Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi regionda yeni siyasi gücün formalaşmasında öz töhfəsini verəcəkdir

 


Tarixən, əsrlərdir Azərbaycanla Türkiyə xalqının bir-birinə   bağlılığı həm siyasi, həm hərbi,  həm də iqtisadi müstəvidə,  həm də mənəvi baxımından xalqımız  tərəfindən müsbət qarşılanmış,  bu münasibətlərin gerçəkləşməsində siyasi,  yaradıcı fəallar maraqlı olmuşdur.

Bu əlaqələrin inkişaf səviyyəsi  regional tərəqqiyyə mühüm  töhfələr verir.

        Tarixi dostluq, qarşılıqlı  etimad səmimi münasibətlər,  yüksək səviyyəli əməkdaşlıq  əsasında qurulan Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənir.

Ümummilli  Lider Heydər Əliyevin bir millət, iki dövlət   olaraq xaraqterizə etdiyi  Azərbaycan - Türkiyə  dövlətləri   arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən  həyata keçirilən düzgün  məqsədyönlü siyasətin məntiqi   nəticəsi olaraq daha yüksək  səviyyəyə çatmaqda, bir sıra  sahələr üzrə isə yeni müstəviyə keçməkdədir.

Prezident Cənab İlham Əliyev: “Türkiyə-Azərbaycan əlaqələri,  eyni zamanda, bütün türk  dünyasının birləşməsi, türkdilli    dövlətlər arasında əlaqələrin  inkişafı üçün birgə səylər göstəririk."

         Hazırda siyasi müstəvidə   əlaqələrin ölkələrmiz arasında  yüksək səviyyədə münasibətlərin  formalaşması, gələcəkdə  iqtisadi, hərbi, mədəniyyət, təhsil,  turizm  və sairə sahələrində   inkişafında mühüm rol oynayacaqdır.

        Ulu Öndər Heydər Əliyevin  müdrik siyasəti nəticəsində  əsası qoyulmuş Türkiyə-Azərbaycan dövlətləri   arasında salınmış bu körpü illərdir ki, Prezident Cənab  İlham  Əliyevin siyasi fəaliyyəti   sayəsində qorunub möhkəmlənir, hər gün dostluq münasibətlərimiz bir qədər də güclənməkdədir.

        ll Qarabağ müharibəsi dönəmində Türkiyə dövləti daim  Azərbaycan xalqının yanında  oldu, mənəvi, siyasi dəstəyini  qardaş bildiyi Azərbaycan  xalqından əsirgəmədi.

44 gün çəkən Vətən  müharibəsində daim öz dəstəyini  xalqımızdan, dövlətimizdən  əsirgəməyən Türkiyə dövlətinin  Prezidenti Cənab Rəcəb Tayyib  Ərdogan hər bir çıxışında   Azərbaycan dövlətinin iyasi  maraqlarını müdafiə etmiş,  dünyanın diqqətini Azərbaycan  xalqının qədim və əzəli torpağı  olan Qarabağda baş verən  hadisələrə cəlb etmək   məqsədilə  tarixi  ədalətin  müdafiə olunmasını öz fikirləri   ilə bildirmişdir.

        44 günlük Vətən  müharibəsindən sonra regionda  yeni siyasi dönəmin  başlamasına rəvac verməsi   tarixən iki ölkə Azərbaycan-Türkiyə dövlətləri   arasında qardaşlıq çərçivəsində   münasibətlərmizin hərtərəfli   olaraq möhkəmləndirilməsi  üçün yeni imkanlar yaratdı.

        Qətiyyətlə deyə bilərik  ki,  bu  gün  Türkiyə dünya miqyasında  Azərbaycana ən böyük dəstək  verən  ölkədir.

        Bu gün Azərbaycan  və   Türkiyəni bir-birinə bağlayan  strateji lahiyələr fəaliyyət göstərir. Bakı-Tiblisi-Ceyhan neft, Bakı-Tiblisi-Qars dəmir yolunun  reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasında  əlaqələrin  möhkəmliyini daha da  artırmaqdadır.

         Prezidenti Cənab İlham Əliyev “Biz  buna  çox  sevinirik, çünki,  Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim  gücümüzün  birləşməsi bizi daha da  güclü  edir".

Azərbaycan-Türkiyə dövlətləri  arasında siyasi  əlaqələrin daha da  möhkəmləndirilməsi məqsədilə 02-03  İyun  2021-ci  il  tarixdə Ankarada Yeni   Azərbaycan Partiyası ilə AKP  arasında  qarşılıqlı  əməkdaşlıq   çərçivəsində görüşlər keçirilməsi bir daha hər iki   dövlətin hakim partiyaları  arasında siyasi əlaqələrin  yaranması, həm Şərqdə, həm də regionda siyasi güclərin  birləşməsi  üçün yeni siyasi  mühitin  formalaşması üçün  önəmli hadisədir. Qardaş  Türkiyə  dövlətində  səfərdə  olan  ölkəmizin  hakim  YAP-nın  bir   qrup əməkdaşı bir neçə gün ərzində olduqca yadda qalan və mühüm siyasi uğur hesab edilən  görüşlər  keçirmişdir. Dövlətlərarası siyasi  münasibətlərin  möhkəmlənməsi,  parlamentlərarası  əlaqələrin  güclənməsi və sairə müstəvidə   çox uğurlu əməkdaşlığa imza  atılması məqsədilə YAP-sı ilə   AKP-sı arasında görüşlər baş tutmuşdur.                                                 

        Türkiyə  dövlət  başçısı  Cənab Rəcəb Tayyib  Ərdoğan  tərəfindən Türkiyədə  səfərdə  olan YAP-ın bir qrup əməkdaşını  qəbul edən Cənab  R.T.Ərdoğan  bildirmişdir  ki, “Əməkdaşlığın  inkişafı hər  iki  tərəf  üçün  maraqlıdır”.

         Yeni  Azərbaycan  Partiyasının  Sədrinin  müavini-Mərkəzi   Aparatın  rəhbəri  Tahir   Budaqovun  rəhbərlik  etdiyi   nümayəndə  heyəti   iyunun  2-də  Türkiyənin  hakim  Ədalət və  inkişaf  Partiyası  (AKP)  Sədrinin  birinci   müavini,  Türkiyə  Böyük  Millət  Məclisinin  üzvü Numan  Kurtulmuş  ilə  görüşüb. YAP  Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci   müavini  Numan Kurtulmuş  YAP  ilə AKP arasında  əməkdaşlığa  dair niyyət protokolunu  imzalayıblar.

Əlbəttə bu gün üçün və gələcək   üçün atılan siyasi addımlar ümid  edib inanırıq ki, hər  iki ölkənin  xalqlarının həyatında dövlətlərin  siyasi  gücünün  artmasında  mühüm  rol  oynayacaqdır.

         “Dinimiz  bir, dilimiz bir, yolumuz  bir ..”  şair Bəxtiyar Vahabzadənin  bu  şerində  qeyd  edildiyi  kimi,  Türkiyə  dövləti  haqqın  ədalətin yanında olmağı   ilə  dünyada mövcud olan iki  siyasi oyunlara meydan oxuyur,  bu  bir  reallıqdır. Bu gerçək   dünyada  artıq dövlətimizdə  kimin yanında olmağını  doğru-düzgün qiymətləndirərək Türkiyə dövləti ilə hər bir sahədə  öz əməkdaşlığına imza atır və  bu  yolda siyasi əməkdaşlıq mövcud  vəziyyətdə daha önəmli hesab  edilir. Bu qardaş münasibət  birləşən güc tezliklə dünyada  böyük bir siyasi gücə çevrilərək Azərbaycan-Türkiyə  dövlətlərinin  siyasi  meydanda  sözünün  qüdrətinə, sözünün keçərliyinə öz töhfəsini verəcəkdir.

Yaşasın Azərbaycan –Türkiyə  dövlətlərinin  qardaşlığı!

Aydın ƏLİYEV,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi