Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qorxmaz və igid Süleymanov qardaşları


Vətən Müharibəsində torpaqlarımızdan yağı tapdağını təmizləmək üçün ata-bala döyüşlərə qatılan, qardaş-qardaşa çiyin-çiyinə verib döyüşən həmvətənlilərimiz çox oldu. 44 gün davam edən haqq savaşımızda igidliklər göstərmiş qardaşları tanıyaq:
Süleymanov Zaur Rəşid oğlu 1981-ci il avqust ayının 22-si Xankəndində anadan olub. 2000-ci ildə əsgərliyə gedib. O, Ağcabədidə aviasiya bölüyündə xidmət aparıb. 2002-ci ildə hərbi xidməti bitirib. 2014-cü ilin fevral ayın müddətdən atıq həqiqi hərbi xidmətə yazılıb.
Vətən Müharibəsinin ilk günündən Murov yüksəkliyi istiqamətində, Talış və Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə 60 mm-lik minaatanla düşmənə qarşı mübarizə aparıb. Şəhidlərin, yaralıların döyüş mövqeyindən çıxarılmasında iştirak edib. Döyüş fəaliyyətləri zamanı cəsurluq və əzmkarlıq göstərdiyinə görə kiçik çavuş Süleymanov Zaur Rəşid oğlu hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilib.
Ailəlidir, 2 oğlu, 2 qızı var.

Süleymanov Rövşən Rəşid oğlu 1984-cü il aprel ayının 7-də Xankəndi şəhərində anadan olub. 2001-2002-ci illər arasında Murovda hərbi xidmət borcunu yerinə yetirib. Ancaq Rövşən özünü daim Vətən yolunda borclu birlərək 2014-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmətə yazılıb və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı həbri hissədə xidmətə başlayıb. Aprel döyüşlərində traktor sürücüsü kimi yolların açılmasında iştirak edib. Həmin döyüşlərdə traktoru idarə edərkən 3 dəfə minaya düşüb. Vətən Müharibəsində də Rövşən traktor sürücüsü kimi öz məharətini, cəsurluğunu göstərmişdir. Talış və Suqovuşan istiqamətində yol açarkən onun idarə etdiyi traktoru ermənilər snayperlə vurmuşdur. Alışan traktoru söndürərkən yanıq yaraları almışdır. Bütün çətinliklərə baxmayaraq, gülləbaran altında qələbəyə gedən yolda ona düşən vəzifəni yüksək səviyyədə icra etmişdir.
Rövşən ailəlidir, 1 qız, 1 qız oğul övladı var.
Bölük komandiri baş leytenant Məmmədli Sadiq İntiqam oğlu Rövşənin Vətən Müharibəsi haqqında xidmətlərini “Xocalının səsi” qəzetinə danışdı: “Rövşən qorxmaz və cəsur oğullardan biri kimi haqq savaşımızda ona verilən taapşırıqları yüksək səviyyədə icra etdi. Mərmi yağışı altında idarə etdiyi traktorun hərəkətini dayandırmadı. Yolların açılmasının silah-sursatın daşınmasında mühüm əhəmiyyati vardı. Rövşən işləri gecikdirsə, ümumi əməliyyatlar da gecikə bilərdi.”
Hal-hazırda xidməti vəzifələrini davam etdirən Süleymanov qardaşları Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdikləri üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Allah bütün əsgər və zabitlərimizi qorusun.
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi