Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şəhidlərimizin Anım Günündə Xocalı soyqırımı abidəsi ziyarət edilib, ağacəkmə aksiyası keçirilib


       Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin Anım Günü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış xocalılar tərəfindən də dərin hörmət və ehtiramla yad edildi. Anım Günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının üzvləri, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanları rəhbərləri şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.

        Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva 30 ilə yaxındır mənfur qonşularımızın torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açdı. Ermənilərin törətdiyi cinayətlərə, soyqırıma göz yuman dünya ictimaiyyətinin, mötəbər təşkilatların bu haqsızlığa biganəliyi nəticəsində Azərbaycan dövləti öz torpaqlarını müharibə yolu ilə qaytarılması yolundan istifadə etdiyini qeyd etdi. Bildirdi ki, 44 gün ərzində düşmənə diz çökdürüldü. Şanlı Zəfər günlərində şəhidlərimiz öz canlarını torpaq uğrunda qurban verərək ərazi bütövlüyümüzü təmin etdilər. Şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə yaşadacağıq.  

        Sonra söz Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənovaya söz verildi. Lətifə Həsənova çıxışında bildirdi ki, 30 ilə yaxındır həsrətlə gözlədiyimiz günə yetişməyimiz qəhrəman oğullarımızın hünəri sayəsində, qanı bahasına oldu. Biz şəhidlərmizə minnətdarıq. Torpaqlarımızı görmək arzusu ilə çox həmvətənlərimiz dünyasını dəyişdi. Şükürlər olsun ki, bizlər torpaqlarımızın azad olunduğunu günü görə bildik. 

         “Xocalı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov 27 sentyabrın Azərbaycanın Şanlı Zəfər tarixinin başlandığı gün kimi tarixə düşdüyünü qeyd etdi.  Ümummilli lider Heydər Əliyevin xalqımıza miras qoyduğu Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qəhrəman oğullarının gücü sayəsində torpaqlarımızı işğaldan azad edə bildiyimizi dedi. İllərdir biz torpaqlarımızın itirilməsinin ağrı-acısı ilə yaşadığımızı diqqətə çatdıraraq, artıq qalib ölkənin vətəndaşları kimi alnı açıq, üzü ağ şəhidlərimizin Anım Gününü, Zəfər Günlərimizi qeyd etdiyimizi bildirdi. 44 günlük Vətən Müharibəsində “Xocalı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kollektivinin də xalqımızın həmrəyliyinə qoşularaq gecə-gündüz bilmədən yaralı əsgərlərimizə göstərdiyi tibbi xidmətdən danışdı. 

        Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı, qazi İmran Rəcəbov çıxışında dedi ki,  şəhidlərimiz haqqında danışmaq da şərəfdir, qürurdur. Bütün dünya bilir ki, Xocalı şəhid və qəhrəman şəhərdir, Xocalı camaatı mərd camaatdır. Vətən Müharibəsində də Xocalı gəncləri igidliklə döyüşdülər. Qarabağın işğaldan azad olunmasını şəhidlərimizə borcluyuq. Şəhidlərimiz düşmən üzərinə qorxmadan getdilər.

         Vətən Müharibəsi iştirakçısı, hazırda Xocavənd rayonunda hərbi xidmətini davam etdirən leytenant Təbriz Ağayev 27 sentyabrdan başlanan döyüş yolu haqqında məlumat verdi. O, Müzəffər Azərbaycan Ordusunun qalib zabitlərindən biri olduğu üçün fəxr hissi duyduğunu vurğuladı. Bizdən sonra gələn nəsillər azad torpaqlarımızda rahat və qürurla yaşayacaqlarını dedi.

        Yekun olaraq çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərimizə Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti, onun siyasi iradəsi nəticəsində nail olduğumuzu bildirdi. Ali Baş Komandanımızın müharibəyə qədər apardığı düzgün siyasət, müharibə günlərində Ordumuza komandanlığı, xalqımıza rəhbərliyi, informasiya müharibəsində xarici jurnalistlərə verdiyi cavabları, Xalq-Ordu birliyini bir arada tutması bizə qələbəni gətirdi.

        Şahmar Usubov Xocalı soyqırımı, Meşəli faciəsi və digər faciələrdən sonra bizlər illərdir ürəyimizdə nisgillə yaşadığımızı dedi. Fikirlərinə əlavə etdi ki, bu gün qələbə çalan igidlərimizin Xocalıda verdiyimiz şəhid körpələrin yaşıdlarıdır. Xalqımıza qələbəni gətirən Vətən Müharibəsi şəhidləri Azərbaycanın ölməz qəhrəmanlarıdır. Bizə kənardan baxan dostlar, düşmənlər də Ordumuzun gücünə, xalqımızın qüdrətinə heyranlıqlarını, təəccüblərini gizləyə bilmirlər. Azərbaycan bu qələbəni yalnız mənfur düşmələrin üzərində deyil, həmçinin onların havadarları üzərində də qazandı. Biz qələbəmizi şəhidləriməzin qanı, canı bahasına təmin etdik. Əgər torpaq uğrunda ölməyi bacarmırsansa, onda millət kimi yaşamağa dəyməz. Torpaq uğrunda şəhid olmağa, qazi olmağa bacarmayanlardan xalq, dövlət olmaz. Vətən Müharibəsində əsrlərdir parçalanan bir dövlətin yenilməz xalqı öz inamını geri qaytardı. Azərbaycan xalqı böyük xalqdır, döyüşkən xalqdır. Bu qüruru bizə şəhidlərimiz verdi. Bu qüruru bizə şəhidlərimizi tərbiyə edən, böyüdüb boya-başa çatdıran analar, atalar verdi. Şəhidlik tək ata-ananın itkisi deyil, şəhidlik xalqın itkisidir və qürurudur. Allah xalqımıza həmişə qürurlu günlər nəsib etsin.  

Daha sonra şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.



















     

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi