Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Döyüşkən elin igid oğlu

         Vətən Müharibəsində iştirak etmiş igid oğullardan biri də Ələkbərli Cavidan

Qəhrəman oğludur. Cavidan 2000-ci il aprelin 2-də Göyçay rayonunda anadan olmuşdur. Əslən Xocalı rayon Kosalar kəndindəndir. 2006-cı ildə Göyçayda yerləşən Şuşa rayon 17 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2017-ci ildə Gəncə şəhər Kəpəz rayonunda yerləşən Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbini bitirmişdir. 2018-ci ilin aprel ayında hərbiyə getmiş, 2019-cu ilin oktyabr ayında isə tərxis olmuşdur. 2020-ci ilin sentyabrn 21-də könüllü olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etmişdir. 44 günlük II Qarabağ müharibəsində Tərtər, Gülüstün, Suqovuşan istiqamətində gedən döyüşlərin iştirakçısıdır. Cavidan artilleriya bölməsində olmuş və "SPAYK" qurğulu roketdən istifadə etmişdir.

        Cavidanın atası Qəhrəman müəllim də l Qarabağ müharibəsində fəal iştirak edərək may ayının 8-də Kosalar kəndinin müdafiəsi zamanı Çobandaşıran döyüşündə baş nahiyəsindən ağır yaralanmışdır. Qəhrəman müəllim uzun müddət sürən müalicədən sonra həyata qaytarılmışdır. II qrup Qarabağ Müharibəsi əlilidir.

         Atasının döyüş yolunu davam etdirən igid Cavidan Şanlı Zəfər tariximizə öz adını yazdırdı.

Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Ələkbərli Cavidan Qəhrəman oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Cavidanla fəxr edir, təbriklərlərimizi çatdırırıq. 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi