Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şanlı Zəfər tariximizlə qürür hissi duyuruq

 

        Ötən əsrin 90-cı illəri Sovet imperiyasının çöküşü ilə yaddaşlara həkk olundu. Yaranmış situasiyadan həmişə olduğu kimi, daim böyük dövlətlərin əlində alətə çevrilən, mənfur və məkrli düşmənlərimiz olan ermənilər, yenə də öz çıxarları üçün istifadə etməyə çalışdılar. Bu murdar məxluqlar böyük dövlətlərin havadarlığı və bəzilərinin də birbaşa iştirakı ilə tarixi torpaqlarımızı işığal etməyə başladılar. Mənfur qonşularımız o qədər quduzlaşmışdılar ki, hətta xalqımıza qarşı soyqırım törətməkdən delə, çəkinmədilər. Nəticədə öz havadarlarından maddi və mənəvi dəstək alan erməni cəlladları 1992-ci ilin 26 fevral günündə tarixin qara ləkəsi olan Xocalı soyqırımını törətdilər. Həmin gün 613 nəfər dinc Xocalı sakini qətlə yetirildi, 1275 nəfər yaralandı, 800-dən cox sakin düşmən tərəfdən əsir götürüldü. Bu soyqırıma dünyanın yetərincə reaksiya verməməsindən istifadə edən azğınlaşmış terrorçu erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq qarabağdan kənarda yerləşən daha 7 rayonunu işğal etdi. Bundan sonra BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə 4 qətnamə qəbul etdi. Lakin, daim etdikləri əmələ görə cəzasız qalan Ermənistan həmin qətnamələri heçə sayaraq Azərbaycan torpaqlarından çəkilmədi. 30 ilə yaxın bir müddət ərzində torpaqlarımızı işğalda saxlayan Ermənistan hər vəchlə ərazilərimizin bir hissəsini qoparıb öz ərazilərinə birləşdirməyə çalışırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların bu arzusunu gözlərində qoydu.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Torpaqlarımızı işğal etmiş quldur Ermənistanın terrorçu hərbi birləşmələri mütəmadi olaraq ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi mütəmadi olaraq atəşə tuturdu. 2016-cı ilin aprel ayında ermənilər Füzuli, Ağdam, Tərtər istiqamətində Ordumuzun mövqelərinə doğru hücuma keçdilər. Ordumuz əks-hücum həmləsi ilə 4 gün ərzində Cəbrayıl rayonu yaxınlığındakı Lələtəpə yüksəkliyini, Tərtər rayonu yaxınlığındakı strateji əhəmiyyətə malik olan yüksəkliyi azad etdi. Eyni zamanda düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh danışıqlarına sadiqlik nümayiş etdirərək atəşi dayandırdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Təəssüflər olsun ki, mayası xəyanətkarlıqdan, satqınlıqdan yoğrulmuş Ermənistan Aprel döyüşlərindən də dərs almadı. Yenə də atəşkəs rejimini pozmaqda davam etdi. Ermənistanda siyasi proseslər də kəskinləşməyə başladı. Uzun illər Ermənistana rəhbərlik etmiş Koçaryan-Sarkisyan xunta rejimi nəhayət ki, devrildi. Rəhbərliyə Qərbin adamı, "demokrat" Paşinyan gətirildi. Əvvəllər problemin sülh yolu ilə, ədalətli şəkildə həll olunacağını bəyan edən Paşinyan, sonradan özünün erməni xislətinə sadiq qalaraq sərsəm bəyanatlar verməyə, Azərbaycanın Mədəniyyət beşiyi Şuşada yallı gedib təlxəklik etməyə başladı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistan, işğal etdiyi torpaqlarla kifayətlənməyib, yeni Azərbaycan əraziləri işğal etmək iştahası ilə 12 iyul 2020-ci il tarixdə Tovuz rayonu ərazisindən hücuma keçdilər. Yenə də əks hücumla ordumuz düşmənin layiqli cavabını verdi. Təəssüflər olsun ki, həmin döyüşlərdə Azərbaycan ordusunun 12 hərbçisi, o cümlədən General Polad Həşimov və Pokovnik İlqar Mirzəyev qəhrəmancasına həlak oldular.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Artıq ermənilərdə quduzluq pandemiya halını almışdı. Tovuz döyüşlərinin ardından ermənilər ərazimizdə təxribatlar törətmək üçün diversiya qrupu göndərdilər. Ordumuzun sayıqlığı nəticəsində həmin qrupun rəhbəri ələ keçirildi. Artıq bıçaq sümüyə dirənmişdi. Ermənilər növbəti dəfə 2020-ci il sentyabr ayının 27-də səhər tezdən azğınlaşmış ermənilər yenidən ordumuzun mövqeləri üzərinə hücuma keçdilər. Nəhayət Ali Baş komandan hamının səbirsizliklə gözlədiyi "Vur" əmrini verdi. Daim torpaqlarımızı azad etmək arzusu ilə yanıb-tutuşan Şanlı Azərbaycan ordusu mənfur düşməni torpaqlarımızdan, Cənab Prezident İlham Əliyevin təbirincə desək, iti qovan kimi qovmağa başladı. Ordumuz mənfur düşmənə elə bir divan tutdu ki, 44 günlük döyüşün sonunda erməni ordusunu tamamilə məhv olmaqdan xilas etmək üçün düşmən tərəfi kapitulyasiya haqqında sənədi imzalamaq məcburiyyətində qaldı. Sənədə əsasən işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları qeyd-şərtsiz, heç bir güllə atılmadan işğaldan azad olundu.​ ​ ​ ​ ​ ​ ​

         Bəli,​ Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bu zəfəri Ali Baş komandanımızın rəhbərliyi altında bizlərə daddıran müzəffər Azərbaycan ordusuna, canlarını Vətən uğrunda qurban verən müqəddəs Şəhidlərimizə, gənc yaşlarında sağlamlığını itirən qazilərimizə həyatımız boyu borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Dövlətimiz də Azərbaycan xalqına bu möhtəşəm zəfəri bəxş etmiş Şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayır. Dövlər onların bütün problemlərinə həssaslıqla yanaşır, həmin problemləri dəhal aradan qaldırmağa çalışır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Yaşasın bütöv Azərbaycan! Qarabağ Azərbaycandır!​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Eldəniz Məhərrəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi