Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bu gün əldə olunan qələbələr Ulu öndər Heydər Əliyevin başlatdığı siyasətin bəhrəsidir

 


     Yenidən müstəqilliyini bərpa edən Azərbaycan dövləti çox çətin bir dönəmdən keçirdi. Ölkə xaricində durmadan artan xain təcavüz, ölkə daxilində vəzifə bölgüsü üçün aparılan didişmələr ölkənin taleyini məhcul bir parçalanmaya sürükləyirdi. Ölkənin məhv olmasını istəməyən savadlı ziyalı şəxslər və siyasətçilər Ulu Öndərə məktub ünvanlayıb ölkəni xaosdan yalnız onun çıxara biləcəyini bildirirdilər. Vətən dardadır ölkənin sizə böyük ehtiyacı var, deyib cənab Heydər Əliyevi Azərbaycana gəlməyi üçün razı saldılar. 1993- cü ildə iyun ayının 15-də xalqımızın həyatında yeni və şanlı səhifə açıldı. 15 iyun ölkə tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü olaraq yazıldı. Məhz bu gün Ulu Öndərimizin müstəqil dövlətimizdə ilk önəmli tarixi gün olaraq qeyd olundu . Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında xidmətlərini düşünərkən ilk öncə 1969-1982 - ci illərə , Sovetler Birliyi dövründə respublikamıza rəhbərlik etdiyi dövrləri nəzərdən keçirmək lazımdır . O vaxtın ziyalıları , sənət adamları onun haqqında xatirələrini danışarkən həmin dövr Azərbaycan respublikasının tarixi dönüş yaşadığını bildirirlər . Hər yerdə bu qədər sərvətlərinin istifadə olunmasına baxmayaraq ölkəmiz haqqında sadəcə əyalət kimi danışılırdı. Məhz 1969-ci ildə Heydər Əliyevin ölkə başçısı təyin edilməsi Azərbaycanın çiçəklənmə dövrü yaşamasına səbəb oldu . Öz siyasəti ilə önəmli bir şəxsiyyətə çevrilən Ulu Öndərimiz o dövrlərdə ölkəmiz üçün hər şey edirdi .

1993-cü ildən 2003-cü ilə qədər durmadan sağlamlığını həyatını riskə ataraq ölkəmizin xilası üçün hər şey etdi . Ulu Öndərimiz azadlığın yalnız güclü iqtisadiyyat quraraq əldə edilə biləcəyini daim vurğulayır bu yolda addımlar atır və gələcək Azərbaycanın bu günkü qələbəsinin təməlini hazırlayırdı . Artıq hərkəs bilirdi ki , ölkə etibarlı əllərdədir .​

Heydər Əliyev ordu quruculuğuna fərariliyin olmamasına xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə elə bir neçə dəfə Amnitsiya Aktı qəbul edilir minlərlə gənc azadlığa qovuşur .​

Heydər Əliyev ümumiyyətlə gəldiyi dövr ölkə qarşıdurması, vətəndaş müharibəsi astanasındaydı. Lənkəranda, Gəncədə , Qusar da artıq silahlı insidentlər baş verirdi . Məhz onun müdrik , ağıllı siyasətinin nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı . Prezident bu yolda xalqa güvəndi , xalqla birlikdə olmağı seçdi . Xalq öz sevimli Prezidentini dəyərli siyasətçisini qorumaq üçün toplaşdı .​

Ölkənin darmadağın olmuş sərhədlərini , itirilmiş torpaqlarını dahada genişləndirməməsi üçün atəşkəs imzalandı . Atəşkəs imzalandıqdan sonra yeni ordu quruculuğu müasir silahlar və savadlı kadrlar ölkə üçün çox vacib bir nüans idi . Dövlət başçımız Ali Hərbi Məktəbin təməlini qoydu . Ölkədə savadlı kadrların yetişməsi ordunun düzgün idarə olunması üçün şərait yaratdı . 1993- cü il iyun ayının 15-də Azərbaycan Milli Məclisinin sədri olaraq fəaliyyətə başlayan Ulu Öndər iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti təyin olundu .​

Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan haqqında yaranmış qeyri obyektiv münasibəti alt üst etdi . Onun uzaq görən siyasəti nəticəsində Avropaya həqiqətlər çatdırıldı və BMT-nin yüksək kürsüsündən dünyaya çatdırıldı . Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı . Lissabon sammitində məhz bu haqq ədalətin təntənəsi idi . Artıq 52 dövlət Azərbaycanı müdaifə etdi . Bu böyük qələbə idi . Dünyada haqq səsimizin duyulması , dövlətlərin Azərbaycana baxışı , imzaların içində önəmli bir imzaya çevrilməyimiz məhz Ulu Öndərin ağıllı, uzaqgörən, dəqiq siyasətinin bəhrəsi idi ki , bu da Azərbaycanın müstəqilliyini əbədi olacağının müjdəsini verirdi xalqımıza. Belə hadisələri çox saymaq olar . Çünki 70 yaşında ölkə Prezidenti seçilən Ulu Öndər xalq qarşısında qalan ömrünü vətənə , millətə həsr edəcəyinə and içdi və əməl etdi . Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımı haqqda ilk dəfə dövlət səviyyəsində 1996-cı ildə Xocalıları qəbul edən Ulu Öndər oldu . Hadisələr yenidən araşdırıldı , həqiqətlərin dünyaya çatdırılması üçün ilk addım ölkə daxilində başlanıldı .​

Bu gün əldə olunan qələbə zəfər məhz onun başlatdığı siyasətin bəhrəsidir . Çəkilən əziyyətin , xalqa göstərilən etimadın , xalqa verilən sevginin qarşılığını bu xalq gözünü qırpmadan ödədi . Azərbaycan durduqca Ulu Öndərin adı yaşayacaq və onun siyasi məktəbini mənimsəyən davamçılarının sayəsində dahada böyük , qələbələrə uğurlara imza atacaq . Dünyada prezidentlərin sayı çoxdur ölkəsini xaosdan çıxaran vətənini böhrandan çıxarıb parçalanmağa qoymayan çox az , Prezident var ki , onlardan biridə Heydər Əliyevdir .​

Heydər Əliyevin amalı xalqa xidmət idi , xalqını düşünən yaradan insanlar xoşbəxt insanlardır . O millətin tale yükünü məsuliyyətlə daşıyır , ləyaqətlə yanaşır və xalqın xoşbəxtliyi üçün qərarlar verirdi . Xalqı xoşbəxt edən insanlar gələcəyi ancaq nəsillərin şərəfi , varlığı və rahatlığı yalnız çalışmaqda görürlər. Bu cür insanlar dünyaya tək-tək gəlir . Onlardan biridə məhz Azərbaycanın payına düşdü , Uca Allahımızın Azərbaycana hədiyyəsi idi Heydər Əliyev . Ömrünü günbəgün ölkəsinin azadlığına , xoşbəxtliyinə hədiyyə etdi . Öz savadı, bacarığı, ağlı ilə əbədi, müstəqil, xoşbəxt Azərbaycan qurdu . Dünyaya Azərbaycan həqiqətləri çatdırıldı . Ömrünü xalqı üçün şam kimi əridən Ulu Öndərimizə Allahdan rəhmət diliyirəm

​Fiqurə Rüstəmova,

Xocalı rayonundan şəhid ailəsi, Milli Qəhrəman​ bacısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi