Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Prezident İlham Əliyev Azərbaycanın diplomatiya cəbhəsində də qələbəsini təmin edə bilmişdir

        Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsi bir daha göstərir ki, Azərbaycan informasiya blokadasını yardı. Prezidentimiz cənab İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. Onun hər bir müsahibəsi Azərbaycanın diplomatik uğurudur.

Beynəlxalq hüquq hamı üçün eyni təsirdə olmalıdır. Azərbaycan Respublikasının öz tarixi torpaqlarının işğaldan azad edilməsi uğrunda əks hücum əməliyyatı ilə başladığı 44 günlük müharibə xalq-ordu-dövlət birliyi nəticəsində xalqımızın qələbəsi ilə başa çatmışdır. Bu qələbə təkcə Azərbaycan ordusunun hərb meydanında qazandığı qələbə deyil, eyni zamanda Azərbaycan prezidentinin diplomatiya sahəsində əldə etdiyi qələbədir. Müharibəyə qədərki dövrdə bütün beynəlxalq görüşlərdə, konfranslarda Azərbaycanın haqlı mövqeyini, Ermənistanın isə qeyri-konstruktiv mövqeyini dünya dövlətlərinin diqqətinə çatdıran Azərbaycan prezidenti dünya ictimaiyyətində Azərbaycanın haqlı davası barədə fikir formalaşdıra bilmişdir. Eyni zamanda müharibə dövründə beynəlxalq media nümayəndələrinin Azərbaycan prezidentinə ünvanladığı qərəzli və ittihamedici sualları qarşısında səbr və təmkin nümayiş etdirərək onları tutarlı arqumentlərlə, bəzən də ritorik suallarla susduran İlham Əliyev beynəlxalq səviyyəli siyasətçi olduğunu sübut etməklə Azərbaycanın diplomatiya cəbhəsində də qələbəsini təmin edə bilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23.09.2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışını dünya dövlətlərini, beynəlxalq təşkilatları ədalətli olmağa, ikili standartlardan əl çəkməyə, Azərbaycanın yaratdığı yeni reallıqla hesablaşmağa səsləyən bir çağırış hesab etmək olar. Azərbaycan Prezidentinin çıxışında səsləndirilən fikirlər- yəni Ermənistanın BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı , ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymaması bu ölkənin beynəlxalq səviyyədə cəzalandırılmasına dəlalət edən fikirlərdir. İşğal etdiyi Azərbaycan ərazisində xarici ölkələrdən köçürülmüş erməni əsilli şəxsləri yerləşdirməklə qanunsuz məskunlaşma siyasəti yeridən Ermənistan Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdur. Münaqişənin nizama salınması istiqamətində danışıqların aparıldığı bir zamanda Ermənistanın ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməsi, Qarabağı Ermənistan ərazisi hesab edən aqressiv bəyanatlar səsləndirməsi, danışıqların formatının və mahiyyətini dəyişdirilməsi cəhdi bölgədə müharibənin alovlanmasına və nəticə etibarı ilə Ermənistanın kapitulyasiyasına gətirib çıxartdı.

Odur ki, dünya birliyi və Ermənistana himayədarlıq edən bəzi ölkələr beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməli, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımalı, yaranmış yeni reallıqla barışmalıdır. Müstəqilliyimizə, ərazi bütövlüyümüzə, sərhədlərimizin toxunulmazlığına qarşı hər hansı qeyri-konstruktiv mövqe nümayiş etdirilərsə, tarixi torpaqlarımıza qarşı hər hansı təhlükə yaranarsa himayədarlarının müdafiə etdiyi Ermənistan Azərbaycan ordusunun və “Dəmir yumruğ”un gücünü yenidən dadmalı olacaqdır.

Leyli Yusifova,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi