Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Silahdan güclü sözün qüdrəti

 


         Uzun illərin siyasi danışıqlaları, beynəlxalq təşkilatların dırnaqarası səyləri Azərbaycan torpaqlarının işğaldan azad olunmasına heç bir kömək etmədi. Xalqla dövlətin birliyi, Ali Baş Komandanın düzgün ordu quruculuğu beş ilə işğal edilmiş torpaqların 44 günə azadlığa qovuşmasına gətirib çıxartdı. Hərb meydanında olduğu kimi siyasi arenada da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünya jurnalistlərini haqqı söyləməyə, haqqa tərəfdar olmağa çağırdı. İlham Əliyevin haqlı cavabları bir çox dünya siyasi liderləri tərəfindən müsbət mənada müzakirələrə səbəb oldu. 14 avqust 2021-ci il tarixdə Türkiyənin CNN kanalının aparıcısını “zəfərdən sonra nə edəcəksiniz” sualına İlham Əliyev belə cavab verdi. Ermənilər işğal altında saxladıqları torpaqları darmadağın etmiş, bütün infrastrukturu məhv etmiş, axırda da bütün əraziləri minalayaraq çıxmışlar. Minalanmış ərazilərin xəritələrini çox çətinliklə Azərbaycan tərəfinə vermələrinə baxmayaraq, bu xəritələrin də 25 faizdən az bir hissəsi düzgün hesab edilə bilər. Azərbaycan işğaldan azad olunan bütün rayonları əvvəlkindən də yüksək səviyədə quracaq. Ermənistanın və onun havadarlarının Xankəndinə humanitar yardım adı altında göndərdikləri silah-sursat və başqa vasitələr hamısı bizim nəzarətimizdədir. Buna görə Rusiya sülhməramlılarına da xəbərdarlıq edimişdir. İstər Ermənistan, istərsə də ona silah göndərən ölkələr bilməlidir ki, bu işlər qüvvələr nisbətini dəyişməyəcək. Ermənistan bu yolu tutmaqla Zəngəzur dəhlizinə maneçilik törətmək istəsə də heç nəyə nail ola bilməyəcək. Əksinə daha çox itkilərə məruz qalacaq.     

      Yaşasın Azərbaycan! Eşq olsun Cənab Ali baş Komandan İlham Əliyevə! Qarabağ Azərbaycandır!

Ruhiyyə İmani,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi