Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

SAĞLAMLIĞIMIZ ÖZ ƏLİMİZDƏDİR...

        Yoluxucu xəstəliklər hələ qədim zamanlardan bir çox dövlətlərin ərazilərində kütləvi şəkildə tüğyan etmişdir. Tarixdə belə arzuolunmaz hadisələr zaman-zaman minlərlə insanın həyatdan vaxtsız köçməsinə səbəb olub. 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30 faizi vəba xəstəliyindən dünyasını dəyişib. 1576-77-ci illərdə Meksikada 2 milyondan çox hindu səpmə yatalağın qurbanı olub. 1916-1920-ci illərdə ispan qripi 2 milyard dünya əhalisinin 30 faizinə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Bütün fəlakətlərdə bir ümumi vacib məqam var: bəşəriyyət bu bəlalardan vaksinasiya yolu ilə xilas ola bilər. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin fəsadlarının və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon insan ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb. Təəssüf ki, vaksinasiyaya laqeyd münasibət hətta müasir dövrümüzdə də davam edir və acı nəticələrə səbəb olur. Belə ki, 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Vaxtında vaksinasiya olunsa idi, bu, baş verməyə də bilərdi. Necə ki, cəmi bir neçə on il bundan əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu gün isə məhz kütləvi peyvəndlər sayəsində poliomielit tamamilə yox olub.

        XXI əsr elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövr olsa da, təəssüf ki, bu gün də yoluxucu xəstəliklər dünyanı təhlükə altında saxlayır. COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

        Artıq iki ildir ki, bəşəriyyət indiyədək qarşılaşdığı ən qorxunc xəstəliklərdən biri ilə üz-üzədir. İnsan zəkasının bu xəstəliyə də qalib gələcəyinə əminik. Hazırda COVID-19-a qarşı peyvənd preparatları hazırlanmışdır və artıq bütün dünyada kütləvi vaksinasiyaya başlanılıb. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur. Bu, dünyanın bütün aparıcı səhiyyə müəssisləri tərəfindən təsdiq olunmuş faktdır. Əks halda isə, insanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan məhz peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Əlbəttə ki, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi tədbirlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Yalnız peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

        Azərbaycan dövləti tərəfindən əhalinin sağlamlığının qorunması üçün hər zaman bütün zəruri tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilib. Hələ bu gün də bir çox ölkələr COVID-19-a qarşı peyvənd əldə etməkdə çətinlik çəkdikləri halda Azərbaycan bu problemi də Prezident İlham Əliyevin səyləri hesabına yüksək səviyyədə həll etmişdir: Pandemiya təhlükəsi başlayan ilk gündən Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaq üçün bütün zəruri və vacib addımları vaxtında atıb. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Dövlət başçısı 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir. Bu gələcəyə sahib olmaq üçün bizim ən doğru yolumuz kütləvi şəkildə peyvənd olunmaqdır.

        Ölkə Prezidenti İlham Əliyevin COVID-19 infeksiyasının Azərbaycanda yayılmağa başladığı ilk günlərdən xalqımıza bir çağırış kimi səsləndirdiyi “Biz birlikdə güclüyük!” şüarı milli birlik ideologiyasının bir ifadəsi kimi, ictimai həyatımızın bütün sahələrində öz təzahürlərini tapdı. Pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətlər də, Vətən müharibəsində qazandığımız parlaq tarixi Qələbə də məhz bu şüarın altında formalaşmış yüksək səviyyədə həmrəyliyimizin nəticəsi oldu.Ölkəmizdə aparılan bu tədbirlər Xocalı rayonunda da aktiv olaraq həyata keçirilir və bu davamlı xarakter daşıyır.

        Bu günə qədər COVİD-19 infeksiyası Azərbaycanda 5014 həyatı yarıda qoyub. Onların içərisində bizim də yaxınlarımız, əzizlərimiz, doğmalarımız vardır.Çox təəssüf olsun ki, COVİD19 virusundan dünyasını dəyişənlərin sayı ölkəmizdə də gündən-günə artır.

        Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq. Bizim hər bir insanımız, vətəndaşımız dəyərlidir, dövlətimiz də insanların rifahı, sağlam və xoşbəxt yaşaması, müstəqilliyin bəhrələrindən doyunca istifadə etməsi üçün çalışır. Gəlin, daha məsuluyyətli olaq, xəstəliklərin qurbanı olmayaq...

Şükür Bəşirov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Postmüharibə dövrü Azərbaycan Prezidentimizin uğurlu siyasəti ilə inkişafa davam edir

          Azərbaycan Respublikasının prezidenti İlham İliyev iyulun 22-də Daşkəsən 

rayonuna səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev qərb rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına mühasirəsində vacib və maraqlı məqamlara toxunub. 

Dövlətimizin başçısı bir sıra obyektlərin açılışında iştirak edib. Məlum oldu ki post müharibə dövründə Daşkəsən eləcə də bir sırara rayon şəhərlər də bir sıra layihələr icra edilib. Yollar, İçməli su, su xətləri çəkilib, Xəstəxanalar tikilib, iş yerləri yaradılıb. Prezidentimiz bildirdi ki, bu səfərlər müntəzəm olaraq həyata keçirilir. Regionları sosial-iqtisadi inkişafının icrası ilə bağlı verdiyi tapşırıqlar 

yerindəcə yoxlanılır. Bildirdi ki çovdar qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb, bu mədəndə böyük yenidənqurma işləri həyata keçirilib. 2017 -ci ildə “Ağyoxuş-1”və “Ağyoxuş-2”qızıl yataqları, 2018 -ci ildə isə Mərəh qızıl yataqı kəşf edilib. Prezident İlham Əliyev “Mərəh “qızıl mədənində süxurların ilk partlayış prosesinidə izlədi. 

        Cənab Prezidentimiz bildirdi ki, bu cür uğurlu işlər işğaldan azad olunmuş hər bir bölgəmizdə də aparılacaq. Biz prezidentimizə güvənir və onun siyasətini dəstəkləyirik. İlhamla Əliyevlə irəli deyirik. 

Samirə MƏMMƏDOVA,

Xocali rayon sakini

 


Paylaşın:

Regionların inkişafı hər zaman diqqət mərkəzindədir

 


Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda gücləndirilmiş abadlıq-quruculuq işləri aparılmaqla yanaşı, respublikamızın bütün rayonlarının inkişafı üçün də Dövlət proqramı uğurla icra edilir. Prezident İlham Əliyevin iyul ayının 22-də qərb rayonlarına səfəri də əlamətdar olmuşdur. Səfər zamanı ölkə başçısı İlham Əliyev əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksini ziyarət edərək, abidə önünə gül dəstələri qoydu. 

Sonra ölkə başçısı “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış oldu. Çovdar qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb. Bu günədək 259 min unsiya qızıl istehsal olunub və gələcəkdə 338 min unsiya qızılın istehsalı planlaşdırılır. 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi daha da genişləndirilib.  

Sonra ölkə başçısı “Mərəh” qızıl mədənində suxurların ilk partlayış prosesini izlədi. Prezident İlham Əliyev qeyd etdi ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi çox önəmli bir hadisədir. Bu gün həm açılışı qeyd etdik və bundan sonra görüləcək işlərlə bağlı təqdimat oldu. Qızılla yanaşı, digər metalların da hasilatı geniş miqyasda öz  həllini tapacaq. Daşkəsənin dəmir filiz yataqlarının işlənməsi ilə bağlı planlar var. Bu sahə çox gəlir gətiriən sahə olacaq. Eyni zamanda çoxlu sayda iş yerləri yaradılacaq və idxaldan asılılıq azalacaq. Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Zəngilan və Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın təhlili aparılıb. Biz tələb edirik ki, işğalçılar təzminatı öz xoşları ilə ödəsinlər. Ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Biz azad olunmuş ərazilərimizi cənnətə çevirəcəyik. Ermənilərin məyusluğu hələ çox davam edəcək. 

Sonra Prezident Goranboy rayonunda İdman Kompleksinin, Naftalan rayonunda yeni sanatoriyanın və bir sıra önəmli infrastruktur obyektlərinin açılışında iştirak etdi. Bununla yanaşı, Gəncə şəhərində II Vətən Müharibəsi zamanı mənfur ermənilər tərəfindən törədilmiş terror hadisələrinin baş verdiyi ərazilərdə oldu və Şəhidlərimizin xatirələrini yad edərək hadisə yerinə əklil qoydu.  

Vəsilə Quliyeva,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Avropa İttifaqı ilə güclü tərəfdaşlıq və əməkdaşlıq uğurla davam etdiriləcək

       Cənab Prezidentin Şarl Mişellə görüşündə bir sıra mühüm məsələr müzakirə edilmişdir. Qarşıya qoyulan əsas məsələlərdən biridə Avropada Enerji təhlükəsizliyi məsələsi olmuşdur. İlham Əliyev son illərdə Avropa ölkələri ilə bu sahədə mühüm işlər görüldüyünü Şarl Mişelin diqqətinə çatdırmışdır. Müzakirələr zamanı Cənab Prezident Avropa dövlətləri ilə ölkəmiz arasında ticarət dövriyyəsinin 9,6 milyard ABŞ dolları təşkil etdiyini bildirmişdir. Bu ticarət dövriyəsində əsas yeri neft məhsulları tutsada sənayenin digər sahələrində istehsal olunan məhsullar da çoxluq təşkil etmişdir. Avropanın 1700 dən çox şirkəti bu gün Azərbaycanda neft hasil etməklə yanaşı sənayemizin digər sahələrinin inkişafında da yaxından iştirak edirlər. İlham Əliyev son illərdə ölkəmizdə quruculuq işlərindən danışarkən yeni-yeni zavod və fabriklərin açılmasında və bununda nəticəsində yeni iş yerlərinin açılmasını insanların yeni işlə təmin olunmasını vurğulamışdır. Şarl Mişellə görüşdə prezident yeni qaz yataqlarının kəşfindən danışarkən Avropa ölkələrinə Cənub Qaz Dəhlizi vasitəsilə ötürüləcək qazın əhəmiyyətindən danışmışdır. Trans-Adriatik qaz kəmərinin istismara verilməsilə İtalya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetr qaz ixrac olunmuşdur. Təsadüfi deyilki Avropa İttifaqı Ölkələri ilə ticarətimizin həcmi 40% təşkil edir. Şahdəniz-2 qaz yatağının istismara verilməsi bu əməkdaşlığı dahada güclənmişdir. 44 günlük Vətən Müharibəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi nəticəsində bu ərazilərdə yenidənqurma işlərində Avropa İttifaqı ölkələrinin iştirakı bizi ürəkdən sevindirir. Öz növbəsində Şarl Mişel cənab prezidentimizlə görüşdə xoş qarşılanma və səmimi qəbula görə təşəkkür etmiş və gələcək planlar haqda məlumatlar vermişdir. Sonda İlham Əliyev cənabları Şarl Mişelə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitab təqdim etmişdir.

Anar Əbdülov,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub

          Ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsiplər əsasında inkişaf etməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də ölkəmizə səfərini ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar. Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Ölkə Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə iyulun 18-də keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi bu fikirlər tərəflər arasındakı əməkdaşlığın dünəni, bu günü və gələcəyini aydın şəkildə izah edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli münasibətlərin formalaşmasında və inkişafında mühüm rol oynayır. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji siyasətində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

      ​ Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​   Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması, regionda yeni əməkdaşlıq üçün imkanlar yarada bilər. Bu səbəbdən də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarda əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı imkanlar vəd edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

         Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqlarını azad edib.​edib. Elə Ölkə Başçısı İlham Əliyev Prezident Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında da bir bəyan etdi ki, indi sülh barəsində düşünmək, səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​                                                                           Kamran Nəsirov, 

                                                                                        Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Azərbaycanın Şanlı qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir

           Azərbaycanın ədalətli mövqeyini, onun hərtərəfli inkişafını nəzərə alan dünya ölkələri bizim mötəbər tədbirlərə, idman yarışlarına, həmçini ən nüfuzlu təşkilatlara sədrlik etməyinizin tərəfdarıdırlar.

   Qoşulmama Hərəkatı soyuq müharibə dövründə bir sıra dövlətlərin iki siyasi – hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Təşkilatın hazırda 120 üzvü var, 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

  Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan hərəkatımızın təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər hərəkatımızın əhəmiyyətini daha da artırıb. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətini prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimat qazandı. 2016 – cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019 – 2022 – ci illər Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi. Bu baxımdan, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Biz Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdük. 

   Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün Beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək. 

   2020 – ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyimiz kimi 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992 – ci ilin fevralında Xocalı soyqırımını törədib, 106–sı qadın, 63–ü uşaq olmaqla yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. 

   1993 – cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri – şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status – kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub. Son illər ərzində Ermənistan danışıqlar prosesini məqsədli şəkildə məhv edir, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. 2020 – ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbiçilərimiz və mülkü vətəndaşlarımız həlak oldular.

   Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan ordusu əks – hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020 – ci il noyabrın 10–da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərdən qoşunlarını çıxarmağa məcbur oldu. Beləliklə, Azərbaycan bu münaqişəyə son qoydu, hərbi – siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

   Azərbaycanın Şanlı qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. 

  Biz Qoşulmama Hərəkatı ölkələrinin Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.  

Mətni hazırladı Venera Rəsulova,

Xocalı rayon ziyalısı

Paylaşın:

Prezident Xocasəndə Şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsi tədbirində iştirak edib

 


   Prezident İlham Əliyev Şəhid və müharibə əlilləri ilə görüşdə Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdi. Onların qəhrəmanlığı bütün dünyada gerçək kimi olub. Bizim Şəhidlər haq yolunda olub, onların qəhrəmanlığına görə dövlətimiz müzəffər kimi yaşayır, azad edilmiş torpaqların relyefi əlverişsiz idi, onlar tərəf yüksəklikdə idi, ancaq buna baxmayaraq biz qələbə əldə etdik. Bizi qələbəyə aparan Vətən sevgisi idi, əgər noyabrın 10-da kaptuliyasiya bağlanmasaydı… biz dayanmayacağdıq, buna görə də itkilərimiz çox olacaqdı. Kəlbəcər və Laçın rayonun relyefi çətin, qışı isə sərt keçirdi.

  Biz ərazi bütövlüyümüzü bərpa etdik. Sərhədlərimizi nəzarətə almışıq. Dağlıq Qarabağ ərazi vahidi yoxdur. Biz Qarabağ iqtisadi zona yaratmışıq, Şərqi Zəngəzurda iqtisadi zonaya daxil edilib. Şərqi və Qərbi Zəngəzur bizim tarixi torpağımızdı. Biz mütləq o torpaqlara qaydacağıq, biz ermənilərlə Sülh müqaviləsinə hazırıq, ancaq onlar bizim bu təklifə hazır deyillər, bunu etmək istəmirlər. Bu onlar üçün çətin olacaq, özləri bilirlər sonda peşman olacaqlar.

  Biz quruculuq işlərinə başlamışıq, biz oranı cənnətə çevirəcəyik. On min Şəhid ailəsi evlə təmin edilib, bu ilin sonunadək 3 mini də evlə təmin olunacaq. 16 min insan özünə məşğuluğa cəlb olunacaq, bunlardan 5 mini qazilər olacaq.50 min müharibə əlili maşınla təmin olunmaqda davam edir.

 Mətni hazıradı Emin Əhmədov,

 Xocalı rayon ziyalısı

Paylaşın:

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi – maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb

 


     14 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu.

     Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi – maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib. Əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təstiq edir. İndiyədək 10 mindən yuxarı şəhid ailəsi və müharibə əlili mənzillə, 7250 müharibə əlili isə avtomobillə təmin olunub. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47400 nəfər işlə təmin olunub, 7000 nəfər özünüməşğulluq proqramına, 56000 nəfər isə İctimai Şuranın işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əmək haqqı 30%, orta aylıq pensiyası isə 60% artıb.

     Şəhid ailələri və müharibə əlillərinə göstərdiyi qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildirir və möhkəm can sağlığı arzulayırıq. 

Ülviyyə Haqverdiyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycanın Şanlı qələbəsi Beynəlxalq hüququn, ədalətin və Qoşulmama hərəkatının dəyərlərinin təntənəsidir

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə 2 siyasi-hərbi qütb arasında qarşı durmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm mexanizmlərdən birinə çevrilmişdir. Qoşulmama Hərəkatının əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama hərəkatının konkret tarixi konteksində yaranmasına baxmayaraq müasir dünyada da öz aktuallığını itirmir. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Qoşulmama Hərəkatı 1955-ci ildə İndonezyanın Bandunk şəhərində keçirilən konfrans zamanı qəbul edilmişdir. Öz xarici siyasətində heç bir hərbi aliyanza qoşulmamaq istiqamətini seçmiş  

Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən də ölkəmiz Qoşulmama Hərəkatına üzv olmaq qərarına gəldi. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. 2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülhlə təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir. Həmçinin də 13 iyul 2021-ci ildə Qoşulmama Hərəkatının onlayn formada konfransı keçirildi.

2020-ci il Azərbaycan üçün əlamətdar il olub. Çünki hərəkatın gündəliyini yazan vacib mövzulardan biri  uğurla həll edilib. Bildiyimiz kimi 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin 20%-ni işğal altında saxlayıb. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib.  

Bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici İşlər Nazirinin onlayn formatda keçirilən aralıq konfransındakı çıxışında danışıb. Dövlətimizin başçısı onuda xatırlatdı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal , tam və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlar buna bənzər qətnamələr qəbul ediblər. Lakin Ermənistan bu tələblərə məhəl qoymayıb. Son illər Ermənistan dövləti Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələdiyini prezident İlham Əliyev onlayn görüş iştirakçılarının diqqətinə çatdırdı və həmçinin 2020-ci ildə bir çox hərbi təxribatlara əl atdığını diqqətə çatdırdı. Bunun nəticəsi olaraq Azərbaycan ordusu 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatına başladı. Və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Cənab Prezidentimiz qeyd etdiki 44 günlük müharibə nəticəsində Ermənistan tam məğlubiyyətə uğradıldı və Azərbaycan özü BMT-nin qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu. Özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycanın şanlı qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatının dəyərlərinin təntənəsidir. Qoşulmama Hərəkatı ölkələrin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünə müntəzəm dəstəyini qiymətləndiririk deyə cənab prezident vurğuladı.

Arzu Orucova,

Xocalı rayon ziyalısı

Paylaşın:

Bu gün Milli Mətbuatımızın üzərinə Böyük Zəfərimizi təbliğ etmək kimi əhəmiyyətli missiya düşüb

 ‌         Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.

Hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.

Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Bu gün Milli Mətbuatımızın üzərinə yeni missiya düşür - Vətən Müharibəsində əldə etdiyimiz Şanlı Qələbəmizi geniş təbliğ etmək. 

Milli Mətbuatımız daim dövlətə və dövlətçiliyə xidmət edib. 

Rayonumuzun yeganə mətbuat orqanı olan "Xocalının səsi" qəzeti də öz fəaliyyət prinsiplərini layiqincə yerinə yetirərək dövlətçilik yolunda qələmi ilə həmrəy olub. Milli Mətbuatımızın inkişafına öz töhfəsini verən "Xocalının səsi" qəzeti uğurlu fəaliyyət göstərərək rayon sakinlərinin güzaranını, gənclərimizin uğurlarını öz səhifələrində işıqlandırır. Respublikamızda baş verən əlamətdar hadisələr, Cənab Prezidentimizin apardığı daxili və xarici siyasət qəzeti səhifələrində geniş təbliğ edilir. Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında məqalələr, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr qəzetdə dərc edilir.

        İyul ayının 13-də "Xocalının səsi" qəzetinin 30 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasında toplantı keçirildi və qəzetin səmərəli fəaliyyətinə görə Diplomla təltif edildi. Əminik ki, yaxın vaxtlarda "Xocalının səsi" qəzeti Xocalıda işıq üzü görəcək.

Qalib Quliyev,

Xocalı rayon gənci

Paylaşın:

"Xocalının Səsi" qəzetinin kollektivinə və baş redaktoru Qalib Bəyməmmədoğluna

Sizi qəzetinizin çap edilməsinin 30 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Qəzetiniz keçən müddət ərzində həyata keçirdiyi “Qələmimizi süngüyə çevirək!” devizi altında Azərbaycanın 55-dən artıq rayonuna yayılmış Xocalı məktəbliləri qarasında keçirilən yazı müsabiqələri, rəsm sərgiləri və.s tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və qan yaddaşının qorunmasında mühüm rol oynamışıdr.

Söz və mətbuat azadlığının təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğv edilməsi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının silinməsi kimi fundamental tədbirləri müstəsna rolu olmuşdur. Həmçinin Xocalı soyqırımın dünyaya tandılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” şüarı ilə həyata keçirdiyi irimiqyaslı tədbirləri və dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması istiqamətində Azərbaycan dövlətinin apradığı sistematik uğurlu siyasətin bariz nümunəsidir.
Dövlət tərəfindən həyata keçirilən bu siyasətin mətbu orqanlarda işıqlandırılması da mühüm əhəmiyyət daşıyır. Arzu edirəm ki, qəzetiniz daim XOCALININ SƏSİ olsun və bütün dünyada Xocalıya ədalət çağrışlarının dəstəkçisinə çevriləsiniz!
Hörmətlə, Milli Məclisin Təbii ehtiyatlar, energetika
və ekologiya komitəsinin sədri, Sadiq Qurbanov

Paylaşın:

Qurban Bayramı xalqımızın ən müqəddəs bayramıdır

 


İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xətt İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürüldü. Prezident İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı.

Müsəlman bütün şəraitlərdə əvvəlcə dövlətini, içərisində yaşadığı cəmiyyəti və sonra özünü düşünməlidir. Hamımız çox yaxşı bilməliyik ki, bu vətən hər şeyi ilə bizimdir. 

Allah yolunda, Vətən və milləti müdafiə etmək üçün canını fəda edənlər şəhidlik, sağ qayıdanlar isə qəhrəmanlıq dərəcəsinə yüksəlmiş olurlar. Şəhidlik və qəhrəmanlıq peyğəmbərlərin dərəcəsindən sonra ən ali məqamdır. Çünki qəhrəman da şəhid olmaq amalı ilə hərb meydanına atılmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan vətən müharibəsində igid qəhrəman oğlanlarımız da öz canlarını fəda edərək, şəhidlik zirvəsinə ucalmış oldular.

Bu il keçirilən Qurban bayramı dövlətimiz və xalqımız üçün daha əziz və müqəddəsdir. Çünki 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı altında başlayaraq həyata keçirilən 44 günlük vətən müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğaldan azad edilmiş bütün torpaqlarımız da bu bayram geniş şəkildə qeyd olunacaqdır.

Akif Rüstəmov,

Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin tarix müəllimi

Paylaşın:

Müzəffər ordunun, qalib xalqın Qurban bayramı


        Bugünkü dünyada millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus günlər var. Bunlardan biri də dini bayramlarımızdan olan Qurban bayramıdır. Bayramlar sərhədləri, etnik sevincləri aşaraq dünya müsəlmanlarının ortaq sevinc günlərinə çevrilib. Hər kəs sevincini bölüşür, bir-birlərinin ziyarətinə gedir və təbrik edirlər. Bunlar bizim ortaq dəyərlərimizdir. 

     Sovet imperiyasının tərkibində yaşadığımız 70 il ərzində də xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmadı. Bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. Azərbaycan xalqı hələ sovet dönəmində bütün qadağalara baxmayaraq müqəddəs Qurban və Ramazan bayramlarını da qeyd edirdi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Qurban bayramı artıq dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu təsdiqləyir. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu qədim və müqəddəs bayram yüksək səviyyədə qeyd edilir, iş günü hesab olunmur

         Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!".

        Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xətt İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürüldü. 2005-ci il oktyabrın 31-də Ramazan bayramı günündə Bibiheybət pirini ziyarət edən dövlət başçısı bu müqəddəs ocağın tikintisinin 2-ci mərhələsinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verdi.  Prezident İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı.  Müqəddəs qəbirlərin sayına görə islam dünyasında 3-cü ziyarətgah olan Bibiheybətdə eyni vaxtda yüzlərlə insanın ibadət etməsi üçün bütün infrastruktur ən müasir üslubda quruldu. Müsəlman ələminin digər möhtəşəm ziyarətgahları kimi bu məscid-kompleksdə də muzey və kitabxana zəvvarların ixtiyarına verildi. Məscidin ətrafından keçən yol genişləndirildi. Təzəpir məscidi də Prezident İlham Əliyevin göstərişi ilə bərpa olundu. Burada aparılan təmir-tikinti işləri ilə şəxsən tanış olan dövlət başçısı bir əsrdən çox yaşı olan məscidin fasad və minarələrinin klassik görkəmini saxlamaqla bərpa olunması tapşırığını verdi. Ziyarətgahın ətrafında Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası, qonaq evi, habelə İlahiyyat Universitetindən ibarət bir neçə korpus inşa edildi.

       Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

    Bu gün Azərbaycanda bayramlar bir  başqa sevinc, bir başqa qürur hissi ilə qeyd olunur. Ulu ödərimiz Heydər Əliyev Qurban bayramı münasibətilə xalqı təbrik edərkən dediyi “doğma ocaqlarından didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıtmaları üçün bu müqəddəs bayram günlərində edilən arzu və niyyətlər gerçək olacaqdır” kəlməsinin reallığını yaşayırıq bu gün. Artıq 44 günlük müharibədən sonra Müzəffər Ordumuzun sayəsində xalqımız bayramı Vətən həsrəti ilə, “növbəti ildə İnşallah öz doğma yurdumuzda qeyd edək” arzusu ilə keçirməyəcək. Qürurlu, sevincli, qalib xalq olaraq tam fərqli bir mühitdə qeyd edəcək!

Bu sevinci bizə bəxş edən Azərbaycanın müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçmiş övladlarımıza bu mübarək bayramda Allahdan rəhmət diləyirik.                                  

Reyhanə İsgəndərova,                     

Xocalı rayon ziyalısı,

Paylaşın:

“Xocalının səsi” qəzetinin 30 illik yubileyi münasibətilə təbrik edirlər

Hörmətli Qalib müəllim,

Sizi və “Xocalının səsi” qəzetinin bütün əməkdaşlarını qəzetin ilk nüsxəsinin işıq üzü görməsinin 30 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.

Qəzetin yaranma tarixi bütövlükdə Azərbaycanda, Qarabağda, eləcə də Xocalıda erməni işğalçıları tərəfindən törədilən çox ağır ictimai-siyasi vəziyyətin gərginləşərək kulminasiya nöqtəsinə çatdığı bir dövrə təsadüf edirdi. Həmin dövr həm də Ümummilli lider Heydər Əliyevin 1987-ci ildə qatı ermənipərəst Mixail Qorbaçov tərəfindən Moskvada tutduğu yüksək vəzifədən - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılması, ermənilərin işğalçılıq niyyətlərini həyata keçirmələrinə şərait yaradılması kimi tarixə həkk olundu. Çünki Heydər Əliyev nüfuzu bütün erməni diasporuna qarşı təkbaşına vuruşurdu və bu nüfuz erməni vandallarını lərzəyə salan ən böyük baryer idi. Bu baryer indi də bütün gücü ilə yaşamaqdadır. M.Qorbaçovun və onun xanımı, erməni xislətli Raisa Maksimovnanın yaxın silahdaşlarından olan akademik Aqanbekyan 1987-ci il noyabrın 18-də Fransada çap olunan “Humanite” qəzetində Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsinə Mixail Qorbaçovun razılıq verdiyi haqqında məlumat dərc etdirmişdi. 

1988-ci ilin fevral ayının 12-də Xankəndidə bundan “ruhlanan” erməni terrorçuları “Miatsum” – Ermənistana birləşmə - mitinqinə başladılar. 1988-ci il sentyabrın 18-də çoxsaylı mitinq iştirakçıları Xocalıya hücum edərək evləri yandırmaq, əhalini öz doğma torpaqlarından qovmaq, qırmaq planlarını həyata keçirmək istədilər. Ancaq Xocalının igid oğlanları əliyalın olsalar da qəfil gələn bu hücumun qarşısını qəhrəmanlıqla ala bildilər. Xüsusilə, Xocalı sakini Yavər Əzimovun cəsarətlə irəli atılaraq mitinqçilərin önündə gələn və içi silahla dolu olan “Kamaz” markalı maşının sürücüsünü bir an içində tam mənada zərərsizləşdirməsi, mitinqçilərin şil-küt edilərək geri qaytarılmasında mühüm rol oynadı, bu qələbənin dayaq nöqtəsinə çevrildi. Bu qələbənin təmin olunmasında Xocalının 5 nəfərlik Komitə üzvünün – Elman Məmmədov, Eldəniz Allahverdiyev, Ələsgər Novruzov, Yavər Əzimov, Murad Şükürov tərəfindən seçilən düzgün taktika öz mükəmməl sözünü dedi, düşmən geri qaytarıldı. Həmin əlbəyaxa döyüş Xocalıda Xocalının Qəhrəmanlıq salnaməsinə çevrildi. Xocalıların qəhrəmanlıq şücaətini əks etdirən bu hadisə “İzvestiya” qəzetində ermənilərə yazıqlanmaq motivləri səpkisində yazılsa da, mətbuatda – Moskvanın mərkəzi qəzetinin səhifələrində dərc olunmuşdu.

Lakin, həmin dövrlərdə Xocalının, Qarabağın, bütövlükdə Azərbaycanın səsini beynəlxalq miqyasda eşidən yox idi. Belə bir çıxılmaz vəziyyətdə “Xocalının səsi” qəzetinin dərc olunması haqqında qərar qəbul edildi. Qəzetin ilk baş redaktorları bacarıqlı qələm sahibləri, vətənpərvər ziyalılar Sərdar Mehdiyev, sonra isə Qasım Qırxqızlı oldu. Onların rəhbərliyi altında uzun illər çox mühüm işlər yerinə yetirildi, Xocalının səsini dünyaya çatdırmaq, onun qədim tarixini, ermənilərin bu torpaqlara çar Rusiyası tərəfindən 1828-ci ildən başlayaraq İrandan və digər ölkələrdən Qriboyedovun rəhbərliyi altında köçürülmələrini və s. barədə sənədlərə əsaslanan tutarlı faktları qəzetin səhifələrində dərc etdirdilər. Bu istiqamətdə fəallıq göstərənlərdən biri də soyqırım gecəsində şəhidlik zirvəsinə yüksələn “İgidliyə görə” medalı ilə təltif edilən, Xocalının İcra Hakimiyyəti rəhbərliyində çalışan Şöhrət Usubov idi. O, akademik Ziya Bünyadovla sıx əlaqə saxlayırdı və onun kitablarına əsaslanaraq Qarabağın, Xocalının tarixi barədə “Xocalının Səsi” qəzetində ardıcıl yazılar dərc etdirirdi. Belə yazılar erməniləri çox qıcıqlandırırdı və onlar həqiqəti susdurmağa çalışırdılar.

1992-ci ildə erməni vəhşilərinin törətdikləri Xocalı soyqırımı bəşəriyyətə qarşı çevrilmiş ən ağır cinayət kimi tarixə düşdü. Belə ağır vəziyyətdə Xocalı ziyalılarını səfərbər etməyi bacaran general-polkovnik Ramil Usubov, MM-in deputatı Elman Məmmədov kimi rəhbər dövlət işçiləri soyqırımından təsadüfən sağ çıxan Xocalıların əsil xilaskarlarına çevrildilər. Bu istiqamətdə Şahmar, Elmar, Asif Usubov qardaşları, Məhəmməd Şükürov, Elçin Abışov, əməkdar həkimlər Eldəniz Allahverdiyev, Məmməd Nağıyev, Kamal Məmmədov, şair Yusif, Savalan, Cavid və Cahid qardaşları, Yavər Əzimov, əməkdar müəllim Murad Şükürov, Teymur Məmmədov, jurnalist Səriyyə Müslümqızı, şairlərdən Allahyar və Ələmdar Quluzadə qardaşları, Şahmalı müəllim, Ağamalı müəllim, Göyüş müəllim, Vidadi müəllim, Cəfər müəllim, fotoqraf Əliş İsmayılov, Sovet Allahverdiyev, Xocalının müəllimləri, tibb işçiləri və digər ziyalıları əl-ələ verərək qırğından, soyqırımından sağ çıxmış, üzülmüş Xocalılara dayaq oldular. Şəhidlik zirvəsinə yüksələn Əlif Hacıyev, Araz Səlimov, Ələsgər Novruzov, Tofiq Hüseynov, İnqilab İsmayılov, Füzuli Rüstəmov, Aqil Quliyev, Hikmət Nəzərli kimi övladlarımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər. Əyilməyən, sınmayan Xocalıların səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin və Şamil Sabiroğlunun rəhbərlik etdiyi “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin əməkdaşlarının da bu istiqamətdəki böyük xidmətləri danılmaz həqiqətlərdəndir. Onlar qələmlərini ən güclü ideya silahına, təbliğat və təşviqat silahına çevirərək Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının möhkəm dayaqlarından biri kimi Xocalı soyqırımının dünyaya çatdırılmasında da böyük fədakarlıqlar göstərdilər.

        “Xocalının səsi” qəzetinin fədakarlığı hazırda da sizin rəhbərliyiniz altında böyük uğurla davam etdirilir. İndi “Xocalının səsi” qəzetinin səsi daha gur səslənir. Buna zəmin yaradan əsas səbəb isə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Onun yaratdığı Müzəffər Silahlı Qüvvələrimizin, Vətən uğrunda tökülən qanları Üçrəngli Bayrağımızın al rənginə çevrilən Şəhidlərimizin qanı bahasına 27.09. – 10.11.2020-ci il tarixlərində, yəni,  44 gün davam edən Vətən Müharibəsi ərzində bütöv Qarabağ və ətraf rayonlar - 30 illik bir dövrdə erməni təcavüzündə, erməni işğalında qalan müqəddəs torpaqlarımız azad edildi. “Qarabağ Azərbaycandır!” nidası bütün dünyada vahid “Dəmir Yumruq!” timsalında öz əks-sədasını tapdı. Bu əks-sədanın yayılması sırasında “Xocalının səsi” qəzetinin də gur səsinin olması, hamı kimi, bizim də qəlbimizi qürur hissilə doldurur. 

        Qalib müəllim! “Əkinçi” qəzetindən başlayaraq “Xocalının səsi” qəzetinə qədər çatan yolunuz mübarək olsun. 

        İnanırıq ki, bundan sonrakı fəaliyyətiniz daha böyük uğurlar sahibi olacaq. Şuşanın azadlığı Xankəndinin, Xocalının, bütün Qarabağın azadlığı deməkdir. Dünya şöhrətli cənab Prezidentin səbrlə, təmkinlə zamanı çatanda hər şeyi öz sahmanına salaçağı heç kəsdə şübhə doğurmur. Cənab İlham Əliyevlə Türkiyənin Dövlət Başçısı cənab Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində imzaladıqları “Şuşa Bəyannaməsi”nin müddəaları bunu bir daha təsdiqlədi.

        , bundan sonrakı fəaliyyətiniz müharibələrə yox, sülhə, əmin-amanlığa, maddi-mənəvi quruculuq işlərinə həsr olunsun. 

         Sizi və rəhbərlik etdiyiniz redaksiya heyətinin bütün üzvlərini, bütün oxucuları bir daha “Xocalının səsi” qəzetinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edir, hər birinizə Ulu Tanrıdan möhkəm cansağlığı diləyir, gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Bu yolda şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin, vətənpərvərlik ideyası altında vuruşan igidlərimizin, qələm sahiblərimizin, sıravi insanlarımızın ruhu şad olsun – deyirik.

        Səmimi hörmət və ehtiramla:

        Şamil Sabiroğlu, 

         “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, medonline.az və Sabiroğlu.com saytlarının rəhbəri, “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018)” yubiley medalının təltifçisi, müharibə veteranı;

         Mübariz Allahverdiyev,

        Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri, tibb elmləri doktoru, professor, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri, Qarabağ Müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim; 

        Taryel Eyvazov,

        Azərbaycan Tibb Universitetinin dosenti, medonline.az saytının Redaksiya Şurasının sədri, Qarabağ Müharibəsi veteranı, AR Əməkdar həkimi, e.o.Tibb xidməti baş leytenantı.

Bakı, 30 iyun 2021-ci il.


Paylaşın:

Şuşa bəyannaməsinin imzalanması bölgədəki geosiyasi vəziyyəti də dəyişdi

 ​ ​

    27 sentyabr 2020-ci il tarixdə başlayan, Azərbaycanın şanlı zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi məşhur Şuşa Bəyannaməsi ilə yekunlaşdı. Bu bəyannamə, həmin vaxta qədər Qarabağ məsələsi ilə əlaqədar bütün Beynəlxalq sülh danışıqlarında özünü ipə-sapa yatmayan, təkəbbürlü, hər vəchlə öz şərtlərini Azərbaycana qəbul etdirməyə çalışan, Azərbaycandan daha çox ərazi əldə etməyə çalışan Ermənistanın kapitulyasiyası demək idi. Bəyannaməyə əsasən işğalçı Ermənistan ordusu bütövlükdə Azərbaycan ərazisini tərk edir, noyabr ayının 15-dən dekabr ayının 1-dək Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilirdi. Bəyannamənin bütün şərtləri, məlum olduğu kimi, vaxtlı-vaxtında yerinə yetirildi və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Şuşa bəyannaməsinin imzalanması bölgədəki geosiyasi vəziyyəti də dəyişdi. Artıq uzun illər Ermənistanın nazı ilə oynayan dünya birliyi ölkələri güclü Azərbaycan ilə hesablaşmağa və onun yanında olmağa başladılar. 30 ilə yaxın həm Azərbaycan üçün, həm də dünya ölkələri üçün ciddi bir problemə çevrilən Dağlıq Qarabağ problemi Azərbaycanın möhtəşəm zəfəri ilə tarixin arxivinə göndərilmişdi. Vaxtilə Azərbaycanın Qarabağda yaşayan bir ovuc erməni üçün təklif etdiyi ən yüksək özünüidarəetmə statusu da ermənilərin tutduqları qeyri-konstruktiv mövqe nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və şanlı Azərbaycan ordusunun şücaəti ilə tarixin zibilliyinə göndərilmişdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

         ​ İşğaldan azad edilən ərazilərə səfər edən dünya ölkələrinin nümayəndələri öz gözləri ilə erməni vandalizminin əyani şəkildə şahidi olur, eyni zamanda burada həyata keçirilən quruculuq işlərində Azərbaycana kömək etməyə hazır olduqlarını, bu yerlərə investisiya qoymaq niyyətində olduqlarını açıq şəkildə bəyan edirlər. İndi demək olar ki, dünya ölkələrini Dağlıq Qarabağ məsələsi deyil, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri, orada həyata keçirilən abadlıq-quruculuq işləri, düşmən tərəfindən dağıdılmış infrastrukturun bərpası məsələləri düşündürür. Hal-hazırda Füzuli və Şuşa şəhərləri arasında çəkilən zəfər yolu, Füzuli aeroportunun inşası, Zəngilanda aeroportun tikintisi, Zəngilanda 3 ağıllı kənd layihəsinin həyata keçirilməsi, Ağdam şəhərinin bərpasına başlanılması, Laçında Güləbird Elektrik stansiyasının istifadəyə verilməsi, Laçın aeroportunda tikinti işlərinə başlanılması, Suqovuşan Elektrik stansiyasının tikilib istifadəyə verilməsi, Toğana-Kəlbəcər yolunun tikintisi və digər quruculuq işlərinin həyata keçirilməsi tezliklə işğaldan azad olunmuş ərazilərdə həyatın tam şəkildə bərpa ediləcəyindən xəbər verir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Göründüyü kimi indi bölgədə geosiyasi vəziyyət köklü şəkildə dəyişmiş və bu geosiyasi məkanda Azərbaycan​ baş rol oyunçusuna çevrilmidir. İndi dünya ölkələrini bu coğrafiyada hansı isə ölkəni öz təsiri altında saxlamaq məsələsi deyil, bu ərazidən keçəcək Zəngəzur dəhlizi kimi beynəlxalq layihələrdən bəhrələnmək, iqtisadi səmərə əldə etmək məsələsi düşündürür. İndi bu məkanda dayanıqlı sülhün bərqərar olmasında bütün dünya ölkələri maraqlıdır. Bütün bunlar isə yaxın gələcəkdə bu coğrafiyanın dünyanın ən inkişaf etmiş bölgəsinə çevriləcəyinə əminlik yaradır.​ ​ ​ ​Aydın Əliyev,​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Şuşa Bəyannaməsi, Azərbaycanın tarixi təhlükəsizlik zəmanətidir


         “Elə cinayət var ki,  bağışlanmır, bu Vətənə  xəyanətdir”  Ə.H.Bəhmənyar.

            Azərbaycan xalqının tarixi,  qanlayazılmış, zamanın çətin  sınaqlarından üzü ağ çıxmışdır.  Düşmən qanlı, qorxunc yollara əl  ataraq bizim qürurumuzu ayaqlar  altında əzmək istəmişdir. Buna  nail  ola bilməmişdir.
        XIX-XX əsrlər türk xalqları  üçün göz yaşı, sürgün, qanlı  faciələrlə zəngin olmuşdur.  Daşnaqların böyük ermənistan  arzusu ilə bolşeviklərin çar  rusiyasını bərpa etmək planları  üstüstə  düşürdü,  ona  görədə,  Azərbaycanda  yaranan  milli  höküməti  susdurmağa  çalışırdılar.  Erməni və ruslar heç cür Azərbaycan müstəqilliyi  ilə  barışmaq  istəmirdilər,  yenə  vətənimizin  bu çətin anında  qardaş Türkiyə köməyə gəldi, əzəli  Azərbaycan  torpağından  Naxçıvan  ərazisinin  Azərbaycanın  tərkibində  qalmasında,  1921-ci  il  martın  16-da  imzalanan  Moskva  müqaviləsinin  və  1921-ci il  oktyabrın  13-də  Qarsda  imzalanan  müqavilədə    Naxçıvanın  Azərbaycan  ərazisi  olması  bir  daha  təsdiqləndi,  onun  sərhədləri  və  gələcək  taleyi  bir  daha  təsdiqləndi.  Bölgənin  azərbaycanlı  əhalisinin  və  qardaş  Türkiyə  dövlətinin  qətiyyətli  səyləri  nəticəsində  Naxçıvanın  Ermənistana  birləşdirmək  planları  puç  oldu.  
Birinci  Qarabağ  müharibəsindən  Azərbaycanın  torpaq  itkiləri  ilə  çıxması,  1992-ci ildə  mayın  8-də  Şuşanın  işğal  edilməsi  ilə  Azərbaycan  öz  tacını  itirdi.  
30 il ərzində ATƏT  və  digər  təşkilatlar  söz  oyunu  ilə  çalışırdılar  Azərbaycan  öz   itkiləri  ilə  barışsın.  Bu  məsələnin  hərbi  yolla  həlli  mümkünsüzdür  deyə  bütün  dünyaya car çəkirdilər.  Azərbaycanın  Ulu  Öndərinin  layiqli  davamçısı cənab İlham  Əliyev  ll Qarabağ  müharibəsi və 44  günlük  hərbi  əməliyyatlarla, bütün  dünyaya  sübut  etdi ki, biz  öz  torpaqlarımızı  azad  etməyə  qadirik,  bunu  bütün  dünyaya  sübut  etdik.  Həmişə  yanımızda  olan,  bizə  dar  gündə  əl  uzadan  qardaş  Türkiyə  və  onun  rəhbəri  R.T.Ərdoğan  Azərbaycana  qarşı  olan  diplomatik  hücumları  dəf  edərək,  bir  daha  Azərbaycanın  yanında  olduğunu  sübut  elədi.
2021-ci  il  iyun  ayında  Şuşada  imzalanan  bəyannamə  Şuşanın  və  bölgənin  təhlükəsizlik  qarantıdı.  Şuşada  aparılan  danışıqlar  onu  sübut  etdi  ki,  Türkiyə  beynəlxalq   aləmdə  həmişə   Azərbaycanın  yanında  olacaq,  heç  bir  qüvvə  Azərbaycanın tacın ondan ala  bilməz. Şuşa bəyannaməsi 100- ildən  sonra Tariximizin  bərpasıdır.  Bəyannamədə açıq  şəkildə  qeyd  olunur  ki, əgər  dövlətlərdən  birinin  ərazisinə  təhlükə  yaranarsa  o saat  iki  dövlət  məsləhətləşmələr  aparıb  birgə  hərəkətə  keçəcəklər.  Şuşada  uçurulmuş  binanın  önündə  belə  bir  sənədə  imza  atılması  bölgədə  gözü  olan   düşmənlərə  bir  daha  xəbərdarlıqdır  ki,  siz  nə  qədər  xarabalığa  çevirsənizdə  biz  onu  azad  edəcəyik.  Gələcəkdə  nələr  olacağını  zaman  göstərəcək.  Şuşa  Bəyannaməsi  düşmənə  göz  dağı  dosta  qələbə  müjdəsi  verdi. Türk oğlu türk çox  mümkünsüzləri mümkünə  döndərib.
Sabir QASIMOV,
Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi
Paylaşın:

"Xocalının səsi" qəzetinin əməkdaşları mərhum redaktor Qasım Qırxqızlının məzarını ziyarət ediblər

 

     "Xocalının səsi" qəzetinin 30 illiyi ərəfəsində Göygöl rayon Topalhəsənli kəndi yaxınlığındakı "Lüləli" qəbiristanlığında dəfn edilən mərhum redaktor Qasım Qırxqızlının məzarı "Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, qəzetinin ştatdankənar bölgə müxbiri Elxan Qurbanov, Qasım müəllimin oğlu Vüqar Qasımov tərəfindən ziyarət edildi.

Mərhum redaktor və yaxınlarının məzarı önünə gül dəstələri düzən tədbir iştirakçıları bütün dünyasını dəyişənlərə, şəhidlərimizə, o cümlədən doğma torpaq intizarı ilə dünyadan köçən həmvətənlərə Allahdan rəhmət dilədilər.

Çıxışlarda "Tərəqqi" medalı mükafatçısı Qasım Qırxqızlının 2000-2015-ci illərdə "Xocalının səsi" qəzetində redaktor kimi fədakar əməyindən və insani keyfiyyətlərindən söhbət açıldı. Vurğulandı ki, şair, yazıçı-publisist Qasım Qırxızlı Qarabağ həqiqətləri, Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında qəzetin səhifələrində və müəllifi olduğu kitablarda geniş məlumat vermişdir, erməni cinayətkarlığının faş edilməsi üçün var gücü ilə çalışmışdır. Bildirildi ki, Vətən Müharibəsində Qarabağ torpaqlarının düşmən tapdağından təmizlənməsi ilə Qasım müəllimin də ruhu şaddır. İndi "Xocalının səsi" qəzetinin səhifələrində Şanlı Zəfərimiz işıqlandırılır.
Paylaşın:

Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması Azərbaycanın gələcək inkişafı üçün önəmli layihələrdən biridir

 


        1 İyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ələt qəsəbəsinə tarixi səfər etmişdir. Ələt qəsəbəsi Azad İqtisadi Zona elan edilmişdir. Cənab Prezident buranı təsadüfi Azad İqtisadi Zona seçməmişdir. Ələt qəsəbəsinin ərazisində boş torpaq sahələrinin çox olması, bu torpaq sahələrinin  kənd təsərrüfatı üçün yararsız olması və Ələt qəsəbəsinin Bakı şəhərinə yaxın olması infrastruktur layihələrinin icrası üçün vacib şərtlərdən biridir. Bu baxımdan da Cənab Prezident doğru olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Ələt Azad İqtisadi Zonasını yaratmışdır. Bu layihə Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit - nəqliyyat dəhlizlərində mühüm rol oynayan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq, bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiya qoyuluşuna gətirib çıxaracaq. Dövlət başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoydu. Bu zonanın yaradılması ideyası bizim dövlətimizin siyasətidi. Son illərdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına xüsusi təkan vermişdir. Bu zonanın yaradılması yeni iş yerlərinin, yeni sahibkarlıqların yaradılmasına səbəb olacaqdır. Ölkəmizə yeni texnologiya gələcək, çox sayda  iş yeri açılacaq və yüzlərlə vətəndaşlarımız işlə təmin olunacaq, rəqabət qabiliyyətli məhsullar istehsal ediləcək və bizim qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək. Bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görürik ki,  ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə də burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biridir. Bu ideya çox müzakirə olunurdu. Ancaq bu  layihənin reallaşdırılması üçün düzgün vaxt seçilməli idi və həmin vaxt bu gün idi.

Vəsilə Quliyeva,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Pandemiyanın yaratdığı çətinliklər ölkə başçısının uğurlu siyasətinin nəticəsində ölkəmizin inkişaf dinamikasına az təsirlərlə ötüşür

 


         Dövlət başçımız cənab İlham Əliyevin uğurlu, dövlətimizin gələcək inkişafı və ölkə iqtisadiyyatının dayanıqlı inkişafina töhfə verəcək layihələrindən biri də iyulun 1-də təməlqoyma mərasimində iştirak etdiyi Ələt İqtisadi Zonasıdır. Bu iqtisadi zonanın yaradılması Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, ölkənin ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biridir. Pandemiyanın yaratdığı çətinliklər ölkə başçısının uğurlu siyasətinin nəticəsində ölkəmizin inkişaf dinamikasına az təsirlərlə ötüşür.

        Qeyri-neft sektoruna qoyulan vəsait daha çox dövlət büdcəsinin payına düşür, lakin yaradılan yeni zonada xarici şirkətlərin ölkəmizdə qeyri-neft sektoruna marağının və vəsait qoyma imkanlarının genişləndirilməsini görəcəyimiz qaçılmazdır. Bu isə yeni texnologiyaların, iş yerlərinin və yüksək əmək haqqı ilə ilə işləyən vətəndaşların rəqabətədavamlı məhsul istehsal edəcəyinə bir işarədir.

         Hələ 2018-ci ildən başlanan praktiki işlər 850 hektarlıq bir ərazinin Ələt İqtisadi Zonasının konsepsiyasının işlənməsinə təkan vermişdir. Ələt coğrafi quruluşuna görə infrastruktur layihəsin icrası üçün uğurlu ərazidir. Ölkəmizdən keçən Beynəlxalq dəhlizlər bu ərazidən keçir və bu müsbət cəhətdir. Azərbaycan əlverişli iqlimə malik olan və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəndir. Həmçinin peşəkar kadr hazırlığı olan, sabitlik və inkişafı göz önündə olan dövlət olmağımız bu layihənin də uğurla həyata keçirilməsinə inam verən əsas göstəricidir.

         Növbəti uğurlu layihələrin, iqtisadi inkişafın davamını işğaldan azad edilmiş ərazilərdə görəcəyimizdən əminik və dövlət başçımızın uğurlu siyasəti, Qarabağ bölgəsinə etdiyi səfərlər, qayıdış əzmi bizdə aydın və xoş gələcəyə nə qədər yaxın olduğumuzu hiss etdirir.

Ülviyyə Rəhimli, 

Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Tezliklə “Xocalının Səsi” Xocalıdan gələcək, Xankəndində eşidiləcək!

          

        Tək Xocalının və xocalıların deyil, Qarabağın haqq səsi olan “Xocalının Səsi” qəzetinin 30 yaşı tamam olur.                                        Qəzet 1991-ci ildə mürəkkəb hərbi-siyasi vəziyyətə fəaliyyətə başladı. Həmin dövrdə birinci Qarabağ müharibəsinin dəhşətlərini, erməni təcavüzünü və yalanlarını işıqlandıran qəzet bütün Qarabağda yaşayan azərbaycanlıların danışan dili idi. Xocalı soyqırımından sonra qəzetin fəaliyyəti çətinliklə də olsa bərpa edildi. “Xocalının Səsi” maddi-texniki çətinliklər içində Xocalı soyqırımını dünyaya hayqırdı.            

        "Xocalının səsi" öz missiyasına sadiq qalaraq Qarabağın tarixi, orada yaşayan türk xalqlarının etnoqrafiyası, ermənilərin Qarabağa sonradan köçürülmələri və əsasız torpaq idiaları, ermənilərin Azərbaycan ərazisinə təcavüzü və Xocalı soyqırımı haqqında həqiqətləri işıqlandırır. Eyni zamanda marifləndirmə işlərinin aparılmasında, gənc nəslə vətənpərvərlik idealarının aşılanmasında, yaradıcı gənclərimizin üzə çıxarılmasında və dəstəklənməsində böyük işlər görür. 

        Bir jurnalist kimi “ Xocalının Səsi” qəzet ilə tanışlığım 2011-ci ildə ümumrayon tədbirlərinin birində Qasım Qırxqızlının simasında oldu. Həmin gündən qəzetlə əməkdaşlığım başladı.       

        Xocalı faciəsindən təxminən iki ay sonra erməni vandalları mənim doğulduğum Kəlbəcər rayonunun Alaqaya kəndində də eyni əməlləri təkrarladılar. Odur ki, “Xocalının Səsi”nin ruhu ruhuma yaxın idi. “Xocalının Səsi” yaradıcılıq yolunda mənə milli-mənəvi ideoloji ruhu ilə fərqlənən başqa bir səmt verdi.

       Qəzetin redaktoru Qasım Qırxqızlı mənim üçün yaxşı dost və müəllim idi. İndi onu hörmət, ehtiramla anıram. Allah rəhmət eləsin.

       Bu gün “Xocalının Səsi” tamamilə dəyişib. Qəzet həm bədii yaradıcılıq, həm də dizayn-çapolunma texnikası baxımından inkişaf edib. Sosial platformalarda əhatəli, müasir standartlarda yayımlanır. Eyni zamanda qəzetin saytı yaradılıb, elektron versiyası fəalliyyət göstərir.

      Əvvəllər qəzetlər satıldığı qədər oxunulurdusa, hal-hazırda bu belə deyil. Yəni internet platformasına düşən hər bir informasiya anında dünyanın istənilən yerində oxunur və ya izlənir. Qarabağ tarixini, Xocalı həqiqətlərini dünyaya çatdırmaqda qəzetin elektron versiyasının əvəzsiz rolu var. Bütün bunlar isə qəzetin baş redaktoru Qalib müəllimin şəxsi zəhmətinin bəhrəsidir. 

       Qırx dörd günlük Şanlı zəfər yürüşündə “Xocalının Səsi” də informasiya müharibəsində öz sözünü dedi. Müharibədən sonra qəhraman oğullarımızın zəfər yolunun işıqlandırılması əsas mövzulardan olmuşdur. 

       Tezliklə “Xocalının Səsi” Xocalıdan gələcək, Xankəndində eşidiləcək!

       Qalib müəllim sizi və qəzetin bütün əməkdaşlarını 30 illik yubiley münasibətilə təbrik edirəm. Bol-bol yaradıcılıq uğurları arzulayıram. 

       Əziz qəzetimiz, 30 yaşın mübarək!...

Anar HÜSEYNOV,

"Xocalının səsi" qəzetinin keçmiş əməkdaşı,

Jurnalist

                                                                                                 


Paylaşın:

DİN Daxili Qoşunların mətbuat xidməti rəisinin təbrik məktubu

      

Hörmətli Qalib müəllim!

Baş redaktoru olduğunuz “Xocalının səsi” qəzetinin 30 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə sizi və redaksiya kollektivini ürəkdən təbrik edirəm.

Qəzet ötən dövrdə fədakar yol keçib, ölkəmizin dövri mətbuatında vətənpərvərlik məramı ilə fərqlənib, Qarabağ həqiqətlərinin yayılması və tarixləşməsində öz missiyasını uğurla yerinə yetirib. “Xocalının səsi” gördüyü işlərlə Azərbaycanın səsinə çevrilib. Qürurverici haldır ki, bu gün qəzetdə Qarabağ zəfərimizdən, doğma yurdlarımıza qovuşmağımızdan və qayıdışımızdan bəhs olunur. İnanırıq ki, yaxın müddətdə Xocalı həsrətimiz də sona çatacaqdır. Qalib xalq və dövlət olaraq gücümüz yenilməzdir.

Arzu edirəm ki, “Xocalının səsi” qəzetinin səsi-sədası doğma Xocalımızdan gəlsin! Sizə yaradıcılıq uğurları, cansağlığı və xoşbəxt həyat diləyirəm.

Hörmətlə, mayor Anar ƏHMƏDOV,

DİN Daxili Qoşunların mətbuat xidmətinin rəisi 

Paylaşın:

XOCALI POLİSİNİN QARABAĞ DÖYÜŞLƏRİNDƏN BU GÜNƏDƏK KEÇDİYİ ŞƏRƏFLİ YOL

        Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir.
 Ümummilli lider Heydər Əliyev
        Azərbaycan polisi 1988-ci ildən başlayan erməni millətçilərinin cinayət əməllərinə qarşı mübarizə aparmış, Qarabağ döyüşlərində rəşadət göstərərək, dinc sakinləri hücumlardan və əsir düşməkdən qorumuşdur. Erməni təcavüzü nəticəsində şəhər və kəndlərimiz işğala məruz qalır, talan edilir, həmyerlilərimiz faciələrlə üzləşirdi. Məlumdur ki, ordusuz bir respublikanın müdafiəsinə ilk öncə polislərimiz qalxmışdı. Azərbaycan polisi tək cinayət əməlləri ilə mübarizə aparmır, eyni zamanda ön cəbhədə düşmənlərə ağır zərbələr vururdu. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının ilk dəfə 11 nəfər şəhid olan polis əməkdaşına verilməsi təsadüfi deyil.  
        Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövətçiliyə sədaqət nümunəsidir.”
        
Xocalı rayon polisləri də torpaqlarımızın müdafiəsi uğrunda erməni quldurlarına qarşı şücaətlə döyüşmüş, öz canlarını sipər edərək yüzlərlə soydaşımızı düşmən gülləsindən, əsir düşməkdən xilas etmişdir. İşğalçı ermənilərin Xocalıya hücumları ara vermirdi və hər cəhdlərində layiqli cavabı alırdılar. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Xocalı aeroportunun komendantı Əlif Hacıyev, əməkdaşlardan Kamil Məmmədov, Asif Usubov, İlham Qarayev və digərləri hadisə yerinə gedərək 50-60 nəfər yaralını xilas edərək xəstəxanaya çatdırmışlar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ermənilərin törətdiyi cinayət əməllərinə tutarlı qarşılıq verilirdi.
        İrəvandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatdırılmışdı. Həmin təyyarələrlə ermənilər Xankəndinə hərbi sursat daşıyırdılar. Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə endirildi. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər. İşğalçılarla qeyri-bərabər döyüşlərdə 17 nəfər polis əməkdaşı da qəhrəmancasına şəhid oldu. Xocalı soyqırımında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi və Xocalı aeroportunun komendantı Əlif Hacıyevdir. Əlif Hacıyev qəhrəmanlığı ilə Azərbaycan xalqının qəlbində əbədi məhəbbət qazandı. O, düşmənə sübut etdi ki, Azərbaycanın qorxmaz oğulları torpaq uğrunda hər zaman öz canından keçməyə hazırdır.
        Millət vəkili Elman Məmmədov “Xocalının səsi” qəzetinə müsahibəsində bildirir ki, Xocalı şəhəri blokada şəaritində olarkən şəhərin müdafiəsini özünümüdafiə batalyonunun üzvləri ilə bərabər, polis əməkdaşları da qoruyublar. Xocalı Polisinin yaranma tarixi 1990-cı ilə təsadüf edir. Xocalı polisinin yaradılmasının məqsədi bədnam qonşularımızın, çörək, su verən əli kəsmək kimi nankorluq xisləti olan ermənilərin silahlı basqınlarının, torpaqlarımıza, soydaşlarımıza təcavüzünün qarşısını almaq idi.
        Xocalının müdafiəsində 29 nəfər hava limanının polisi, 50 nəfər isə Xocalı polisi dayanırdı. Aqil Quliyev və onun 21 nəfər döyüşçüsü ilə bərabər, ümumilikdə 300 nəfərə yaxın döyüşçü Xocalını müdafiə edirdi. Xocalı polisi yarandığı gündən son ana qədər qəh-rəmanlıqla torpaqlarımızın müdafiəsində iştirak edib. Xocalının işğalından sonra da təşkil edilən Xocalı polisi cəbhə bölgəsində səngərlərdə düşmənlərə qarşı mübarizəni davam etdiriblər. Bu gün də Xocalı polisi öz fəaliyyətini cəbhə bölgəsində davam etdirir. Xocalıda verdiyi şəhidlərdən başqa, Xocalının işğalından sonra da torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Xocalı polisi neçə nəfər şəhid verdi. Mən Xocalı polisinin fəaliyyəti ilə hər zaman qürur hissi duyuram.
        1990-1991-cü illərdə Azərbaycan Respublikasının DİN-də yaradılmış Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində 1-ci Rotanın Komandiri vəzifəsində çalışmış Elmar Hüseynov Xocalı aeroportunun mühafizəsində iştirak etmişdir. 1990-cı ilin noyabr ayında tabeçiliyində olan 1-ci Rotanın əməkdaşları və Xocalı aeroportunun Xətt Milis Bölməsinin əməkdaşları Əlif Hacıyev, Kamil Məmmədov, Bəxtiyar Aslanov, Asif Usubov ilə birgə Xocalı aeroportunun rus-erməni qoşunlarından azad edilməsini və aeroportda Azərbaycan bayrağının dalğalanmasını təşkil edib. O, “Xocalının səsi” qəzetində müsahibəsində xocalıların torpağa bağlılığından danışdı. Bildirdi ki, Xocalı tam mühasirə şəraitində olmasına baxmayaraq, xocalılar son günədək mübarizə apardılar, evlərini, torpaqlarını qorudular. Xocalı əhalisi çətin durumda yaşasalar da, biz döyüşçülərə daim mehriban münasibət göstəriblər və qayğı ilə yanaşıblar. Xocalı aeroportunda xidmət edən polislər də, başda Əlif Hacıyev olmaqla hər birisi qəhrəmancasına döyüşüblər.
        Xocalı polisi yarandığı ilk gündən erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Xocalı faciəsi zamanı xalqımıza qarşı törədilən soyqırım əməkdaşlarımızın gözünü qırmadı, əksinə onlar silaha sarılaraq Ağdam rayonunun Güllücə, Göytəpə, Qərvənd kəndləri uğrunda gedən döyüşlərdə yaxından iştirak etdilər. Qeyri-bərabər döyüşlərdə 26 nəfər polis əməkdaşı şəhid olmuş, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.
        Xocalı polisinin şəhidlik zirvəsinə ucalmış əməkdaşlarından fəxri adlarla təltif edilənlər var. Onlardan Əlif Hacıyev Lətif oğlu, İsmayılov İnqilab Ələkbər oğlu, Salahov Şakir Şamil oğlu, Əhmədov Natiq İlyas oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, Usubov Əlyar Kamran oğlu, Səlimov Mikayıl Bahadur oğlu “Azərbaycan Bayrağı” ordeninə, Bağırov Bəhmən Yaqub oğlu, İsmayılov Arzu Mətləb oğlu, Mehdiyev Cavanşir İsaq oğlu, Bağırov Elşən Həsən oğlu, Vəliyev Əli İmran oğlu, Əliyev Arif Xanlar oğlu “İgidliyə görə” medalına layiq görülüblər. Orucov Famil Əli oğlu, Novruzov Zakir Novruz oğlu “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
     XOCALILARIN FƏXRİ – POLİS ADINI ÖZ ŞƏRƏFLİ XİDMƏTİ İLƏ UCALDAN İNSAN
    Xocalının mərd oğullarından biri, Azərbaycanın ən uzun müddətli daxili işlər naziri olan,
hazırda Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi vəzifəsində çalışan general-polkovnik Ramil Usubovun xidmətlərini xüsusi vurğulamaq istərdik.
        1994-cü il aprelin 29-da Daxili İşlər Nazirliyində geniş müşavirə keçirən Ulu öndər Heydər Əliyev polis orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş qanunsuzluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şəxsi heyətdən yeni nazir təyin olunan Ramil Usubovun rəhbərliyi altında fədakarlıqla işləməyi, xalqa və dövlətə layiqincə xidmət göstərməyi, cinayətkarlığa qarşı daha barışmaz mövqe tutmağı tələb etmişdir.
        Ramil Usubov dahi şəxsiyyət Heydər Əliyevin ona olan etimadını doğrulda bildi. O, işlədiyi bütün dövrlərdə Azərbaycan dövlətinin sabitliyi, xalqımızın rifahı naminə yorulmadan öz vəzifə səlahiyyətlərini şərəflə yerinə yetirib.
         Azərbaycan polisi adını yüksək tutan Xocalı övladının xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O, Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və  əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur. 2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncam ilə “Şöhrət” ordeni ilə təltif edildi.
        Ramil Usubovun Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi Azərbaycan polisinə verilən yüksək qiymətdir. Onun qüsursuz xidməti, yüksək insani keyfiyyətləri, dövlətçiliyimizin möhkəmlənməsi naminə xidmətləri bizə qürur hissi yaşadır. Şübhəsiz Ramil Usubov daxili işlər orqanlarında çalışan bütün işçilərə, gənclərə əsl vətəndaş kimi nümunədir.   
PƏHLƏVAN XOCALI POLİSİ
         Xocalı polisləri dövlətçiliyə sədaqət ənənəsini daim möhkəm saxlayıblar. Xocalının öz peşəsinə vurğun, nizam-intizamlı polislərindən biri də Qəhrəmanov Məzahir Əhəd oğludur. Məzahir Qəhrəmanov 25 mart 1971-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1996-cı ildə Nəsrəddin Tusi adına Pedaqoji Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. 1994-cü ildən Xocalı rayon Polis Şöbəsinin əməkdaşıdır. 2016-cı ildən rəisin şəxsi heyətlə işi üzrə köməkçisi vəzifəsində çalışır. Polis polkovnik-leytenentı rütbəsindədir. Usta məharət dərəcəsinə layiq görülüb, qüsursuz xidmət etdiyinə görə III, II, I dərəcəli medallarla təltif edilib.

        Öz işinə məsuliyyətlə yanaşan Məzahir Qəhrəmanovu fərqləndirən cəhət onda ilahi qüvvənin verdiyi bir gücün, bacarığının olmasıdır. Fiziki görünüşdən cüssəli olan Məzahir 14 yaşından pəhləvanlıqla məşğul olur. O, yeniyetmə yaşlarından Xocalıda və ətraf rayonlarda öz gücünü, bacarığını nümayiş etdirib.
        Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2011-ci ildə Goranboy rayonu ərazisində xocalılar üçün salınmış Yeni Yaşayış massivinin açılışında Məzahir Qəhrəmanov pəhləvanlıq nümunələri nümayiş etdirib. Pəhləvan Məzahir polis işçilərinin peşə bayramlarında şəxsi heyət qarşısında müxtəlif pəhləvanlıq nümunələri ilə onların əhval-ruhiyyəsini artırır, fiziki cəhətdən sağlam olmağın üstünlüklərini gənc polislərə əyani şəkildə göstərir.
XOCALI POLİSİNİN BUGÜNKÜ FƏALİYYƏTİ
        Hazırda DİN-in müavafiq əmrinə əsasən, 2003-cü ildən Xocalı polisi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və əməkdaşlarımız öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xocalı rayon sakinlərindən digər rayonların polis orqanlarında xidmət edən çoxlu sayda əməkdaşlar var. Rayonumuzda demək olar ki, hər bir ailənin polis orqanları ilə bağlılığı var, yəni çoxlu sayda gəncimiz polis orqanlarında xidmət aparır.
        Hal-hazırda Xocalı Rayon Polis Şöbəsində 10 veteran polis xidmət edir.
Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin tam təmin edilməsi, ictimai qaydanın qorunması və ən əsası baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Xocalı rayon polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi inşa olunub. Bu polisin iş şəraitini yaxşılaşdırmaqla vətəndaşların müraciətlərinin operativ araşdırılmasına da şərait yaradıb.
        Xocalı rayon Polis Şöbəsinin şəxsi heyəti Vətən Müharibəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərib, arxa cəbhəmizdə xalqımıza dəstək oldu. 44 gün davam edən haqq savaşımızda erməni faşizmi Xocalı Rayon Polis Şöbəsinin inzibati binasını da hədəf aldı. Xocalı polisi əməkdaşlarından bəziləri doğma Xocalının Çanaqçı və digər kəndlərində xidmət aparırlar. İnanırıq ki, yaxın vaxtlarda Xocalı rayon Polis Şöbəsi doğma Xocalıya köçürüləcək və polislərimiz fəaliyyətini Xocalıda davam etdirəcək. 
    Qalib BƏYMƏMMƏDOĞLU,
  “Xocalının səsi” qəzetinin redaktoru

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi