Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür

 


        Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 30 ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı - BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdi. Əvəzində təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu 2020-ci sentyabr ayının 27-də vətən müharibəsinə başladı. Xalqımızın qüdrətli oğlu, ordumuzun Ali Baş Komandanının ətrafında sıx birliyi sayəsində ordumuz şərəfli tarix yazdı. İlk çox azad olunan rayon oktyabr ayının 4-də Cəbrayıl rayonu oldu. 2016-cı ilin aprel döyüşlərində Cocuq Mərcanlı azad edilmişdir. Cocuq Mərcanlıdan Cəbrayılın mərkəzinə 13 km-dir. Cəbrayıllılar Cocuq Mərcanlıya gəlib öz rayonlarına həsrətlə baxırdılar. Ermənistan ordusu ilk, ən ciddi və böyük miqyaslı zərbə aldı və xalqımızın illərlə inamla gözlədiyi həsrətə son qoyuldu. Cəbrayıl rayonunun azad edilməsi ermənistan ordusunda ciddi sarsıntıya, ruh düşkünlüyünə səbəb oldu və müzəffər ordumuzun sonrakı qələbələrinin təməlini qoydu.

Müharibənin başa çatmasından az sonra – noyabrın 16-da Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edlmiş Cəbrayıla, Xudafərim körpüsünə səfəri qələbəmizin möhkəmlənməsində mühüm rol oynadı. Cənab Prezident orada bəyan etmişdir ki, Cəbrayıl qurulacaq, bərpa ediləcək. Qalib dövlətin qalib Prezidenti xalqı qarşısında verdiyi hər bir sözün sahibidir. İşğaldan azad olunmuş torpaqlarımız sürətlə bərpa olunur, canlanır. Biz inanırıq ki, yaxın zamanda bütün Qarabağ əvvəlkindən də gözəl inkişaf edəcək.

Zəminə MƏMMƏDOVA,

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi