Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Vətən Müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə 44 gün davam edən müharibədə ordumuz Azərbaycan tarixinin möhtəşəm səlnaməsini yaratdı. Bu qələbə ilə həm torpaqlarımız işğaldan azad olundu, həm də Azərbaycan regionda yeni geosiyasi reallıqlaq yaratdı. İllər boyu Azərbaycan xalqına qarşı erməni şovinistləri tərəfindən terror aktları törədilmişdir. Onların ən dəhşətlisi 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımıdır. Bu soyqırım zamanı ermənilər və onların havadarları silahsız, əliyalın qocalara, qadınlara, uşaqlara iri çaplı silahlardan istifadə etməklə atəş açmışlar.

Ali Baş Komandanın başçılığı altında uzun müddət silahlı qüvvələrdə irəliləyişə doğru islahatlar aparılmış, müasir silah və hərbi texnika əldə edilmiş, şəxsi heyətin döyüş qabliyyətinin artırılması üçün təlimlər aparılmışdır. Elə bu təlimlərin nəticəsi olaraq qüdrətli ordumuzun əsgər və zabitləri 30 ilə yaxın vaxt ərzində işğal altında olan torpaqlarımızı 44 günə işğaldan azad etdilər. Dəfələrlə Ali Baş Komandan İlham Əliev qeyd etmişdir: “Döyüş qabliyyətinin artırılması üçün aparılan təlim və məşqlər ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan və texnikadan istifadə edərək düşmənin texnikasını məhv etdik.”
Azərbaycanın haqlı qələbəsini həzm edə bilməyən ermənistan və onun havadarları Azərbaycana qarşı haqsız təbliğat kampaniyası aparırdı. Buna misal olaraq 44 günlük müharibə ərəfəsində və sonrakı dövrlərdə müzəffər Ali Baş Komandan İlham Əliyev müxtəlif ölkələrin media nümayəndələrini qəbul etdi və onları tarixi həqiqətlə tanış etdi.
Azərbaycan xalqının tarixi və haqlı qələbəsini təmin edən şəhid ailələrinin, müharibə iştirakçısı və əlillərinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu ailələr müxtəlif növ müavinət və təqaüdlə, mənzil və fərdi avtomobillərlə təmin edilmişlər.
Yaşasın Azərbaycan xalqı! Yaşasın müzəffər Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!
Elnarə Həsənova,
Xocalı rayon ziyalısı
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi