Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub

        Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam etmişdir. Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda aparılan döyüş Azərbaycan Silahlı Qüvvələrinin uğuru ilə nəticələnən döyüşlərdən biri olub. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artileriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan əməliyyat zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı işğaldan azad edilmişdir. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir və Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratmışdır.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və sücaət göstərmiş 11 min 365 hərbi qulluqçu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. Onlardan 3-ü general-leytenant,2-si general-mayor, 32-si polkovnikdir. Yaşasın, Azərbaycan Ordusu!
 
Sayad Quliyeva,
  Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi