Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır



         İndiyədək 7200 müharibə əlili avtomobilə təmin olunub. Cari ildə isə 160 avtomobilin verilməsi nəzərdə tutulub.

         Kompleks ərazisində 280 yerlik uşaq bağçası da inşa olunub. Uşaqların xoşbəxt böyüməsi, onlarıb həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması işinə Azərbaycan dövləti daimi xüsusi diqqət göstərir.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə məlumat verdilər.

 1997-2021-ci illərdə şəhid ailələrinin üzvülərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezidentin bu il imzaladığı Sərancamla 2021 -2025 ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

 7 ayda 52 min nəfər işlə təmin edilib, 7 min 200 nəfər isə ictimai 

işlərə cəlb edilib, 26 min 200 nəfər reabilitasiya xitməti göstərilib.

Emin Əhmədov,

Xocalı Şəhər 5 saylı tam orta məktəbin təşkilatçı müavini

Paylaşın:

Zəfər qazanan qüdrətli Azərbaycan ordusunun hərbiçilərinə, qazilərinə daim diqqət və qayğı göstərilir

 


        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin vı avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

    Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.

         Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində

 şəhidlik zirvəsinə ucalanların ailə üzvülərinə, Zəfər qazanan qüdrətli Azərbaycan ordusunun hərbiçilərinə, qazilərinə daim diqqət və qayğı göstərir. Vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsini, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən komleks tədbirlər buna bariz nümunədir.

Arif Miriyev,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Qarabağ müharibəsində əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət daim qayğı və diqqət göstərir

         İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Hərbiçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq - iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Müharəbə dövründə bir dənə də fərari olmamışdır. Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır. Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax budur bizim nailiyyətimiz. Amma bizim bir nəfər də olsun döyüş meydanından qaçmadı. İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirlidi, arzularımız reallığa çevrildi. Qarşımıza qoyduğumuz hədəf minimum itkilərlə çatdıq.                               Biz üç minə yaxın şəhid vermişik. Biz düşmənləri torpağımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə də üç minə yaxın şəhidimizin həyatdan getməsi əlbəttə böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan məlumata əsasən onların itkiləri ən azı       7-8 mindir. Bu bir daha onu göstərir ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir. İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət daim qayğı və diqqət göstərir. Bildiyimiz kimi son illər ərzində ölkəmizdə genişmiqyaslı özünəməşğulluq proqramı icra edilir. Bu proqrama cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni bu da daim diqqət mərkəzində olan məsələdir. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbiçilərimiz üçün ən müasir protezlər sifariş verilmişdir və bu protezlər artıq quraşdırılır. Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər 8400 nəfərə müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Mənzillərin şəraiti çox müsbətdir, çox yaxşıdır, işıqlı və genişdir. 620 nəfərlik məktəb, uşaq baxçası fəaliyyətə hazırdır. Yəni burda rahat yaşamaq üçün bütün imkanlar vardır. Burda şəhid ailələri Qarabağ qaziləri yaşayacaqlar. 

        Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərir. Bunu təsdiqləyən rəqəmlər sözdə yox, əməldə özlüyündə bunun göstəricisidir. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. On min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə və fərdi evlərlə təmin olunub. Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkədə iqtsadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyəvin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb, əksinə ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan ölkə olaraq Prezidenti ilə vətəndaşlarının həmrəyliyi birliyi ilə dünya arenasında öz sözünü deyib və özünü doğruldub.

Arzu HACIYEVA,

Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycan xalqının xeyirxah, humanist, mərhəmətli, siyasətçi, qadın lideri - Mehriban xanım Əliyeva

          Müstəqil Azərbaycan  Dövlətinin hər bir sahədə inkişafında öz təşəbbüs və ideyaları ilə cəmiyyətdə daim xalqımız tərəfindən dəstəklənən, Prezident Cənab İlham Əliyevlə çiyin-çiyinə çalışan, Mehriban  xanım Əliyeva həm də insanlara  qarşı göstərdiyi humanist və  xeyirxah əməlləri ilə də böyük hörmət və nüfuz sahibi kimi  fərqlənmiş, siyasətdədə öz layiqli yerini tutmuşdur.

        Mehriban xanım Əliyeva  müsahibələrinin birində qeyd  edir “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət  və  ambisiya mənim üçün heç vaxt  aparıcı motiv olmayıb. Əsas  məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən".

          Azərbaycan  cəmiyyətində  müasir  siyasət   dünyasının  görkəmli   qadın  liderləri  sırasında  Azərbaycanın  Birinci   vitse-prezidenti  Mehriban  xanım  Əliyeva  Ölkəmizdə  çox  böyük  uğurla  qarşılanan  ideya  və  təşəbbüsslərin  müəllifidir.

Azərbaycanın  görkəmli   ziyalı  ailəsində  böyüyüb  təhsil  alan  Mehriban  xanım  Əliyeva  həm  də Ümummilli lider Heydər    Əliyev məktəbində bilik  və təcrübəsini  dahada  zənginləşdirərək,  Prezident  Cənab  İlham  Əliyevin  həyat  yoldaşı  olmağı  ilə  yanaşı  Dövlətimizin  inkişafında  Prezident  Cənab  İlham  Əliyevlə  çiyin-çiyinə  çalışmış,   peşəkar  diplomat  qadındır.

Hər  tərəfli   biliyə   malik   Mehriban  xanım  Əliyevanın  təşəbbüsü   sayəsində   1995-ci  ildə  Azərbaycan  Mədəniyyət  Fondu  təsis  edilmişdir.

Mehriban  xanım  Əliyeva  Azərbaycan  mədəniyyəti   tarixinin  nümunələrini  planetin  ən  ucqar  güşələrinə  belə  çatdıra  bilmişdir. Onun  elm,  təhsil,  mədəniyyət  və  idman  sahələrinin  inkişafına  yönəlmiş  fəaliyyəti, ölkədəki  quruculuq  proseslərində  yaxından  iştirakı  ciddi  elmi  əsaslara  söykənir: Mehriban  xanım  ölkə   daxilində  və  xaricdə  keçirdiyi  görüşlərdə  dərin  biliyə, geniş  erudisiyaya  malik  olduğunu  hər  dəfə  yüksək  səviyyədə  nümayiş  etdirir.

        Mehriban  xanım  Prezidentimizin  gördüyü  işlərə  davamlı  dəstəyi  ilə  həyata  keçirilən  siyasətə  töhfələri  ilə  bu  inamı  daha  da  qüvvətləndirir;  xalq-dövlət  münasibətlərinə  pozitiv  ruh  gətirir.

           Mehriban  xanım  Əliyevanın  ölkəmizin  ictimai-siyasi  və  mədəni  həyatında  rolu  mühüm, xidmətləri  danılmazdır.

Mehriban  xanım  Əliyeva  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri , Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondunun  sədri, Azərbaycan  Gimnastika  Federasiyasının  prezidenti, “Azərbaycan –İrs” jurnalının  redaktoru   və  Azərbaycan  Respublikasının  Birinci  Vitse-prezidentdir.

Azərbaycan  Respublikasının  Prezidentinin  21  fevral  2017-ci  il  tarixli  sərəncamı  ilə  Mehriban  Əliyeva  Azərbaycan  Respublikasının  Birinci   vitse-prezidenti   təyin  edilib  və  təyin  edildiyi  vaxtdan  bu  günədək  Mehriban  Əliyevanın  bu  günkü  ictimai   fəaliyyəti   Prezident   İlham  Əliyevin  uğurla   həyata  keçirdiyi  ümummilli  siyasətin   ayrılmaz   hisəssidir.

Mehriban  xanım  Əliyevanın  adı  müasir  dünyanın  lider  qadınlar  sırasında  çəkilir.Çox  şaxəli  fəaliyyətinin  nəticəsində  Mehriban  xanım  Ölkəmizin  xaricdə  tanıdılmasında,  mədəniyyətimizin  təbliğində  yorulmaz  fəaliyyət  göstərərək, Dövlət  siyasətinin  xaricdə  həyata  keçirilməsində   böyük    töhfələri ilə Dövlətimizlə  dostluq  əlaqələrinin qurulmasında   yadda  qalan  olmuşdur.

          Mehriban  xanım  Əliyevanın rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondu   da  öz  növbəsində   bütün  bu  sahələrdəki  lahiyələrin  həyata  keçirilməsinə, xüsusilə  də  dünya  standartlarına  cavab  verən  və  ən müasir informasiya-kommunikasiya  texnologiyaları  ilə  təhciz  olunmuş  məktəblərin, baxçaların, tikintisinə  azərbaycançılıq  məfkurəsinin bərqərar  olunmasına,  milli-mənəvi   dəyərlərin  qorunmasına,  böyüməkdə  olan  gənc  nəslin  sağlam,  hərtərəfli  biliyə  malik,  layiqli   vətəndaş,  gələcəyin  mütəxəsisi  kimi  yetişməsinə  yardım  edir.

        Azərbaycanın  qədim  və  çağdaş  mədəniyyətinin, incəsənətinin milli   musiqi  sənətinin  dünyada  təbliğ  olunmasında  Mehriban  xanımın  UNESCO-da  xoşməramlı  səfir  təyin  olduğu  vaxtdan  misilsiz  xidmətləri  ilə  seçilmiş, milli-mənəvi  dəyərlərmizin,  qədim  mədəniyyət  nümunələrmizin  UNESCO-nun  qorunmaqda  olan  İrs  siyahısına  daxil  edilməsində  fəal  iştirak  etmişdir.

        Azərbaycanın  birinci  xanımı  Heydər  Əliyev  Fondunun  prezidenti, YUNESKO  və  İSESKO-nun   xoşməramlı   səfiri,  Birinci  vitse-prezident   Mehriban  xanım  Əliyevanın  həyata  keçirdiyi   möhtəşəm  işləri,  reallaşdırdığı  qlobal  lahiyələri  ortaq  bir  xətt  birləşdirir  - humanizm,  insanspərvərlik, mərhəmət. Bu  ali  mənəvi  keyfiyyətlər   Mehriban  xanım  Əliyevanın  siyasi  portiretinin  ən  ümdə  və  ülvi  cizgiləridir.

Azərbaycanın  birinci  xanımı  çıxışlarında  vurğulayır  : “Müasir  dünyada  hər  bir  ölkənin  inkişafı,  onun  dünya  birliyinə  inteqirasiyası   üçün  təhsilin  rolu   əvəzsizdir. Məhz  buna  görə  Heydər   Əliyev  Fondu  yarandığı  ilk  gündən  təhsilə  yardımı  öz  fəaliyyətinin  pioritet  istiqaməti  elan  etmişdir “.

        Həm  dünyanı  cənginə  almış  Koronovirus  (Covid-19)  pandemiyası  dövründə  həmdə  ki,  44  günlük  Vətən  müharibəsi  dövründə  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevanın  çağrışları  və  xeyirxah  təşəbbüsü  sayəsində  minlərlə  ailələrə  Heydər  Əliyev  Fondu  tərəfindən  maddi  yardım  göstərilmiş, vətəndaşlarmıza  maddi-mənəvi  dəstək  göstərilmişdir.

II  Qarabağ   müharibəsində  Müzəffər  Ali  Baş  Komandan  Prezident  Cənab  İlham   Əliyevin  və  rəşadətli  Azərbaycan  Ordusunun  əldə  etdiyi   Zəfərdən  sonra  Prezident  Cənab  İlham  Əliyev  və  Birinci  vitse-prezident   Mehriban  xanım  Əliyeva  tez-tez  işğaldan  azad  olunmuş  torpaqlarmıza  səfəri  təşkil  olunur.İşğaldan  azad  olunmuş  torpaqlarmızın  yenidən   dirçəldilməsində  Mehriban  xanımın  təşəbbüsü  ilə  Heydər  Əliyev  Fondu  tərəfindən  Şuşa  şəhərində  qədim  tarixə  malik  olan mədəniyyət  nümunələrmiz,  məscidlər, tarixi mədəni-abidələrmiz yenidən   bərpa olunur.

         Azərbaycan  Respublikasının  Birinci  vitse-prezidenti , Heydər  Əliyev  Fondunun  rəhbəri, UNESCO  və  ISESCO-nun  xoşməramlı  səfiri  və nəhayət, Azərbaycanın  Birinci xanımının adı, heç şübhəsiz  ki, bundan  sonra  da müasir dünyanın görkəmli lider qadınları sırasında ön sıralarda olacaq, ictimai statusu və uğurları onun  uğur hekayəsinin zənginləşməsinə, siyasi nailiyyətlərinə  yeni-yeni  parlaq  səhifələr  açacaq.

        Azərbaycan xalqının qəlbində, yaddaşında öz xeyirxah fəaliyyəti, insansevərliyi  və humanistliyi ilə əbədi qalacaq xoşməramlı misiyyaları  ilə kiçikdən-böyüyə hər bir  vətəndaşın sevgisini qazanmış   Birinci  vitse-prezident  Mehriban  xanımı  qarşıdan  gələn  ad  günü  münasibətilə  təbrik  edirik,  xalqımızın lider qadınına  can  sağlığı  və  uğurlu  fəaliyyət  arzulayırıq!.

Ceyran Quliyeva,

Xocalı rayon Qaragav kənd tam  orta məktəbin müəllimi

Paylaşın:

Azərbaycan qadınının qəhrəmanlıq salnaməsini davam etdirən Mehriban xanım

 


        Tarixin bütün mərhələlərində qəhrəman Azərbaycan kişisinin yanında, ona arxa-dayaq duran, ona ruh verən, yeri gələndə onunla çiyin-çiyinə vuruşan, öz həyat yoldaşına hədsiz sədaqət nümunəsi göstərən Azərbaycan qadını olmuşdur. Eyni zamanda tarixdə şanlı izlər buraxmış Azərbaycan qadınları da yox deyildir. Belələrinə misal olaraq Azərbaycan hökmdarı Uzun Həsənin anası, dövrünün ilk diplomat qadını Sara xatunu, İran hökmdarı Keyxosrovun başını kəsib qan tuluğunda boğan Tomrisi və bu kimi onlarla qəhrəman Azərbaycan qadınlarını qeyd etmək olar.​ Azərbaycan qadınının qəhrəmanlıq salnaməsini bu gün ölkə başçımız İlham Əliyevin həyat yoldaşı, ölkənin Birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, Azərbaycan Respublikası Gimnastika Federasiyanın Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin Birinci müavini, UNESCO-nun və İSESCO-nun Xoş Məramlı Səfiri Mehriban xanım Əliyeva davam etdirməkdədir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Göründüyü kimi Mehriban xanım Əliyevanın bütün fəaliyyəti Azərbaycanın dünya miqyasında tanınmasına, ölkənin daxili və xarici siyasətinin mükəmməl şəkildə həyata keçirilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yardımçı olmağa köklənib. Mehriban xanım Əliyeva beynəlxalq müstəvidə də bir çox xeyriyyə işlər də həyata keçirir. Buna misal olaraq Pakistan İslam Respublikasında inşa edilmiş məktəbi, Fransada, Rusiyada və dünyanın bir çox ölkələrində həyata keçirilən layihələri göstərmək olar. Bütün bu görülən işlər birmənalı olaraq Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

         Ötən ilin sentyabr ayında başlayan ikinci Qarabağ müharibəsində də Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə mənfur düşmənə qarşı mübarizədə daim Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduğunu öz əməli fəaliyyəti ilə nümayiş etdirdi. Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonrakı quruculuq işlərində də ölkənin 1-ci xanımı Mehriban Əliyevanın yorulmadan, usanmadan çalışması göz qabağındadır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       

         Hal-hazırda işğaldan azad edilən torpaqlarda geniş miqyaslı quruculuq işləri aparılır. Həmin ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir. Müxtəlif ərazilərdə yollar çəkilir, elektrik stansiyaları tikilir, hava limanları, yaşayış məntəqələri inşa edilir və həmin işlərə birbaşa ölkə rəhbəri cənab İlham Əliyev özü nəzarət edir. Belə ki, cənab İlham Əliyev tez-tez azad olunmuş ərazilərə səfər edir, görülən işlərin vəziyyəti ilə yaxından maraqlanır. Bütün bu səfərlər zamanı Mehriban xanım onun yanında olur, onu müşayiət edir. Hətta bəzən Prezident İlham Əliyev yarızarafat, yarıgerçək qeyd edir ki, mənim bu səfərlərimi Mehriban xanım tarixin yaddaşına köçürür.​ ​Meriban xanım Əliyeva ölkə Başçısı cənab İlham Əliyevin ən yaxın, ən etibarlı, ən sadiq silahdaşıdır. Onlar öz həyatlarını Azərbaycanın inkişafına, Azərbaycan insanının daha yaxşı yaşamasına həsr etmişlər. Bu yolda cənab İlham Əliyevə, onun sadiq silahdaşı Mehriban xanım Əliyevaya uğurlar diləyir, ölkəmizin çiçəklənməsi naminə yorulmadan fəaliyyət göstərmələrini arzu edirəm.

Ramil Qarayev,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Qalib Lider Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərdən ermənilərə növbəti mesajı

 

        Azərbaycan Prezidenti İlham Əliyevin qalib Lider kimi Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında ölkəmizin prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar verdi. Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir.

        27 sentyabr 2020-ci il tarixindən başlayaraaq ölkə prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Müzəffər Ordumuzun gücü sayəsində 44 günlük davam edən “Dəmir Yumruq” əməliyyatı işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı “yenilməz erməni ordusu” mifini də darmadağın etmiş oldu.

        Ölkə prezidenti öz çıxışında Azərbaycanın əzəli torpaqları olan Zəngəzur, Göyçə, İrəvan torpaqlarında ermənilərin məskunlaşmasından danışaraq həmin ərazilərin Azərbaycan dilində adlandırılmasının vacibliyini də diqqətə çatdırdı.

Kəlbəcər rayonu Azərbaycanın strateji mövqedə yerləşən, təbii və zəngin sərvətlərə malik olan ərazisidir. 30 il müddətində ermənilər və onlara himayədarliq edən ölkələr Kəlbəcər İstisuyunu, qızıl yataqlarını və zəngin meşələrini talayaraq, bundan gəlir mənbəyi kimi istifadə etmişdirlər. 

     Prezident İlham Əliyev səfər zamanı, həmçinin Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı. Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı bu şirkətlərin iki yolu olduğunu – ya təzminat ödəyəməli olduqlarını, ya da beynəlxalq məhkəməyə veriləcəklərini vurğuladı. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir.

        Yol infrastrukturunun yenidən qurulması, Füzuli şəhəri və Laçın rayonlarında aeroportların inşa edilməsi, işğaldan azad edilmiş torpaqlarımızda abadlıq və quruculuq işlərinin sürətlə aparılması məcburi köçkünlərin yaxın vaxtlarda öz doğma yurd-yuvalarına qayıdacağına töhfə verəcəkdir.

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

İşğaldan azad olunmuş torpaqlarımıza Ali Baş Komandanımızın hər səfəri, orada üçrəngli bayrağımızı ucaltmağı bizi olduqca qürurlandırır

     

   44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya sübut etdi. 44 günlük davam edən haqq savaşında cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz nümunəsi idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verdi. 

Bir zamanlar xəyalını qurduğumuz yurd yerləri artıq bizimdir. Artıq Şuşa, Laçın, Ağdam, Kəlbəcər və s. rayon sakinləri öz doğma ata - baba yurdlarına səfər edir, 30 illik Vətən həsrətinə son qoyurlar. 

Cənab Ali Baş Komandanın və Birinci Xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri, mühüm tədbirlərdə iştirakı bizə növbəti dəfə böyük sevinc hissi yaşatdı. İşğaldan azad olunmuş torpaqlarımıza qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi hər səfəri, orada üçrəngli bayrağımızı ucaltmağı bizi olduqca qürurlandırır. Biz doğma tarixi torpaqlarımıza Prezidentimizin uzaqgörən siyasəti, möhkəm iradəsi, qətiyyəti sayəsində qovuşduq. 

Cənab Prezidentimizin səmimiyyəti həmişə xalqımızın motivasiyası olub. Xüsusilə Kəlbəcərdə arıçılarla səmimi söhbətini hər kəs maraq və rəğbətlə qarşıladı. Səfər zamanı təməlqoyma, açılış mərasimləri, orada mənfur düşmənlərə ünvanladığı mesajlar qəlbimizdəki fəxarət hissini daha da artırdı. Cənab Prezidentin və Ölkəmizin vitse-prezidenti Mehriban xanım Əliyevanın belə səfərləri biz Azərbaycan vətəndaşlarına güc, qüvvət, stimul  verir. 

Azərbaycan xalqının çoxillik arzularını həyata keçirdiyi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi üçün Prezidentimizə bir ömür boyu borcluyuq. 

 Sevda MƏMMƏDOVA,

Xocalı rayonundan məcburi köçkün 

Paylaşın:

Xocalıların müvəqqəti məskunlaşdıqları qəsəbədə şəhidlərimizin xatirəsinə inşa edilən abidə-bulağın açılış oldu

       Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin girişində salınmış Bayraq Meydanı qarşısında şəhidlərimizin xatirəsinə inşa edilən abidə-bulağın açılış mərasimi oldu.

        Şəhid ailələrinin təşkilatçılığı, Xocalı rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə inşa edilən abidə-bulağın açılışında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Elman Məmmədov, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin bir qrup üzvləri və şəhid ailələri iştirak etdilər.

        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, xalqımızın Qarabağı yağı tapdağından azad etmək arzusu və amalı 44 günlük haqq savaşımızla yerinə yetdi. Canlarını Vətən uğrunda fəda edən igid oğullarımız adlarını qızıl hərflərlə tarixə yazdılar. Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Bu gün açılışını etdiyimiz ehsan bulağı şəhid ailələrinə mənəvi təskinlik verən ziyarət yerlərindən biridir.

        Sonra abidə-bulağın açılış mərasimi oldu. Ehsan bulağı üzərinə gül dəstələri düzüldü, şəhidlərimizin xatirəsi ehtiramla yad edildi.

        Rayonumuzun rəhbəri Şahmar Usubov çıxışında bildirdi ki, Vətən Müharibəsinin başlanması ilə milli qürurumuz qorundu, həmin fəxrli anı bizlər yaşaya bildik. Azərbaycan 300 ildir ki, torpaq itiri-itirə tarixin yeni səhifələrini varaqlayırdı. Ancaq son Zəfər yürüşü bizi məğlub damğasından qurtardı. Bu qələbəni bizə igid oğullarımız, şəhidlərimiz qismət etdi. Azərbaycan xalqı şəhidlərimizi böyüdən, boya-başa çatdıran, vətənpərvər ruhda oğullar yetişdirən valideynlərə daim borcludur. Ona görə borcluyuq ki, onlar bizə doğmalarından əziz tutduqları ata-baba torpaqlarımızı, keçmiş qəbiristanlıqlarımızı qaytardılar. Bizim qalib xalq kimi yaşamağımıza səbəb oldular.

        Daha sonra çıxış edən millət vəkili Elman Məmmədov qeyd etdi ki, Xocalı bütövlükdə şəhid rayonudur, Xocalı şəhid şəhərdir. 1988-ci ildən bu günə qədər Xocalının yeddi yüzə yaxın şəhidi var. Biz belə abidələrdən doğma Xocalıda ucaldacağıq. Xocalının hər kəndində, hər küçəsində belə gözəl abidələr inşa edəcəyik. Neçə-neçə şəhidlərimizin meyiti Xocalıda meşələlərdə, düzlərdə qaldı. Onların ruhları onda rahatlıq tapacaq ki, biz o yerləri dəşməndən təmizləyəcəyik, doğma Xocalımıza qayıdacağıq. Bu dalğalanan Azərbaycan Bayrağının üzərində Qalib Azərbaycan Bayrağı sözü var. Bizim hər birimizin adında Qalib Azərbaycan vətəndaşı sözü var.

        Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı Şəhriyar Quliyev Şanlı Qələbəmizə xalqımızın Ali Baş Komandanın, Orudumuzun yanında olması, igid oğulların hünəri sayəsində nail olduğumuzu vurğuladı. Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığından danışdı.

        Şəhid atası Kamran Nəsirov şəhid oğlu ilə və torpaq uğrunda canlarından keçən bütün şəhidlərimizlə fəxr hissi duyduğunu dedi. Vətən Müharibəsi ilə milli ideologiyamızın böyük uğurlar qazandığını diqqətə çatdırdı.

         Şəhid ailələri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.


















Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi