Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biridir

        1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini əldə etsə də, 1993-cü ilin əvvəlində ölkəmizin müstəqilliyi təhlükə qarşısında qaldı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Bir tərəfdən Surət Hüseynovun başçılıq etdiyi qiyamçı dəstələr Gəncə şəhərindən Bakıya doğru hərəkət edərək dövlət çevrilişi etmək istəyir, digər tərəfdən isə Əlikram Hümbətov Cənub bölgəsində “Talış-Muğan Respublikasını” yaratmağa çalışırdı. Beləliklə, 1993-cü ilin yayında Respublikada böhran dərinləşdi və hakimiyyət boşluğu yarandı.  

         Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizin məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyev idi. 

         Xalq Cəbhəsi hökumətinə qarşı Gəncədə hərbi qiyam zamanı Heydər Əliyev dövləti müdafiə etdiyini açıq şəkildə bildirdi. Böhrandan çıxış yolu axtaran Ölkə Prezidenti Əbülfəz Elçibəy kömək üçün Heydər Əliyevə müraciət etdi. Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider Heydər Əliyev Respublikanı ağır siyasi böhrandan çıxarmaq üçün bir neçə mühüm addım atdı. O, ilk növbədə Gəncə şəhərinə gedərək, hərbi müxalifətin başçıları ilə danışıqlar apardı, vəziyyətdən çıxış yollarını müəyyən etdi. 1993-cu il iyunun 15-də Milli Məclisin sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində Azərbaycanın cənub bölgəsi avqustda bütün  təxribatçı-seperatçı qüvvələrdən təmizləndi. 1993-cü ildə ölkənin Şimal bölgəsində də yerli əhalinin səyi ilə seperatçı meyillərin qarşısı alındı. Bununla da, Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra da dövlət müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə çox böyük işlər həyata keçirildi. O, əsas diqqətini Ordu quruculuğuna yönəltdi. Milli Ordu hərbi hissələrini ayrı-ayrı siyasi qrupların təsiri əltından çıxardı. Ordunun silah-sursat, geyim və ərzaqla təminatını nizama salmağa başladı. Ordu quruculuğu sahəsindəki işlər Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildi. Ordumuz müasir avadanlıqlarla təmin edildi və  dünyanın 60 ən güclü ordusu sırasına daxil oldu. 2020-ci il 27 sentyabr tarixindən başlayan Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun gücü sayəsində həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. 2021-ci il iyunun 15-də məhz Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz xanımı ilə birlikdə  Şuşa şəhərinə səfər etməsi, Ölkə Prezidenti Cənab İlham Əliyevlə birlikdə “Şuşa Bəyannaməsi”nin imzalanması Türkiyə-Azərbaycan qardaşlığının dünya ölkələrinə çatdırılan və heç vaxt silinməyən bariz nümunəsidir. 

Akif Rüstəmov,

Xocalı rayon sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi