Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Prezident İlham Əliyevin müsahibəsinə nəzər saldıqda insan nə qədər fəxr və qürur hissi keçirdiyini cümlələrlə izah edə bilmir

         Azərbaycan Respublikası vətəndaşı olaraq bu məqaləni böyük fəxr və qürür hissi ilə
yazıram. Çünki illərdi bu günü gözləyən 10 milyon insanın bu gün bu məqalə haqqında yazmağı hər kəsin aruzusu idi. Bu günümüz üçün isə başda ölkə başçımız İlham Əliyevə, bütün hərbiçilərimizə və türk qardaşlarımıza öz minnətdarlığımızı bildiririk. Elə müharibə dövründə də hər an ölkəmizin yanında olub əlindən gələn bütün dəstəklərini əsirgəməyən bir millət iki dövlət şüarını gerçəkləşdirən Türkiyəmiz bugünkü gündə də bizim xalqımızın hər an yanındadı. Müharibə dövründə də türk jurnalistləri hər an döyüş bölgəsindən kadrlar əldə edib bütün dünyaya göstərirdilər. İlham Əliyevin bu növbəti müsahibəsi də Türkiyənin CNN kanalına olmuşdur. İlham Əliyev o şəxsiyyətlərdəndir ki, 30 ildir işğal altında olan torpaqları 44 gün ərzində işğaldan azad etmişdir. Prezident İlham Əliyevin bu müsahibəsinə nəzər saldıqda insan nə qədər fəxr və qürur hissi keçirdiyini cümlələrlə izah edə bilmir. Amma bu fəxr və qürur hissi ilə yanaşı, bir o qədər namərd düşmənlərimizə qarşı nifrət hissi oyanır. Çünki İlham Əliyevin müsahibəsinə qulaq asdıqda ermənilərin nə qədər qorxaq, gücsüz bir millət olduğunu görürük. Müsahibədə İlham Əliyev qeyd edir ki,bu qələbəmizi əldə edənə qədər ermənilər dəfələrlə atəşkəsi pozmuş və öz güclərini yalnız mülki əhali üzərində göstərmişdir. Elə bu qələbənin başlanğıcıda sonuncu dəfə Tovuz rayonu ərazisindən atəşkəs rejiminin pozulması olmuşdur. 11-14 iyul döyüşləri bizim daha səbrimizin tükəndiyini və qələbənin tam zamanı olduğunu göstərmişdir. Daha sonra 27 sentyabr tarixində müharibənin başlaması və 10 noyabrda bəyanatın imzalanması ilə tarixə şanlı qələbə kimi düşmüşdür. İlham Əliyev müsahibəsi zamanı bu qələbənin Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olduğu kimi, bir o qədər də Türk xalqı üçün əhəmiyyətli olmasını vurğulamışdır. Çünki İlham Əliyev müsahibəsi zamanı 10 noyabr bəyanatının gerçəkləşməsi Azərbaycanın müharibədən sonra qarşısında duran əsas məsələlərdən biridir. Burada əsas bizim və türk xalqı üçün əhəmiyyətli olan Zəngzərun dəhlizinin qurulması və Bakıdan birbaşa Türkiyəyə gediş gəlişin olması əsas məsələlərdəndi. Müsahibə zamanı İlham Əliyev artıq böyük qələbədən sonra Azərbaycanın iqtisadiyyatının inkişafı və işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərinin həyata keçirilməsinin artıq Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri olmasını vurğulamışdır. Çünki bu torpaqlardan minlərlə məcburi köçkün öz doğma yurd-yuvasından didərgin salınmışdır. Azərbaycanımızın Qarabağımızın göz bəbəyi Şuşa şəhərinin jşğaldan azad edilməsi və müsahibə zamanı da,elə Şuşa şəhərini işğaldan azad olumduğu zamanda ölkə başçımız gözəl bir cümlə ilə bütün xalqımızın ürəyində vətənpərvərlik hissi oyatmışdır. O cümləki "Mən şanslı bir insanam ki, Ata vəsiyyətini yerinə yetirdim. Elə biz də şanslı xalqıq ki, İlham Əliyevin səyi nəticəsində 30 illik işğalda qaĺan torpaqları geri aldıq, bir yumruq altda birləşdik və üzərimizdəki qaçqın, məcburi köçkün statusu götürüldü. Bugünkü gündə də bu cür müsahibələrə qulaq asmaq bizim üçün böyük bir fəxrdir. Şanlı, tarixi qələbəmizin və bu cür müsahibələrimizin ardı gəlsin.

Leyla MƏMMƏDOVA, 

Xocalı rayon ziyalısı


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi