Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon Mədəniyyət Evinin sabiq direktoru mükafatlandırılıb

        Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirovun təşəbbüskarlığı ilə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətən Müharibəsi iştirakçısı Məmmədov Orxan Eyvaz oğlu ilə görüş keçirilib və mükafatlandırılıb. Görüşdə Xocalı rayon Mədəniyyət Evinin və Xocalı MKS-in işçiləri də iştirak ediblər.

        Tədbirdə çıxış edən Ruslan Bəşirov Qalib Ordunun qalib əsgərini təbrik edərək, Şanlı Zəfər tariximizə adını yazdıran bütün döyüşçülərimiz kimi, Orxan Məmmədovla da qürur hissi keçirdiyimizi bildirib. 

        Qeyd edək ki, Orxan Məmmədov 2018-ci ilin may ayından Xocalı Rayon Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. Orxan Tovuz döyüşlərindən sonra könüllü olaraq səfərbərlik xidmətinə müraciət edib. Sentyabrın 21-dən hərbi xidmətə çağırılıb. Vətən Müharibəsi başlayan gündən topraqlarımızın ərazi bütövlüyü urğunda gedən döyüşlərdə öz mübarizliyini, igidliyini göstərib. Talış kəndinin alınmasında, “Ağ uçuq” adlanan ərazinin təmizlənməsində, Suqovuşanın azad olunmasında, Ağdərə istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib. Laçın alınan gündən orada xidmətini davam etdirib. Döyüşlərdə tank əleyhinə bölükdə tuşlayıcı vəzifəsində xidmət edib. Orxan döyüşlərdən qayıtdıqdan sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinatı olmuşdur.

        Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Məmmədov Orxan Eyvaz oğlu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

        Orxan Məmmədov ona göstərilən diqqətə görə minnətdarlıq edib. 

       Görüş xoş təəssüratla yekunlaşıb. 





Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi