45 min manata malik deyildilər. Bu qədər vəsaiti əldə etmək üçün özümüz də daxil xəbər saytlarında, ümumilikdə KİV-lərdə genişmiqyaslı  təbliğat kampaniyasına başladıq. Şükürlər olsun ki, qısa bir zaman kəsiyində zəhmətimizin bəhrəsin gördük. Belə ki, xeyirxah insanlar mənim səsimə səs verdi və 5 gün ərzində 45 min manat toplaya bildik. Nəhayət, 2021-ci ilin aprelində Bayram əməliyyat üçün Türkiyəyə aparıldı.

  Türk həkimlərinin nəzarəti altında ilk əməliyyatı uğurla həyata keçirildi və Fistul kapatılması əməliyyatı olundu,  ürəyinə stend qoyuldu. Ümumi vəziyyəti zəif olan Bayramın mühüm  ehtiyacı olduğu Fonton üsulu əməliyyatı 6 ay müddətinə təxirə salındı.

Əməliyyat olub qayıdandan sonra AranMedia GROUP kollektiv olaraq Zaqatalaya yollanıb Bayramı ziyarət etdik. Onu və ailəsini təbrik edərək, onların sevincini birgə bölüşdük. Bayramın ailəsinin, xüsusilə anasının, sözlə ifadə ediləcəyi mümkün olmayan minnətdarlığı bizlərə təkrarolunmaz xoşbəxt anlar yaşatdı. Biz bir uşağın həyatda qalması üçün üzərimizə düşən missiyanı uğurla yerinə yetirdik. Bayramın ziyarəti ilə bərabər bir neçə şəhid ailələrinə də baş çəkdik.

Bu məqamda qəhramanımızın malik olduğu keyfiyyətləri oxuçularımızın diqqətinə çatırmağı özümə borc bildim. Məlumat üçün bildirim ki, Məmmədli Bayram Elşad oğlu 15 oktyabr 2011-ci ildə Zaqatala rayonunda sadə bir ailədə dünyaya göz açıb. Dünyaya 1:0 məğlub gələn Bayram ürəyində yeddi qüsurla doğulub və dörd aylığında ikən “mürəkkəb paroq” diaqnozu qoyulub. Həmən gündən ailə bütün qazancını və həyatlarını Bayramın səhhətinə həsr edib. Nəhayət, Bayram 2 yaşında Kiyev şəhərində ilk dəfə açıq ürək əməliyyatı keçirib. Əməliyyatdan sonra  nisbətən yaxşılaşan qəhramanımız yaşa dolduqca vəziyyəti yenidən pisləşib və təkrar əməliyyata ehtiyac duyulub. O yaşıdları kimi qaça-oynaya bilmir, çox yorulur və təngənəfəs olurdu, sadəcə, pəncərədən həyətdə oynayan uşaqlara baxmaqla kifayətlənirdi. Övladlarının vəziyyətini görən valideynləri çox çətin və çıxılmaz vəziyyətdə qalmışdılar. Bayram və ailəsi hər namazlarında Allahdan onlara xeyirli bir yol açması üçün dua edir və səbrlə gözləyirdilər.

Hazırda ciddi müalicə alan qəhramanımız oktyabrda  ikinci ürək əməliyyatına hazırlaşır. Vəziyyəti nisbətən normallaşan Bayram artıq həyətdə oynayan uşaqlara uzaqdan baxmır. O da onlarla birlikdə ən azından gəzir, dolaşır. O, Zaqatala şəhər N.Hüseynov adına 2№li tam orta məktəbinin 4-cü sinif şagirdidir. Müəllimlərinin sevimlisi olan Bayram rus bölməsində oxuyur və dərslərində ciddi uğurlar qazanıb. Səhhəti ilə əlaqədar müəyyən geriləmələr olsa da müəllimləri onun hər şeyin öhdəsindən asanlıqla gələcəyinə inanırlar.

Bayram velosiped sürməyi çox sevir, lakin hazırki durumu buna imkan vermir. İndi o səbirsizliklə ona alınacaq elektrikli skuterin yolunu gözləyir.

İdmanla məşğul ola bilməsə də oxçuluğa böyük marağı var. 2020-ci ildə anasının Gənclər və İdman Nazirliyinə ünvanladığı məktuba əsasən Kamandan Oxatma Federasiyası tərəfindən  Qəbələ Oxatma Mərkəzinə dəvət alıb. Bayram birgünlük də olsa həyatının ən gözəl və unudulmaz anlarını yaşayıb. Qəhramanımızın başqa sahələrə də böyük marağı var. Zaqatalada xüsusi robot texnikası kurslarına yazılan Bayram dərslərə böyük həvəslə gedir və eyni zamanda pazldan mürəkkəb fiqurlar qurmağı da çox sevir. 

Onun 500,1000 və 1500 parçadan ibarət pazlları, 100 və daha çox hissədən ibarət konstruksiyalardan qurduğu maşın modelləri vardır. Onun növbəti hədəfi 2000 parçadan ibarət pazl qurmaqdır.

Bayramı görən insanlar ondan dodaqlarının niyə göyərdiyini, nə yediyini soruşurlar. Bayramın bu suallardan xoşu gəlməsə də, ürəyinin xəstə olduğunu deyir.

          Ailə bu çətin gündə onlara dəstək olan hər bir kəsə dərin minnətdarlıqlarını bildirir. İnanırıq ki, qısa bir zamanda qəhramanımız növbəti əməliyyatını da keçirib öz yaşıdlarının sırasına dönəcək.

 Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

Paylaşın:

"Dəmir Yumruq" əməliyyatı ilə Azərbycanın yeni Şanlı Zəfər tarixi yazıldı

        Hər bir dövlətin inkişafı onun xalqından və ordusundan asılıdır. Nə qədər xalq bir olub, ordusunun arxasında durarsa, o zaman həmin ölkə basılmaz. Ordusu güclü olan millət daim irəli gedər.

        Azərbaycan xalqı birdir, həmrəydir. Xalq Orduya, Ordu isə xalqa güvənir. Xalqımızın gücü-qüvvəti düşmənə göz dağıdır. Ümumillili lider Heydər Əliyev bu xalqı, milləti dik tutmaq üçün öz canından, qanından keçməyə belə hazır oldu. Ulu öndər hərbi təhsil sistemini daha da inkişaf etdirməsi üçün 1999-cu il yanvar ayının 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Həmin fərman Ordunun həm savadlı, həm də cəsarətli olması üçün imzalandı. Ordu quruculuğuna diqqətin nəticəsində Ordumuzun maddi-texniki bazası, əsgərlərin döyüş hazılığı inkişaf etdi. İllərdir bu inkişafı görən xalqımız əmin idi ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Sülh danışıqlarına gəlməyən düşmən isə dəfələrlə təxribat törətdi. Bu təxribatların qarşısını birdəfəlik almaq və ərazi bütövlüyümüzü təmin etmək məqsədilə Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladı. 44 gün ərzində düşmən ordusu darmadağın edilərək diz çökdürüldü.   

             Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

       "Dəmir Yumruq" əməliyyatı ilə Azərbycanın yeni Şanlı Zəfər tarixi yazıldı. Hər il dövlətimiz 26 iyun silahlı Qüvvələr Gününü fərqli formada qeyd edirdi. Amma bu il xüsusi olaraq təntənəli formada, qürurla qeyd etdik. Çünki bu il hərbçilərimizin öz canı, qanı hesabına düşmən tapdağından azad etdiyi torpaqlarımızda Şanlı Bayrağımız ucaldılıb. Böyük qələbə, sevinc xalqımıza nəsib olub.

        Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!

Ülviyyə Əhmədova, 

Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Silahlı Qüvvələrimizin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir

         Ordumuzun yaradılması müstəqillik tariximizlə eynidir. Tarixin səhifələrini vərəqləsək görərik ki, ilk dəfə Milli Ordu yaradılması təşəbbüsü Azərbaycan Xalq Cümhuriyyətinin dövründə olmuşdur. Rus imperiyası və erməni daşnakları ilə mübarizə aparmaq üçün ilk növbədə müstəqil orduya ehtiyac var idi. Buna görə də müstəqillik elan olunduqdan sonra ilk iş Milli Ordumuzun yaradılması oldu və Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci il 26 iyun tarixli fərmanla ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. İlk müdafiə naziri Xosrov bəy Sultanov olmuşdur.

         1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, 15 generalımız bolşeviklər tərəfindən güllələndi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul olundu. Ulu öndər Heydər Əliyevin22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan olundu və o vaxtdan da orduda quruculuq işləri davam etdi.

          Erməni işğalçıları torpaqlarımızın 20 faizini işğal etdikdən sonra cənnət guşələri azad etmək vəzifəsi məhz ordumuzun çiyinlərinə düşürdü. Prezident İlham Əliyev orduya hər zaman xüsusi diqqət və qayğısını əksik etmədi. Ən müasir silahlarla silahlandırılaraq və təhsilli zabitlər yetişdirərək ordumuzun qüdrətini artırdı. 2016-cı il aprel ayında öz qüdrətini mənfur düşmənlərimizə göstərərək onların "məğlubedilməz ordu” olduqları haqqında yaratdıqları mifi darmadağın etmiş oldu.

           Heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayan xalqımız, dövlətimiz və Ordumuz 27 sentyabr 2020-ci ildə erməni işğalçılarına qarşı əkshücuma keçdi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyaların tətbiqi və müasir döyüş silahları ilə müharibəyə başladı. Beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini Prezidentimizin qətiyyətli siyasəti və Şanlı Ordumuzun qüdrətli hücum taktikalarıyla 44 gün ərzində böyük qələbələr əldə edildi. "Dəmir yumruq” düşməni və onun havadarlarını qısa müddətdə böyük itkilər verərək təslim olmağa məcbur etdi.

         Bu qələbəni bizə bəxş edən Ali Baş Komandan və qəhrəman Azərbaycan Ordusunun əsgərləri oldu. Nə qədər oğullarımız gözlərini belə qırpmadan ölümün gözünə dik baxaraq şəhid olmağı seçdi. Onlar özlərini, ailələrini, yaxınlarını deyil, Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmağı seçdilər. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı yaşayır, onlar da qəlbimizdə əbədi yaşayacaqlar.

 Zərifə Məmmədova,

 Xocalı rayon ziyalısı

Paylaşın:

Vətən Müharibəsində könüllü iştirak edən gənclərimizdən biri

        Vətən Müharibəsində iştirak edən Vətən oğullarından biri də Mehdi Rüstəmovdur. Rüstəmov Mehdi Qərib oğlu 1996-cı il may ayının 29-da Gəncə şəhər, Kəpəz rayon Hacıkənd qəsəbəsində anadan olub. 2004-cü ildə Xocalı rayon Kosalar kənd tam orta məktəbinə getmiş, 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2015-ci ilin Astara Pedaqoji Kollecinə qəbul olub. Kollecdə 1 ay təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Şərur rayonun çəkib. 2017-ci ilin mart ayında hərbi xidməti bitirdikdən sonra təhsilini davam etdirib. 2020-ci il Tovuz döyüşlərindən sonra könüllü olaraq Ordu sıralarına qatılmaq üçün müraciət edib. Oktyabrın 22-dən döyüşlərdə iştirak edib. Suqovuşan, Talış, Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 

       Hal-hazırda müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Vətənə olan borcunu davam etdirən Mehdi Rüstəmovu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildiyi üçün təbrik edir, xidməti vəzifəsində uğurlar arzulayırıq.

        Allah bütün əsgər və zabitlərimizi qorusun. 


Paylaşın:

QƏHRƏMAN YURDUN DÖYÜŞ RUHUNU YAŞADAN İGİD

        Xocalı yurdu insanlarının torpağa bağlılığı, mübarizliyi ilə nümunə olmuşdur. Bu qədim yurd həm ziyalıları, həm də Milli Qəhrəmanları, döyüşkən oğulları ilə tanınır. Düşmən üzərinə hücuma atılmaq üçün günləri sayan, qisas hissi ilə alışıb yanan Xocalı igidləri Vətən Müharibəsində döyüşlərdə iştirak etmək arzusi ilə könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etdilər. Belə igid oğullardan biri də vətənpərvər, cəsur Şamil Məmmədlidir. 

        Məmmədli Şamil Kamil oğlu 1994-cü il avqust ayının 1-də Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsində anadan olmuşdur. O, 2011-2012-ci illərdə Gəncə şəhər 17 saylı tam orta məktəbdə orta təhsil alıb. 2012-2016-cı illlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dram kino aktyorluğu və rejissorluğu (Aktyor sənəti) ixtisasına yiyələnmişdir. 2013-2016-cı illərdə “Xəzər” TV-də rejissor köməkçisi və müxbir vəzifəsində çalışıb. Şamil 2016-cı ildə işindən ayrılaraq hərbi xidmət keçib. O, Xocavəndin adsız yüksəkliklərində düşmənlə üzbəüz mövqelərdə səngərdə dayanıb. Əsgərlik xidmətini nümunəvi şəkildə başa vurduqdan sonra mədəniyyət sahəsində əmək fəaliyyətini davam etdirib. 2017-ci ildən 2022-ci ilin mart ayınadək Gəncə Dövlət Kukla Teatrında rejissor vəzifəsində çalışıb. 2022-ci ilin mart ayında Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, Gəncə Dövlət Kukla Teatrının baş rejissoru təyin edilib.

        Şamil Məmmədli 2013-cü ildə Gəncə şəhərində keçirilən “Nizami Odlar Yurdu” beynəlxalq tədbirində 50 xarici ölkə nümayəndələri qarşısında çıxış etmiş və mükafatlandırılmışdır. 2015-ci ildə Xocalı soyqırımının 23 illiyinə həsr olunmuş “Xocalıya haray” bədii kompozisiyasının müəllifi və quruluşçu rejissoru olub. 2016-2017-ci illərdə “N” saylı hərbi hissədə düşmənlə üzbəüz mövqelərdə postda göstərdiyi ayıq-sayıqlığa görə hərbi hissə komandiri tərəfindən 2 dəfə “Təşəkkürnamə” alıb. 2019-cu il avqust ayında Türkiyə Cümhuriyyətinin Samsun şəhərində 4 gün ərzində nümayiş olunan 2 tamaşanın quruluşçu rejissoru olub. Şamilin təşəbbüskarlığı ilə Samsun şəhərində “Bayrağımızı tanıdaq” devizi altında Azərbaycan Bayraqları ilə avtoyürüş təşkil edilib. 


        Şamil uşaqlıq çağlarından görmədiyi ata-baba yurdunu daim təsəvvür etməyə çalışır. Bu məqsədlə babası, Xocalının dəyərli ağsaqqalı Kamran kişi ilə mütəmadi söhbətlər aparar, suallar verərdi. Kamran kişi hər dəfə Kosaların füsunkar təbiətə malik olduğunu, bu elin igidlərinin düşmən ocağına matəm saldığından danışardı. Təbii ki, Kamran kişi bununla bərabər, Qarabağın işğala məruz qalmasında ovaxtkı səriştəsiz hakimiyyətin günahlarının olduğunu da deyərdi. Qarabağ ağrısına dözə bilməyən, bu ağrını uşaq vaxtlarından özünə ağır mənəvi yük edən vətənpərvər Şamil düşmənə öz sözünü demək üçün fürsət gözləyirdi. Gənc Şamil Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət edir. Vətənin çağırışına səs vermək imkanını əldən verməyən Şamil torpaqlarımızın ərazi bütövlüyünü təmin etmək uğrunda döyüşlərə getməmişdən əvvəl səksən yaşlı babası ilə görüşüb halallıq aldı. Torpaqlarımızın işğaldan azad olunacağına əmin olan babasını bir daha arxayın salaraq doğma Kosalara, Qırxqıza qayıdacağımızı deyərək 1 oktyabr tarixində həvəslə, sevinə-sevinə xidmətə yollandı. Şamil Ağdərə, Talış, Suqovuşan uğrunda ən ağır döyüşlərə qatılmaq üçün ön sırada dayandı. Xocalı igidi işğaldan azad olunan torpaqlarımıza qədəm qoyduqca, bu şərəfli günün sevincindən sanki göylərdə uçur, babasına xoş müjdəni bir də öz dili ilə çatdırmağa tələsirdi. N
urani ağsaqqal, Məşhəd ziyarəti etmiş Kamran kişi isə torpaqlarımızın alınması xəbərini eşitdikcə ürəyi qürrələnir, nəvəsi ilə birlikdə çiyin-çiyinə, nəfəs-nəfəsə döyüşən xalqımızın qəhrəman oğullarına dayanmadan dualar edirdi. Onun ən böyük arzusu yerinə yetdi. Qarabağ işğaldan azad edildi. Təəssüf ki, ömür vəfa etmədi Kamran kişiyə. Şamilin gəlişini gözləmədən əbədi rahatlıq və qürurla aramızdan ayrıldı. Onun ruhu hamıdan əvvəl Kosalar torpağına qayıtmaq üçün pərvaz etdi. Ruhun şad olsun, Kamran kişi. 

        Şamil Məmmədli döyüşlər zamanı RPK quru ixtisası üzrə döyüşsə də, 60 mm-lik minatanlarının mükəmməl tuşlayıcısı olduğu üçün hər iki silahdan istifadə edərək bir neçə dəfə düşmən postunu və kameralarını partladıb. Qorxmaz Şamil həm döyüşüb, həm də yaralıların döyüş mövqeyindən çıxarılmasına kömək edib. Atalar yaxşı deyib “Ot kökü üstə bitər.” Şamilin atası Kamil Məmmədov da I Qarabağ Müharibəsində ən fəal döyüşçülərdən biri olub. Ona görə də Kosalar camaatı kəndin müdafiəsi uğrunda gedən döyüşlərdə Kamilin göstərdiyi hünərləri təsdiqləyir, onun yaxşı döyüşçü kimi şücaətlərindən danışırlar. 

        Şamil Məmmədli döyüşlərdən qayıtdıqdan sonra Amerikanın “Respublic Undegound” saytı ondan müsahibə götürüb, müxtəlif kütləvi informasiya vasitələrində onun haqqında məqalələr dərc edilib. 

        Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin medallarla təltif etdiyi döyüşçülərimizin sırasında Şamil Məmmədlinin də adı vardır. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Məmmədli Şamil Kamil oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.  

        Qəhrəman, döyüşkən elin ruhunu öz əməllərində yaşadaraq Böyük Zəfər tariximizə adını yazdıran Şamil bundan sonra da lazım gələrsə Vətənin müdafiəsinə qalxmağa hazırdır. Bir oğul atası olan Şamil örnək döyüş yolunu davam etdirərək torpağa bağlılıq, Vətəninə, xalqına məhəbbət hislərini övladına və gələcək nəsillərimizə aşılayacaqdır.

 


Paylaşın:

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olundu

         Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

        Xocalı rayon İcra Hakimiyyətinin Akt zalında Xocalı rayon icra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Xocalı igidlərinin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirildi.

    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, Sosial-iqtisadi inkişafln təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Vahid Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon İcra Hakimiyyəti Aparatının digər məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları iştirak etdilər.

       Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.  

       Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərimiz Azərbaycanın hərb tarixinə qızıl hərflərlərlə yazılıb. Torpaqlarımızın işğaldan azad edilməsi Cənab Prezidentimizin qətiyyətli siyasəti, Müzəffər Ordumuzun gücü, xalqımızın həmrəyliyi nəticəsində mümkün oldu. Bu gün Silahlı Qüvvələr Gününü Qalib Ordunun əsgəri, qüdrətli dövlətin vətəndaşı kimi qeyd edirik. 

        Sonra şəhidlərin valideynlərinə, ailə üzvlərinə və döyüşçülərə orden və medallar təqdim edildi.

        Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.





















 

Paylaşın:

Xocalı rayon Mədəniyyət Evinin sabiq direktoru mükafatlandırılıb

        Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirovun təşəbbüskarlığı ilə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətən Müharibəsi iştirakçısı Məmmədov Orxan Eyvaz oğlu ilə görüş keçirilib və mükafatlandırılıb. Görüşdə Xocalı rayon Mədəniyyət Evinin və Xocalı MKS-in işçiləri də iştirak ediblər.

        Tədbirdə çıxış edən Ruslan Bəşirov Qalib Ordunun qalib əsgərini təbrik edərək, Şanlı Zəfər tariximizə adını yazdıran bütün döyüşçülərimiz kimi, Orxan Məmmədovla da qürur hissi keçirdiyimizi bildirib. 

        Qeyd edək ki, Orxan Məmmədov 2018-ci ilin may ayından Xocalı Rayon Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. Orxan Tovuz döyüşlərindən sonra könüllü olaraq səfərbərlik xidmətinə müraciət edib. Sentyabrın 21-dən hərbi xidmətə çağırılıb. Vətən Müharibəsi başlayan gündən topraqlarımızın ərazi bütövlüyü urğunda gedən döyüşlərdə öz mübarizliyini, igidliyini göstərib. Talış kəndinin alınmasında, “Ağ uçuq” adlanan ərazinin təmizlənməsində, Suqovuşanın azad olunmasında, Ağdərə istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib. Laçın alınan gündən orada xidmətini davam etdirib. Döyüşlərdə tank əleyhinə bölükdə tuşlayıcı vəzifəsində xidmət edib. Orxan döyüşlərdən qayıtdıqdan sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinatı olmuşdur.

        Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Məmmədov Orxan Eyvaz oğlu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

        Orxan Məmmədov ona göstərilən diqqətə görə minnətdarlıq edib. 

       Görüş xoş təəssüratla yekunlaşıb. 





Paylaşın:

Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq

   
        Xocalı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə online formatda tədbir keçirildi. Tədbirdə Komissiyaya üzvləri, ümumtəhsil məktəblərinin pedaqoji heyəti və şagirdlər iştirak etdilər. 

        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Lamiyyə Qarayeva narkomaniyanın insan sağlamlığına vurduğu zərərdən, cəmiyyətdə törətdiyi fəsadlardan danışdı. Rayonumuzda mütəmadi olaraq narkotiklə mübarizə məqsədilə rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi tərəfindən gənclər arasında söhbətlər aparıldığını, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı.

          Sonra Xocalı Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik qrupunun Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis baş-leytanantı Tural Xəlilov məruzə ilə çıxışında bildirdi ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.  İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Bu mübarizədə cəmiyyətin bütün üzvləri polis əməkdaşları ilə birlik olmalıdır. 

        Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov rəhbərlik etdiyi idarənin gənclərin sağlamlıqlarının qorunması və narkomaniya bəlasının fəsadları haqqında məlumatlandırmaq məqsədilə mütəmadi olaraq “Narkomaniyaya “yox” deyək!” devizi altında rayon yeniyetmə və gəncləri arasında müxtəlif növ idman yarışlarının keçirildiyini dedi. 

         "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Aqil Məmmədov çıxışında aparılan düzgün maarifləndirmənin və birlikdə mübarizənin nəticəsi olaraq narkotik asılılığından qeydiyyatda olub müalicə alan rayon sakininin olmadığını bildirdi.  

        Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında yeniyetmələrin zərərli vərdişlərdən kənar durmaq üçün ən yaxşı təbliğat yerinin məktəb olduğunu vurğuladı. Şakir Əliyev fikirlərinə əlavə etdi ki, buna görə də hər bir pedaqoq şagirdlərin təhsilinə diqqət yetirdiyi kimi, onların sağlamlıqlarına da diqqət yetirməli, psixoloji, mənəvi köməklik göstərməlidir. 

         Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev narkomaniya ilə mübarizədə vətəndaş cəmiyyətinin hər üzvünün fəal olmağının əhəmiyyətindən danışdı. Sağlam gəncliyin təməli üçün asudə vaxtın düzgün təşkil olunmasının vacib məqam olduğunu vurğuladı. Yeni yaradılan İctimai Şuranın narkomaniyaya ilə mübarizədə maarifləndirici tədbirlərdə Komissiya üvlərinin işlərinə köməklik edəcəyini bildirdi. 
Paylaşın:

Döyüşkən elin igid oğlu

         Vətən Müharibəsində iştirak etmiş igid oğullardan biri də Ələkbərli Cavidan

Qəhrəman oğludur. Cavidan 2000-ci il aprelin 2-də Göyçay rayonunda anadan olmuşdur. Əslən Xocalı rayon Kosalar kəndindəndir. 2006-cı ildə Göyçayda yerləşən Şuşa rayon 17 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2017-ci ildə Gəncə şəhər Kəpəz rayonunda yerləşən Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbini bitirmişdir. 2018-ci ilin aprel ayında hərbiyə getmiş, 2019-cu ilin oktyabr ayında isə tərxis olmuşdur. 2020-ci ilin sentyabrn 21-də könüllü olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etmişdir. 44 günlük II Qarabağ müharibəsində Tərtər, Gülüstün, Suqovuşan istiqamətində gedən döyüşlərin iştirakçısıdır. Cavidan artilleriya bölməsində olmuş və "SPAYK" qurğulu roketdən istifadə etmişdir.

        Cavidanın atası Qəhrəman müəllim də l Qarabağ müharibəsində fəal iştirak edərək may ayının 8-də Kosalar kəndinin müdafiəsi zamanı Çobandaşıran döyüşündə baş nahiyəsindən ağır yaralanmışdır. Qəhrəman müəllim uzun müddət sürən müalicədən sonra həyata qaytarılmışdır. II qrup Qarabağ Müharibəsi əlilidir.

         Atasının döyüş yolunu davam etdirən igid Cavidan Şanlı Zəfər tariximizə öz adını yazdırdı.

Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Ələkbərli Cavidan Qəhrəman oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Cavidanla fəxr edir, təbriklərlərimizi çatdırırıq. 

Paylaşın:

Qorxmaz və igid Süleymanov qardaşları


Vətən Müharibəsində torpaqlarımızdan yağı tapdağını təmizləmək üçün ata-bala döyüşlərə qatılan, qardaş-qardaşa çiyin-çiyinə verib döyüşən həmvətənlilərimiz çox oldu. 44 gün davam edən haqq savaşımızda igidliklər göstərmiş qardaşları tanıyaq:
Süleymanov Zaur Rəşid oğlu 1981-ci il avqust ayının 22-si Xankəndində anadan olub. 2000-ci ildə əsgərliyə gedib. O, Ağcabədidə aviasiya bölüyündə xidmət aparıb. 2002-ci ildə hərbi xidməti bitirib. 2014-cü ilin fevral ayın müddətdən atıq həqiqi hərbi xidmətə yazılıb.
Vətən Müharibəsinin ilk günündən Murov yüksəkliyi istiqamətində, Talış və Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə 60 mm-lik minaatanla düşmənə qarşı mübarizə aparıb. Şəhidlərin, yaralıların döyüş mövqeyindən çıxarılmasında iştirak edib. Döyüş fəaliyyətləri zamanı cəsurluq və əzmkarlıq göstərdiyinə görə kiçik çavuş Süleymanov Zaur Rəşid oğlu hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilib.
Ailəlidir, 2 oğlu, 2 qızı var.

Süleymanov Rövşən Rəşid oğlu 1984-cü il aprel ayının 7-də Xankəndi şəhərində anadan olub. 2001-2002-ci illər arasında Murovda hərbi xidmət borcunu yerinə yetirib. Ancaq Rövşən özünü daim Vətən yolunda borclu birlərək 2014-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmətə yazılıb və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı həbri hissədə xidmətə başlayıb. Aprel döyüşlərində traktor sürücüsü kimi yolların açılmasında iştirak edib. Həmin döyüşlərdə traktoru idarə edərkən 3 dəfə minaya düşüb. Vətən Müharibəsində də Rövşən traktor sürücüsü kimi öz məharətini, cəsurluğunu göstərmişdir. Talış və Suqovuşan istiqamətində yol açarkən onun idarə etdiyi traktoru ermənilər snayperlə vurmuşdur. Alışan traktoru söndürərkən yanıq yaraları almışdır. Bütün çətinliklərə baxmayaraq, gülləbaran altında qələbəyə gedən yolda ona düşən vəzifəni yüksək səviyyədə icra etmişdir.
Rövşən ailəlidir, 1 qız, 1 qız oğul övladı var.
Bölük komandiri baş leytenant Məmmədli Sadiq İntiqam oğlu Rövşənin Vətən Müharibəsi haqqında xidmətlərini “Xocalının səsi” qəzetinə danışdı: “Rövşən qorxmaz və cəsur oğullardan biri kimi haqq savaşımızda ona verilən taapşırıqları yüksək səviyyədə icra etdi. Mərmi yağışı altında idarə etdiyi traktorun hərəkətini dayandırmadı. Yolların açılmasının silah-sursatın daşınmasında mühüm əhəmiyyati vardı. Rövşən işləri gecikdirsə, ümumi əməliyyatlar da gecikə bilərdi.”
Hal-hazırda xidməti vəzifələrini davam etdirən Süleymanov qardaşları Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdikləri üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Allah bütün əsgər və zabitlərimizi qorusun.
Paylaşın:

Pandemiya əleyhinə vaksinasiya cəmiyyətə, dövlətə və ümumilikdə hər bir insana əhəmiyyətlidir


 Pandemiya başlanandan Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə sadiq qalaraq koronavirusun kütləvi şəkildə yayılmasının qarşısının alınması üçün çox böyük tədbirlər gördü. Məhz görülmüş əməli tədbirlər sayəsində ölkəmiz bütün dünyanı cənginə alan koronavirus bəlasından minimum itki ilə qurtulmağı bacardı.

​ ​ ​ Əlbəttə ki, son tədbir kimi virusa qarşı vaksinləşdirmənin də əhəmiyyətini qeyd etmək lazımdır. Dövlət başçımız İlham Əliyev cənablarının birbaşa tapşırığı və göstərişi ilə ölkəmizə yetərincə tam təsdiqini tapmış yüksək keyfiyyətli vaksinlərin gətirilməsi və dövlət hesabına əhaliyə vurulması, möhtərəm Prezidentimizin xalqa, onun sağlamlığına olan böyük qayğısının təzahürüdür.

​ ​ ​ Peyvəndolunmanın nəticəsində son vaxtlar virusa yoluxanların sayı kəskin azalmış, vəfat edənlərin sayı bir-iki nəfərə düşmüşdür. Bu da getdikcə bəzi qadağaların aradan qaldırılmasına səbəb olmuşdur.

​ ​ ​ Qadağaların ləğv olunması bir çox sahələrin inkişaf etməsinə, iqtisadi artımın sürətlənməsinə, əhalinin yenidən iş başına qayıtmasına səbəb olacaq ki, bunun da xalqımızın rifah halının yaxşılaşmasına əhəmiyyətli təsiri olacaqdır. Ümid edirik və inanırıq ki, vaksinasiya prosesinə dövlətimiz əhəmiyyət verdiyi kimi, vətəndaşlarımız da​ vaksinasiyaya diqqətlə yanaşıb tezliklə tam şəkildə vaksin olunacaqlar və bununla da cəmiyyətimiz normal, əvvəlki və arzuladığımız həyata, yaşama qayıdacaqdır.

​ ​ ​ ​ Uca Allah Xalqımızı, Dövlətimizi və Prezidentimizi bütün bəlalardan hifz eləsin! Amin!

​Anar Əliyev,

Xocalı rayon gənci

Paylaşın:

Azərbaycanımızı COVİD-19 bəlasından qurtarmaq üçün vaksinasiya prosesində hər birimiz fəal iştirak edək

 


         Bütün dünyanın bəlasına çevrilən Covid-19 pandemiyasının Respublikamızda yayıldığı vaxtdan vətəndaşlarımızın sağlamlığı dövlətimizin diqqət mərkəzində olmuşdur. İlk vaxtdan Azərbaycan Ümumdünya Səhiyə Təşkilatına üzv olaraq verilən tövsiyə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Məhz buna görə də, ölkəmiz nümunəvi bir dövlət kimi bütün dünyaya örnək olaraq göstərilmişdir. COVİD-19  pandemiyasına qarşı mübarizədə qarşıya qoyulan 3 əsas tələb hesab edilən sosial məsafənin qorunması, tibbi maskalardan istifadə, əllərin tez-tez dezenfeksiya edilməsi ilə yanaşı, Ümumdünya Səhiyə Təşkilatı tərəfindən ciddi tənzimləyici orqanlar olaraq təyin olunan qurumlardan təcili istifadə təsdiqi və müntəzəm istifadə  təsdiqi olan ilk COVİD-19  peyvəndinin həyata keçirilməsidir. Bu peyvəndin xəstəliyin qarşısının alınmasında 95 faiz təsirli olduğu təsdiq edilmişdir. Dövlətimiz tərəfindən xalqımızın sağlamlığı ön plana alınaraq, Çin istehsalı olaraq Koronavaç və Sinoviç vaksinləri ölkəmizə gətirilərək peyvəndlənmə işi sürətlə həyata keçirilmişdir. Respublikamızda ilkin olaraq, yaşı 65-dən yuxarı olan şəxslərin daha sonra isə həkimlərin, dövlət qulluqçularının, müəllimlərin peyvəndlənməsi həyata keçirilmişdir. Hər birimiz dövlətimiz tərəfindən həyata keçirilən peyvəndlənmə aksiyasında fəal iştirak etməliyik. Bununla həm özümüzü, həm yaxınlarımızı, bütövlükdə isə cəmiyyətimizi qorumuş olarıq. Nəticədə isə, özümüzün əvvəlki sərbəst həyatımızı təmin etmiş olarıq. 

Akif Rüstəmov,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Peyvəndlənmə prosesindən sonra gündəlik aktiv xəstə sayının və virusdan ölüm hallarının azalması müşahidə edilmişdir

 

         Bildiyimiz kimi, bu gün dünyanın qlobal problemlərindən birinə çevrilən Covid-19 pandemiyası ilə mübarizədə bütün ölkələr bacardığı qədər mübarizə aparır. Bu virus dünyada bir çox ölkələrin iqtisadiyyatina, heyat tərzinə, yaşayışına təsir göstərmişdir. Virusla mübarizədə birinci növbədə ölkələr arasında sərtləşdirilmiş karantin rejimi tətbiq edilmişdir. Maskalardan istifadə, bir çox ticarət mərkəzlərinin, mağazaların fəaliyyəti dayandırılmışdırmışdır. Bu isə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərmişdir. Və nəhayət ki, Covid-19 virusu ilə mübarizədə sınaqdan keçirilmiş peyvəndlərin istifadəsinə qərar verilmişdir. Bu peyvəndlənmə bütün ölkələrdə aparılmış və hal- hazırda da bu proses davam edir. Peyvəndlənmə prosesinə nəzər salsaq görərik ki, bu prosesden sonra xeyli yumşaltmalar, gündəlik aktiv xəstə saylarının sayında azalmalar və virusdan ölüm hallarının azalması müşahidə edilmişdir. Eyni zamanda peyvəndlənmə prosesinin ikinci bir cəhətdən ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcəyi də diqqətdən yayınmır. Nəzər salsaq bizim ölkəmizdə də yumşaldılmaların olduğunu görə bilərik. Artıq ticarət mərkəzlərinin açılışına, mağazaların fəaliyyət göstərməsinə və bir sira yumşaldılmalara gedilmişdir. Bundan əlavə gündən-günə çiçəklənən ölkəmizdə insan sayının azalmaması üçün, virusun daşıyıcısı olmamağı üçün kimlərisə bu xəstəliyə yoluxdurmamaq üçün peyvendlənmə prosesinə biz də qoşulmalı və peyvəndlənmənin faydasını görməliyik. Çünki hər bir sağlam vətəndaş sağlam bir cəmiyyət formalaşdırır. Çalışaq ki, bu cəmiyyətin formalaşmasında bizim də əvəzsiz rolumuz olsun. 

Leyla Məmmədova,

Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.