Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

39 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Şuşada

 


        Əsası 1753-cü ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri gözəlliyinə görə Azərbaycanın mədəniyyət incisi hesab edilir. Təəssüflər olsun ki, bu əsrarəngiz​ ​ mədəniyyət incisi XX əsrin​ sonunda erməni vəhşiləri tərəfindən işğal edildi, əsrlərlə burada yaradılmış mədəni irs erməni vandalları tərəfindən darmadağın edildi. Maraqlısı o idi ki, bütün bu vəhşiliklər dünya ictimaiyyətinin gözləri qarşısında baş verirdi. Hər hansı bir kilsədən bir daş düşəndə vay-şüvən qoparan beynəlxalq qurumlar Şuşada baş verən mədəniyyət soyqıtımını sükutla qarşılayırdı. Tarix heç vaxt cansız heykəllərin güllələnməsinin şahidi olmamışdı, ancaq dünyanın bir çox inkişaf etmiş ölkələri tərəfindən dəstəklənən, havadarlıq edilən ermənistan, bu vəhşiliyə də imza atdı. Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəlləri sonradan erməni vəhşiləri tərəfindən Gürcüstana satılmış, nəhayət Azərbaycanın dövlət rəhbərlərinin qətiyyəti nəticəsində yenidən alınaraq Azərbaycana gətirilmişdir. Dagıdılan mədəniyyət abidələri içərisində 1982-ci ildə tamamlanmış, tanınmış Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi də var idi.​ ​ ​ ​ ​ ​ ​ Vaqifin məqbərəsinin Şuşada ucaldılması məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tapşırığı ilə həyata keçirilmişdir. Məlumdur ki, 1982-ci ildə həmin abidənin açılışında Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        1992-ci ildə erməni vəhşiləri tərəfindən işğal edilmiş Şuşa şəhəri, 29 illik həsrətdən sonra , nəhayət ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qəhrəman Azərbaycan ordusu tərəfindən mənfur düşməndən təmizlənərək azad edildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​  

        Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada quruculuq işlərini başlanıldı. Artıq görülən işlər göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın iyun ayının 28-də Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin bərpadan sonrakı açılışındakı iştirakı bir daha ölkə başçısının nə qədər doğru yolda olduğunun parlaq nümunəsidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Ölkə Başçısı cənab İlham Əliyevin çıxışındakı bir məqam xüsusilə diqqəti cəlb edirdi. O, qeyd etdi ki, 1982-ci ildə mənim durduğum bu yerdə atam dururdu. O zaman atamın 59 yaşı var idi. İndi isə mənim 59 yaşım var və mən burdayam. Əlbəttə, bu məqam simvolik xarakter daşısa da Heydər Əliyev siyasi kursunun nə qədər doğru olduğunu, bu yolun qətiyyətlə davam etdirildiyini bir daha gözlərimiz önündə sərgiləyir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hələ separatçı rejimin başçısı, sonradan quldur Ermənistanın quldurbaşı prezidenti Robert Köçəryanla Naxçıvan Muxtar Respublikası​ ilə sərhəddə görüşmək məcburiyyətində qalan Ümummilli Lider Heydər Əliyev ondan soruşur ki, Şuşada hər şeyi dağıtmısınız, heç olmasa Vaqifin məübərəsi yerində dururmu? Köçəryan cavabında bildirir ki, biz oraya gələnə qədər oradakı aliminüum lövhələri, dəmir konstruksiyaları söküb aparmışdılar. Qalan hissəni qoruyub saxlaya bilmişik. Heydər Əliyev onu dinlədikdən sonra öz-özünə deyir ki, gözünün içinə qədər yalan deyirsən. Onların hamısını bilavasitə özün dağıtmısan.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir Yumruğu mənfur düşmənin başını əzdi, onu təslim olmağa məcbur etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dəmir İradəsinin sayəsində isə bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır. Bütün bunlar onu göstərir ki, Azərbaycan güclü dövlətdir, onun bu dövləti irəliyə aparacaq güclü dövlət başçısı var. Artıq qətiyyətlə demək olar ki, Qarabağ Azərbaycandır !​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Aydın Əliyev,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi