Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon gəncinin Prezident İlham Əliyevə yazdığı məktub

28 sentyabr 2021, 11:00

Qalib Quliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən bir Xocalı gənci kimi torpaqlarımızın işğaldan azad olunacağı günün yaxınlaşdığına əmin idim. Buna görə də redaktoru olduğum "Xocalının səsi" qəzetinin səhifələrində, ictimai həyatda daim Sizin daxili və xarici siyasətinizi dəstəkləmişəm, bundan sonra da Sizin siyasətinizə sadiq qalacağam. Fəxr edirəm ki, Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz, rəşadətli ordumuz və həmrəy xalqımız var. Sizə olan böyük ehtiramımı, uğurlu gələcəyimizə, şanlı qələbələrimizə olan inamımı öz şeirimlə çatdırmaq istəyirəm.
Allah Sizi qorusun!
VERƏK SƏSİMİZİ HAQQIN SƏSİNƏ
Önümüzdə güclü rəhbərimiz var,
O, xalqa köməkdir, xalqa havadar.
Xalqımız firavan, xoşbəxt bəxtiyar,
İlhamla üzümüz daim güləcək,
Hələ qarşıdadır gözəl gələcək!
Ürəyi xalq ilə bir yerdə vurur,
Abad edir yurdu, şəhərlər qurur.
Müzəffər Ordumuz yaşadır qürur,
Gəlməz ölkəmizin uğuru saya,
Yayıb şanımızı bütün dünyaya!
Onun hər əməli Öndər sayağı,
Xalqın inam yeri, ümid, dayağı!
Yetişib sədaqət, həmrəylik çağı,
Verək səsimizi haqqın səsinə,
Vətənin işıqlı təntənəsinə!
Hörmətlə,
Quliyev Qalib Bəyməmməd oğlu
"Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon sakini
Azərbaycan Respublikası, Gəncə şəhəri.
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi