Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qubadlı təhsilinin inkişaf dinamikası günbəgün artmaqda davam edir

Ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb

 Koronovirus pandemiyası dünya təhsil sistemində də təsirsiz ötüşmədi. Ölkədə bütün sahələrdə olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yerli təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı dərhal təlimat verildi. Valideynlər üçün tövsiyələr, "Təhsil müəssisələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat” hazırlandı və tətbiq edildi. Vaxtında aparılan tədbirlər sanitar-gigiyenik vəziyyətin yaxşılaşmasına əhəmiyyətli təsir etdi və yoluxma halları demək olar ki, baş vermədi. İlk öncə ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə start verildi və qısa müddətdə yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi. Və nəticə etibarilə ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz təhsil alması üçün bütün zəruri addımlar atılmış oldu. Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer almışdır.

Pandemiya dövründə təhsildə gözlənən problemlərin minimuma endirilməsi istiqamətində Qubadlı Rayon Təhsil Şöbəsi də ilk gündən sistemli yanaşmalar, problemə dərhal çevik reyaksiyaların göstərilməsi sayəsində ciddi uğurlara imza atmış oldu. Burada bir məqamı qeyd etmək lazımdı ki, uzun illərdir ki, təhsildə keyfiyyət faktorları nəzərə alınmaqla Qubadlı təhsili ilk onluqda öz yerini qoruyub saxlamaqdadır. Şübhəsiz ki, rayonun təhsil sistemində belə bir müsbət tendesiyanın baş verməsində Qubadlı

Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlovun xüsusi əməyi danılmazdır. Məhz Fuad müəllimin təşəbbüsü sayəsində müəllimlərin akademik bacarıqlarının artırılması, müəllim nüfuzuznun, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Müəllimlərin işə qəbulu zamanı şəffaflığın qorunub saxlanılması üçün qanunvericiliyin bütün tələbləri gözlənilməklə, müəllimlər arasında sağlam rəqabət və motivasiyanın güclənməsi üçün bütün zəruri imkanlar səfərbər edilmişdir. Və təqdirəlayiq haldır ki, rayonun ümumtəhsil məktəblərində bu inkişaf dinamikası günbəgün artmaqda davam edir.

Bütün bu fədəkar əməllərin nəticəsidir ki, Dövlət İmtahan Mərkəzinin ötən tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi statistik təhlili zamanı aydın olur ki, 2020-ci il məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb. Həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş (500-700 intervalında bal toplayanlar) abituriyentlərin bölgələr üzrə nəticəsinə görə Qubadlı rayonu üzrə ümumi təhsil məktəbləri IV yerdə qərar tutub.

 Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin buraxılış imtahanındakı nəticələrinə əsasən Qubadlı rayonu Təhsil Nazirliyinə tabe və özəl liseylərdən sonra respublikada I yerdədir.

Yenə də ümumi təhsil müəssisələri üzrə IX sinif şagirdlərinin buraxılış imtahanındakı nəticələrinə görə isə Təhsil Nazirliyinə tabe və özəl liseylərdən sonra Qubadlı rayonu respublikada VIII pillədə qərarlaşıb.

Aran Medi qəzetinin baş redaktoru və Qubadlı Rayon Təhsil şöbəsində işləyən bir müəllim kimi mən də fəxr edirəm ki, Qubadlı təhsili belə böyük uğurlara imza atır. Buna görə də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlova, ən nəhayət Azərbaycan Respublikası Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Mən bu məqamda fən müəllimlərinə də öz minnətdarlığımı bildirirəm, çünki  bu işdə ən böyük yük fənn müəlimlərinin çiyinlərinə düşür. Bir sözlə əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini, məktəb rəhbərlərini, pedaqoji kollektivlərini təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram.

Ümid edirəm ki, Qubadlı təhsil sistemi öz tarixi ənənələrini daim qoruyub saxlamaqla, gələcəkdə də ölkəmiz və millətimizin xoşbəxt gələcəyi naminə böyük uğurlara imza atacaq.  

 Şeyda Əzizova,

      “AranMedia” qəzetinin baş redaktoru



Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi