Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon gəncinin Prezident İlham Əliyevə yazdığı məktub

28 sentyabr 2021, 11:00

Qalib Quliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən bir Xocalı gənci kimi torpaqlarımızın işğaldan azad olunacağı günün yaxınlaşdığına əmin idim. Buna görə də redaktoru olduğum "Xocalının səsi" qəzetinin səhifələrində, ictimai həyatda daim Sizin daxili və xarici siyasətinizi dəstəkləmişəm, bundan sonra da Sizin siyasətinizə sadiq qalacağam. Fəxr edirəm ki, Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz, rəşadətli ordumuz və həmrəy xalqımız var. Sizə olan böyük ehtiramımı, uğurlu gələcəyimizə, şanlı qələbələrimizə olan inamımı öz şeirimlə çatdırmaq istəyirəm.
Allah Sizi qorusun!
VERƏK SƏSİMİZİ HAQQIN SƏSİNƏ
Önümüzdə güclü rəhbərimiz var,
O, xalqa köməkdir, xalqa havadar.
Xalqımız firavan, xoşbəxt bəxtiyar,
İlhamla üzümüz daim güləcək,
Hələ qarşıdadır gözəl gələcək!
Ürəyi xalq ilə bir yerdə vurur,
Abad edir yurdu, şəhərlər qurur.
Müzəffər Ordumuz yaşadır qürur,
Gəlməz ölkəmizin uğuru saya,
Yayıb şanımızı bütün dünyaya!
Onun hər əməli Öndər sayağı,
Xalqın inam yeri, ümid, dayağı!
Yetişib sədaqət, həmrəylik çağı,
Verək səsimizi haqqın səsinə,
Vətənin işıqlı təntənəsinə!
Hörmətlə,
Quliyev Qalib Bəyməmməd oğlu
"Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon sakini
Azərbaycan Respublikası, Gəncə şəhəri.
Paylaşın:

Regionun surətli inkişafı űçün bölgələrdə dayanıqlı sülh təmin olunmalıdır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibədə qeyd etmişdir ki, son müddətdə Azərbaycan ərazisində Ermənistan tərəfindən aparılan təxribatlar müntəzəm xarakter almışdır. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhəddini keçmədi. Bir il əvvələ qayıdarken, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır.

2020-ci il noyabr ayının 9-dan 10-na keçənn gecə imzalanmış bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxcivan muxtar vilayətini birləşdirən dəhlizin açılması nəzərdə tutulmuşdur. Lakin Ermənistan bu bayanatı pozur və ayrı-ayrı müddəalarını yerinə yetirmir.
Prezidentimiz çıxışında qeyd etmişdir ki, biz isteyirik ki, bölgədə uzunmuddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. İrana məxsus 60 tır avqust ayının 11-dən sentyabr ayının 11-ə qədər sərhəddi qanununsuz keçərək Qarabağa göndərilmisdir. Iran səfirliyi Xarici Işlər nazirliyinə çağrılaraq xəbərdar edilmişdir. Azerbaycan-Iran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır.
Azərbaycan Respublikasının Prezidenti qeyd etmişdir ki, Azerbaycanın tarixində bu münaqişə ile bağlı səshifə qapanıb. Odur ki, Ermenistan 10 noyabr Üçtərəfli Bəyanatın şərtləri tam şəkildə yerinə yetirmelidir. Cənab Prezidentimizin bu möhtəşəm çıxışını dəstəkləyirəm.
Nəzakət ƏLİYEVA,
Xocali rayon ziyalısı

Paylaşın:

Prezident İlham Əliyev Azərbaycanın diplomatiya cəbhəsində də qələbəsini təmin edə bilmişdir

        Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsi bir daha göstərir ki, Azərbaycan informasiya blokadasını yardı. Prezidentimiz cənab İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. Onun hər bir müsahibəsi Azərbaycanın diplomatik uğurudur.

Beynəlxalq hüquq hamı üçün eyni təsirdə olmalıdır. Azərbaycan Respublikasının öz tarixi torpaqlarının işğaldan azad edilməsi uğrunda əks hücum əməliyyatı ilə başladığı 44 günlük müharibə xalq-ordu-dövlət birliyi nəticəsində xalqımızın qələbəsi ilə başa çatmışdır. Bu qələbə təkcə Azərbaycan ordusunun hərb meydanında qazandığı qələbə deyil, eyni zamanda Azərbaycan prezidentinin diplomatiya sahəsində əldə etdiyi qələbədir. Müharibəyə qədərki dövrdə bütün beynəlxalq görüşlərdə, konfranslarda Azərbaycanın haqlı mövqeyini, Ermənistanın isə qeyri-konstruktiv mövqeyini dünya dövlətlərinin diqqətinə çatdıran Azərbaycan prezidenti dünya ictimaiyyətində Azərbaycanın haqlı davası barədə fikir formalaşdıra bilmişdir. Eyni zamanda müharibə dövründə beynəlxalq media nümayəndələrinin Azərbaycan prezidentinə ünvanladığı qərəzli və ittihamedici sualları qarşısında səbr və təmkin nümayiş etdirərək onları tutarlı arqumentlərlə, bəzən də ritorik suallarla susduran İlham Əliyev beynəlxalq səviyyəli siyasətçi olduğunu sübut etməklə Azərbaycanın diplomatiya cəbhəsində də qələbəsini təmin edə bilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23.09.2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışını dünya dövlətlərini, beynəlxalq təşkilatları ədalətli olmağa, ikili standartlardan əl çəkməyə, Azərbaycanın yaratdığı yeni reallıqla hesablaşmağa səsləyən bir çağırış hesab etmək olar. Azərbaycan Prezidentinin çıxışında səsləndirilən fikirlər- yəni Ermənistanın BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı , ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymaması bu ölkənin beynəlxalq səviyyədə cəzalandırılmasına dəlalət edən fikirlərdir. İşğal etdiyi Azərbaycan ərazisində xarici ölkələrdən köçürülmüş erməni əsilli şəxsləri yerləşdirməklə qanunsuz məskunlaşma siyasəti yeridən Ermənistan Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdur. Münaqişənin nizama salınması istiqamətində danışıqların aparıldığı bir zamanda Ermənistanın ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməsi, Qarabağı Ermənistan ərazisi hesab edən aqressiv bəyanatlar səsləndirməsi, danışıqların formatının və mahiyyətini dəyişdirilməsi cəhdi bölgədə müharibənin alovlanmasına və nəticə etibarı ilə Ermənistanın kapitulyasiyasına gətirib çıxartdı.

Odur ki, dünya birliyi və Ermənistana himayədarlıq edən bəzi ölkələr beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməli, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımalı, yaranmış yeni reallıqla barışmalıdır. Müstəqilliyimizə, ərazi bütövlüyümüzə, sərhədlərimizin toxunulmazlığına qarşı hər hansı qeyri-konstruktiv mövqe nümayiş etdirilərsə, tarixi torpaqlarımıza qarşı hər hansı təhlükə yaranarsa himayədarlarının müdafiə etdiyi Ermənistan Azərbaycan ordusunun və “Dəmir yumruğ”un gücünü yenidən dadmalı olacaqdır.

Leyli Yusifova,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

44 günlük döyüş əməliyyatları dövründə Ali Baş Komandan, xalq, ordu birliyi düşməni lərzəyə salan əzəmətli qüvvəyə çevrildi

 


      Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr - Şəhidlərimizin Anım Günündə xalqa müraciəti oldu. Xalqımız Şanlı Zəfər tarixinin memarı olan Prezident İlham Əliyevin çıxışlarını, xalqa müraciətini 44 günlük haqq savaşımızda da hər an səbrsizliklə və qürur hissi ilə gözləyirdi. Çünki hər müraciətdə torpaqlarımızın işğaldan azad olunması xəbəri ilə biz sevindik. 

         30 ilə yaxın bir müddət idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Ölkə Prezidenti İlham Əliyev cənabları Dağlıq Qarabağ münaqişəsini mümkün qədər dinc vasitələrlə və beynəlxalq hüquq normalarına uyğun olaraq həll etmək xəttinə üstünlük verirdi. Eyni zamanda Azərbaycanın öz torpaqlarından heç vaxt imtina etməyəcəyi ilə bağlı qətiyyətli mövqe də nümayiş etdirirdi. Ancaq bu müddət ərzində aparılan danışıqlar heç bir müsbət nəticə vermədi. BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması haqqında dörd qətnaməsi icra olunmadı, kağız üzərində qaldı. 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində törədilmiş hərbi-təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslərimiz həlak olmuşdur. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya və zirehli texnikalardan istifadə edərək bütün cəbhəboyu hücuma keçdilər. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında əks-hücum əməliyyatı həyata keçirildi. Qısa müddətdə rəşadətli ordumuz düşmənin 30 il ərzində hazırladığı və möhkəmliyi, keçilməziyi ilə öyündüyü müdafiə xəttini yardı, dağlarda qurduğu yeraltı istehkamları darmadağın etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordu qurulucuğu sahəsində mühüm işlər görüldü. Ordumuz müasir silahlarla bütün maddi-texniki bazayla təmin olundu. Güclü iqtisadiyyatımız və müzəffər ordumuzun hərbi peşəkarlığı bizə bu qələbəni daha yaxın etdi. Ordu quruculuğu ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi. 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövləti bütün şəhərlər və kəndlərimizi viran qoyaraq tarixi maddi və mədəniyyət abidələrimizi məhv etmişdir. Milli sərvətlərimizi və resurslarımızı talan etmişdirlər. 44 gün “Dəmir Yumruq” əməliyyatı adı altında davam edən Vətən Müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatdı. İşğal altında olan ərazilərimiz azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 


           44 günlük döyüş əməliyyatları dövründə Ali Baş Komandan, xalq, ordu birliyi düşməni lərzəyə salan əzəmətli qüvvəyə çevrildi. Dilindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları vətən uğrunda müqəddəs müharibəyə qoşulmuşdu. Bu müharibə bizim şanlı zəfər tariximizdir. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etməklə yanaşı şəhidlərimizin və mülki insanlarımızın da qisasını almış oldu.  Bu gün hər birimiz qalib ölkənin vətəndaşları kimi sevinc və qürur hissi keçiririk. Əldə etdiyimiz bu qələbəyə görə Ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla müzəffər ordumuza borcluyq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirik. 

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə verib

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. İqor Korotçenko ilk sualı 2020-ci ilin 27 sentyabrnda hərbi əməliyyatların necə başlaması oldu. Cənab prezident İlham Əliyev verilən hər bir suala dəqiq və səlis cavab verib. Bu suala cavab olaraq bildirib ki, Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz, bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artileriya atəşinə məruz qalıb. Adekvat cavab olaraq biz müharibəyə qoşulduq. Hərbi əməliyyatların birinci günün sonunda biz Kəlbəcər rayonunda, Murovdağa və Ağdərə istiqmətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Cənab Prezident qalib ordunun Ali Baş Komandanı kimi "  Dəmir yumruq " adı almış əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında olan torpaqların azad olunmasında iftixar ilə danışdı.

      Cənab Prezident bildirdi ki, münaqişə dondurulmuş vəziyyətdə olsa da döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanmışdı.Sentyabrın 27-də biz bu planı reallaşdırdıq.Biz hər gün döyüş əməliyyatlarına düzəliş edirdik.

    İqor Korotçenko müharibə dövrü cənab Prezidentimizin sakit , təmkinli və eyni zamanda inamlı olmağınının səbəbini soruşdu.Suala cavab olaraq Prezidentimiz bildirdi ki , prinsip etibarilə mən təmkinli , sakit insanam , emosiyamı vəzifəmdən kənar saxladım.

     İlham Əliyev jurnalistin xalqımız üçün xüsusi məna kəsb edən Şuşanın azad olunmasının necə səciyyələndirirsiniz sualına cavab olaraq bildirdi ki, düşmənin 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. 

    Cənab Prezident müharibəni Beynəlxalq qanunlara əsasən aparıldığını bildirdi. Dinc əhaliyə zərər vurmadıq . 

    Çıxışının sonunda Ali Baş Komandanımız  3 tərəfli bəyanatdan danışdı. Bildirdi ki, biz müqavilənin bütün şərtlərinə əməl edirik, ama Ermənistan tərəfi əməl etmir.

    Cənab Prezidentimiz müharibə başlanan gündən bu günədək bütün xarici jurnalistlərin sualına qalib ölkənin lideri kimi, "Dəmir yumruq" əməliyyatının qalibi kimi, əsil dünya siyasətçisi kimi və ən əsası Ulu Öndər Heydər Əliyevin davamçısı kimi cavablandırıb. Biz sizinlə fəxr edirik Cənab Prezident. Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya göstərdiniz. Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycan dövlətini regionun ən güclü dövlətinə çevirdiniz. 

         Yaşasın Azərbaycan Xalqı! Yaşasın Ali Baş Komandanımız!

          Qarabağ Azərbaycandır!

Nazim QƏDİROV,

Xocalı rayon ziyalısı

Paylaşın:

Şəhidlərimizin əziz xatirəsi yad edilib, yaylım atəşi açılıb - Video

        27 sentyabr - Anım Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, yaylım atəşi açılıb.









 

Paylaşın:

Şəhidlərimizin Anım Günündə Xocalı soyqırımı abidəsi ziyarət edilib, ağacəkmə aksiyası keçirilib


       Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin Anım Günü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış xocalılar tərəfindən də dərin hörmət və ehtiramla yad edildi. Anım Günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının üzvləri, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanları rəhbərləri şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.

        Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva 30 ilə yaxındır mənfur qonşularımızın torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açdı. Ermənilərin törətdiyi cinayətlərə, soyqırıma göz yuman dünya ictimaiyyətinin, mötəbər təşkilatların bu haqsızlığa biganəliyi nəticəsində Azərbaycan dövləti öz torpaqlarını müharibə yolu ilə qaytarılması yolundan istifadə etdiyini qeyd etdi. Bildirdi ki, 44 gün ərzində düşmənə diz çökdürüldü. Şanlı Zəfər günlərində şəhidlərimiz öz canlarını torpaq uğrunda qurban verərək ərazi bütövlüyümüzü təmin etdilər. Şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə yaşadacağıq.  

        Sonra söz Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənovaya söz verildi. Lətifə Həsənova çıxışında bildirdi ki, 30 ilə yaxındır həsrətlə gözlədiyimiz günə yetişməyimiz qəhrəman oğullarımızın hünəri sayəsində, qanı bahasına oldu. Biz şəhidlərmizə minnətdarıq. Torpaqlarımızı görmək arzusu ilə çox həmvətənlərimiz dünyasını dəyişdi. Şükürlər olsun ki, bizlər torpaqlarımızın azad olunduğunu günü görə bildik. 

         “Xocalı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov 27 sentyabrın Azərbaycanın Şanlı Zəfər tarixinin başlandığı gün kimi tarixə düşdüyünü qeyd etdi.  Ümummilli lider Heydər Əliyevin xalqımıza miras qoyduğu Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qəhrəman oğullarının gücü sayəsində torpaqlarımızı işğaldan azad edə bildiyimizi dedi. İllərdir biz torpaqlarımızın itirilməsinin ağrı-acısı ilə yaşadığımızı diqqətə çatdıraraq, artıq qalib ölkənin vətəndaşları kimi alnı açıq, üzü ağ şəhidlərimizin Anım Gününü, Zəfər Günlərimizi qeyd etdiyimizi bildirdi. 44 günlük Vətən Müharibəsində “Xocalı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kollektivinin də xalqımızın həmrəyliyinə qoşularaq gecə-gündüz bilmədən yaralı əsgərlərimizə göstərdiyi tibbi xidmətdən danışdı. 

        Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı, qazi İmran Rəcəbov çıxışında dedi ki,  şəhidlərimiz haqqında danışmaq da şərəfdir, qürurdur. Bütün dünya bilir ki, Xocalı şəhid və qəhrəman şəhərdir, Xocalı camaatı mərd camaatdır. Vətən Müharibəsində də Xocalı gəncləri igidliklə döyüşdülər. Qarabağın işğaldan azad olunmasını şəhidlərimizə borcluyuq. Şəhidlərimiz düşmən üzərinə qorxmadan getdilər.

         Vətən Müharibəsi iştirakçısı, hazırda Xocavənd rayonunda hərbi xidmətini davam etdirən leytenant Təbriz Ağayev 27 sentyabrdan başlanan döyüş yolu haqqında məlumat verdi. O, Müzəffər Azərbaycan Ordusunun qalib zabitlərindən biri olduğu üçün fəxr hissi duyduğunu vurğuladı. Bizdən sonra gələn nəsillər azad torpaqlarımızda rahat və qürurla yaşayacaqlarını dedi.

        Yekun olaraq çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərimizə Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti, onun siyasi iradəsi nəticəsində nail olduğumuzu bildirdi. Ali Baş Komandanımızın müharibəyə qədər apardığı düzgün siyasət, müharibə günlərində Ordumuza komandanlığı, xalqımıza rəhbərliyi, informasiya müharibəsində xarici jurnalistlərə verdiyi cavabları, Xalq-Ordu birliyini bir arada tutması bizə qələbəni gətirdi.

        Şahmar Usubov Xocalı soyqırımı, Meşəli faciəsi və digər faciələrdən sonra bizlər illərdir ürəyimizdə nisgillə yaşadığımızı dedi. Fikirlərinə əlavə etdi ki, bu gün qələbə çalan igidlərimizin Xocalıda verdiyimiz şəhid körpələrin yaşıdlarıdır. Xalqımıza qələbəni gətirən Vətən Müharibəsi şəhidləri Azərbaycanın ölməz qəhrəmanlarıdır. Bizə kənardan baxan dostlar, düşmənlər də Ordumuzun gücünə, xalqımızın qüdrətinə heyranlıqlarını, təəccüblərini gizləyə bilmirlər. Azərbaycan bu qələbəni yalnız mənfur düşmələrin üzərində deyil, həmçinin onların havadarları üzərində də qazandı. Biz qələbəmizi şəhidləriməzin qanı, canı bahasına təmin etdik. Əgər torpaq uğrunda ölməyi bacarmırsansa, onda millət kimi yaşamağa dəyməz. Torpaq uğrunda şəhid olmağa, qazi olmağa bacarmayanlardan xalq, dövlət olmaz. Vətən Müharibəsində əsrlərdir parçalanan bir dövlətin yenilməz xalqı öz inamını geri qaytardı. Azərbaycan xalqı böyük xalqdır, döyüşkən xalqdır. Bu qüruru bizə şəhidlərimiz verdi. Bu qüruru bizə şəhidlərimizi tərbiyə edən, böyüdüb boya-başa çatdıran analar, atalar verdi. Şəhidlik tək ata-ananın itkisi deyil, şəhidlik xalqın itkisidir və qürurudur. Allah xalqımıza həmişə qürurlu günlər nəsib etsin.  

Daha sonra şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.



















     

Paylaşın:

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

 

      Otuz ildən artıqdır ki, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün çalışan Azərbaycan hər dəfə sülh yolu ilə bu problemi həll etməyə çalışırdı. Ancaq artıq Ermənistan tərəfi heç bir şərtə əməl etmir və atəşkəsi dəfələrlə pozurdu. Belə olan halda, II Qarabağ müharibəsinin başlanması qaçılmaz oldu. Beləliklə, 27 sentyabr 2020-ci ildə müharibə başlandı.

       24 sentyabr 2020-ci ildə AR prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı olmuşdur. Videoformatda baş tutan görüşdə prezident Azərbaycan-Ermənistan münasibətlərinə aydınlıq gətirmişdir. İ.Əliyev qeyd etmişdir ki, ölkə ərazisinin təxmini 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. BMT Nizamnaməsini pozan Ermənistan Azərbaycana qarşı güc tətbiq edib Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu ələ keçirmişdir. Bunun nəticəsində isə bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından ayrılıb qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 

Ermənistan işğal etdiyi ərazilərdən bütün azərbaycanlıları qovmuş və mülki əhaliyə qarşı cinayətlər törətmişdir. Azərbaycan torpaqlarının işğalına görə məsuliyyətdən yayınmaq üçün Ermənistan bu ərazilərdə özünün qondarma rejimini yaratmışdır.

Hələ illər əvvəl – 1992-ci ildə Ermənistan Xocalı soyqırımını da törətmişdir. Nəticədə isə Xocalının 613 dinc sakini – 106 qadın və 63 uşaq olmaqla amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı ondan artıq ölkə tərəfindən tanınmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam çıxarılmasını tələb edir. 

Başqa dövlətin torpaqlarını işğal edən Ermənistan Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuş, həmin ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparmışdır. Qeyri-qanuni məskunlaşdırma 1949-cu il Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüquququn ciddi şəkildə pozulması deməkdir. Ermənistan yenə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan öz mənfur siyasətini həyata keçirməklə məşğuldur. Buna görə də, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır.   

        Ermənistan işğal etdiyi ərazilərdən azərbaycanlıları kənarlaşdırmaqla kifayətlənməmiş, Azərbaycan xalqına məxsus tarixi və dini abidələri dağıtmış, mədəni mirasa xeyli ziyan vurmuşdur. Onların belə etməkdə məqsədi isə bu ərazilərdən azərbaycanlılara aid bütün izləri silmək olmuşdur.

        44 gün davam edən müharibə ərzində prezident İlham Əliyevin siyasəti və qəhrəman Vətən oğullarının rəşadəti sayəsində işğal edilmiş ərazilərin böyük bir hissəsi azad edilə bildi. Daha sonra 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu, öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən çıxardı. Beləliklə, 44 günlük II Qarabağ müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı.

Paylaşın:

BMT Assambleyasından Ermənistana növbəti mesaj

Hamımızın bildiyi kimi 30 ilə yaxın bir müddətidi ki Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu müddət ərzində aparılan danışıqlar isə heç bir müsbət nəticə verməmişdi. Əksinə Ermənistan Baş Nazirinin Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi “Qarabağ Ermənistandır” bəyanatını verməsi qondarma rejimin paytaxtının Şuşa şəhərinə köçürüləcəyi ilə bağlı verdiyi ifadələri vəziyyəti xeyli gərginləşdirmişdir. 2020-ci ilin iyulunda Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində ermənilər atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi-təxribat törətmələri nəticəsində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid oldular, hər ikisi ölümündən sonra ölkə başçısının Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. 2020-ci il 27 sentyabrdan başlayaraq erməni silahlı qüvvələri ağır texnikalardan istifadə edərək bütün cəbhəboyu hücuma keçdilər. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatı həyata keçirildi. 44 gün davam edən “Dəmir Yumruq” adı altında vətən müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatdı. Bu gün hər birimiz sevincli və qürurluyuq. Qürurluyuq ona görə ki, işğal altında olan tporpaqlarımız azad edildi. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı BMT-nin 27 il ərzində icra edilməyən 4 qətnaməsi də öz həllini tapmış oldu. Xocalıda soyqırım zamanı qətlə yetirilən insanların, körpə uşaqların, ahılların qisası alınmış oldu. Biz əldə etdiyimiz bu qələbəyə görə Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər Ordumuza borcluyuq. Qalib dövlətin lideri İlham Əliyev cənabları BMT-nin 76-cı sessiyasında bir daha Ermənistana səslənərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı dünyada yeni bir reallıq yartadı. Ermənistan bu reallığı qəbul etməli, çökmüş iqtisadiyyatını dirçəltmək və dövlətin mövcudluğunun qalması üçün Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.

Akif Rüstəmov,
Xocalı rayonundan məcburi köçkün
Paylaşın:

İkinci Qarabağ müharibəsində qazanılan Zəfər haqq-ədalətin düşmən üzərində qələbəsidir!

         

       İllərlə gözümüz  yolda,  qulağımız səsdə qalmışdı  ki, kimsə bizə bir gün deyəcək,
qayıdırıq doğma yurd yerlərimizə. İllərlə ayrı düşdüyümüz doğma yurd yerlərmizə, doğulub boya-başa  çatdığımız kənd və şəhərlərmizə getməyi xəyal edib  bəzəndə yuxularmızda Vətənin nisgilini yaşayaraq özümüzdə təskinlik tapırdıq. İllərlə xəyalımızda canlandırdığımız doğma Vətənə gedə bilmirdik. Kimi öz doğma evindən uzaq düşmüşdü, kimi də illərlə öz əziz  insanlarının məzarını ziyarət edə bilmirdi.

        Prezident Cənab  İlham  Əliyev qeyd etdiyi kimi  “Ən  ağrılısı o idi  ki, doğma  torpağı uzaqdan görəsən amma  ora  gedə  bilməyəsən."

        Əlbəttə bu dəhşətli mənəvi ağrı  idi. Azərbaycan  xalqının   keçmişdən  bəri  çox  əsirlik  tarixində Vətən  uğrunda aparılan   döyüşlərdə  dümənə  qarşı   mübarizə  aparan qəhrəman  oğul,  qızlarımızın şücayət  və qəhrəmanlıqlarından   çox   yazılıb, cəsur igidlərmizin  qəhrəmanlığı dillərdə  dastan olub.

        Lakin  Müzəffər  Ali  Baş   Komandan  Prezident  Cənab  İlham   Əliyevin  Vətən  torpaqlarının  düşməndən  azad  edilməsi   uğrunda   başladığı  Dəmir  Yumruq  əməliyyatı  44  gün  ərzində  sərhədlərimiz  boyunca  doğma  torpaqlarmızın  düşməndən  azad  olunması  uğrunda  aparılan  mübarizə  dünyanı  heyran  qoydu,   Azərbaycan  xalqına  bütün  Türk  dünyasına  sevincli  və qürurlu  anlar  yaşatdı.

        27 Sentyabr 2020-ci il tarixdə başlanan II Qarabağ müharibəsində  rəşadətli  Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək, haq-ədalətin  şər  üzərində  qələbəsinə  nail  olundu. Qorxu  bilmədən  döyüşlərdə  daim  şad  xəbərlər  qələbə   sevinci xalqımıza bəxş edən Azərbaycan  əsgəri  böyük  ruh  yüksəkliyi  ilə düşmənə  cəhbədə ağır zərbələr endirərək bu mübarizlik  yolunda şərəflə irəli addımlamaqdan  çəkinməyərək, Vətənə, torpağa  olan  sevgisini qəhrəman oğullarmız Şəhidlik şəadətinə ucalmaqda görürdülər və gördülərdə.

        Yumruğunu   sıxaraq  44  günlük  vətən  müharibəsi  dövründə  Ali  Baş  Komandan  Cənab  İlham  Əliyevin  televiziya   vasitəsi   ilə   dünyaya  çatdırdı  ki,   düşmənin  uydurduğu   əfsanəvi   güclü   erməni  ordusunun  əsgərləri   Azərbaycanın  cəsur   Ordusu  qarşısında  aciz  qalıb , düşmənin  əsgərləri  fərarilik  edərək , döyüş  postlarını  qoyub  qaçdılar,    bütün  bu  deyilənlər   müharibə  zamanı  çəkilmiş   videolardada  açıq-aydın  görünürdü.

        Prezident  Cənab  İlham  Əliyev  qeyd  etmişdir : “II Qarabağ müharibəsində  Bir  dənədə olsun  Azərbaycan  əsgəri  fərarilik  etməmişdir. Lakin  mənə verilən  məlumata  əsasən on mindən  çox  erməni əsgəri   fərarilik  etmişdir. Düşmən  tərəf  bunu  təkzib  etsədə biz bunu müharibənin ilk  gedişində  şahidi  olduq."

        44  günlük  Vətən  müharibəsi  zamanı  Azərbaycan  əsgəri  dünyada   görünməmiş  bir  şücaət  göstərərək  yalnız  modern  savaş  nümunəsini   tarixə  yazmadı,  eyni  zamanda  cəngavərlik  ruhunu,  türk  savaş  əxlaqını  ortaya  qoyaraq  mərdi-mərdanə  bir   döyüş  apararaq, başda Şuşa qalası olmaqla, işğalda olan torpaqlarmızı yağı  düşməndən   azad  etdi.

        II Qarabağ  müharibəsində əldə  olunmuş  qələbəmizi  şərtləndirən  əsas amillərdən  biridə Ali  Baş  Komandan  İlham  Əliyevin  sayəsində  vətənpərvər  ruhda  gənc  nəslin  yetişməsi  müharibədə  döyüşən  əsgərlərin  Ali  Baş  Komandanın əmrinə   sadiqlik,  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq   əzmi,   xalqla  dövlətin  birliyi-həmrəyliyi , ermənistanın  acı  məğlubiyyəti və çoxlu  sayda  əsgərinin  məhv edilməsi ilə nəticələndi.

        Onsuz da  bu  Zəfərə  xalqımız  bir  gün  nail  olacağına  hər   bir  Azərbaycanlıda  böyük  inam  var  idi,  amma  bu  möhtəşəm  qələbəmiz  30 il ərzində düşmənin  Şəhid  etdiyi oğul  və   qızlarmızın  ruhunuda  şad  etdi, hərbi əməliyyatlar zamanı torpaqlarmız  azad  edildi. İkinci  Qarabağ  müharibəsi  bizim  şanlı Zəfərimiz  kimi  tarixdə əbədi qalacaq.

        Dağlıq  Qarabağda  və  ətraf  rayonlarda  qazanılmış   böyük  Zəfər  məhz  Azərbaycan  naminə,  Azərbaycanın    bütövlüyü    uğrunda   aparılan  müharibənin  parlaq  hərbi-siyasi   yekunu  möhtəşəm  nəticəsidir.  Ona  görə  də  bu  müharibə  haqlı  olaraq  xarakter  etibarilə   Vətən  müharibəsi  adlandırılır. Bu  müharibənin  qalibləri   Ali  Baş  Komandan,  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyev  və  müzəffər  Azərbaycan  Ordusu,  Azərbaycan  əsgəridir.

        Azərbaycan  xalqı  illərlə  ermənistanın  hərbi  təcavüzü  nəticəsində  fiziki-mənəvi  əzaba  düçar  olmuş,  amma  dünya  bu  haqsızlığa  susaraq  yanlış  mövqe  sərgiləyirdi,  ermənistanın  30  ildə  işğalda  saxladığı   torpaqlarda  apardığı  dağıdıcı  vəhşi  hərəkətinə  göz  yumulurdu,  heç  bir  beynəlxalq  təşkilat  səsini  çıxarmırdı  haqlını  müdafiə  etmək  istəmirdi.

        Prezident  Cənab  İlham  Əliyev  qeyd  etdiyi  kimi  “dünyada  belə  bir  düşüncə  yaranıb, kim güclüdürsə,  o haqlıdır, o ədalətlidir  “.

        Amma  haq-ədalətin  Qarabağmızda,  işğalda  qalan  torpaqlarmızda  yenidən  bərpası   bir  daha  düşməni  dəstəkləyən  ermənistanın  havadarlarına  bir  tərs  sillə  oldu,  ermənistan  və  havadarları  Azərbaycan  Ordusunun  gücünün  qüdrətinin  açıq  şahidi  oldu.  

        Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  Vətən  müharibəsində  qazanılmış  Zəfər  Azərbaycan  xalqına  təcavüzkar  ermənistan  tərəfindən  işğal  edilmiş   torpaqlarının  düşməndən  azad  edilməsinə,  ərazi  bütövlüyünün  təmininə   nail  olmaq  şansı   qazandırmışdır. Məhz  dünya  tarixində  torpaqları  işğaldan azad  edən  vətən  xilaskarı  kimi  ilk  olaraq öz adını Zəfərilə tarix yazan Dövlət başçısı   Ali  Baş  Komandan  İlham  Əliyev olmuşdur.

        İndi  işğaldan  azad  olunmuş  torpaqlarmız  yenidən  dirçəldilir,   yeni  yollar  çəkilir,  abadlıq  tikinti-quruculuq  işləri  aparılır , doğma  sakinləri  işğaldan  azad  olunmuş  torpaqlara  qədəm  qoyaraq  səfərlər  edirlər  böyüyüb  boya  başa  çatdıqları  kənd    və  şəhərlərdə  yaşadıqları  xatirələri  yenidən  yaşayırlar  bundan  qürurlu  sevincli  xoşbəxt  an  nə  ola  bilər  ki...

        Prezident  Cənab  İlham  Əliyev  qeyd  ediyi  kimi  : “Ermənilər 30 il ərzində  bizim  torpaqlarmızı  ancaq  istismar  edirdi, təbii sərvətləri talayırdı,  evləri  dağıdırdı, sökürdü. Sonra da deyirdi  ki, bura erməni torpağıdır. Bura  heç  vaxt  erməni  torpağı   olmayıb və bundan  sonrada  olmayacaq. Bu  Azərbaycan  torpağıdır. Biz Azərbaycanlılar  - bu  torpaqların  sahibləri  qayıtmışıq. Düşməni  torpaqlarmızdan  qovaraq,  düşmən  ordusunu  məhv  edərək,  qəhrəmanlıq,  fədakarlıq  göstərərək  qayıtmışıq."

        Hər  bir  Azərbaycanlının  yaddaşında  əbədi  qalacaq  Zəfərmiz   vətən  uğrunda  canından-qanından   keçmiş   qəhrəman   Azərbaycan   oğullarının  Şəhidlik  zirvəsinə  ucalaraq  Vətən  torpağını  azadlığa  çıxarılmasında  böyük  fədakarlıq  etmiş  hər  bir  əsgərmizin  hər  bir  Qazimizin   cəsurluğunu  qəhrəmanlığını  Dövlətimiz  daim  yüksək  qiymətləndirir  unutmur.Vətən  müharibəsində  Şəhid  olmuş  oğullarmızın  xatirəsi  əbədiləşdirilir,  Şəhid  ailələrinin  üzvlərinə  Qazilərə  döyüşçülərə  diqqət  və  qayğı  göstərilərək,  44  günlük  müharibədə  zəhməti  olan  hər  bir  Azərbaycanlının  fədakarlığına   biganə  münasibət  göstərilmir ,  Vətən  müharibəsində  əldə  olunmuş  Zəfərmizin  qalibləri    yaddan  çıxarılmır.

        Prezident  Cənab  İlham  Əliyevin  və  Azərbaycan  Ordusunun  sayəsində  qazanılmış  Zəfərimiz  böyük  bir  tarixi  hadisədir  .Əsirlər  keçsədə  bu  müharibədən  danışılacaq,  gələcək  nəsillərə  Vətən  müharibəsində  Vətən  oğullarmızın  qəhrəmanlığı  daim  təbliğ  olunacaq.

        Hər bir Azərbaycanlıya qürurlu  və   sevincli  xəbəri çatdıran 44 günlük  Vətən  müharibəsinin  Qəhrəmanı  Müzəffər  Ali  Baş  Komandan  Prezident  Cənab İlham  Əliyevə minətdarıq. Bu Zəfərin  müəllifi  Prezident  Cənab  İlham  Əliyevdir.

        Yaşasın  Prezidentimiz! Yaşasın  Azərbaycan! Yaşasın  Azərbaycan  Ordusu! Qarabağ Azərbaycandır!

    Aydın Əliyev,

    Xocalı rayon ziyalısı


 


 


 

Paylaşın:

Vətən Müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə 44 gün davam edən müharibədə ordumuz Azərbaycan tarixinin möhtəşəm səlnaməsini yaratdı. Bu qələbə ilə həm torpaqlarımız işğaldan azad olundu, həm də Azərbaycan regionda yeni geosiyasi reallıqlaq yaratdı. İllər boyu Azərbaycan xalqına qarşı erməni şovinistləri tərəfindən terror aktları törədilmişdir. Onların ən dəhşətlisi 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımıdır. Bu soyqırım zamanı ermənilər və onların havadarları silahsız, əliyalın qocalara, qadınlara, uşaqlara iri çaplı silahlardan istifadə etməklə atəş açmışlar.

Ali Baş Komandanın başçılığı altında uzun müddət silahlı qüvvələrdə irəliləyişə doğru islahatlar aparılmış, müasir silah və hərbi texnika əldə edilmiş, şəxsi heyətin döyüş qabliyyətinin artırılması üçün təlimlər aparılmışdır. Elə bu təlimlərin nəticəsi olaraq qüdrətli ordumuzun əsgər və zabitləri 30 ilə yaxın vaxt ərzində işğal altında olan torpaqlarımızı 44 günə işğaldan azad etdilər. Dəfələrlə Ali Baş Komandan İlham Əliev qeyd etmişdir: “Döyüş qabliyyətinin artırılması üçün aparılan təlim və məşqlər ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan və texnikadan istifadə edərək düşmənin texnikasını məhv etdik.”
Azərbaycanın haqlı qələbəsini həzm edə bilməyən ermənistan və onun havadarları Azərbaycana qarşı haqsız təbliğat kampaniyası aparırdı. Buna misal olaraq 44 günlük müharibə ərəfəsində və sonrakı dövrlərdə müzəffər Ali Baş Komandan İlham Əliyev müxtəlif ölkələrin media nümayəndələrini qəbul etdi və onları tarixi həqiqətlə tanış etdi.
Azərbaycan xalqının tarixi və haqlı qələbəsini təmin edən şəhid ailələrinin, müharibə iştirakçısı və əlillərinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu ailələr müxtəlif növ müavinət və təqaüdlə, mənzil və fərdi avtomobillərlə təmin edilmişlər.
Yaşasın Azərbaycan xalqı! Yaşasın müzəffər Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!
Elnarə Həsənova,
Xocalı rayon ziyalısı
Paylaşın:

Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edildi

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun sərəncamına əsasən, rayonumuzda olan şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır. Müvafiq sərəncama uyğun olaraq, sentyabrın 23-də torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin məzarları onların ailə üzvləri ilə birlikdə ziyarət edildi. 

       Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon İcra Hakimiyyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və şəhidlərimizin ailə üzvləri, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun məzarını ziyarət edərək qərənfillər düzdülər, şəhidlərimizə Allahdan rəhmət dilədilər. 

        Ziyarət zamanı şəhidlərimizin ailələrinə başsağlığı verərək bu cür qəhrəman övladlar yetişdirdikləri üçün onlara minnətdarlıq bildirildi. Çıxışlarda qeyd olundu ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və qanı hesablarına illərdir həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməklə bizim başımızı uca etdilər. İndi onların şəhid olduğu torpaqlarda Şanlı Azərbaycan Bayrağı dalğalanır. 44 gün ərzində düşməni diz çökdürən Azərbaycan Ordusu dünyanı heyrətə gətirdi. Şəhid ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur. 

       Şəhid ailələri onların problemləri ilə maraqlanan, dərdlərinə şərik olan insanlara mənəvi dəstək olduqları üçün razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.  





















Paylaşın:

44 Günlük Zəfər Savaşımız

 


        Ali Baş Komandan İlham Əliyev Cənablarının əmri ilə Azərbaycan Ordusu Sentyabrın 27si-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks hücum əməliyyatına başlayaraq 30 il ərzində işğal olunmuş torpaqlarımızı azad etməyə başladı. Cənab prezitentimizin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası öz bəhrəsini layiqincə vermiş oldu. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümünəsi olaraq onun layiqli davamçısı prezident İlham Əliyev Cənabları müasir güclü qüdrətli Azərbaycan yaratmağa nail olmuşdur. Təsadüfi deyilki ordumuz 44 günlük vətən müharibəmizdə dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Müharibənin gedişatında ordumuz en müasir silahlardan istifadə edərək çevik və sürətli əks hücumla düşmənə ağır zərbələr endirərək işğal olunmuş torpaqlarımızı 30 ildən sonra düşmən tapdağından azad ettilər. Ermənilərin Qafqaza, o cümlədən Azərbaycan ərazisinə köçürülməsindən sonra bu regionda xalqımıza qarşı torpaq iddiasına düşdülər. 200 illik dövr ərzində ermənilər xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımlar törətməyə başladılar. Buna misal olaraq 1918 ci il Mart Soyqırımı, Xocalı Soyqırımı və xalqımızın başına gətirilən bir çox faciələr ermənilərin iç üzünü açıb göstərməkdədir. Xalqımız başına gətirilən bütün bu müsibətlər təsadüfi deyildir, ermənilər əsrlər boyu türklərə qarşı nifrət və kin bəsləmişlər. Təəsüff ki, dünyada ikili standart lar hələdə aktual olaraq qalır. Dünya dövlətləri ermənilərin sanki körpə uşaq kimi bütün şıltaqlıqlarına göz yummağa davam edirlər. Yenədə müasir dünyamızda dini, irqi mənsubiyyətinə görə dövlətlər arasında ayrıseçkilik mövcuddur. Cənab prezidentimiz İlham Əliyev dəfələrlə Beynəlxalq Ali Tribunalardan Azərbaycanın haqq səsini dünyaya car çəkmişdir. Lakin təəssüf ki, 30 il ərzində xalqımızın haqq səsini dünya dövlətləri eşitmək istəmədi. Nəhayət vaxt, zaman yetişdi, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks hücumla torpaglarımızı 44 Günlük Vətən Müharibəsi adını almış şanlı zəfərlə 8 noyabr tarixində qələbə ilə başa vurdu. Şüphəsiz ki, bu qələbənin əsas memarı Ali Baş Komandan İlham Heydər Oğlu Əliyevdir.

 Anar ƏBDÜLOV,

Xocalı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi